Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə71/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   67   68   69   70   71   72   73   74   ...   147

 

225 


dostu  yenə  soruşur ki, o  yer kimindir?  Atam deyir ki, kimin ola-

caq, ora da Nikolayındır. Dostu həyəcanlanır və deyir: “Ay Qaffar 

kişi, bu Nikolayın nə böyük torpağı varmış?!”. 

 

Hörmətli  şairimiz  Bəxtiyar  Bahabzadə  bacısını  görməyə 

Bakıdan  Şəkiyə  gəlir.  Onun  bacısı  bizim  qonşuluqda  yaşayır. 

Anam  şairin  görüşünə  gedir  və  hal-əhval  soruşandan  sonra  xahiş 

edir  ki,  ay  Bəxtiyar,  bizim  uşaq  Aydın  sən  dərs  deyən  institutda 

oxuyur. Nə olar, Bakıya gedəndə onun “maaşını” artırsana. Bəxti-

yar müəllim məni tanımasa da, gülür və başını tərpətməklə anamı 

razı  salır.  Lakin  o  məni  görüb  tanıyanda  deyir  ki,  ay  bala,  çalış 

yaxşı oxu,  heç olmasa daim təqaüd al.  Anan  xahiş edib ki,  sənin 

təqaüdünü  artırım,  amma,  mən  nə  edə  bilərəm,  çətinliyə  döz,  in-

şaallah, axırı  yaxşı olar. Xoşbəxtlikdən  həmin  il  mən ciddi çalış-

maqla  əlaçı  oldum  və  fərqlənmə  təqaüdü  aldım.  Beləliklə,  “maa-

şım”, az da olsa, artır. Evimizdə anamın daim iradı - “Uşaq acdır, 

uşağa  pul  göndərin”,  olardı,  atamın  da  “göndərmişəm”  yalanları 

haqda söz-söhbət azalır.  Anam  isə ölənə kimi  Bəxtiyar  müəllimə 

dualar edib deyirdi ki, ömrü uzun olsun, uşağımın maaşını artırdı. 

Bala, sən də çalış onun məsləhətlərinə əməl et.  

 

Hər  dəfə  Şəkiyə  gedəndə  əmim  oğlu  mənə  irad  tutub  deyir 

ki,  ay  əmioğlu,  elmlər  namizədi  Aydın  Məmmədov  tez-tez  tele-

viziyada  çıxış  edib  maraqlı  söhbətlər  aparır.  Nə  olar,  sən  də  bir 

dəfə televizorda çıxış elə, sən də elmlər namizədisən axı!. Mən isə 

cavabında zarafatla deyirdim ki,  hərənin öz  yeri olmalıdır. Aydın 

Məmmədov  Qara-Qumda,  Sibirdə,  Tayqada,  Tundrada  olubmu? 

Olmayıb.  Mən  də  televiziyada  olmamışam.  Bu  söhbət  əzizimiz 

Aydına çatır. O mənimlə görüşündə söz verir ki, bu yaxınlarda te-

leviziyada  üzbəüz  oturub  dialoqla  çıxış  edərik.  Mən  təşəkkür  et-

dim  və  razılaşdım.  Lakin,  Aydın  Məmmədovun  vaxtsız  faciəli 

ölümü imkan vermədi ki, arzumuzu həyata keçirək. 

 



 

226 


Sadiq  dostum  Hikmət  institutu  bitirib  bir  il  idi  ki,  Sumqa-

yıtda  kimya  zavodunda  mühəndis  işləyirdi.  Həmin  günlərdə  Şə-

kidən  zavoda  ezamiyyətə  gəlmiş  hörmətli  bir  adam  dorstumu  mə-

zəmmət edər ki, atan təqaüdçü adamdır, şikayət edir, ayıb deyil, nə 

üçün ona bir qəpik də pul göndərmirsən? Hikmət xəcalət çəkir və 

and içib, qan qusur ki, mən onun cibinə ayda 100 manat nəğd pul 

qoyuram, bilmirəm kişi nə üçün şikayət edir. Hikmətin atası Şəkidə 

bu  söhbəti  eşidir,  əsəbiləşərək  Sumqayıta  gəlir,  oğlunu  yalan 

danışdığı  üçün  danlayır  və  soruşur  ki,  nə  vaxt  sən  mənim  cibimə 

pul  qoymusan?  Özünü  sındırmayan  Hikmət  qucaqlayıb  atasının 

üzündən öpür və deyir ki, ay ata, mən tələbə olanda ayda 100 manat 

pul  göndərirdin,  indi  isə  göndərmirsən.  Mənim  o  pulum  sənin 

cibində  qalır  da.  Biçarə  ata  deməyə  söz  tapmır  və  əlacsız  qalıb 

deyir: “Çox sağ ol, oğul! Elə isə pulun halallığını da ver”.   

  

Qonşumuz  Uçu-buçu  İspəndiyar  dayı  -  yorulmaz  zəhmət 

adamı,  müharibə  vaxtı  evinə  ezamiyyətə  gəlir.  Qohum-əqrəba, 

qonşular, tanışlar görüşünə gəlirlər, hal-əhval tuturlar, hərə müha-

ribədə olan adamını  soruşur, vəziyyətlə  maraqlanırlar. İspəndiyar 

dayı isə heç qulluq etdiyi yerin adını da bilmirdi. Ondan soruşurlar 

ki,  harada  vuruşursan,  cavabında  deyir:  Şəkidə  bizi  dörd  təkərli 

maşına  oturdub  üzü  aşağı  apardılar,  sonra  da  vaqona  mindirib 

çəpinə  sürdülər.  Sonra  da  həmin  yerə  çatdıq.  Qəməndirim  sütül 

rus  balasıdır.  Zalım  oğlu  ayı  kimi  şeydir.  Nə  deyirəmsə,  qanmır 

ki,  qanmır.  Onu  urus  dilində  başa  saldılar  ki,  mən  arvadımın  ya-

nına getmək istəyirəm. sağ olsun, o da yol pulumu verib məni yola 

saldı. Söhbət uzanır, görüşə gələnlər çıxıb getmirlər ki, getmirlər. 

İspəndiyar  çoxdan  həsrətində olduğu gözəl arvadını kənara çəkə-

rək qucaqlayıb öpür  və gileylənir ki,  bunlar  nə  vaxt dağılışıb ge-

dəcəklər? Arvad onu sakitləşdirərək deyir ki, qadan alım, darıxma, 

səbr elə, hamısı sənindir. Həmin vaxtdan Dodu vadisində hər kim-

də,  istər  kişi,  istərsə  qadın,  hövsələdən  çıxıb  tələsərsə,  ona  xalq 

məsəli kimi deyirlər: “səbr et, hamısı sənindir”.   



 


 

227 


Doduya  gedən  avtobusun  sürücüsü  sərnişinlərlə  söhbət 

edərkən,  deyir  ki,  əvvəlki  reysdə  kənddə  olarkən  çayxanada  Qa-

çaybala Məmmədəli çay içdiyi yerdə rəhmətə getdi. Yazığı oradan 

apardılar evlərinə. Evdə ailəsindən heç kim yox idi. Hərə öz işinə 

gedib.  Mən  onu  yaxşı  tanımıram,  amma  deyirlər  ki,  çox  yaxşı 

adam  imiş.  Bunu  eşidən  arxa  oturacaqda  oturan  qadın  dəhşətlə 

ayağa qalxır, ağlayır, çırpınır və deyir ki, o, mənim ərimdir. Sürü-

cü ona təsəlli verir, “ölüsünə” rəhmət deyir və həm də, özünü mə-

zəmmət  edir  ki,  dilim  qurusun,  mən  niyə  bunu  danışdım,  nə  bi-

leydim  ki,  arvadı  maşındadır.  Maşın  kəndə  çatanda  arvad  tələsik 

düşür, ağlaya-ağlaya evə gedir  və  içəri girəndə görür ki, əri evdə 

oturub  araq  içir.  Arvad  sevincindən  bilmir  ki,  nə  etsin,  adətinə 

zidd olaraq ərini öpür, qucaqlayır və tez-tez “Allaha şükür”, “Al-

laha şükür” deyir. Kişi təəccüblənir və arvadının sevincinin səbə-

bini soruşur. O da, hadisəni olduğu kimi danışır. Beləliklə, Qaçay-

bala  Məmmədəli  dayını  araq  şüşəsi  ilə  evinə  yola  salan  avtobus 

sürücünün  “acı  zarafatı”  içki  üstə  həmişə  baş  verən  ailə  münaqi-

şələrinə  son  qoyur,  arvad  bir  daha  ərini  araq  içdiyinə  görə  mə-

zəmmət etmir. 

 

Bakı  şəhərində  anamdan  kim  soruşsaydı  “Haralısan?” 

dərhal  cavab  verirdi:  “hayındı  adam  haralı  olar,  18-ci  rayondan” 

Sual  verən  heç  nə  anlamır,  yeni-yeni  suallar  verirdi.  Anam  isə 

belə aydınlaşdırırdı ki, ay dünyadan  bixəbər  insanlar,  Şəki şəhəri 

Hyu-York kimi bir çox rayonlardan ibarətdir. Mən onun 18-ci ra-

yonu  Dodunu  deyirəm  də,  tanımırsınız?  Coğrafiyadan  müəllimi-

miz  bəs  bizə  nə  danışıb?  Mənə  isə  evdə  deyirdi  ki,  elə  səhərdən 

axşama  kimi  yazıb  pozursan,  nə  yazırsan?  Bu  gözəllikdə  diyarı 

Bakıda  tanımırlar.  Dodudan  da  yazın  da!  Anamın  arzusunu  necə 

yerinə  yetirməyimi  bilmirəm,  ancaq  anamın  iradında  haqlı  olma-

sına şübhəm yoxdur. 

Qış  aylarında  o  Bakıda  olanda  bizə  haqlı  bir  başqa  irad  da 

tuturdu.  Deyirdi  ki,  kişi  qarın  altındadır,  üşüyür.Görmürsünüz? 

başını  aşağı  tutub,  yazıqdır,  insafınız  olsun,  ony  qardan  təmizlə-




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə