Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə75/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   71   72   73   74   75   76   77   78   ...   147

 

237 


– Dədə, niyə dənizə, binalara, küçələrə baxmırsan? Gözün elə 

hey göy otlarda, yaşıl çəmənlərdədi? 

Dədəsi bir an ətrafa göz gəzdirib deyir: 

–  A  bala,  nə  var  boz  qubuxlarda  (mişar  daşlarından  tikilmiş 

binalara işarə edir). Daş görməmişiyəm. Sonra yaşıllıqları göstərib 

deyir: 


–  Yaqın  bu  otduxları  xam  saxlayırlar.  Payızda  sürülərə  xam 

verəjəklər. Bax, oğul, sənin Bəkində (Bakıda) bircə bu mənim xo-

şuma  gəldi.  Yoxsa  qalanların  hamısı  bəzək-düzəhdi,  qrasqadı. 

Uşax-muşağın başını allatmaxdı.  

Elə həmin günü axşamı Məmməd kişi Şəki avtobusuna əylə-

şir. 


 

Düz görən çəp 

 

Bir uşaq bir çəp görənə yaxınlaşıb deyir: 

– Dayı, bu doğrudur ki, deyirlər çəpgözlər həmişə bir şeyi iki 

görürlər?  

Çəpgöz acıqlı-acıqlı deyir: 

–  Onu  deyənlər  çox  qələt  eləyir.  Elə  olsaydı  indi  mən  sizin 

ikinizi dörd  görərdim. 

 

Oynaşa xəbərdarlıq 

 

Uzaq səfərdən gecə  yarışı  evə qayıdan kişi  içəri  girəndə  iki 



nəfərin pəncərədən atılıb qoyun küzünə girdiyini görür və tez qa-

çıb qutanın



70

 ağzını bağlayıb arvadını haylayır ki, tez ona bir pərdi 

dəyənəyi  gətirsin.  Səsə  çıxan  arvad  yalandan  bir-iki  dəfə  əsnəyir 

və ərindən soruşur: 

– A kişi, gecə dəyənəyi neynirsən, qoyunları sayacaqsan? 

– Qoyunları yox, a köpək qızı, sənin oynaşlarıyını. 

 

 

 



 

238 


 

Ancaq bir nəfəri... 

 

Qarbaçov  prezident  olan  zaman  Qarabağ  məsələsi  ilə  əlaqə-

dar olaraq Allahşükür Paşazadə onun qəbuluna gedir. Prezidentin 

baş köməkçisi içəri girib deyir:  

– Yoldaş Sergey Mixayloviç, Azərbaycandan Qafqaz Ali Di-

ni Şurasının Baş   İdarəsinin sədri Allahşükür Paşazadə yoldaş qə-

bulunuza gəlib, onu içəri buraxımmı? 

Qarbaçov qabağındakı kağızlara  nə  isə  yaza-yaza başını qal-

dırmadan deyir: 

–  Yox,  mənim  o  qədər  adamı  qəbul  etməyə  vaxtım  yoxdu, 

ancaq bir nəfərini qəbul edə bilərəm, burax gəlsin.   

 

Sənə demişəm ki, öz yeriyə danış! 

 

Dərəcənnətli  Gödən  Soltanla  Cənnət  oğlu  Zakir  həm  yaxın 



qohum, həm də tay-tuş qonşular idi. (Hər ikisinə allah rəhmət elə-

sin). Zakir kişi olduqca utancaq, abır-həya güdən, az yeyən, ifallı 

bir kişi idi. Gödən isə çoxyiyən, nəfsini saxlaya bilməyən, utanıb-

çəkinməyən, hətərən-pətərən danışan bir adam idi. Bir gün bu iki 

qohum nə işləsə əlaqədar günorta üstü gedib bir dəhnəli tanışları-

nın  evinə  çıxırlar.  Özləri  də  bərk  acıblarmış.  Bir  stəkan  çaydan 

sonra ev sahibi arvadına deyir: 

        – Arvad təzə aldığım ətdən qonaqlara yaxşı bir yemək hazır-

la. Uzax yerdən gəliflər, aj olacaxlar. 

Zakir kişi tez dillənir: 

– Bajı,  vallah  ajdığımız yoxdu, lazım döyül. Hindijə ayrı bir 

tanışın öyündə doyuncax yeyif-içif çıxmışıx. Ev sahibəsi daha ye-

mək  hazırlayası olmur. Qonaqlar da  bir  az oturuf çıxırlar. Qonaq 

evindən bir az aralanan kimi Gödən açılır, nə açılır: 

– A kişi,  səyə (sənə)  neçə min dəfə demişəm öz yeriyə da-

nış,  mənim  yerimə  yox.  Yekə  kişisən,  diliyi  (dilini)  farağat  qoya 

bilmirsən.Əyə, zalım oğlu, biz səhərdən aj döyülük?  Hansı tanışın 



 

239 


öyündə  zəhərrənmişik,  əyə,  deyirsən  yemişik.  Hindi  ajınnan  kö-

pük qusa-qusa get İntizarın öyünə (İntizar Zakir kişinin arvadının 

adıdı).  Bunnan  sora  sənnən  yola  çıxan  lap  eşşək  oğludu,  -  deyib 

Zakir kişidən uzaqlaşır və özünü evə çatdırmağa çalışır.  

 

“Prostoy” həkimin yanında heç olmamısan? 

 

Birisi gimgə yerində xəstəliyindən gileylənərək deyirmiş: 

– A kişi, daha nə qədər akademikin, professorun yanında ol-

maq olar?  Ancaq  bu  andıra qalmış  xəstəlik  məndən əl çəkmir ki, 

çəkmir. Ona qulaq asanlardan biri ordakılara bir göz vurub deyir: 

– A kişi, sən mənə de görüm, heç prostoy həkimin qəbulunda 

olmusanmı? 

Kişi qayıdır ki: 

 –  Ay  rəhmətliyin  oğlu,  mən  akademikdən,  professordan 

danışıram,  sən  də  durub  mənnən  prostoy  həkimdən  danışırsan. 

Böyük – böyük doktorların sağalda bilmədikləri bir xəstəliyi pros-

toylarmı sağaldasıdır?! 

Müsahibi deyir: 

– Elə ona görə də sağalmamısınız da. Daha niyə deyirsiniz ki, 

Vartan sağaldı, Vartan köpəyoğlu çoxdan gəbəribmiş də... 

 

Ay dayı, səən cano yiyim... 



 

Qaraqoyunlu  Salatın  oğlu  Alı  yaylaqdan  arana  qayıdanda 

başını  qırxdırmaq  üçün  Şəkidə  bir  bərbərxanaya  gedir.  Başı  həd-

dindən böyük olduğundan kənddə onu bəzən “qarpızbaş Alı” deyə 

çağırırmışlar. İki aya yaxın bir vaxtda sürünü səllim qoyub şəhərə 

gələ  bilmədiyindən başı  hədsiz  şəkildə tüklənibmiş. O, keçib stu-

lun  birində  əyləşir.  Dəllək  işə  girişir.  Qalın  tük,  yekə  baş,  yayın 

cırcıraması  yaşlı,  arıq  dəlləyi  lap  əldən  salır.  Kişi  qan-tərə  batır. 

İşini başa çatdırıb güzgüyə baxanda lap heyrətlənir. Güzgünün ya-

rısını  par-par  parıldayan  bir  kor-kobud  qabıqlı  bir  “qarpız” 

tutmuşdu. Bu vahiməli şəkilə baxan dəlləyin başında qəribə bir fi-



 

240 


kir yarandı: “Ana bunu necə doğub görəsən?” Bunu düşünən dəl-

lək yorğunluğuna baxmayaraq başını ehmalca bulayıb gülümsəyir. 

Alı kişi stuldan qalxıb dəlləyin pulunu verir  və  “Sağ olun” deyib 

qapıdan çıxmaq istəyəndə dəllək dözməyib deyir: 

– Bacı oğlu, səən canoo yiyim, məni bağışla. Hayindi di gö-

rüm,  səni  doğan  ana  durur,  yoxsa,  sənnən  sonra  Allah  rəhmətinə 

geetdi? 

Alı  da  bu  sözləri  başqa  bərbərlərdən  eşitdiyindən  gülə-gülə 

deyir: 

– Durur, ay dayı, durur. Hələ  mənnən sora üçünü də doğub-



du.      

 

Bəs mən başıma haranın daşını töküm, ay cahamat... 



 

Kəhriz obalı “Padar Qurvan” (Allah rəhmət eləsin) 40-45 ya-

şında sürücülük eşqinə düşür. Qohum-qardaş nə qədər təkid edir-

sə,  o  dediyindən  dönmür  ki,  dönmür.  Pulunu  verib  avtoşkoladan 

bir  sürücülük  “pravası”  alır.  Sonra  bir  500-600  manat  xərc  çəkib 

kolxoz sədrindən bir “Qaz-53” yük maşını da qoparır. Elə bundan 

sonra kəhrizlilərin “qara günləri” başlayır. Bir gün xəbər çıxır ki, 

Qurvan  filankəsin  inəyini  xışladı,  o  biri  gün  dedilər  ki,  Qurvan 

maşını  dala  verəndə  özünün  camışının  qolunu-qıçasını  oğum-

oğum eləyif. Qısası  budur ki, bir neçə həftə ərzində ziyanlıx  ver-

mədiyi çox az adam qalır. Bir axşam yaxın adamlar, bir neçə kənd 

ağsaqqalı Qurvangilə yığılıb dedilər: 

– Ay Qurvan, axı  belə olmaz. Kəhriz kiçik  bir kənddi;  hamı 

da biri-birinə calaxdı. Ona görə heş kim sənnən şikayət eləyə bil-

mir. A balam, adam nə qədər ziyannıx vurar. Biz dinif-danışmırıx, 

sənin də barı avır-hayan olsun da. Apar o maşın andırı kolxoza tə-

fil ver. Bunun gələcəyi, Allah eləməsin, daha pis olar.  

Bayaqdan bir tərəfdə lal-dinməz oturan Çiçək arvad (Padarın 

arvadı) birdən partdıyır: 

– Ay öyünüzü  Allah tiksin, Sizin  hərəyizdən  bir  para davar-

duvar,  nə  bilim  kəlçə-dana  öldürüf.  Bəs  mən  başıma  haranın  kü-



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə