Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə70/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   66   67   68   69   70   71   72   73   ...   147

 

223 


X

X

I

I

I

I

.

.

 

 

Z

Z

A

A

R

R

A

A

F

F

A

A

T

T

 

 

T

T

Ə

Ə

R

R

İ

İ

F

F

L

L

Ə

Ə

R

R

 

 

 

Cannara dəyən oğlansan, hayıf ki, qədroo (qədrini) bilən yoxdu! 



 

* * * 


Cannara dəyən oğlansan, hayıf ki, hağlın (ağlın) yoxdur. 

 

* * * 



Şəkinin qaraqoyunlular yaşayan kəndində qonşu qızın tərifi:  

– Ağrınız alım ay qardaşlar,  lap  yaxşı eliyif gəlmisiniz. Val-

lah, ona qız demək olmaz, yıxılı öyün dirəyidi. Bir payaynan beş 

kişini  birdən  yatdırır.  Üklü  araviyə  qoş,  dağın  başına  qaldırsın. 

İnanın  ki,  qonşumuzdu  diyə  demirəm,  Pərzad  balamız  qoşulu 

kəldi, atdı, camışdı... 

 

* * * 


Qızdı, nazdı, 

Min tümən azdı. 

Oğlandı oxdu 

Bir kürək. 

 

* * * 


Maşallah, tırıqqasınnan durmax olmur, diyir, yolun o tayı da  

məəmdi, bu tayı da. 

 

 

* * * 



Əllərin dərd görməsin, gözlərin nur, 

Canın cəhənnəmdə, özün qapıda dur.  

 

 

* * * 



Qırağa durun (yol verin), para kəndə padşah, ölkəyə sərdar gəlir! 

 

* * * 



–  Sən  ki,  məəm  (mənim)  çörəyimi  kəsdin  (dəvətimi  qəbul 

edərək  evimdə  çörəyimi  kəsdin,  qonaq  oldun)  Allah  da  səən  (sə-

nin) çörəyo kəssin!  

 



 

224 


X

X

I

I

I

I

I

I

.

.

 

 

M

M

Ə

Ə

Z

Z

Ə

Ə

L

L

İ

İ

 

 

İ

İ

X

X

T

T

İ

İ

L

L

Ə

Ə

T

T

L

L

Ə

Ə

R

R

 

 

 

 

Dodu ixtilətləri 

 

 

Şəki nefti 

 

Çox  hörmət  bəslədiyim  və  inandığım  qohumlarımdan  biri, 



heç  bir  zaman  neftlə  əlaqəsi  olmayan  bir  şəxs  kabinetimə  daxil 

olur və söhbətə başlayaraq deyir: “Aydın müəllim, biz mersedesdə 

gəzən,  ziyafətlərdə  rəqs  edən  əcnəbi  sahibkarlardan  deyilik.  Biz 

də yaxşı yaşamaq, xalqa xidmət etmək, özümüzdən sonra dünyada 

bir iz qoymaq, nə isə bir şey yaratmaq arzusundayıq”. Mən qohu-

mumun  dediklərinə  şübhə  etmirdim  və  inanırdım  ki,  o,  müəyyən 

iş görə bilər. Lakin, onun gözlənilmədən işlədiyim Geofizika ins-

titutuna  gəlib  məni  tapması  məqsədsiz  deyildi  və  əsas  məsələnin 

nədən  ibarət  olduğunu  bilmirdim.  Çox  keçməmiş  müsahibim  öz 

məqsədini  açıqlamağa  başladı:  “Biz qəzet və radiodan eşitmişdik 

ki,  sən  Özbəkistanda  neft  və  qaz  tapırsan.  Bu  doğrudursa,  onda 

bizə  də  kömək  edin,  Şəkidə  bizə  yer  göstərin,  biz  də  neft  və  qaz 

çıxaraq. Mən uzun söhbətdən sonra onu başa saldım ki, siz Şəkidə 

qara  qızıl  -  neft  çıxarmaq  istəyirsinizsə,  bu  çox  yaxşıdır.  Lakin 

Şəki  üçün  bundan  da  vacib  “ağ  qızıl”  -  sudur.  Şəkinin  sel  təhlü-

kəsindən xilası üçün tədbirlər görməkdir. Mən bildirdim ki, həmin 

problemlər üzrə təklif və layihələr verə bilərəm. Ona su mənbələ-

rinin  yerini,  su  anbarlarının  tikilmə  sxemini,  xəritəni  və  başqa 

göstəriciləri  verdim.  O,  Şəkidə  su  kəmərinin  çəkilişinə  başlaya-

cağına söz verdi və çox razı halda yola düşdü. Təşəkkür edib dedi 

ki, “hayındı” “qara qızıl” üçün gəlib “Ağ qızıl” aparıram. 

 

Atam Qaffar kişi danışırdı ki, bir gün yaxın dostum ilə Xan 

yaylağına çıxıb Şəki və Dodu vadisini seyr edirdik. Dostu tez-tez 

sual verib soruşurdu ki, o yerlər haradır, adı nədir, kimindir və s. 

Atam da ayrı-ayrı  yerlərin adlarını deyir  və torpaqların çar Niko-

laya  məxsus  olduğunu  bildirirdi.  Atam  Dodu  vadisini  göstərəndə 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə