Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə76/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   72   73   74   75   76   77   78   79   ...   147

 

241 


lünü töküm. Qapımda bircə dənə quyrux buluyan qalmayıf, maşını 

dala-qavağa verdikcə hamısını qırıf qurtarıf.          



 

“A kişi, sən hara qaçqınısan?” 

 

Birisi bütün idarə və təşkilatlara yazır ki, o da qaçqın ola-ola, 



ona qaçqınlıq statusu vermirlər. Nəhayət, onu qaçqınkoma çağırıb 

soruşurlar ki, o hansı rayondan olan qaçqındı. Kişi də sakitcə iza-

hat verərək deyir: 

–  Doğrudu,  mən  müharibə  getməyən  bir  rayonun  kəndində-

nəm.  Özəlləşmə  dövründə  yaşadığım  kəndin  kolxoz  sədri  cama-

atın  var-yoxunu  talayıb  dağıtdığı  üçün  ondan  yuxarılara  şikayət 

məktubları  yazır, teleqramlar  vururdum.  Buna görə də sədrin qo-

çuları gecələr evimə hücüm edir, özümü və uşaqlarımı öldürəcək-

ləri ilə hədələyirdilər. Odur ki, mən də ailəmi götürüb o rayondan 

başqa rayona qaçmışam. A yoldaş, məni qaçqın saymırlar. Bəyəm 

qaçqının buynuzu olur?! 

Komissiyanın sədri deyir: 

– A kişi, sən nə qəribə adamsan, “Nə bilim sədirdən, briqadir-

dən, onların qoçularından qorxub mən başqa yerə köçmüşəm” de-

məklə adama qaşqın statusu verərlər?! Qaçqın statusu verilən qaç-

qınların hansı rayonlardan olduğunu hamı yaxşı bilir. Onlar ermə-

ni quldurlarının əlinə keçməmək üçün qaçıb canlrını qurtarıblar. 

– Onlar erməni gavırlarından qorxub qaçıflar, mən də müsür-

man quldurlarından. Daha niyə məni qaçqın saymırsınız ki?! 

Sədr deməyə  söz tapmır, qalır mat - məhəttəl.  



 

Aydın cavab 

 

İki ləzgi keçəçi



71

 Qaraqoyunlu kəndlərindən birinə gəlir. Də-

rəcənnətli Hacıbaba kişi  onları evlərinə aparır ki, yaylaq alaçıqla-

rı  üçün  bir  neçə  keçə  saldırsın.  Ləzgilər  yunu  didib  hazırlayır  və 

yerə  sərib    lağacla  döymək  istəyəndə  Hacıbaba  kişinin  yoldaşı  

Gülpəri arvad deyir: 




 

242 


–  Ağrıyız  alım  a  qardaşlar,  keçəni  bərk-bərk  döyün  ki,  kip 

olsun, yeylaxda dəyəmdən dammasın.  

Keçəçilərdən biri halını pozmadan deyir: 

– Bacı, o bizlik döyül, sənnikdi. 

Arvad təəccüblə deyir: 

– Nətəri yanı mənnikdi, başa düşmədim.  

– Bacısı, bunu başa düşməyə nə var ki, hindi mən yaxşı-yaxşı 

başa salım:  

Verəcəksən yağdan, ətdən - vurarıq bərkdən, bərkdən. 

Verərsən şordan, mordan - vurarıx  burdan,ordan. 

Başa düşdünmü, ay xalası. 

– Başa düşdüm, ay qardaş, başa düşdüm. 

 

Eşşək həmən eşşəkdi, palanı dəyişif... 

birdən eşşək də dəyişə bilər 

 

Birisinin qonşu eşşəyinə gözü düşür,  onu ələ keçirmək üçün 



qazının yanına gedir və dərdini ona açır. Qazı  bir az fikirləşib ona 

deyir: 


–  Kişi,  get  öz  eşşəyini  gecəykən  uzaq  bir  yerə  aparıb  sat. 

Gecənin  birində  qonşunun  eşşəyinin  palanını    götürüb  gizlət,  öz 

eşşəyinin palanını qoy onun belinə və səhər açılanda haray sal ki, 

qonşu sənin eşşəyini oğurlayıb. Dalısınca sənin işin yoxdur, eşşəyi 

qanuniləşdirib sənə verəcəyəm. 

Beləliklə, kişi qazının köməkliyi ilə qonşunun eşşəyini alır.  

  Qonşu bu dərdə heç cür dözə bilmir və bir gün gəlib o da 

öz dərdini Molla Nəsrəddinə açır. Məsələdən xəbərdar olan Molla 

kişiyə bir fənd öyrədir. 

  Bu  hadisədən  bir  müddətdən  sonra  qonşu  arvadını  qızı 

evinə  göndərir  və  inəyi  sağmaq  üçün  qonşunun  arvadını  (eşşəyi 

şərləyib alanın) evlərinə cağırır. Qadın nə qədər çalışırsa  da, inək 

onu sağmağa qoymur. Bunu bilən kişi arvada deyir:  

– Bacı, bu inək yamanca tərs heyvandı. Öz yiyəsindən başqa 

heç kəsi yaxına buraxan deyil. Yaxşısı budur keç altdakı otağa, or-



 

243 


da Sənəmin köhnə paltarları var. Öz paltarıyı dəyiş onları gey, on-

da inək səni qoyacaq. Arvad tez otağa keçərək əynini dəyişib inə-

yin  yanına  gəlir  və  onu  sağmağa  başlayır.  Bu  arada  kişi  gedib 

qadının  paltarını  götürüb  gizləyir.  Qadın  qayıdıb  öz  paltarlarını 

axtarır  ki,  geyib  evlərinə  getsin.  Lakin  tapa  bilməyib  haray  salır. 

Ev yiyəsi tez gedib qapını kilidləyir və haray salır ki, onun arvadı 

dəli olub evdən qaçmaq istəyir və o da ona görə qapını kilidləyib 

ki, arvadı gedib özünə  xəsarət edər. Bu hay-haraya qohum-qonşu 

onların həyətinə yığışır. Qazı da, Molla Nəsrəddin də oraya gəlir-

lər. Qonşu arvadı əhvalatı olduğu kimi qazıya danışır. Qazı üzünü 

ev yiyəsinə tutub amiranə bir şəkildə deyir: 

–  Utanmırsan  heç,  arvadıyın  paltarını  gətirib  özgə  arvadına 

geyindirmisən  ki,  bu  mənim  arvadımdı!  Paltarını  dəyişməklə 

adam dəyişib başqa adam olur?! 

Bu yerdə Molla özünü qavağa verib deyir: 

– Necə olur ki, ay qazı lələ, eşşək palanını dəyişməklə dönüb 

özgə eşşəyi olur, amma adam dəyişilə bilmir? Hamı gülüşür və tez 

oradan uzaqlaşır.qazının  fitvasına uyan qonşu öz əməlindən peşi-

man olur, təqsirini boynuna alır. 

 

Sərkar bic, çoban “gic” olanda 



 

Bir  sərkar  olduqca  xəsis  imiş.  Odur  ki,  heç  bir  çoban  onun 

yanında davam gətirməz və 4-5 aydan, uzağı bir ildən çıxıb gedər, 

xəsis  sərkar  da  min  bəhanə  gətirib  ona  heç  bir  şey  verməzmiş. 

Dələduzlardan  biri: onun öhdəsindən  yaxşı gələrəm,-deyib  həmin 

yatağa gedir. Sürünü otarmasından 5-6 ay keçməsinə baxmayaraq 

sərkar hər ay bir bəhanə tapıb ona heç bir şey vermir. Vaxt gəlir, 

qoyun  yaylağa  gedəsi  vaxt  sərkar  xəstələnir  və  sürüsü  ilə  dağa 

qalxa  bilmir.  Sürünü  təkbaşına  yaylağa  aparan  çoban  4  aydan 

arana  qayıdır.  Sərkar  tez  onu  adam  göndərib  yanına  çağırır  və 

haq-hesab  soruşur.  Çoban  tələsmədən  arxayın-arxayın  sərkara 

haqq-hesab verir:  




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə