Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə85/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   81   82   83   84   85   86   87   88   ...   147

 

272 


adət üzrə gəlinin  başına  şirniyyat, gümüş pul tökür. Bəyin dostu, 

Yevlağın Qarxun kəndinin sakini Əşrəf bunu görüb gəlinin başina 

bir ovuc qızıl səpir.  

Sovetlər  gələndə  Ədil  xan  bütün  var-dövlətini,  ilxısını  döv-

lətə  təhvil  verir.  Sovet  dövləti  Şəkidəki  varlıları,  mollaları  tutub 

öldürürmüş,  sürgün  edirmiş,  dustaqxanalarda  saxlayırmış.  Amma 

Ədil xana heç bir acı söz deməyibmiş.  

 

İtin məharəti 



 

Bu vaxta qədər itin canavara qalib gəlməsinə heç bir nağılda 

da rast gəlməmişik. Deyirlər ki, Qəssab Əşrəfin ət kombinatından 

götürdüyü (küçük) qoyun sürüsüylə birlikdə bir quçik də məhləyə 

gəlir. Quçiyi nə qədər qovurlar, çıxıb getmir. Qapıdan çıxardırlar, 

qonşunun  məhləsindən  həyətə girib  yenə də sürünün  içində  yatır. 

Cürbəcür möcüzəli işlərinə görə itlə maraqlananlar çox olur.  

Yağışlı, qaranlıx bir gecədə canavar ağıldan bir qoyunu qapıb 

metr  yarım  hündürlüyündə  hasardan  çölə  aşırır.  İt  ağılın  hasarın-

dan atılıb onun ardınca gedir.  

Bir azdan məhlənin axırında it boğuşması eşidilir. Sonra it 4-

5 dəfə bir evin eyvanının qavağına gəlib adamlara hürür, uzaqlaş-

dıqca onun hamıltısı gəlir. 

Ev sakini Şirəli baba deyir: 

– Ay bala, bu it nəsə bildirmək istəyir.  

Fanar götürüb yola çıxırlar, gəlib it hürən yerə çatırlar. Orda 

nə görələr yaxşidi? Canavar bir qoyunun xirtdəyini çıxardıb, it bu 

yerdə  canavara  çataraq,  qoyunu  canavardan  necə  alıbsa,  canavar 

yoxdur. İt ordan evin qabağına gələndə də canavar qoyuna sarı gə-

lə bilməyib. Deyirlər ki, it canavarı nə hala salıbsa, bir də ora qa-

yıda bilməyib.  

Bu əhvalatdan sonra itdə təəccüb eləməli bir neçə iş də olub. 

Çobanlar sürünü kölgəyə yatdırıb özləri də yuxlayarlar. Qoyunun 

bir hissəsini aparırlar. İt kəsinti yerindən qayıdır, duyur ki, qoyu-

nun bir hissəsi yoxdu. İt iynəyə-iynəyə gedib qoyuna çatar. Qoyu-



 

273 


nu aparan iki nəfər qaçaraq gücnən canını qurtarır. İt qoyunu qay-

tarıb sürüyə qatır.  

Qoyun  sürüsünün  arasına  başqa  adam  girə  bilməzdi.  Sürüyə 

girən  adama  hücum  edib,  paltarlarını  cırardı,  amma  özünə  xəta 

verməzdi.  

Sallağın  bəslədiyi  çox  eybəcər,  iri  itlə  bu  iti  boğuşdurarlar. 

Həmin iti “pələng” adı verilən bu it məğlub edər. 

İstər evdə olsun, istərsə də sallaqxanada it ona verilməyən ətə 

dəyməz, başqa itləri də yaxın qoymazdı.  

Yataqlarda  4-5  qoyun  iti  sürüyə  gələn  canavara  yaxın  düşə 

bilmirlər.  Səsləriylə  çobanları  ayıldaraq  canavarları  uzaqlaşdırır-

lar. Sürüdə it təkdirsə, canavarın iyini duyan kimi ulamağa başla-

yır.  

“Pələng”  adlandırılan  it,  sürünü  canavarlardan,  oğrulardan 



təkbaşina qoruya bilirdi.  

 

Qiyamət günü canavarın arzusu 

 

Deyilənə  görə,  qiyamət  günü  elə  güclü  külək  olacax  ki, 



dağlar, dərələr də düm-düz düzələcək. Külək canavarların dərisini 

boğazından  çıxardacax.  Canavar  yenə  yıxılası  döylü.  Canavar  öz 

gücünü onda da göstərib  diyəsidi: 

– Mən özümdə belə bir gücün olduğunu bilsəydim, yer üzün-

də sağ-salamat bir canlı qoymazdım.  

 

Xanabad körpüsü

79 

 

Deyirlər ki, Yevlağın Xaldan kəndində maraqlı hadisələr baş 

verib.  Şəki  tərəfə  ancaq  Xanabad  kəndindəki  körpüdən  keçmək 

olurdu.  Sonralar  nə  vaxtsa,  sel  gələndə  su  istiqamətini  dəyişib, 

körpü suyun o tayında qalıb.  

Körpünü  tikdirən  kişi  çox  varlı  adam  olub.  Bir  gün  ogluna 

pul  verir  ki,  get  kənddən  yumurta  al.  Oğlu  xeyli  keçəndən  sonra 

gəlir. Ata yumurtaları qabağına qoyub, cibindən bir halqa çıxardır. 




 

274 


Halqadan keçən xırda yumurtaları oğluna verib deyir: 

– Apar, bunları qaytar.  

Ustalar yerbəyerdən dillənirlər: 

–  Ay,  xəzeyin,  sən  belə  bir  bahalı  körpü  tikdirirsən,  10-15 

dənə  xırda  yumurtanın  fərqi  nə olar ki, uşagı  bir  də kəndə qayta-

rırsan.  

Xozeyin  bütün  usta-fəhlələri  çayın  qırağına  aparır,  hamının 

gözü görə-görə cibindən bir ovüc qızıl çıxarıb suya ataraq deyir:  

–  Mən  yumurtanın  xırda-irisinə  görə  yox,  gözü  açıx 

böyüməsi,  alveri  öyrənə  bilməsi  üçün  uşagi  təzədən  kəndə 

qaytardım. Pul qazanmağı, xərcləməyi, alqı-satqıda düzlüyü, səli-

qə-sahmanı - gərək hər şeyi uşaga öyrədəsən. Mənim niyyətim pu-

la qıymamaq döylü. Bu tikdiyiniz körpü dağılsa, bilin ki, onun tə-

mirinin də pulunu  bünövrəsinə qoydurmuşam. Insana da  hər şeyi 

uşaq ikən öyrətmək lazımdır. 

 

100 qoyun 

 

Yazda,  mal-qara  yaylağa  çıxan  vaxt  imkanlı  adamlardan  bir 

nəfər  100  baş  toğlu  alıb  yaylağa  göndərər.  Mal-qara  yaylaqdan 

düşəndə toğlular böyüyüb kökəlir. Bu kişi beləcə qazanar, çobanın 

saxlama haqqını da bəri başdan verərmiş. Növbəti dəfə çoban yay-

laxdan qayıdan kimi kişiyə xəbər yollayır ki, gəl, qoyunlarını təh-

vil götür. Qoyunların sahibi  neçə dəfə  sayırsa, sürüdə 99 baş qo-

yun olur. Çobanla birlikdə sayırlar. Yenə 99 baş alinir. Axırda ço-

ban sayılan qoyunlardan birini göstərib deyir:  

– Əşi, biri də bu olsun. 

Təzədən saymağa başlayırlar. Amma yenə 99 çıxır. Çoban da 

tərslik edib deyir ki, “Yox, bu qoyunu da üstünə gələndə olur 100 

qoyun”. 

Qoyunların sahibi gedib 100 nəfər adam gətirir, onlara tapşı-

rır ki, hərə bir qoyun tutsun.  

Bir nəfərə qoyun qalmır. Kişi deyir: 

– Gördünmü, bu adama qoyun çalmadı. 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə