Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə84/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   80   81   82   83   84   85   86   87   ...   147

 

268 


sancdı.  

Arı sancması arıçı üçün o qədər də ağrılı olmur. Arıçı ayılır, 

arı sancan yeri bir qədər qaşıyıb yenə uzanır yatır. Lakin qaşınma 

səhəri gün axşama qədər davam edir.  

Arıçı evə qayıdır, əhvalatı ailə üzvlərinə söyləyir. 

– Arı sancanda qaşınma o qədər də uzanmır. Özü də qaşınma-

sı çox şirin olur.  

Kişi  tez  həkimə  gedir,  qaşınmanın  hələ  də  davam  etdiyini 

söyləyir. 

Həkim deyir: 

–  Səni  arı  yox,  ilan  sancıb.  Arıçı  olmasaydın,  nəticəsi  pis 

olardı. Qanındakı arı zəhəri səni ölümdən qurtarıb.  

 

Hacı həkim

76 

 

Bir kişinin belindən yel tutur. O, 5-6 ay yataqda xəstə vəziy-

yətdə  qalır.  Şəhərdəki  ara  həkimləri  -  mama  Zəhra  ana,  Baba 

doxtur  (Həkim  Baba)  -  hərəsi  bir  cür  müalicə  yolu  göstərsə  də, 

köməyi olmur. Dedilər ki, Çaqqal dərəsi  adlanan  yuxarı  məhlədə 

bir Hacı həkim yaşayir. Onu da gətirin. 

Hacı  həkimin  yanına  gedirlər.  O,  xəstəliyin  əlamətlərini 

eşidib deyir: 

– Tez sagalar. 

Kişi heç bir dərman zad vermir.  

–  Mənim  vacib  işim  var,  -  deyir,  -  kənddən  qonaxlar  gəlib. 

Onları  tez  yola  sala  bilsəm,  elə  bu  gün  özüm  gəlib  baş  çəkərəm. 

Arxayın olun, tez sağalar.  

Günorta  üstü  Hacı  həkim  vaxt  tapıb  xəstəni  görməyə  gəlir. 

Söhbət  arası  bir  tütün  papirosu  eşir,  nəsə  oxuyuf  tüstünü  xəstəyə 

üfürür.  Sonra  qədəh  parçası  bükülmüş  bir  papiros  da  xəstəyə 

uzadır.  

– Ay həkim, mən papiros çəkən döyləm - deyir xəstə. 

Həkim dillənir: 

– Tüstüsünü ağzına al, burax.  




 

269 


O, nəsə oxuyuf xəstəyə deyir: 

– Belo tərpət. 

Xəstə görür ki, beli daha ağrımır. 

– Belin ağrımırsa, dizləro tərpət. 

Ağrı xəstənin dizlərinə yığılıfmış. Həkim ona yenə bir qədəh 

parçaya bükülmüş papiros verir. 

– Axşam çəkərsən, yaxşi yüxliyərsən, səhəri gəlif yoluxacam, 

- diyif gedir.  

Həkim  vədələşdiyi  kimi  səhər  gəlir,  yenə  də  oxuyur,  üfürür, 

təzədən ağrını xəstənin dizindən belimə keçirir. Növbəti gəlişində 

əksinə belindən dizinə ötürür. Bu qaydayla ağrını üç dəfə xəstənin 

dizindən  topuğuna,  topuğundan  dizinə  keçirir.  Dördüncü  dəfə 

topuğundan tamam çıxarır. Onun bədənində ağrı qalmır.  

Xəstəni 2-3 baş evdə gəzdirirlər. Sonra həkim məsləhət görür 

ki, hələ yatıf toxtasın. Dörd günün tamamında dura bilər.  

Sağaldığını  görən  kişi  körpə  balalı  camışı  həkimin  evinə 

göndərir.  Amma  həkim  camışı  hamballarnan  geri  qaytarır,  xəbər 

çatdırır ki, tükana gələrəm, söhbət edərik.  

Bir neçə gün sonra həkim tükana gəlib girvənkə yarım ət alır. 

Xəstənin qardaşi Qaffar onun cibinə zorla pul qoyur.  

 

Badı-budu Hacıbala 

 

Hacıbala kişi havalar isti olanda, sərin suyla dondurma, hava-



lar  soyuq  olanda  isə  badı-budu  satardı.  Hacıbala  kişi  satdığı  mə-

təhini qoşmalarla tərif edər və avazla da oxuyardı. 

Dondurmayla isgəncəbi suyunu əsasən bazarda, badı-budunu 

isə  məhlə-məhlə  gəzdirib  satarmış.  Ona  görə  də  ona  “Badı-budu 

Hacıbala” deyərdilər. 

Həmin  dövrdə  buz  düzəldən  zavod  yoxuymuş.  Qişda  yagan 

qari xüsusi quyulara dolduruf, üstünə də su tökərdilər. Su qarı bo-

şaldar, bəzən də əridərdi, gecə ayaz olanda isə donub təzədən buz 

olardı. Buz quyusunun ağzına əvvəlcə quru xəzəl-ot qoyar, üstün-



 

270 


dən də torpaq töküb basdırırlar. Buz quyuda yayın lap isti ayları-

na qədər qalırdı. Buzu ancaq varlı adamlar düzəltdirərdilər.  

Hacıbala kişi yaz-yay aylarında buzxanadan buz alıb dondur-

ma,  sərin  su  qayırar,  tərifləyə-tərifləyə  müştərilərə  verərdi.  Kişi 

bir nəğmə də düzəltmişdi, həmişə oxuyardı: 



“Marocna”, “marocna” - 

Bakının duzu, 

Xanlığın sütü, 

Qaragöz camışın qaymağı. 

 

Eşitmisən adını, 

Yemiyən - bilməz dadını. 

Gəl, apar ay müştəri, 

Qızıldandı dişləri. 

 

Həm sərindir, həm şirin, 

Ürəklərə büz qoyur. 

Havalar  soyuyanda  Hacıbala  sənətini  dəyişib,  badı-budu  sa-

tardi. O, badı-budu satanda da oxuya-oxuya özünə müşdəri yığar-

dı:  


Alça çiçəyin tez açan, 

Qızların saçın uzadan 

Uşaqları aldadan 

Badı-budunu alın! 

 

Xanın Dəhnə qonaqlığı 

 

Şəki  xanını  Dəhnə  kəndinə  qonaq  çağırırlar.  Həmişə  olduğu 



kimi Xan Hacı Feyzi oğlu İlyası

77

 da özü ilə aparar. Dəhnəlilər İl-

yas  ağanı  pərt  etməyə  hazırlaşırlar.  Xan  Dəhnə  arxının  qırağında 

faytonu  saxladır.  Onlar  sərinləmək  üçün  arxın  kənarına  düşürlər. 

Bu  vaxt  4-5  arvad  bulağa  suya  gedirmiş,  onlar  gəlib  qonaqların 

qabağından keçəndə eşşəkləri pis səs çıxardır. İlyas ağa deyir:  

 



 

271 


A gəlin, nazlı gəlin, 

Ördəkli, qazlı gəlin 

Top-tüfəngin yaxşidir, 

Barıtı azdı gəlin. 

Eşşəyin üstündəki gəlin ona cavab verir:  



Dəhnə arxı budu, bu,  

İçi dolu sudu, su. 

Eşşəyim xəbər alır: 

Hacı Feyizi oğlu budu, bu? 

Xan gəlinin hazırcavablıcına heyran qalır. Gəlinlər sudan qa-

yıdanda  Hacı  Feyzi  oğlu  İlyas  pərtliyinin  səbəbkarıyla  öcəşmək 

fikrinə düşüf deyir: 



Bulaga gedən dörd gəlin, 

Dart balağo ört gəlin. 

Qırmızı tuman içində  

Bəsləmisoz pört gəlin. 

Gəlin deyir:  

 

Ükləmişik ulagı, 

Əndərmişox bulağı. 

İkozun da ağzına 

Dördümüzün ……… 

Xan İlyasa deyir: 

– Ədə… hayındı aldın payını!.. 

 

 

Ədilxan

78

 İlisulu 

 

Deyirlər,  Ədilxan atcılıq üzrə  yaxşı  mütəxəssis olub. Cins at 

ilxısı saxlayırmış. Onun şəhərdə evi, bir neçə hektarlıq torpaq sa-

həsi,  Xan  yaylağı  adlanan  yaylağı,  Qarasuda  Əhmədbəyli  meşəsi 

adlanan  meşəsi,  üzüm  bağları,  Daşüz  sahəsində  at  zavodu  vardı. 

Yüzə yaxın cins atı olub.  

Günlərin  bir  günü  xan  Şəkidə  xeyir  iş  eləyir.  Toy  bir  neçə 

gün davam edir. Hər gün müxtəlif yerlərdən qonaqlar gəlirmiş. O, 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə