Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə73/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   69   70   71   72   73   74   75   76   ...   147

 

231 


səhər  çıxır    qoz  ağacının  lap  hündürlüyünə,  yumurtaları  götürüb 

düşür  yerə  və qazana qoyub  yaxşı-yaxşı qaynadır. Sonra yenə  bu 

bişirilmiş  yumurtaları  çıxarıb  yuvaya  qoyur.  Yazıq  qarğa  bu 

yatmaqla düz 3 ay kürd yatır, lakin yumurtalardan cücə çıxmır ki, 

çıxmır.  Axırda  zəiflikdən  üzülən  qarğa  yuvadan  ölüb  düşür  yerə. 

Beləliklə,  Seyid  dayının  canı  bu  qarğadan  belə  qurtarır.  Belə  bir 

məsəl də qalır ki, “Biləcikdə ala qarğa bala çıxarmaz”. 

 

Qışlaq ixtilətləri 

 

Ürəyitəmizlik 

 

Kərmək  Rəşid  arvadı  Nabatla  xoş  güzaran  keçirirdilər,  bir-



birini  sevirdilər.  Bir  gecə  Rəşidlə  Nabat  bir-birinə  məhəbbətlə 

dolu sözlər yağdırarkən Nabat ürəyiaçıqlıq edərək Rəşidə deyir ki, 

sənin  hər  şeyin  yaxşıdı,  bircə  adın  Rəşid  yox,  Mabud  oleydi. 

Rəşid təəccüblə soruşdu ki, ay Nabat, bəs bu Mabud kimdi. Nabat 

bildirdi  ki,  əşi,  olub-keçmiş  şeylərdi,  Mabud  məni  sənnən  əvvəl 

istiyən oğlanın adıdı. 

Kərmək Rəşid özündən çıxaraq: - Çıx get burdan, bu yastıqda 

üç adama yer yoxdu - deyərək özü baş götürüb öydən gedir. 

 

Rəşidin yer qazması 

 

Qəssəb  Əhəd  kişi  öyün  yerinə  döşəmə  vurmaq  üçün  usta 



çağırır. Usta Qasım öyün yerini bir metr dərinliyində qazmağı və 

torpağı çıxarmağı  məsləhət bilir. Yeri qazmaq üçün qonşu qəbir-

qazan Rəşidi çağırırlar. Rəşiddən nə qədər zəhmət haqqı alacağını 

soruşurlar. Rəşid isə cavab verir ki, bir qəbri 100 manata qazırlar. 

Öyün yerini ölçərik, neçə qəbir yeri olsa, o qədər pul alaram. 

 

Sənin eşşəyo qohumu çoxdu 

 

Şəkinin qışlaq  hissəsində  yaşayan dəllək  Aba kişi Cəfərabad 



kəndinə - həftəbazarına gedir. Bazardan eşşək alıb gətirir evinə. 


 

232 


Bir neçə gündən sonra qapı döyülür. Aba kişi qapıya çıxır. İki 

nəfər dəhnəli ev sahibiylə salamlaşib özlərini təqdim edirlər:  

– Biz saa eşşək satanın qohumuyuq.  

Aba kişi: 

– Çox gözəl, - deyib bunları evə dəvət edir. Qonaqlar 2-3 gün 

qalıb  gedirlər.  Beləcə  hər  həftə  Dəhnədən  Aba  kişigilə  qonaq 

gəlir.  

Bir gün Aba kişi eşşəyi qabağına qatıb aparır Dəhnə kəndinə. 

Soraşıq eləyif eşşək satanın evini tapır.  

Eşşək  satan  elə  bilir  ki,  Aba  kişi  qonaq  gəlib,  onu  içəri 

çağırır. Aba kişi deyir:  

–  Mən  qonaq-zad  gəlməmişəm.  Sənin  eşşəyo  qaytarmağa 

gəlmişəm. Eşşəyo qohumu çoxdu. Maa qohumları çox olan eşşək 

lazım döylü. 



 

 

Çərçinin andı 

 

 

Salam adlı bir kişi eşşəklə məhəllələri gəzə-gəzə alver edərdi. 

Eşşəyin  üstünə  qoyduğu  səbətə  konfet,  qolbax,  saqqız,  stəkan, 

nəlbəki  və  i.a.  kimi  şeylər  qoyardı.  Hər  nə  satardısa,  and  içə-içə 

tərifləyərdi.  

 Salam  kişinin  alver  eliyəndə  yalannan  and  içməsini  görən 

adamlardan bəzisi etiraz edərdi: 

 –  Ay,  Salam  dayı,  -  deyərdilər,  -  alver  eliyəndə  az  and  iç. 

Axı yalandan and içmək günahdır. 

 Salam kişi belə sözlərə məhəl qoymazdı: 

– Əşi, nə işiniz var, alverim getsin - deyərdi. 

 Bir  vaxt  görürlər  ki,  Salam  kişi  bazarda-şəhərdə  elə-belə 

gəzir. Tanıyanlardan biri onnan xəbər alır:  

– Ay Salam dayı, niyə alver etmirsən, eşşək hanı?  

“Eşşək  hanı”  sözünü  eşidən  kimi  Salam  kişinin  gözlərindən 

yaş axardi, aglaya-aglaya “eşşək öldü” söyləyərdi. 

Salam kişini çoxdan tanıyanlardan biri onu məzəmmət edir:  

– Ay kişi,  yalandan  Allaha  and  içmə, qənim olar  didox. Sən 




 

233 


cavab  verdin  ki,  işində  ol,  alver  olsun.  İndi  gördün  ki,  yalandan 

and içən adama Allah qənim olur. Sənin xırda-xırda yalandan and 

içməyin yığılıb eşşəya qənim oldu.  

 

 



Mehriban gəlin və qaynana 

 

 

Qaynana və gəlin heç vaxt bir-birinin pisliyini danışmaz, hə-

mişə  bir-birindən  razı  qaldıqlarını  bildirərdilər.  Öz  aralarında 

apardıqları iş bölgüsünə görə bir yaş iki aylıq uşagı yedirmək qay-

nanaya düşür. Gəlin  hər gün uşagın  yeməyini  hazırlayır, qaynana 

da  yedirməli  olur.  Uşaq  çox  çətin  yeyir.  Qaynana  gah  oyuncaq-

larla,  gah  toyuqlarla,  gah  da  hovuzda  üzən  balıqlarla  nəvəsini 

aldada-aldada yemək yedirərmiş. 

Qaynana  baməzə  qadın  olur.  Qonşular  onun  məzəli  söhbət-

lərini çox sevirlərmiş. Arvad söhbətlərin birində belə danışır:  

– Ay qız, uşağı toyuqların yanına, hovuza aparmaqdan, oyun-

caqla aldatmaqdan bezar olmuşdum. Uşaq yemir ki, yemir. Zalım 

balası  -  bizim gəlini deyirəm  -  yeməyi o qədər hazırlayır ki, qur-

tarmaq bilmir… Gördü ki, yox, uşaq hər gün axşama qədər mənim 

qucağımda,  mən də onu gəzdirməkdə olasıyam.  Uşağı toyuqların 

yanına aparıb bir qaşıq uşağın ağzına, iki qaşıq öz ağzıma, hovuza 

aparıb,  bir  qaşıq  uşağın  ağzına,  iki  qaşıq  öz  ağzıma  atıram… 

Beləcə,  körpənin  xörək  qabının  dibini  yalayıb  gəlinin  qabağına 

qoyuram.  Bir  vaxt  görürəm  ki,  uşaq  sap-sarı  saralıb,  özüm  isə 

kökəlib camışa dönmüşəm. Başladım öz-özümü qarğamağa:  

– “Ay qarnaa güllə dəysin. Bu nə işdir sən etdin”.  

Əlacım kəsilib axırda gəlinə dedim:  

– “Ay canı yanmış, uşaq çox çətin yeyir. Bəlkə, işimizi dəyiş-

düyüş eliyəh, mən hazırlayım, sən yedir”. 

Bu yolla həm uşagın canını, həm də öz canımı qurtardım.  

 

 

 

 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə