Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə83/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   79   80   81   82   83   84   85   86   ...   147

 

265 


Gəncəli  dostlarıma  telefonla  zəng  vurub  dedim  ki,  “Yol  az-

mışdım, meşədə xeyli gəzib-dolaşandan sonra gedib bir stansiyaya 

çatdim. Ordan da Bakiya yola düşdüm. Məndən narahat olmayın”. 

Başıma  gələn  bu  hadisə  30-40  il  qabaq  baş  verib.  Məni  qa-

çaqlar buraxanda demişdilər ki, “Heç kimə gördüklərin barədə da-

nışmayasan. Əyər ağzından söz qaçırsan, bizi axtarsalar, səni zən-

bildə göydən assalar da, tapıb öldürərik”...  

 

Kişi kişinin papağını başından götürməz 



 

Vaxtilə Şəkidə də soyğun  haq-hesabı olubmuş. Soyğunu qa-

çaqlar və ya adi adamlar edərlərmiş. Soyğunçular üzlərinə maska 

taxıf həftəbazarına gedənlərin yolunu kəsir, onların pullarını, qiy-

mətli mallarını əllərindən alarlarmış.  

Şəkidə üç istiqamətdə soyğun olardı: Şəkidən Yevlağa gedən 

yolda  -  Qarasu,  Keşiş  ölən  körpü,  Əhmədbəyli  meşəsi  və  Nəl-

vəndin dərəsi; Şəkidən Oğuza tərəf gedəndə isə Qırxbulaq, Daşa-

ğıl çayı, Bucaqayası; Şəkidən Qaxa uzanan ərazidə isə Qarabulaq, 

Şin çayinin dəmir tökülən hissəsi, Qanlıqovu qorxulu yerlər sayı-

lırdı. 

   Həftədə,  ya  ayda  bir-iki  dəfə  ağır  soyğunlar  baş  verərdi.  



Onlara  qarşı  elliklə  mübarizə  aparıdırdı.  hökumət  tərəfindən 

tutulanlar, qarşıdurmada öldürülənlər də az deyildi.  

Əhmədbəyli meşəsində Qaffar Bahaf oğlunun qiymətli papa-

ğını  əlindən  alırlar.  Bu  hadisə  xalq  arasında  çox  müzakirə  edilir. 

Hətta Qaffarın qayınatası Xoər Söyün yeznəsinə deyibmiş: 

– Ə… Qaffar, kişi ölər, papax verməz... 

Qaffarın  bacısı  oğlu  Ağammədoğlu  Əhməd  şəhərdə  silahla 

gəzənlərdən biri idi. Əhməd Qaffardan soruşar: 

– Heç olmasa tanidığın var?  

Qaffar çox inamsizliqla bir nəfər kəndlinin adını deyir. 

Bir  neçə  gün  sonra  Əhməd  həmcurlarıyla  həmin  kəndə, 

Qaffarın  nişan  verdiyi  adamgilə  gedər.  Dayısının  başına  gələn 

əhvalatı söyləyib sözünün axırında belə deyər:  



 

266 


–  Mən  pula  yox,  papaq  üçün  gəlmişəm.  O  papağı  götürən 

adam tanınıb. Kişi başqasının başından papaq götürməz. Sözümün 

canı budur ki, ya papax, ya da silah.  

Əhmədi  bir  təhər  sakitləşdirib  papağı  qaçıranı  tapırlar,  ona 

vəziyyəti anladırlar. O, papağı da, artıqlamasıyla pulu da qaytarır. 

Pulu götürmürlər. Papağı alıb qayıdırlar.  

Əhmədin  kişi  damarına  görə  şəhərdə  hörməti  birə  beş  dəfə 

artar.  


 

Heç yana qaçmax lazım döylü 

 

Şəkidə  Hacı  Məmmədsadıx  adlı  bir  tacir  yaşayıb.  Sovet  hö-



küməti gələndə məmurlar ona deyiflər:  

–  Hacı,  dur  qaçaq.  Diyirlər  ki,  bir  hökümət  gəlir.  Hamının 

malını, dövlətini, pulunu alır, özünü də tutur. Nə qədər gec döylü, 

qaçmax yaxşıdı. 

Hacı bunlara belə cavab verir:  

–  Mən  sizi  iş  üçün  Məskoya  göndərəndə  siz  ora  çatan  kimi 

hərəniz  bir  aşna  tapırdınız.  Yalnız  2-3  gün  keçirəndən  sonra  iş 

yadınıza  düşürdü.  Sizin  orada  tapdığınız  aşnalardan  olan  uşaxla-

rınız  qardaşlarının  yanına  gəlirlər.  Öz  dədələrinnən  ata  paylarını 

alacaqlar. Heç yana qaçmax lazım döylü.  



 

Mən sizi öyrədə bilmərəm 

 

Şirəli dədə-babadan baytar kimi tanınır. Kişi ömrü boyu mal-

qara ilə məşgul olub qəssablıq və baytarlıq etmişdi.  

Bir gün Dağar Cabbar baytar kimi tanıdığı Şirəlidən 3 girvən-



74

 ət alanda deyər: 

–  Ay  Şirəli,  camışımızın  balası  quyruqdan  gəlib*

75

.  Dünən 

səni dükanda görə bilmədim. İki mal doxduru gəlib, baş çixarma-

yiflar. Şirəli, sən özün də bir gəl bax, görək nə olur. 

Şirəli cavab verir:  

– Yaxşı, dükanı bir adama tapşırıb gələrəm.  




 

267 


Şirəli  məhləyə  girib  mal  doxdurlarıyla  salamlaşır,  sonra 

camışı gözdən keçirib onlardan soruşur: 

– Ay həkim, fikriniz nədi? Nə eləmax istiyirsiniz? 

Həkimlərdən biri deyir: 

– Balanı doğrayıb çıxarmaq lazımdı.  

Şirəli soruşur: 

– Ay həkim, balanı salamat qurtarmaq olmazmı?  

Həkim deyir:  

–  Biz  lazımi  avadanlıq  götürüb  gəlmişik.  Başqa  heç  bir  əlac 

yoxdur.  

Şirəli deyir:  

–  Siz  balanı  salamat  çıxarmağı  qeyri-mümkün  hesab  edirsi-

niz? Mən balanı salamat qurtarmaq şərtiylə camışı doğduracam.  

Həkimlər inanmasalar da etiraz etmirlər:  

– Onda, sən başla, biz baxaq, - deyirlər.  

Şirəli deyir: 

–  Siz  burda  dayansanız,  mən  o  işi  edə  bilmərəm.  Siz  durun 

gedin işinizə. Sabah gəlib balaya da, camışa da baxarsınız.  

Şirəli Cabbar kişiyə bir neçə şeyin hazırlanmasını tapşırır. 

– Əynimi dəyişif gəlirəm, - deyərək çıxıb gedir.  

Kişi  qayıdıf  gələndən  sonra  45-50  dəqiqəyə  balanı  çıxardıb 

camışın qavağına qoyur. Balanın üstünə duz səpib anasına yaladır. 

Onu əmizdirib Cabbar kişiylə sağollaşır, dükanına qayıdır.  

Səhəri gün camışa, balaya baxmağa gələnlər çox olur. Baytar 

həkimlər  sirri  öyrənmək  üçün  yalvar-yaxar  eləsələr  də,  Şirəli 

onlara deyir: 

– Siz oxumuş, mən savadsız. Mən sizi öyrədə bilmərəm.  

 

İlan zəhəri 



 

Deyilənə görə, arıçılara  ilan zəhəri təsir etmir. Mingəçevirdə 

bir arıçı yaşayırdı. O, arılarını Ağdaşa köçürür. Mənzil başına ça-

tanda  arı  pətəkdən  tökülür,  otlar  arasında  müxtəlif  tərəfə  yayılır. 

Kişi  yorulub çəməndə uzanır. Birdən ona elə gəlir ki, ayağını  arı 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə