Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə82/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   78   79   80   81   82   83   84   85   ...   147

 

262 


– Əbülfət  müəllim, Nuxada  maarif  yoxdu, biz Sizdən öyrən-

məyə gəlmişik və s... 

Bu  çıxış  bütün  direktorları,  o  cümlədən  Kiçik  Dəhnənin 

direktorunu qəzəbləndirir. Şura iclası qurtaran kimi Kiçik Dəhnə-

nin  direktoru  yaxınlıqdakı  aptekə  girir,  14  qəpiklik  sabun  alır  və 

gətirib  Aşağı  Küngüt  məktəbinin  direktorunun  cibinə  salır.  Bu 

xəbər 5-6-dəqiqə keçməmiş maarif müdirinə çatdırılır, qəzəblənən 

müdir sabun salan direktoru çağırtdırır və ona qışqıraraq deyir: 

– Bu nə  hərəkətdi? Bura Nuxa deyil, səni qovaram direktor-

luqdan... 

Kiçik Dəhnənin direktoru təmkinini pozmadan deyir: 

–  Nuxanın  qabaqcıl  maarif  ocağı  olduğunu  Siz  yaxşı  bilirsi-

niz. Siz də orada təhsil almısınız. Qaldı sabuna, onu da aldım ki, 

həmin adama lazım olar. 

 

“Dəvənin dərisi eşşəyə yükdü” 

 

Nuxanın  kəndləri  Vartaşen  rayonuna  tabe  olan  vaxt  idi. 



Müəllimlər  əmək  haqqını  Nuxada,  texniki  işçilər  isə  Vartaşen 

bankından  alırdı.  Kiçik  Dəhnə  məktəbinin  işçiləri  3  ay  idi  ki, 

əmək haqqı ala bilmir, təsərrüfat müdiri hər gün gedib-gəlirdi. Nə-

hayət,  məktəbin  direktoru  banka  gedir.  Onu  görən  kimi  bankın 

müdiri əda ilə əlini belinə qoyaraq öz işçilərinə deyir: 

– Sizə demişəm ki, elə edin ki, Nuxadan gələn məktəblər he-

sablarını Ağamalının yanında açsınlar... 

 Bunu eşidən direktor üzünü İmanova tutaraq deyir: 

–  Özünü  nə  çəkirsən,  bizi  Ağamalı  İsmayılovun  yanında 

hesab  açmaqla  hədələyirsən?  Dəvənin  dərisi  eşşəyə  yükdü.  Dəvə 

kimi dözümlü olan texniki işçilərin də pulunu verə bilər. 

Bu  sözlər  müdirə  çox  təsir  edir,  işçilərinin  yanında  “eş-

şək”sözünü götürə bilmir,  direktorun sinəsindən tutub öz otağına 

çəkir,  əlbəyaxa  olurlar.  Köynəyi  cırılan  direktor  imkan  tapıb  sto-

lun üstündəki mürəkkəb qabını müdirə ilişdirir. Köynəyi rəngə bo-

yanmış müdir milisə zəng çalır, köynəyi cırılmış direktorla üstün-




 

263 


dən çernil damcılayan müdiri şöbəyə aparırlar. Şöbənin rəisi Piri-

yevin ilk sualı belə olur: 

– Dəvənin dərisi eşşəyə yükdü - deməklə nə deyirdin? 

–  Dəvə  Nuxa  bankının  müdiri  Ağamalı  İsmayılov,  eşşək  isə 

şıllaqlayıb  köynəyimi  qıran  və ağnıyarkən üstünü bulayan Varta-

şen bankının direktorudu.  



 

“Onun kollektivi qədər müəllimimiz var” 

 

Vartaşendə  müəllimlərin  avqust  müşavirəsi  gedirdi.  Nuxa 

zonasının ən kiçik orta məktəbi olan Qayabaşı məktəbinin direkto-

runu işçi heyətində əyləşdirmişdilər. Tənəffüs-fasilə vaxtı idi. Baş 

Göynük,  Oxud,  Böyük  Dəhnə  və  Kiçik  Dəhnə  orta  məktəbinin 

direktorları  şən  söhbət  edirdilər.  Onların  yanından  keçən  rayko-

mun katibi Abbas Məmmədov ilə maarif müdiri Əbülfət Aslanov 

üzünü danışanlara tutub dedi: 

– A dəhnəli, bu direktorları nə güldürürsən? 

–  Güldürürəm  ki,  Qayabaşı  orta  məktəbinin  şagird,  müəllim 

və  texniki  işçilərindən  çox  müəllimi  olan  Göynük,  Oxud,  Dəhnə 

məktəblərinin  direktorları  oturmağa  yer  tapmır,  Qayabaşı  məktə-

binin direktoru isə işçi heyətində oturur. 

 

Tiflis həkimi Monse və Samux qaçaqları



73

 

 

 



Dörd-beş  ay  Mingəçevirdə  radikulitdən  xəstələnib  yatandan 

sonra  Əşrəf*  kişini  Tiflisdə  yaşayan  Monse  adlı  məşhur  həkimin 

yanına apardılar. Monse 15-20 dəqiqəlik müayinədən sonra xəstə-

ni sağaltdı. Əşrəf kişi mehmanxanaya öz ayağıylə gedə bildi. Hə-

kimdən soruşdular: 

– Savax saat neçədə gəlax?  

Həkim dedi: 

–  Müalicəsi  qurtardı.  Mən  gündə  üç  xəstə  qəbul  edirəm. 

Ehtiyacım olsa, xəstələri həftələrlə süründürərəm. Mənimki xalqa 

qulluq göstərmək, xəstələrə kömək etməkdir.  

  _________________      

  * Söylədi 85 yaşlı Tbilisi vətəndaşı Monse, qələmə aldı B.Vahabov 




 

264 


Həkim  Əşrəf  kişigilə  maraqlı  bir  əhvalat  danışdı:  -  Mənim 

Gəncədə  yaxşı  dostlarım  vardı.  İldə  bir  neçə  dəfə  onlarla  ova  çı-

xardıq.  Bir  dəfə  dostlarım  mənə  telefonla  dedilər  ki,  Filan  vaxt 

ova çıxmax istiyirox. Marağın varsa, sən də gəl. Samux meşəsinə 

ova getdox. Hərə bir cığırla, başqa-başqa yollarla gedirdi. Bir vaxt 

gördüm  ki,  məni  bir  neçə  yerdən  nişan  alıblar.  Onların  sözlərini 

başa  düşməsəm  də,  tüfəngi  yerə  atdım.  Məni  tutdular,  qollarımı 

bağladılar.  Mən  onları,  onlar  da  məni  başa  düşmürdülər.  Bir-iki 

gündən  sonra  üzündə  maska  olan  adam  gəlib  məni  danışdırdı. 

Həkim olmağımı biləndən sonra onlar belə bir şərt qoydular: - Sən 

bizim burdakı xəstəmizi sağalda bilsən, buraxarıq gedərsən, sağal-

da bilməsən elə burada qalacaqsan.  

Sonra  məni  başqa  bir  çadira  apardilar.  Xəstəni  yoxladım. 

Onun malyariyaya tutulduğunu və tez sağalacağını dedim. Çadırın 

yeri,  divarları  hamısı  xalçayla  döşənmişdi.  Baş  tərəfdə  yerləşən 

çarpayıda  bığları  qulağına  çatan  zəhmli  bir  adam  yatırdı.  Məni 

hətta müalicə üçün dərman almağa belə buraxmırdılar.  

Yaz təzəcə girmişdi. Əlacsiz qalib meşədəki çiçəklərdən dər-

man  düzəltdim.  Qısa  zamanda  xəstəni  sağaltdım.  Xəstə  Yevlax, 

Çamux tərəflərinin məşhur qaçağı Şubay idi.  

O, yatağından qalxandan sonra mənə qarşı münasibət dəyişdi. 

Dedilər ki, artıq sən gedə bilərsən.  

Necə gedəcəyim haqqında düşünürdüm. İki-üç gün sonra 3 at 

gətirdilər.  Atları  yəhərlədilər.  Axşam  qaralandan  2-3  saat  sonra 

məni  apardılar  atların  yanına.  Gözlərimi  ikiqat  bağlayıb  ata  min-

dirdilər.  Yol  getdikcə  hiss  edirdim  ki,  atların  biri  qabaqda,  o  biri 

isə sonra gəlir. 

Xeyli gedəndən sonra atlar dayandı. Gözlərimi açdılar. Mənə 

uzaqdakı  işığı  göstərib  dedilər:  “Atı  işığa  doğru  sürərsən.  Ora 

Gəncə  stansiyasıdır”.  Soruşdum:  “Bəs  atı  neyniyim?”  -  “Yalını 

burax, at özü bizi tapacaq”. 

Stansiyaya çatanda Bakı qatarına minik təzəcə başlanmışdı.  

Mən  də  qatara  minib  getdim  Bakıya.  Dörd-beş  gün  Bakıda 

qalıb Tiflisə qayıtdım. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə