Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə8/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   4   5   6   7   8   9   10   11   ...   147

 

23

“Azərbaycan  dilinin  Nuxa  dialekti”.  Azərbaycan  SSR  Elmlər 



Akademiyası  nəşriyyatı.  Bakı-1968.  ss.  234-266)  də  daxil  ol-

maqla 1268 söz verilmişdir.  

Böyük Salman Mümtaz (Salman Məşədi Məhəmmədəmin oğlu 

Əsgərzadə  1844-1941)  yazırdı:  -  ana  dilimiz  olduqca  varlı  və  zən-

gindir.  Yalnız  çalışmaq  və  itmiş-batmış  sözlərimizi  aramaq  və  tap-

maq  gərəkdir.  Bu  baxımdan  itib-batmaq  təhlükəsi  qarşısında  olan 

yerli  dialektdə  işlənən  sözlərin  toplanıb  lüğət  kimi  təqdim  edilməsi 

istiqamətində aparılan işi davam etdirmək çox önəmli və qiymətlidir.     

Şəkidə  ağız  ədəbiyyatının  toplanması,  tədqiqi  və  nəşrinə 

yenidən nəzər salarkən çox vacib bir məsələ barəsində - folklorun 

yazıya alınması prosesində  yerli dialekt və şivənin nəzərə alınma-

sı  ilə  bağlı  bir  sıra  sanballı  elmi  mülahizələr  söylənildiyini 

görürük,  bu  kitabın  tərtibində  həmin  mülahizələri  nəzərə  almağa 

səy  göstərmişik.  (N.Aşmarin,  Y.Qarayev,  T.Hacıyev,  M.İslamov, 

F.Çələbi və b.).  

Kitabda  verilən  qeyd  və  şərhlər  vasitəsilə  Azərbaycan  dilinin 

Şəki dialektinin antologiyada işlədilən bəzi sözlərinə, terminlərinə, 

şəxs və yer adlarına, müqəddəs sayılan yerlərin, ləqəblərin, məhəl-

lələrin  etimologiyasına  aydınlıq  gətirilir, toponimlər, tarixi  hadisə-

lər, məqamlar, münasibətlər, maddeyi-tarixlər haqqında açıqlamalar 

verilir  (Maddeyi-tarixlər.  Tarixdəki bir  çox  adamlar,  hadisələr 

haqqında dolğun bilgi verir, Şəkinin o dövrkü tarixi haqqında 

geniş  təsəvvür  almağa  kömək  edir.  Məhəmməd  Füzuli  adına 

Respublika Əlyazmalar İnstitutunda saxlanılan beş farsca qay-

naqdan götürülmüş bu maddeyi-tarixlərin heç birinin müəllifi, 

yazılma  tarixi  göstərilməyib.  Sayılıb-seçilən  ziyalımız  f.e.n. 

Ədalət  Tahirzadə  maddeyi-tarixləri  çox-illik  ağır  zəhməti  ba-

hasına  ərsəyə  gətirərək  “Şəkinin  tarixi  qaynaqlarda”  kitabına 

daxil etmişdir.).  

Araşdırmalar  zamanı  məlum  oldu  ki,  “Şişəngi”  aşıq  havası 

əslində “Şəki həngi”dir. “Həngi” sözü “ahəngi” sözünün təhrifidir. 

“Şəki  həngi”  (ahəngi)  təhrif  olunaraq  “şəkəngi”,  “şişəngi”  kimi 

yayılmışdır. “Güllü Şəkihəngi” (“Güllü şişəngi”) də çox yayılmış-



 

24

dır.  “Şəkihəngi”nin  etimologiyası  haqqında  Şamaxılı  folklor  bili-



cisi, müğənni, sinədəftər Ağakərim Nafiz vaxtilə ustad aşıq Abba-

sın dilindən bu barədə eşitdiklərini Respublika radiosunun birinci 

proqramında çıxışı zamanı bildirmişdi.   

Bəzi Şəki ifadələri – frazeologiyasının da əhəmiyyətini nəzə-

rə alaraq bu topluya daxil etdik. Oxuculara “Şəkidə bəzi məhəllə, 

nəsil və tayfa adları”, “Müqəddəs sayılan yerlər” (Babaratma Piri, 

Oxut  Piri,  Mustafa  Əfəndi  ziyarətgahı,  Şeyx  Nurullah  Əfəndi 

Ziyarəti,  Güldəstə  piri),  Toy  adətləri,  xalq  mahnıları,  Aşıq  hava-

ları,  oyun  havaları,  “Keçmişdə  Şəkidə  həccə  getmək  adəti”,  lə-

qəblər, lüğət və b. dəyərli etnoqrafik məlumatlar da çatdırılır. 

Türk  dünyasının  böyük  öndəri  Mustafa  Kamal  Atatürkün: 

“Kültür baxımından Milli mənliyini bilməyən  millətlər başqa 

millətlərin  şikarıdır”  kəlamı  bu  gün  xüsusi  aktuallıqla  səslənir. 

Müstəqillik qazanmış xalqımızın milli mənliyini bilməsi, tanıması 

və  dərk  etməsi  kontekstində  əxlaqi,  mənəvi  dəyərlərin  tükənməz 

xəzinəsi  olan  folklorumuzun  toplanması,  tədqiqi  və  təbliği  müs-

təsna əhəmiyyət kəsb edir.   

Həyatımın ayrılmaz  bir  hissəsi  hesab etdiyim  folklorumuzun 

toplanması,  tədqiqi,  nəşri  və  təbliğinə  sərf  olunan  ömrümü  və 

əməyimi  mənsub  olduğum  doğma  xalqıma  halal  edir,  gördüyüm 

işlərin gerçək dəyərinin gələcəkdə  veriləcəyinə əminliklə sözümü 

yekunlaşdırıram.  

Fürsətdən  istifadə  edərək  kitabın  nəşrə  hazırlanmasında  də-

yərli  məsləhətləri  ilə  mənə  köməklik  göstərmiş  Hüsniyyə  xanım 

Qaffarovaya  və  sənətşünas  alim  F.Çələbiyə  öz  dərin  minnət-

darlığımı bildirirəm.  

Prof.  Y.Qarayevin  “Milli  folklorun  toplanması,  tədqiqi  və 

nəşri  –  milli  intibahın  şərti  və  zəminidir”  ifadəsi  folklor  cəfa-

keşlərinə  verilən  ədalətli  qiymətdir.  Hazırki  Şəki  folkloru  Anto-

logiyasının  meydana  gəlməsində  zəhməti  olanlara  –  varını  verən 

sinədəftər  el  övladlarına  dərin  minnətdarlığımı  bildirir,  dünyasını 

dəyişmiş söz sahiblərinə qəni-qəni rəhmət diləyirəm.  

 

Hikmət ƏBDÜLHƏLİMOV 



 

25

ŞƏKИ FOLKLORUNA DAHA BИR NƏZƏR 

 

 

Şəki  folkloru  haqqında  söhbətə başlamazdan  əvvəl  Azərbay-



canda məşhur olan bəzi şifahi söz sənəti nümunələrini yada salaq. 

Molla Nəsrəddindən soruşdular: 

– Qışa nə hazırlamısan? 

Dedi: 


– Yaxşıca üşümək, bir də titrəmək. 

Bu lətifəni eşidənlərin hamısı gülür. Amma ömrü boyu soba-

sında  odunu  çatışmayan,  gödək  yorğanı  ayağını  örtəndə  sinəsi 

açıq  qalan,  sinəsini  örtəndə  isə  ayğı  üşüyən  kasıbın  gülüşündə 

onun özündən asılı olmayan bir nigarançılıq var, mən deyərdim – 

nisgillə  yoğrulmuş  nigarançılıq.  Çünki  o,  lətifəyə  gülməklə  bəra-

bər  tezliklə  yenə  qışın  gələcəyi  barədə  düşünür.  Əgər  belə  olma-

saydı “Qışı kasıb üçün deməyiblər” kəlamı meydana çıxmazdı. 

Beləliklə,  Mollanın  gülüş  doğuran  zarafatına  zahirdən  yox, 

daxildən  baxdıqda,  onun  xalq  fəlsəfəsinin  gözəl  nümunələrindən 

biri olduğunu görürük.  

Başqa bir misal. 

Ədəbi təxəllüsü ilə  şeiriyyəti, mənəviyyatı qətiyyən uyuşma-

yan dahi türk övladı yazır: 



Nə yanar kimsə mənə atəşi-dildən özgə, 

Nə açar kimsə qapım badi-səbadan qeyri. 

Həmin  şairin  əli  qələm  tutmayan,  lakin  elə  onun  özü  kimi 

tanrıdan şairlik bəxşişi almış qardaşı, yaxud bacısı isə deyir: 

Əzizinəm uşdum, gəl! 

Özgə bağa düşdüm, gəl! 

Yaxşı günümün dostu, 

Yaman günə düşdüm, gəl! 

Yaxud 


Əzizinəm hər aylar, 

Hər ulduzlar, hər aylar. 

Başım cəllad əlində, 

Dilim səni haraylar. 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə