Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə7/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   2   3   4   5   6   7   8   9   10   ...   147

 

20

Hazırki kitaba daxil etdiyimiz onlarla belə xoyrat - kəsik ba-



yatı nümunələri folklorumuzun bu janrının tarixən mövcudluğuna 

işıq tutur, gələcəkdə onun ayrıca araşdırılması və təbliği lüzumunu 

ortaya qoyur.   

Ağız  ədəbiyyatının  bayatı  və  xoyrat  janrı  ilə  bir  sırada  ağı 

(dildemə) janrı da Şəkidə geniş yayılmışdır. Bu janrın məşhur bili-

ciləri  və  ifaçıları  sayılan  hafizlər  (dildeyənlər)  yas  mərasimlərini 

idarə  edir,  dərdin  yüngülləşməsinə,  ağır  emosional  gərginliyin 

azalmasına xidmət edirlər. Dahi bəstəkarımız F.Əmirovun yazdığı 

kimi “...Ağılar ilk fizioloji gərginliyi bədii vasitələrin ifadəsinə çe-

virir,  nəticədə  ürəyə  çökən  böyük  dərdin  xeyli  yüngülləşməsinə 

səbəb olur... ağılar insanın halını, hisslərini ifadə edən çox orijinal 

ilkin vasitələrdir. Biz onlardan məhrum olanda canımızda yüksək 

gərginlik duyuruq” (bax: F.Əmirov “Azərbaycan xalq mahnıları”. 

Ədəbiyyat  qəzeti,  01  Avqust  2008-ci  il,  №  29  (3624)).  Güman 

edirik  ki,  indiki  nəşrə  daxil  etdiyimiz  ağılar  da  qaçılmaz  dərdə 

mübtəla olmuş insanlara bir kömək, təsəlli, məlhəm olacaq.    



Əvvəlki  folklor  toplularında  olduğu  kimi  indiki  kitabda 

da  Şəkidə  aşıq  yaradıcılığına,  yerli  aşıq  məktəbinə  xeyli  yer 

verilir. Şəki aşıq məktəbini bölgənin aşıq mühitindən təcrid olun-

muş halda təsəvvür etmək düzgün olmaz. Molla Cuma Şəki-Zaqa-

tala bölgəsində, həmçinin Dağıstanda toylara, xalq şənliklərinə də-

vət olunar, bölgədə aşıq sənətinin inkişafına güclü təsir göstərirdi. 

Saxurlu aşıq Hüseyn Molla Cuma ilə bir gecə-gündüz deyişmişdir. 

Molla Cuma onu  “haqq aşığı” adlandırmışdır. Zaqatalalı  Aşıq İs-

mayıl Molla Cumanın şagirdi idi. Bu rayonun Kəpənəkçi kəndin-

dən  aşıq  Murtuzəli,  aşıq  Dibrov  (Kamal),  Muxaxlı  aşıq  Əli,  aşıq 

Ramazan, Zəyəmli aşıq Camal, Varxiyanlı aşıq  Məhəmməd, aşıq 

Murtuzəli, Əliabadlı aşıq Hüseyn, aşıq Abdulla Padarlı, Qax rayo-

nundan aşıq Məhəmməd, həmin rayonun Lələpaşa kəndindən aşıq 

Şirin,  Qaxbaşlı  kəndindən  aşıq  Həzrət,  aşıq  Rəfi  (aşıq  Həzrətin 

oğlu),  Zəyəm  kəndindən  aşıq  Camal,  Səbətli  kəndindən  məşhur 

aşıq  Dülgəroğlu,  Balakənin  İtitala  kəndindən  aşıq  Məhəmməd 

(Molla  Cumanın  şagirdi),  həmçinin  aşıq  Cahangir  Dalğın,  Aşıq 



 

21

Valeh, Aşıq Ramazan, Qadın aşıqlar Qızyetər, Pəri, Sənəm, həm-



çinin bu sırada Şəkini təmsil edən 25 aşığın yaradıcılığı bölgədə, o 

cümlədən  Şəkidə  mövcud  olmuş  aşıq  mühitinin  arealından  xəbər 

verir.  Bölgənin  el  şairləri  və  aşıqlarının  yaradıcılıq  nümunələri 

S.Mümtazın “El şairləri” və H.Əlizadənin “Aşıqlar” (1936) kitab-

larında verilmişdir.  

F.Çələbinin  bu  sahəyə  həsr  etdiyi  tutarlı  faktlara  söykənən 

qeydləri  də  (AFA  VI,  Şəki  Folkloru  II.  S.s.  23-33)  19  tanınmış 

aşıq  haqqında  qiymətli  məlumat  verir.  Biz  AMEA  Memarlıq  və 

İncəsənət  İnstitutunun  arxivində  araşdırmalar  apararkən  keçən 

əsrin 30-cu  illərində Üzeyir Hacıbəyovun təşəbbüsü  ilə  Azərbay-

can  Konservatoriyasında  yaradılmış  xalq  musiqisinin  elmi-tədqi-

qat  kabinetinin  (NİKmuz)  1937-ci  il  Nuxa  folklor  ekspedisiya-

sının  materialları  içərisindən  Layisqili  aşıq  Əhməd  Qaffarovun 

söylədiyi  Molla  Cuma  ilə  Aşıq  Könlünün  (bəzi  materiallarda 



“Çönül”  adı  ilə  verilir.  H.Ə.)  deyişməsini,  “Həsən  əminin  ökü-

zü”  dastanını,  Aşıq  Sənəmin  ifasında  “Kəndçi  sevgisi”,  “Oğlanla 

qızın deyişməsi”, “Şişə”ni kitaba daxil etdik. Ekspedisiyanın  ma-

teriallarında o vaxtkı  musiqi  folklorumuzun qiymətli  nümunələri, 

tarzən Əhməd Tahirovun, tütək çalan çoban Cəbrayıl Kərimovun, 

qoşa  nağara  çalan  Əhmədağa  Qaffarovun,  zurnaçılar  Həbibillah 

Cəfərovun  və  Həbibillah  Bayramovun  ifasında  36  oyun  havası 

qeydə alınmışdır. Ekspedisiyanın topladığı sənədlərdə Şəki aşıqla-

rının repertuarı haqqında da dəyərli məlumat verilir və biz həmin 

materialları  da  indiki  kitaba  daxil  etmişik.  Bu  repertuarlar  o 

dövrdə  aşıq  yaradıcılığına  siyasi  təsirlərin  izini  də  saxlamışdır. 

Həmin  ekspedisiyanın  materialları  əsasında  daha  iki  aşığın-aşıq 

Sənəm  və  aşıq  Hüseynzadənin  (sənədlərdə  aşığın  adı  gösrə-

rilməyib – H.Ə.) adları üzə çıxdı. Elə burdaca qeyd edək ki, aşıq 

Sənəm Şəkidə ilk qeydə alınan qadın aşıqdır.  

Bu  yaxınlarda  Şəki  rayonunun  Baş  Layisqi  kəndinin  sakini, 

1921-ci il təvəllüdlü aşıq Məmməd Babayevin dilindən Molla Cu-

manın  nəvəsi Mövlud Əzizovun qələmə aldığı  “Burşlu qızı” şeiri 

onun müəllifi-Molla Cumanın ata babası aşıq Molla Orucun yara-




 

22

dıcılığına  işıq  saldı.  XVIII-XIX  əsrlərdə  yaşayıb  yaratmış  aşıq 



Molla Orucun bizə gəlib çatan ilk sənət müjdəsi onun yaradıcılığı-

na  dair  araşdırmalar  aparılması  lüzumunu  ortaya  qoymaqla  həm 

də “ot kökü üstə bitər” atalar sözünün yüzdə-yüz faiz təsdiqi kimi 

Molla  Cumanın  doğma  və  münbit  zəmində  meydana  çıxdığını 

göstərməkdədir.  

Şəki  rayonunun  Aşağı  Göynük  kənd  sakini  Umarov  Şərif  Os-

man oğlunun (Molla Şərifin) dilindən 1978-ci ildə E.Əzizovun lentə 

yazdığı  “Qız”,  “Cümə  gün”  şeirlərinin,  “Gəlirəm”  qıfılbəndinin  aç-

masını,  folklorşünas  Azad  Ozanın  (Azad  Kərimli)  lentə  yazdırdığı 

Aşıq Siracın yaradıcılığına aid “Payızda”, “Dinə bilmir”, “Gəlməsə”, 

“Hökmü” və b. şeirlərini, ustadnaməni, aşığın öz şəyirdi ilə deyişmə-

sinə  dair  rəvayəti,  həmçinin  aşıq  Şəmşirin  şagirdi  Şəkili  aşıq  Sakit 

Köçərinin  təqdim  etdiyi  aşıq  Siracın  “Yoxdur”  (qıfılbənd),  “Zoğal” 

(müxəmməs),  “Olsa”,  “Dolandırır”,  “Əlfinaz”,  “Gələrsən”  şeirlərini 

kitaba  daxil  etdik.  F.Çələbinin  haqlı  olaraq  “çağdaş  Şəki  aşıq 

məktəbinin bayraqdarı” adlandırdığı aşıq Sakitin (Sakit Qurbanovun) 

zəngin yaradıcılıq nümunələrinə də kitabda xeyli yer verdik. 

Yuxarıda  adı  qeyd  olunan  “Gəlirəm”  rədifli  qıfılbəndlə  əla-

qədar bir haşiyə çıxmaq da yerinə düşərdi. Həmin qıfılbənd vaxtilə 

eyni  adla  “Molla  Cuma.  Əsərləri”  kitabında  (bax:  “Molla  Cuma. 



Əsərləri”. Toplayıb yazıya alanı və tərtib edəni prof. Paşa Əfən-

diyev  “Maarif” Bakı-1995.  s.  179)  nəşr  edilmişdir.    K.Vəliyevin 

“Elin yaddaşı, dilin yaddaşı” (bax: K.Vəliyev “Elin yaddaşı, dilin 



yaddaşı”. Bakı  “Gənclik”  1987  ss.  185-186)  kitabında  da  həmin 

qıfılbəndin ixtisarlı variantı verilmişdir. Lakin qeyd olunan kitablar-

da  qəfəlbəndin  açması  verilməmişdir.  İndiki  nəşrdə  həmin  qıfıl-

bəndin  açması  verilir.  Bu  açmanı  E.Əzizov  Ş.Umarovun  dilindən 

lentə yazmışdır.    

Yerli dialektə aid üç yüzə qədər  sözdən ibarət lüğətin də 

kitaba daxil edilməsinin faydalı olacağına ümüd edirik. İndiyə-

dək  işıq üzü görmüş Şəki  folkloru antologiya  və toplularında  beş 

yüz  sözdən  ibarət,  ümumiyyətlə  isə  “Azərbaycan  dilinin  Nuxa 

dialekti”ndə  verilmiş  768  sözdən  ibarət  lüğət  (bax:  M.İslamov. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə