Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə79/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   75   76   77   78   79   80   81   82   ...   147

 

252 


– Plovdan xəlyər bişmişi yaxşıdır.  

Bu dəfə Yusif etiraz edir:  

– Keşiş, habırda işi tamam xarab elədin, yeməyo qatışdırdın, 

mənnən saa erməni çıxmaz, - diyif kilsədən çıxır. 



 

Bəhlula qız nişanlandı 

 

Qardaşları  avara-avara  gəzməkdən  əl  çəkməsi  məqsədiylə 



Bəhlula toy eləmax fikrinə düşürlər. Münasib bir ailənin qızını ni-

şanlamaq üçün elçilik edirlər.  



Bu işi bilən Bəhlul qız atasına deyir:  

–  Ay  kişi,  qızo  bədbaxt  eləmə.  Mən  özümə  bir  qarın  əppəh 

tapmıram,  səən  qızo  qarnını  nə  təhər  doyduracam?  Zornan 

gətirsaaz da, qız məni görəsi döylü.  

Bu söhbətdən sonra qız atası elçilərə rədd cavabı verir. 

 

Məmməd kişi biçinə gedir 



 

Keçmişdə taxılı əlinən, oraqla biçər, ona görə də haqq alardılar. 

Şəkili  Məmməd  kişi  bir  qohumugilə  buğda  biçininə  gedir. 

Camaat lap səhər tezdən sərin ikən lazımı şeyləri -  su qabı, ayran, 

oraq, yemək götürüb sahəyə gedirdi, biçinləri biçərdi. 

Məmməd kişi orağı üstünə sancır. Biçin yerinə çatıb hər şeyi ra-

hatlayır, amma orağı tapmır. Uzaxda işləyən yoldaşından soruşur: 

– Mənim orağımı götürməmisən? 

– Yox. 

Əlaci üzülən Məmməd kişi evə qayıdır, gəlini səsləyir. Gəli-



nin gec çıxdığını görüb hirslənir və ağzının acısını gəlinə tökür: 

– Ay köpək qızı, it qızı, qanacaqsız, sən bilmirsən ki, oraqsız 

taxıl biçilməz. Niyə orağı qoymamısan.  

Gəlin deyir:  

– Ay ağa, odur, orax sənin papağo üstündə.  

Orağı  başından  götürən  Məmməd  kişi  kor-peşiman  olub  öz-

özünə deyinə-deyinə tarlaya qayıdır:  



 

253 


–  Əsdaxfurullah,  əsdaxfürüllaah.  Az  qala  ağzımdan  pis  söz 

çıxacaqdı. 



 

Dəyirman tez yatdı 

 

Bir kəndli oğlunu yanına çağırıb tapşırıq verir: 

– Bu şeyləri bazara apar, satıb başayaq al. Anannan soruş, gör 

nə buyurur. 

Anasından xəbər alır: 

– Saa nə alım? 



Arvad deyir:  

– Balaca qıza başmacıq,  

Böyük qıza yaşmacıq, 

Babaa saqqal darağı, 

Nənaa bir barmaxlıx, 

Ataa xeyir-şər çuxası, 

Maa da bir yaxalıx. 

Oğlan bazardan qayıdıb atasına diyir:  

– Sən diyəni aldım, 

Cibi boş qaldım.  

Pullar bizə çatdı. 

Dəyirman tez yatdı. 

Oğlu demək istəyir ki, başqa şeylər almağa pul qalmadı. 

 

Getdiyim yol hələ bəlli döylü 



 

Bir  evə  gələn  qonaq  çox  qalır.  Ev  sahibinin  arvadı  onun  qul-

luğunda  durmaqdan  bezir.  Kişi  də  işindən-gücündən  qalıb  bərk  na-

rahat olur. Qonağın çıxıb öz öyünə getməməsinin səbəbi onu da təəc-

cübləndirməyə başlayir. Ər-arvad belə fikirləşirlər ki, araya bir yolla 

söz salsınlar, bəlkə qonaq ürəyindən keçənləri onlara açdı. 

Kişi deyir:  

– Ay qonaq, bizim  ikimizin  bir  mübahisəsi  var. Sənin  sabah 

gedəcəyin  yol  dağdan,  yoxsa  arandan  düşəcək?  Mənim  fikrimcə 



 

254 


sən  səhər  açılan  kimi  arana  üz  tutacaqsan,  arvad  tərslik  edir  ki, 

yox, sabah qonaq dağa sarı yollanacaq. Hansımız düz deyirik 

Qonaq məsələnin nə yerdə olduğunu anlayıb cavab verir:  

– Düz demirəmsə, sənin dünən aldığın illik buğda axıra qədər 

mənə qismət olmasın. Getdiyim yol hələ bəlli döylü.  

 

Zulum 

 

Bi  gün  Ceyran  oğlu  əppəyh  pulunu  da  götürüf  ala  almax 

adiynən öydən çıxır. At ölür, it ölür, Ceyran oğlu gəlif çıxmax bil-

mir.  Arvadı  balaca  gədəni  çağırıf  göndərir  ki,  ə,  get  gör  dədən 

hardadı. Balaca oğul gəlif göör ki, Ceyran oğlu, süyux Məmədəli, 

Xanımın  oğlu,  beş-altı  nəfər  də  “hörmətdi”  adamnar  yığılıtdılar, 

orda, dingin stolovoyunda yüz-yüz vururlar. Uşax da nə qanır, ça-

tan kimi diyir ki, ə, uydə-uydə, səən ciyim çağırır, diyən, Ceyran 

oğlu hirsdənir, arağı tutdurur uşağın əlinə, diyir ə, tut habını. Uşax 

tutur, habınnan bir udum al, uşax udumu alan kimi, gözdəri bərə-

lir, nəfəsi kəsilir, uşax az qalır ölsün, bi təri uşağı özünə gətirirlər, 

Ceyran oğlu diyir gördün, get hindi ciyo da heylə başa sal ki, biz 

habırda nə zulum çəkirox...   

 

Bildiriş! 

 

Diqqət! Diqqət! Şəkililərin nəzərinə! 



1983-cü  il  iyun  ayının  11-də  “Gülüş”  kuboku  uğrunda  Şə-

kinin “Səxavət” komandası ilə dəfələrlə Avropa “Gülüş” çempio-

natının qalibi Qobrova şəhərinin “Xəsis” komandası arasında fut-

bol üzrə final yarışı keçiriləcəkdir. 

Şəkinin “Səxavət” futbol komandasının tərkibi: 

1.Qapıçı  -  Dobu  Hajbala  2.Sağ  kənar  müdafiəçisi  -  Qırıldım 

Usuf  3.Sol  mərkəz  müdafiəçisi  -  Forma  Bilal  4.Mərkəz  yarım-

müdafiəçisi - Lampa Vahid 5.Sağ mərkəz müdafiəçisi - Laqan Cab-

bar 6.Mərkəz  yarımmüdafiəçisi -  Zoğ Məmməd 7.Sol  kənar  yarım-

müdafiəçisi - Cırt Məcid 8.Sağ kənar yarımmüdafiəçisi - Löh Qasım 




 

255 


9.Mərkəz hücumçusu - Əbicə-bicə Ələsgər  10.Sağ kənar hücumçusu 

- Hoppandı Musa 11.Sol kənar hücumçusu - Lıqıdı Cabbar 

Ehtiyat  oyunçular:  1.Müftə  Səfər  2.Fındıq  Əhməd  3.Salvı 

Mürsəl 4.Kart Osman 

Komandanın kapitanı - Löh Qasım. 

Komandanın rəisi - Herti Məmməd. 

Komandanın baş məşqçisi - Hacı Feyzi oğlu İlyas. 

Məşqçisi - Maşak İsfəndiyar. 

Həkimi - Mirzə Avcabbar. 

Oyunu  idarə  edirlər:  baş  hakim  -  Zırpı  Yaqub,  hakimin  kö-

məkçiləri - Ayı Bilal, Qurd Əhməd. 

Oyun Şəkinin Şeytanbazar stadionunda gecə saat 25-dən saat 

27-dək  keçiriləcəkdir.  Çox  gərgin  oyun  olacaq!  Biletlər  Dabbax-

xanada  Hacı  dayının  əsas  kassasında  və  onun  Dardoqqaz,  daşlı 

pilləkən, otaq eşiyi, şərbablar, sarı torpaq, Doqquz para, Ağvanlar, 

Körpüqulağı, Dırrar, Topqarağac, Qullar, Çaqqal dərəsi, Dolçalar, 

Süddülər, Mədolar məhəllələrindəki filiallarında satılır.  

Biletlərin qiyməti: 2 zarafat, 1 lətifədir.  

Əvvəlcədən bilet üçün sifariş vermək istəyənlər 23-0 nömrəli 

telefonla Sərçə Qasıma müraciət edə bilərlər. 

Şəki  məhsulsuz,  könülsüz,  stadionsuz,  futbolsuz  idman  cə-

miyyətinin futbol federasiyası. 

 

Eşələn məşq edir 

 

Son zamanlar məşhur baməzə Eşələn Nuru qəbir qazmaqla pul 

qazanırdı.  Günlərin  birində,  isti  yay  günündə  Nuru  yenə  də  sifariş 

alır, qəbir qazmalı olur. Öz-özünə fikirləşir ki, əşi, çox yorulmuşam, 

özüm  girim  qəbirdə  yatım,  həm  yorğunluğum  çıxsın,  həm  də  sağ 

ikən qəbirdə  yatmağı öyrənim ki, öləndən sonra əziyyətim olmasın. 

O, qəbirdə uzanıb yatır. Havalar isti, qəbir isə sərin olduğundan onu 

yuxu  aparır.  Hannan-hana  cənazəni  gətirənlər  görürlər  ki,  Nuru 

qəbirdə yatır. Onu oyadıb yadına salırlar ki, dur, qəbrin sahibi gəlib. 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə