Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə78/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   74   75   76   77   78   79   80   81   ...   147

 

248 


yox.  

Hamı oturur faytona. Yevlağa çatıllar.  

Heydər  sonrasını  xatırlamır.  Səhəri  gün  Gəncədə  yuxudan 

ayılır. Deyirlər: 

– Ədə, Gəncə alası lap yaxşı olur.  

Heydər gedib bazardan əməlli ala alır.  

Onlar evə ikinci gün axşama yaxın çata bilirlər. Heydər ana-

sına deyir: 

– Ciyi, Şəkidə yaxşi ala olmadi, gedib Gəncədən almışam.  

–  A  bala,  yaxşı  ki,  sənin  gətirdiyin  ala  qonaxlara  qismət  ol-

madı.  Bunnarı  heç  mal  da  yiməz.  Həm  soluxub,  həm  də  əzilif. 

Hayıf dölü Şəkinin alası? 

 

Gözo dəyişik salmısan 

 

 



At sahibindən soruşurlar: 

– Ato ayibi varmı?  

Satici əlini kor gözünün üstünə qoyub deyir: 

– Mənim bu gözümdə ayıb varsa, o atda da ayıb var. 

Alver baş tutur. 

Alıcı atın sancılı, gəhgir olduğunu görüb o biri bazar qaytar-

maq üçün bazara gətirir. Satıcını tapır, ona narazılığını bildirir: 

– Kişi də malına görə yalan danışar? 

Satıcı yenə əlini kor gözünün üstünə qoyub dillənir: 

– Axı mən saa dedim ki, habı gözümdə ayıb varsa, o atda da 

ayıb var. 

– Düzdü, belə söyləmişdin. 

Satici əlini gözünün üstünnən götürüb deyir: 

– Hayındı yaxşı bax, mənim habı gözüm necədi?  

– Kordu.  

– Deməli mən yalan deməmişəm. 

 Alıcı onunla razılaşmalı olur: 

– Mən elə bilmişdim ki, sən sağ gözo nəzərdə tutursan. Gözo 

dəyişik salmsan. 



 

249 


Xingəl qonaxlığı 

 

Ataynan  oğulu  bir  yerə  xingəl  qonaxlığına  çağırırlar.  Oğul 

yedikcə su  içir  və  yenə  yeməyə  başlayir. Qonaqlıqdan qayıdanda 

ata oglunu məzəmmət edir. Evə çatan kimi kişi oglanın başına tap 

bir qapaz vurub deyir:  

– Ə, qavagındaki xəngəli yeməkdənsə, bir az yiyif su içirdin. 

Niyə qarno suyunan doldururdun? Onnansa xəngəl ilə dolduraydın 

daa.  


 Oğul deyir:  

– Ay ata, mən bir az xəngəl yeyif su içirdim ki, xəngəli bas-

sın aşağı, yer əmələ gəlsin, sonra yenə xəngəlləri yeyə bilim. 

   Bu dəfə ata oğlunun başına iki qapaz vurub deyir: 

– Bəs maa niyə dimirdin bu üsulu? 

 

 

“Ver, molla” dimiyin, “Al, molla” diyin… 

 

Molla  dəstəmaz  alanda  hovuza  yıxılır.  Kənardan  adamlar 

mollanı sudan çıxarmaq üçün kimi əlini uzadır, kimi ağacını.  

– Əlo ver, əlo ver, - diyillər.  

Molla səslərin heç birinə məhəl qoymur.  

Yolnan keçən ahıl bir kişi onlara belə məsləhət görür:  

– Ə… Əlo maa ver dimiyin. Əlimi al, habı ağacı tut diyin.  

“Əlimi al” sözünü eşidən kimi molla yapışır. Onu sudan çıxa-

rırlar.  

 

Maaşallah! 

 

Şəkinin Oxud kəndində gördükləri, eşitdikləri hər  şeyə xeyir-

dua verirlər. Bir adamın iki baş inəyi itir. Bir-iki gündən sonra bi-

risi ondan soruşur: 

– İnəkləri tapdınmı?  

Deyir: 

– Tapdım. 




 

250 


– Hardadı? 

– Dərədə qalıflar. 

– İnəklər orda niyə qalıf ki? 

–  Geyif  gördüm  ki,  maaşallah,  canavar  ikisini  də  tər-təmiz 

yiyif, maaşallah! 

– A kişi, canavarin bu işinə iki maaşallah düşür? 

– Elə adam var ki, heç yaxşi işə də maaşallah diməyə dili gəlmir.  

 

Xan yaylaxda 

 

Xan mal-qarasına baş çəkmək üçün yaylağa gedir. Axşam tə-

rəfi  hava  qaralır,  yağış  yağır,  dalına  da  göydən  dolu  tökülür. 

Yaylax sərin idi, yağıntıdan sonra hava bir az da soyuyur.  

Axşam qaralır, xan evinə qayıda bilməyib yaylaxda gecələməli 

olur.  Yaylaxda  olandan  -  yapıncıdan,  keçədən  xana  bir  yer  düzəl-

dirlər. Xan yataqda üstüörtülü uzansa da, bərk üşüdüyündən deyir: 

– Ədə üstümü örtün, bərk titrədirəm.  

 Çoban bildirir:  

– Xan sağ olsun, burda nə vardısa, hamısını üstaa salmışox.  

Xan küncdəki qaraltını göstərib soruşur: 

– Bəs o nədir yerdə qalıf? Onu maa qıymırsooz?. 

Çoban deyir: 

– Xan sağ olsun, bu, ayıb olmasın, bizim eşşəyin çuludu. 

Xan əsə-əsə dillənir: 

–  Ədə,  onun  adını  çəkmə,  bir  az  da  üşütməm  artır.  Hayındı 

onu da üstümə atın. 

 

Üçüncüsünü deməz 

 

– Bizim kənddə üç igid var: 

Birisi mənim dayısı oğlu, 

O birisi də əmisi oğlu, 

Üçüncüsünü deməz. 

– Ə… yoxsa üçüncüsü sənsənmi? 

– Ə… sən şıxsanmı, mıxsanmı, nəsən? 



 

251 


... mənnən saa erməni çıxmaz 

 

Şəkili  Dəli  Kərimin  oğlu  Yusif  çox  baməzə  adam  oluf.  Bir 

gün Yusif curları

*

 ilə kilsəyə gedir. Salam-kəlamdan sonra keşişə 



deyir:  

– Keşiş ağa, mən dönüf erməni olmax istəyirəm.   

Keşiş  bunu  çox  səmimiyyətlə  qəbul  edib  onu  kilsənin  içəri-

sindəki ibadətgaha aparır. Keşiş Yusifə deyir:  

– Mən nə söyləsəm, sən də de ki, qəbul edirəm. 

– Baş üstə. 

Keşiş:  


– Yuxarı yola getmiyəsən. Keçəl Əli ordadır. 

Yusif:  


– Qəbul edirəm, baş üstə. 

Keşiş:  


– Aşağı yola getmiyəsən, Keçəl Məmməd ordadır. 

Yusif:  


– Qəbul edirəm, baş üstə. 

Keşiş:  


– Ortalıx yolla gedərsən, Məryəm oğlu İsa ordadır. 

Yusif:  


– Qəbul edirəm, baş üstə. 

Keşiş:  


– Çörək verər yeyərsən, çarıx verər geyərsən. 

Yusif:  


– Qəbul edirəm, baş üstə. 

Nəhayət, Keşiş deyir:  

Mən nə desəm təkrar elə. De ki, Qurandan İncil yaxşıdır.  

Yusif təkrar edir.  

– Molladan keşiş yaxşıdır.  

Təkrar edir.  

– Məhəmməddən İsa yaxşıdır.  

Təkrar edir.  

_________________ 

* Tay-tuşları ilə 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə