Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə81/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   77   78   79   80   81   82   83   84   ...   147

 

259 


görüş  zamanı  biz  hər  ikimiz  keçirdiyimiz  həyacanı  bir-birimizin 

gözündən  oxumuş  olduq.  Bu  dilsiz-ağızsız  heyvanın  mənim  gö-

zümdən nə oxuduğunu yazmağa çətinlik çəkirəm, amma onu bili-

rəm  ki,  qabanın  özünü  top  kimi  kənara  atması  və  şimşək  kimi 

közdən  itməsi onun keçirdiyi  həyəcanın  mənimkindən də çox ol-

masını göstərir. Axı, insanlar da heyvanlar üçün qorxulu bir məx-

luqdur. Dodu vadisi dağlarında vəhşi  heyvanlarla bağlı  hadisələri 

sadalamaqla  qurtarmaz.  “Canavar-inək”  davası  (öz  balasını  yırtı-

cıdan xilas etmək naminə unək özünü şəhid edir), ağaca sarınmış 

gürzənin  bir  daşla  vurulub  yerə  sərilməsi  və  qarnından  diri  sərçə 

balalarının  çıxarılması,  alma  ağacına  çıxıb  meyvə  yeyən  ayının 

güllə  ilə  vurulub  yerə  düşməsi  və  s.  və  i.a.  hadisələr  maraqlı  və 

yaddaqalan təbiət hadisələrindəndir.      

 

Cürbəcür əhvalatlar 

 

Zənqərəboğlunun yeməkxanasında olmuş əhvalat 

 

Zənqərəboğlu  Əli  dayı  yeməkxananı  iki  hissəyə  ayırmışdı, 



birində yemək, o birində isə çay verirdilər. O, çox vaxt mətbəxdə 

olar,  inandığı  adamların  işinə  müdaxilə  etməz,  həm  də  bişirilən 

yeməklərə  daha  çox  nəzarət  etməyi  üstün  tutardı.  Çayxanada  sö-

yüşkən  bir  adam  oturmuşdu,  bu  adama  heç  kim  qoşulmur,  onun 

bəd ağzının açılmasını heç kim arzu etmirdi. Bu dəmdə çayxanaya 

“göygöz Əsabəli” adlı hündürboy, göygöz bir şəxs daxil olub boş 

stulların  birində  oturdu.  Bu  azdanışan,  təmkinli  bir  kişi  idi,  iri 

sümüklü,  arıq,  lakin  cüssəli  olmasına  baxmayaraq  gücünü  baş-

qasına  göstərməyi  sevməzdi.  Hamıya  hörmətlə  salam  verər,  çay-

xana söhbətlərində haqqın tərəfində durardı. Söyüşkən adamın ağ-

zı açılan kimi “göygöz Əsabəli” çönüb ona tərs-tərs baxdı, amma 

“söyüşkən  adam”  ağzını  az  müddətə  güdə  bildi.  İkinci  dəfə  göy-

göz Əsabəli ona qəti surətdə kəskin bildirdi. “Bir də söysən durub 

ağzını  cıracağam”.  Üçüncü  dəfə  nalayiq  söz  eşidən  göygöz  Əsa-

bəli  heykəl  kimi  ayağa  qalxdı,  bir  anda  söyüşkən  adamın  pey-



 

260 


sərindən yapışıb üzü üstə yerə yıxdı, dizini onun onurğa sütununa 

qoyub  iki  şəhadət  barmağını  bu  adamın  söyüşkən  ağzına  soxub 

dartdı. Yerə yıxılmış adam kəsilən öküz kimi böyürdü. Ayağa qal-

xanda  cırılmış  ağzının  qıraqlarından  qan  axırdı.  Göygöz  Əsabəli 

ona sonuncu xəbərdarlıq edərək dedi ki, çayxana da ictimai yerdir, 

oğul-uşaq, böyük-kiçik var, adam ağzını yaxşı danışmağa öyrədər, 

pis danışan ağız isə bax belə cırılmağa layiqdir. 

 

Fövqəladə anlaşma 

 

Mötəbər yoldaşlardan birinin nənəsi söyləyirmiş ki, Dərbənd-



dəki  evimizdə  erkək  və  dişi  olmaqla  iki  ilan  yaşayırdı.  Uluları-

mızdan eşitdiyimə görə ev ilanına toxunmazlar və bu səbəbdən də 

onlardan qorxmadan və müdaxilə etmədən birgə yaşayırdıq. İlanın 

yuvası binanın lap kənarında idi. Nənə müşahidə edərək görmüşdü 

ki,  hər  axşam  erkək  ilan  yuvadan  çıxıb  səhər  qayıdırmış,  çox 

güman ki, zavallı ova çıxırmış və erkək ilanın gedişindən az sonra 

başqa bir erkək həmin yuvaya girib səhərəcən orda qalır, erkək öz 

yuvasına qayıdana yaxın çıxıb gedirdi. 

Bir gün  yenə səhər öz  yuvasına dönən erkək  ilanla rastlaşan 

nənə hündür səslə deyir: 

–  Kül  başına,  ay  yazıq,  sən  gedən  kimi  başqası  arvadının 

yanına gəlir, yuvana bərk dadanıb. Sən də adını kişi qoymusan?! 

Nənə sözünü elə-belə deyib öz işilə məşğul olarkən yuvadan 

əcaib  səslər  eşidir.  Maraqlanıb  gözləyir.  Az  sonra  yuvadan  çıxan 

erkək dönüb mənalı-mənalı nənəyə baxır və sürünərək gedir. 

Nənə təəccüblə danışırdı ki, erkək ilan mənim dediyimi başa 

düşübmüş. O, öz dişisini öldürəndən sonra yəqin ki, xəcalətindən 

və ya o yuvaya nifrətindən bir daha bizim həyətdə görünmədi. 

 

Bir zərbəyə görə 8 il! 

 

Şəkidə  saqqız  oğlu  Bədrəddin  müəllim  maraqlı  bir  olmuş 



əhvalat danışmışdır: 


 

261 


– Borkuta şəhərində idim. O vaxtlar bu şəhər İttifaqda sürgün 

yeri kimi tanınırdı.  Bir gün tanış  sifətli  bir adam  qarşımı kəsərək 

məni  Şəkidən  saqqız  oğlu  Bədrəddinə  oxşatdığını  söylədi.  Mən 

onun  zənnini  təsdiq  etdim  və  tanıdım.  O,  Şəki  toylarında  əlində 

çubuq  çox  məharətlə  sərpayılığı  ilə  tanınan  Bəlyar  idi.  İndi  isə 

burada  dustaq  həyatı  keçirirdi.  Mən  ondan  nə  üçün  sürgün 

olunduğunu  soruşdum.  Bəlyar  kövrəldi,  sonra  özünü  zorla  ələ 

alaraq  danışmağa  başladı:-  Şəkidə  zavodda  işləyirdim.  1  may 

bayramına  bir  neçə  gün  qalmışdı.  O  vaxtlar  bayramqabağı  bütün 

şəhəri başdan-əyağa qədər bəzəyərdilər, fabrik və zavodların giriş 

qapıları  (ala  qapılar)  xalçalarla  bəzədilər,  qapının  başında  isə 

Stalinin şəkli vurulardı. Bir neçə gün əsasən nağara-zurna dəstinin 

müşayiəti  ilə  çalıb  oynayardılar.  Zavodun  böyükləri  ala  qapının 

başına  Stalinin  portretini  vurmağı  mənə  tapşırdılar.  Mən  portreti 

götürərək  nərdivanla  ala  qapının  başına  çıxdım,  qapının  tən 

ortasından  Stalinin  portreti  olan  taxta  ramkaya  birinci  mismarı 

vurarkən  əlimdəki  çəkic  portretə  dəyərək  onun  üstündəki  şüşəni 

sındırdı, portreti əzdi və ramka əlimdən yerə düşdü. Bu mənzərəyə 

tamaşa edən zavodun böyükləri və kənar adamlar təşvişə düşmüş-

dülər.  Mən  isə  əlimdən  çıxmış  xətanın  nəticəsini  təsəvvürümə 

gətirə  bilmirdim. Yerə düşən kimi direktor, partkom  və  mestkom 

üstümə  cumdular,  məni  məzəmmət  elədilər,  hədə-qorxu  gəldilər 

və işdən azad olunduğumu bildirdilər. Mən öyə qayıtdım. Başıma 

gələnləri  arvad-uşağa  danışdım.  Bir  saat  keçməmiş  milis  işçiləri 

məni apardılar. Sud çağrıldı. 8 il sürgün kəsdilər. 

Bəlyarın sonrakı taleyindən xəbər tuta bilmədim. 



 

“Sabun”

 

 

1963-cü  ildə  Nuxa  rayonunun  kəndləri  Vartaşenə  (Oğuza) 

birləşdiriləndən  sonra  Vartaşen  rayon  maarif  şöbəsinin    müdiri 

Ə.Aslanov məktəb direktorlarını maarifyanı şuraya çağırır. Şurada 

Nuxanın  Aşağı  Küngüt  8  illik  məktəbinin  direktoru  çıxış  edərək 

deyir: 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə