Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə68/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   64   65   66   67   68   69   70   71   ...   147

 

218 


giyə  qurşanmısan-deyə  onunla  zarafat  edirdilər.  Öz  təmkininin 

pozmayan  Əli  müəllim,  gülümsəyərək,  “hə,  deyəsən  elədir”  - 

deyib ötüşürdü. 

Üstündən  bir  neçə  ay  keçəndən  sonra  Bakıda  olarkən  Əli 

müəllimlə  görüşüb  aranı  yumşaltmaq  üçün  dedim  ki,  “Əli  müəl-

lim,  Şəki  zarafatıma  görə  yenə  üzr  istəyirəm  dostumun  əngəlinə 

düşdüm”.  Əli  müəllim:  -  mən  də  elə  fikirləşmişdim,  sən  belə 

qəbahət etməzsən, demə o kafirin işi imiş - dedi. 

Yenə bir müddət keçəndən sonra yolum Bakıya düşdü. İclası-

mız olacaqdı. Amma bir gün vaxtım boş idi. Axşamdan Əliağadan 

xahiş  etdim  ki,  səhər  dənizə  gedib  istirahət  edək.  Dənizin  böyük 

vurğunu olması və yaxın dostu ilə bütün günü istirahət etmək im-

kanı  onu  sevindirsə  də  bir  qədər  tutuldu?  Mənim  “nədir,  getmək 

istəmirsən?”  sualıma:  “necə  yəni  getmək  istəmirəm,  belə  gözəl 

təklifdən  necə  yan  keçmək  olar?  Amma  bir  çətinliyi  gərək  həll 

edək.  Əli  Qara  oğlunu  tanıyırsan,  iş  vaxtı  ondan  icazə  almaq  o 

qədər də asan məsələ deyil. Ürəyini sıxma, bir şey fikirləşərik” 

Mənim:  “bəlkə  mən  icazə  istəyim”  -  təklifimə  də  qəti  etiraz 

etdi ki, “qoy görək, bir az da işləri korlayarsan!” 

Xülasə, səhəri  birlikdə redaksiyaya getdik. Əli  müəllim,  jur-

nalın  nəsr  şöbəsinin  müdiri  işləyən  Salam  Qədirzadə,  şeir  şöbə-

sinin müdiri Qabil də yerində idilər. Əliağa mənə demişdi ki. sən 

Əli Qara oğlunun başını qat, mənimlə işi olmasın. 

Əli müəllim mənimlə çox mehriban görüşsə də özünü saxlaya 

bilmədi:-hə,  yenə  də  birləşib  məni  içirtmək  istəyirsiniz?  -  deyib 

gülümsədi. Əliağa da, orda olanlar da gülüşdülər.  

Mən  Əli  müəllimin  yanında  oturdum  və  söhbətə  başladıq. 

“Durna  qatarı”nın  yaxın  zamanlarda  çapdan  çıxacağının  bildirib, 

Şəki  qəhrəmanlarının  hamısının  sağ-salamat  olub-olmamasını 

xəbər aldı. 

Amma Əliağagilin pıçıltı ilə nəsə danışıb güldükləri nəzərin-

dən  yayınmadı.  Üzünü  onlara  tutaraq:  -  Kürçaylı,  yenə  nə  pıçı-

pıçıya başlamısınız. Sizə deməmişəm, bu otaqda pıçı-pıçı söhbət-

lərdən əl çəkin?! (Onlar hamısı bir otaqda oturub işləyirdilər). 




 

219 


Əliağa: - Əli müəllim, vallah, Sizə deməli söhbət deyil  – de-

dikdə,  o,  özündən  çıxdı:  -  mənə  deməli  olmayan  söhbət  mənim 

otağımda danışılmamalıdır. Deyin görüm nə söhbətdir? 

  Əliağa bir az da inadı artırdı: 

– Əli müəllim, söhbət elədir ki, qonağımızın yanında eyibdir 

- deyərkən, Əli müəllim özündən çıxdı: - Necə yəni məndən eyib 

olmayan  söhbət  Sadıqdan  eyib  olmalıdır?  Deyin  görüm  nə  danı-

şırsınız? 

Əliağa:  –  Vallah  birdən  yadıma  düşüb,  bunlara  bir  lətifə 

danışırdım. Ancaq bir az ayıb lətifədir. 

Əli müəllim: - eybi yoxdur, danış görüm nə lətifədir? 

Əliağa,  güya  çarəsiz  qaldığından  lətifəni  danışmağa  başladı. 

Axıra çatmışdı ki, Əli müəllim ayağa qalxıb qışqırmağa başladı: - 

Rədd ol burdan, ədəbsiz! 

Əliağa qapıdan ildırım surəti ilə qaçıb küçəyə çıxdı. 

Əli  müəllim  elə  pərt  olmuşdu  ki,  onunla  xüdafizləşib 

ayrılarkən bir söz belə deyə bilmədi. 

Əliağanı  da  çox  pərt  görmək  ehtimalı  ilə  küçəyə  çıxarkən, 

onun qəhqəhə ilə güldüyünü gördüm. Tez məsələyə aydınlıq gətir-

di ki,  Əli  müəllimdən ayrı cür  icazə almaq  mümkün deyildi.  İndi 

məni 3 gün axtarası deyil. Elə də oldu.   3  gün sonra Salam Qədir-

zadədən Əliağanın niyə işə gəlmədiyini soruşarkən,  o: - Əli müəl-

lim, axı onu elə qovmadınız ki, bir də işə gəlsin? - deyib. 

Əli müəllim: - Zəng vur, de işə gəlsin. 

Əliağa heç bir şey olmamış kimi qarşılanır.   

 

Cürbəcür zarafatlar 

 

Oxşatma 

 

Şəkinin Qışlaq adlanan hissəsində cavan babalardan biri doq-



qazın  başında  daşın  üstündə  oturaraq  nəvəsini  oxşadırdı.  Yoldan 

keçən dostlarından birisi ona baxaraq zarafatyana deyir: 

– İt qocalanda quçiyhlərlə oynamağı xoşliyər... 



 

220 


Qığılcımdan od törər 

 

Yaxşı  yadımdadır.  30  il  bundan  əvvəl  Şəkinin  “Otaq  eşiyi” 



məhəlləsində  yaşamış  bir  qadının  yasına  getmişdik.  Ailəmi  evə 

aparmaq üçün avtomobil gözləyirdim. Qaranlıq düşmüşdü. Bu za-

man bir yük maşını gəldi və mənim bərabərimdə dayandı. 3 nəfər 

milis  işçisi  maşından  düşərək  mənə  yaxınlaşıb  soruşdular:  -  Sən 

bizə zəng etmişdin ki, “otaq eşiyi”ndə ev yanıb, ölən də var? 

Mən bu işdən xəbərsiz olduğumu söylədim. Bu vaxt bir nəfər 

bizə yaxınlaşdı. Bu şəxs “otaq eşiyi” məhəlləsinin sakini hesabdar 

Bəhram  idi. O,  milis  işçilərinə  yanğın  barədə telefonla zəng etdi-

yini  söylədi.  Mən  qaranlıqda  yaxınlıqdakı  evin  sayqacında  qığıl-

cımlar gördüm. Bu məhəllədə evlər bir-birinə çox yaxındır. Fikir-

ləşdim ki, əgər yanğın baş versə neçə bina alovlana bilər. Bu söz-

lərdən  sonra  narahat  milis  nəfərləri  dedilər:  -  Biz  iş  adamlarıyıq, 

niyə  bizi  narahat  etdin?  Bəhram  çox  soyuqqanlıqla  zarafatyana 

dedi: - Ə, heç narahat olmiyin. Məşhur Lenin diyitdi ki, qığılcım-

nan alov törər. 

 

Dekret opuskası 

 

Bir şəkili ipək kombinatında işləyirmiş. O, iş yoldaşına deyir: 



-  çox  yorğunam,  verilən  opuska  isə  maa  bəs  eləmir.  Zarafatcıl 

dostu qayıdır ki, ə, sən eşitməmisən ki, uzunmüddətli opuska var? 

Adı  da  dekret  opuskasıdır.  Bir  il  də  məzuniyyətdə  ola  bilərsən. 

Dostunun məsləhəti bunun başına batır. Dekret opuskası verilməsi 

barədə  ərizə  yazaraq  direktora  təqdim  edir.  Direktor  ərizəni 

oxuyaraq çox təşvişə düşür. Ərizəni eynəklə və eynəksiz dəfələrlə 

oxuyur:  “dekret” sözü onu çox narahat edir. Axırda ehtiyatla  əri-

zəçiyə deyir: Sən nə istəyirsən? “Dekret opuska”sı nədir? Ərizəçi 

qayıdır  ki,  mən  uzun  müddətli  opuskadan  istəyirəm.  Direktor 

deyir:  ay  bədbəxt,  sən  istiyən  məzuniyyət  qadınlara  aiddir.  Bunu 

eşidən şəkili çox dilxor olur. 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə