Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə72/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   68   69   70   71   72   73   74   75   ...   147

 

228 


yin. Anam “kişi” deyəndə Bakıda beşmərtəbə evin qarşısında olan 

Məhəmməd Füzulinin heykəlini nəzərdə tuturdu. Biz aydınlaşdırıb 

deyirik ki, ay ana, sən narahat olma, o kişi “Beş yüz ildir yaşayır”, 

hələ  beş  min  il  də  yaşayacaq.  Ömrü  uzun  olsun,  siz  də  onun 

üstünü  və  ətrafını  təmiz  saxlayıb,  qayğısına  qalsanız,  onda  onun 

ömrü daha uzun olar-deyərdi. 

 

Uşaqlıq  dostum  Fərman  Cumay  oğlunu  Bala  Dərədə  dər-

yazla ot çalan görüb çox təəcübləndim. Hər məzuniyyətə gedəndə 

adətən,  onu  öz  oğlanları  ilə  ev  tikən  görürdüm.  “Gah  böyükdən 

kiçik,  gah  kiçikdən  böyük,  gah  da  ortancıl  oğluma  ev  tikirəm”  - 

deyirdi.  Mən  də  onu  yeni  uşağın  olması  münasibəti  ilə  təbrik 

edirdim.  Ümumiyyətlə,  Dodu  sakinləri  ev  tikməyi  və  çox  uşaqlı-

lığı sevirlər.  

Dostumun dəryazının ağzından çıxan ot dəstəsini yaş-yaş bir-

birinin  ardınca  uşaqlar  qucaqlayıb,  çox  da  yaxında  olmayan  evə 

daşıyırlar.  Qurumamış    otu  kəndin  uşaqlarlna  daşırtdığı  üçün 

dostuma irad tutdum. “Kəndin uşaqları niyə olur, özümün doğma 

balalarımdır, doqquz uşaq atasıyam”  - dedi  və  işin  çox, köməyin 

isə  az  olmasından  gileyləndi.  Həyatda  onun  intensiv  fəaliyyətinə 

və böyük yaradıcılığa  malik olduğunu bildirib, uğurlar arzuladım. 

Bu əhvalatı axşam evdə danışanda əziz bacım Rəqiyyə: “Fər-

manın doqquz yox, on uşağı var” - dedi, Mən çox pərt olmuşdum 

-  nə  üçün?  Hörmətli  dostum  mənə  yalan  danışmışdır.  Müxtəlif 

yozmalar yozdular. “Göz dəyməsin deyə uşaqların sayını azaldır - 

dedilər. Mən səhər ona öz gileyimi bildirdim. O isə “sən öl, uşaq-

ların sayını dəqiq bilmirəm”, - dedi. O, öz balalarının adlarını yed-

diyə qədər sayıb “Vallah qalanlarını unutmuşam” - dedi. Təəcüb-

lənib  -  “bəs  axşam  uşaqların  hamısının  evdə  olmasını  necə  təyin 

edirsiniz?” - deyib sual verdim. Axşam xörək dolu nimçəni və ya 

yatacağı sahibsiz görəndə uşağın evdə olmamasını  bilirik. Vallah 

ailədə  işgüzar  uşaqlar  nə  qədər  çox  olsa  valideynlərin  iştahı  bö-

yüyür, bir o qədər də uşağın olmasına çalışırlar.  

 



 

229 


Köşk satıcısı. Abdulla dayı malı 3 manat artıq satdığına görə 

onu  iki  il  həbs  cəzasına  məhkum  edirlər.  Məhkəmə  öz  qərarını 

oxuduqdan sonra müttəhimə son söz deməyə icazə verilir. Abdulla 

dayı:  “Vallah  dünyanın  işinə  məətdəl  qalmışam,  beş  min  manat 

rüşvət alan üç  manat rüşvət alanı  ittiham edir,  mənim  heç  sözüm 

yoxdur”. Üç  manat rüşvət alıb, beş  min rüşvət vermədiyindən  iki 

il  həbsxanada  oturduğunu,  hakimin  ədalətsiz  hərəkətini  Abdulla 

dayı özü Şəkidə mənə danışmışdır.    

İkinci  dünya  müharibəsi  iştirakçısı,  hörmətli  Abdulla  dayı 

sağdır,  Allah  ömrünü  uzun  eləsin!  Amma  hakimin  həyat  müqəd-

daratı məlum deyil.  

 

Biləcik ixtilətləri 



 

Çöldən evə tullanma oyunu və ya üzlü qonaq 

 

Günlərin bir günündə bir ailəyə bir nəfər qonaq gəlir. Bu qo-

naq burada o qədər qalır ki, ev yiyəsi tamam bezir. Arvad-kişi otu-

rub plan cızırlar ki, necə edək, bu qonağı evdən bayıra  çıxardaq. 

Əvvəlcə arvad fəaliyyət göstərir.Bir səhər arvad su gətirəndə deyir 

ki,  ay  qonaq  qardaş  pis  xəbər  var.  Evinizdə  arvad  uşaq  hamı 

xəstələnib yatır, xəbər gəlib ki, tez gəlib çatsın. 

Qonaq bir az fikirləşib deyir: “Ay aman, mən bu gün evə get-

mək  istəyirdim,  amma  daha  əməlli  qalmalı  oldum.  Çünki  xəs-

təlikdən qorxuram”.  

Arvad dediyi sözdən peşiman olur.Sabahı gün tezdən qonağı 

muştulluqlayır  ki,  ay  qonaq  qardaş,muştuluq,  evdən  şad  xəbər 

gəlib. Hamı sağalıb, sənin yolunu gözləyir. 

Qonaq  bu  sözü  eşidib,  arxayınlaşır  və  deyir:  “Ay  səni  şad 

xəbər olasan.Yaman narahat idim. İstəyirdim gedib yoluxam, daha 

ehtiyac qalmadı, ürəyim sakitləşdi”. 

Ev sahibləri gördülər ki, qonağı beləliklə evdən çıxara bilmə-

yəcəklər,  ayrı  tədbirə    qol  qoydular.  Kişi  qonağa  dedi  ki,  ay  qo-

naq, gəl bir oyun oynayaq. Evdən çölə tullanma oyunu. Görək kim 



 

230 


qabağa çölə tullana  bilər. Bu  minvalla qonağı çölə çıxarıb qapını 

bağlamaq  istəyirlər.  Qonaq  onların  fikrini  başa  düşür  və  deyir: 

Xeyir,  mən  belə  oyunu  xoşlamıram.  Gəl  çöldən  işəri  tullanma 

oyununu oynayaq. 



 

İlana pul nəyə lazımdır? 

 

Biləcik  kəndində  Rəhim  adlı  (ləqəbi  mırıq  Rəhimdir)  bir 

nəfər  yaşayırdı.Günlərin  bir  günü  bu  kəndə  ilan  oynadan  qaraçı 

gəlir.  Rəhim  kişinin  yanına  gəlib  ordan-burdan  söhbətə  başlayır. 

Rəhim kişiyə deyir ki, gördüyün bu torbada ilan var. Ona nə desən 

əməl  edir.  Rəhim  kişi  maraqlanır  və  deyir  ki,  göstər  məharətini. 

Qaraçı  ilanı  Rəhimin  boğazına dolayıb deyir ki,  Rəhim dayı,  ilan 

10  kq  qoz  istəyir.  Rəhim  arvadı  Gülbaharı  çağırıb  tapşırır  ki,  10 

kq qoz gətirsin.  Bir  az keçir,  yenə qaraçı deyir:  Rəhim  dayı,  ilan 

10 kq fındıq istəyir. Gülbahar onu da gətirib verir. Qaraçı görür nə 

istəsə  onu da verirlər, deyir: 

– Rəhim dayı, ilan 10 manat pul istəyir. Rəhim dayı 10 manat 

pulu  da  verir.  Qaraçı  ilanı  Rəhimin  boynundan  açır,  torbaya 

qoyur. Torbanı yerə qoyur. Rəhim yaxınlıqdakı  çəpərdən bir paya 

çıxarıb ilana  yaxşı bir paya çəkir. İlan bir dəfə ağzını açıb örtür. 

Qaraçı  hirslə  deyir:  -  A  kişi,  sən  nə  edirsən?  Rəhim  kişi  hirslə 

cavab verir: qoz deyirsən verdim, fındıq deyirsın verdim. Bəs ilan 

pulu neynir? İlan bəyəm bazarlığa gedəcək? İlan pul xərcləyəcək. 

 

Bu kənddə ala qarğa bala çıxarmaz 

 

Biləcik  kəndində  Seyid  adlı  bir  nəfər  fağır  kişi  yaşayırdı.Bu 



kişinin evinin  yaxınlığında böyük, qollu-budaqlı qoz ağacı vardı. 

Bir qarğa bu qoz ağacının lap hündürlüyundə yuva qurmuşdur ki, 

bala çıxarsın.Ancaq  bu qarğa zəhlətökən  idi. Seyid dayının  həyə-

tində bir cücə qoymurdu ki, böyüsün. Bu iş hər il təkrar olunurdu. 

Günlərun birində Seyid dayı  belə qərara aldı ki, ya  qarğanı məhv 

etsin, ya da qozu kəssin. Axırda fikirləşib bunun əlacını tapır. Bir 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə