Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə86/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   82   83   84   85   86   87   88   89   ...   147

 

275 


Çoban deyir:  

– Fərasəti olaydı, bir qoyun da o tutaydı. 

Əlaci kəsilən sahibkar 99 qoyunu 100 qoyun əvəzinə götürür.  

 

Məmə adlı oğlum da olub 

 

 

Hacıbahab  davaxçılıxla  məşgul  olurdu.  Külfəti  də  az  döyül-

dü.  Kişi  səhər  tezdən  durub  oğlanlarıyla  davaxxanaya  gedər,  ax-

şam da qayıdardı. Oğlanlardan biri dərini kirəcə qoyar, başqasi ki-

rəcdən çıxarılan dəriylə gönü yuyar, digəri yuyulmuş gönü siləyə 

basar,  o  birisi  hazır  gönləri  qurudar,  dartışdırıb  qırışlarını  açar, 

Hacıbahab da hazır meşin, tumac və gönü satardı.  

Ailənin  hamısının  qazancı  da,  yemək-içməkləri  də  bir  yerdə 

idi.  

Qardaşlar,  qardaş  arvadlari,  ata-ana  çox  mehriban  dolanırdı-



lar. Bahab çox  səliqəli,  işinin çəmini  bilən adam  idi. O,  vaxtaşırı 

oğlanlarının işini dəyişirdi ki, biri çox, digəri az zəhmət çəkməsin. 

Həm də onlar sənətin bütün sirlərinə yiyələnsinlər.  

Hacıbahabın Məmə adında bir beyşüyür*



80

 oğlu da vardı. O, 

bəzən  ata  və  qardaşlarıyla  davaxxanaya  gedərdi.  Məmənin  yaxşı 

canı-güssəsi, boy-buxunu, əndamı vardı. Oğlan istəsəydi, 2-3 ada-

mın  işini  görərdi.  Onun  bir  heylə  də  yiməyi  vardı,  həmişə  pay 

üstündə küsərdi. Bir dəfə plov bişirilmişdi. 7-8 nəfərin payı qədər 

Məməyə xörək tökürlər. Məmə yenə paydan küsür.  

–  Mən  yeməyəcəyəm.  O  sini  kimədirsə,  azdır.  Axırda  peşi-

mançılıq çəkməsinlər deyə plovun  hamısını  Məməyə  verib özləri 

pendir-çörək yeyirlər.  

Camaat Məmənin  belə çox  yeməyini  xəstəlik  hesab edir. Öz 

aralarında   belə  bir qarğış da qarğayırdılar: “Görüm sənin qarnaa 

Hacıbahaboğlu Məmənin qarnına çıxan yara çıxsın!..”  

Hacıbahab  tez-tez  Məməyə  xərclik  verərdi  ki,  həvəsə  gəlib 

bunlarla işləsin. Amma oğlanın keyfi buyurmasa, əlini ağdan qa 

 

____________________ 



*

 

Beyşüyür-tənbəl, avara, işə-gücə yaramayan deməkdir. 




 

276 


raya  vurmazdı.  Çıxıb  bazarda,  şəhərdə  veyil-veyil,  boş-bekar  gə-

zib-dolaşardi.  

Məmənin pulu qurtaranda hətta evdən mis qazan, sini oğurla-

yıb satardı. Pulu hara, nəyə xərclədiyini bilməzdilər.  

Bir  dəfə  Hacıbahab  miskər  dükanının  qabağından  keçəndə 

görür ki, bir az qabaq aldığı mis qazan piştaxtaya qoyulub satılır. 

Hacıbahab miskərdən soruşur: 

– Bizim qazana oxşayan qazan neçiyədi?  

Miskər deyir: 

- Düz tapmısan, bunu dünən sənin oğlun gətirib mənə satıb. 

Hacıbahab  qazanın  pulunu  verib  alır,  özü  ilə  götürüb    evə 

aparır. Həmin günü evdə xəngəl bişiriblərmiş. Hacı şam yeməyin-

də oğluna deyir:  

– Məmə, ağrın alım, evdən bir şey aparıb satma, pulun olma-

yanda  gəl  mən  sənə  pul  verim.  Evdən  şey  satmaq  istəyəndə  onu 

mənim  özümə  sat.  Sən  o  şeyi  ucuz  qiymətə  satırsan,  sonra  mən 

onu iki qat baha qiymətə alıram. Nə satası olsan, gətir mənim ya-

nıma, mən onun pulunu verim. Axı ayıbdı, deyəcəklər ki, Hacıba-

habın əli aşağıdı, evdən qab-qacaq satır.  

Məmə başını qaldırıb atasının üzünə baxa-baxa diyir:  

–  Elə  yaxşı  yadıma  saldın.  Fikrimdə  tutmuşdum  ki,  sabah 

aparıb qarşımdakı xəngəl yediyim sinini satım. Almaq könlünnən 

keçirsə, çıxart pulunu ver.  

Hacıbahab  əlacsız  qalıb  oğluna  bir  qədər  pul  verir.  Məmə 

etiraz edib deyir: 

– Yox, səninlə  mənim sevdam  baş tutmayacaq. Ona görə də 

miskərə  satmağım  sərfəlidir.  Bu  siniyə  görə  miskərdən  daha  çox 

pul almaq mümkündür.  

Hacıbahab oğlunun pulunu artırır. Kişi görür ki, Məmə dələ-

duzun yekəsinnəndi, satası şeyləri daha ona bildirəsi döylü. Bu sə-

bəbdən  də  miskərlə  razılaşır  ki,  Məmədən  nə  alsa,  özgəyə  yox, 

ona satsın. 

Məmə pullarını qumarda uduzanda cibini deşib deyərdi:  

– Hayındı deşikdən qəpək-quruşumun hamısı yerə tökülüb. 




 

277 


Qaraçı qızı qaraçı əppəyi istəyir 

 

 

 

Yaz açılanda Şəkiyə qaraçılar gəlib at, qətir, inək, uzunqulaq 

satardılar.  Bir  dəfə  şəhərə  belə  bir  söz  yayılır  ki,  qaraçıların  ara-

sında  bir  qız  var,  dünya  gözəlidi.  Hərə  bir  bəhanə  ilə  gedib  qıza 

baxmağa çalışırmış. Bu gedişlə varlı-karlı bir adamın oğlu o qıza 

bənd  olur.  Ata-anası  qızı  el  qaydasıyla  oğlana  alırlar.  Amma  nə-

dənsə qız  ər evində get-gedə arıxlayır. Valideynlərini çağırıb on-

dan gileylənirlər ki, nə təhər övlad yetişdirmisiniz, gəlin köçənnən 

yemir, içmir. Ona görə də arıxlayıb.  

Ata-anasının tövsiyəsindən sonra qız yavaş-yavaş düzəlir.  

Oğlanın  valideynləri  qıza  nəzarət  edirlər.  Görürlər  ki,  o,  çö-

rək təhnəsindən gizlicə çörəyi götürüb loxmalayır, loxmaların hə-

rəsini bir yerə gizlədir. Sonra gəlir çörək gizlətdiyi yerin qabağın-

da əlini açaraq öz-özünə nə isə danışır, sonra çörəyi götürüb yeyir. 

Məlum  olur  ki,  qız  qaraçıların  loxmaları  yemək  adətini  unutma-

mışdır.  

Qızın bu hərəkəti atalar sözü tək indiyə qədər el arasında işlə-

dilir: Deyirlər ki, “Qaraçı qızı qaraçı əppəyi istəyir”.  



 

Göydən it səsi gəlirdi 

 

Bir ailədə böyük qardaş həmişə yalan danışarmış. O elə uyar-

lı  yalanlar  uydurardı  ki,  eşidənlərin  hamısını  inandırardı.  Böyük 

qardaşın  yalanları onu çox  bilən adam  kimi tay-tuş arasinda  hör-

mətə-izzətə  mindirmişdi.  Kiçik  qardaş  belə  bir  fikrə  düşür  ki, 

“qardaşım  yalan  danişib  çox  bilən  adam  kimi  hörmət  qazanıb, 

mən də onun yoluynan gedəcəm”.  

Bir gün kiçik qardaş gimgədə ilk yalanını danışır. Toplaşanla-

ra üzünü tutub deyir: 

– Bu gün savağa yaxın göydən it səsi gəlirdi. 

Eşidənlər onu danlayırlar, hətta biri başına qapaz da vurur.  

Diyirlər: 

– Ə… axmağın biri axmaq, göydə də it olar?  



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə