Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə87/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   83   84   85   86   87   88   89   90   ...   147

 

278 


Kənarda duran böyük qardaş işə qarışıb deyir: 

– Siz onu qınamayın. Ola bilər ki, quzğun itin balasını götü-

rüb havaya qalxıb. Ordan itin səsi gəlib. O, bu yolla qardaşini töh-

mətdən qurtarır, hamını razı salır.  

Evə çatan kimi boyük qardaş kiçik qardaşı danlayır, dönə-dö-

nə tapşırır ki,  bir də  bacarmadığı  işə girişməsin.  Çünki  yalan da-

nışmağı  da  bacarmaq  lazımdı. Heylə  yalanlar  söyləsən, qapaz al-

tında qalarsan. 



 

G

G

e

e

t

t

d

d

i

i

 

 

d

d

i

i

m

m

a

a

x

x

 

 

o

o

l

l

m

m

a

a

z

z

 

 

-

-

 

 

Gəldi dimax olmaz 

 

Bir  palan  tikən  vardı,  həccə  ziyarətə  getmək  arzusundaydı. 

Kişi öz halal zəhmətilə qazandığı puldan artırıb köhnə palana bir-

iki qızıl yığır.  

Bir cümə günü palançı şəyirdini tükəndə qoyub cümə  nama-

zına gedir. Bir kəndli gəlib şəyirdə deyir:  

– Ağro mən alım, eşşəyin palanı tamam xarab olutdu. Onu bir 

az düzəlt.  

Şagird palanı bacardığı qədər düzəldib kəndlini yola salır.  

O biri cümə günü yenə kəndli yemiş, xiyar, yumurta pay gəti-

rib  şəyirddən  palanın  çatışmayan  yerlərini  düzəltməyi  xahiş  edir. 

Şəyird  kəndlinin  yaxşılığı  itirmədiyini  görür,  ona  bir  az  da  çox 

hörmət eləmək istəyir. 

Şəyird: 


–  Sənin  eşşəyinin  palanı  tamam  xarab  olutdı.  Düzəltmək  ol-

mur. Mən saa bir başqa köhnə palan pay vericəm - deyib tükəndə 

olan köhnə palanı ona uzadır.  

Usta  bir  vaxt  görür  ki,  içərisində  qızıl  yığdığı  köhnə  palan 

yoxdu. Şəyirddən xəbər alır. Şəyird əhvalatı ustasına danışır. Usta 

başqa söz demir.  

O  hadisədən  sonra  usta  gündə  bir  neçə  dəfə  “Getdi  dimax 

olmaz, gəldi dimax olmaz…” deyə-deyə vaxtını keçirir.  

Bir  müddət keçəndən sonra kəndli gəlib ustanı görür. Şagird 



 

279 


orada olmur. Kişi ustaya deyir: 

– Ay usta, ulağın palanı cırılıb, sən Allah, onu bir az düzəlt.  

Usta palanı görən kimi tanıyır. Tez əl gəzdirib yoxlayır, baxır 

ki, gizlətdiyi qızılların hamısı yerindədi.  

Usta bu dəfə təkrarladığı sözləri tərsinə söyləyir:  

– Gəldi dimax olmaz,  

Getdi dimax olmaz. 

Usta tez kəndliyə təzə bir eşşək palanı verir. Onu yola salan-

dan sonra öz-özünə deyir: “Şükür sənə Xudaya, doğrudan da halal 

mal itməzmiş”.  

 

Kələmin kökünün üstündən araba keçir 

 

 Məşhur bir yalançı deyir: 

– Mən kələm əkmişəm. Kələm çox böyüyür. Bir vaxt kələmin 

kökü Kürün bu tayından o tayına keçir, kök atır.  

Kökün üstü ilə bu taydan o biri taya yüklü arabalar keçir. 

 Buna qulaq asan başqa yalançı öz başına gələnləri danışır: 

–  Mən  bir  yekə  qazan  görmüşəm.  Qazanın  içərisində  üç  də-

mirçi şəkil döyürdü. Onların birinin səsini o biri eşitmirdi.  

Birinci yalançı dözməyib etirazını bildiririr: 

– Ə… o boyda da qazan olar? 

İkincisi ona cavab verir: 

– Ə… sən diyən kələm var ha, o boyda qazanda bişər da… 

Birinci mübahisəni kəsmək istəmir. Söz güləşdirməkdən xoşu 

gəlir. Deyir: 

– Ə… qazanı bir az kiçilt. 

İkinci ona məsləhət verir: 

– Ə… sən kələmi kiçiltsən, mən də qazanı kiçildərəm. 

 

Qarıyla ispalkom 

 

Leyli


81

  qarı  həyətdə  xana  qurub  parça  toxuyurmuş.  Iki  atli 

gəlib onun qavağında dayanır. Onlardan biri dillənir: 



 

280 


– Sən niyə müəllimi evdən qovmamısan? Yoxsa mənim sözü-

mü  saymırsan.  Saa  gənə  deyirəm:  sizdəki  müəllimi  qov  getsin. 

Yoxsa… 

Leyli qarı əlindəki ip yumaxlarını xananın yanına qoyub aya-



ğa qalxır, qəddarlığı ilə ad çıxaran ispalkoma yaxınlaşıb deyir: 

– Xoş gəlmisooz. 

İspalkom bir də təkrar eləyir: 

- Müəllimi evdən qov getsin.  

Leyli qarı deyir:  

–  Əvvəla  bil  ki,  müəllim  qonaxdı,  həmişəlik  döylü.  İkincisi 

də  mən onu balam kimi  istəyirəm. Hamı ona öy  adamı tək baxır. 

Burası belə. Onu da bil ki, insan bir qaşıx qanla yaşayır. Mənim o 

bir qaşıx qanımı burada yerə töksələr də, qonağa heylə söz demə-

rəm. Müəllimə bildirmişəm: əgər sən özün bizə gəlmax istəməsən, 

o məktəbin qavağında özümü boğub öldürərəm. Ay ispalkom, xə-

yalın,  müəllimləri  öydən  qovan  kişilərə  getməsin.  Bizə  nə  qədər 

pislik eləsən də, sözümüzdən dönən döylük. 

Deyirlər,  Leyli  qarı  türklüyü  müdafiə  eliyən  müəllimi  dəfə-

lərlə beləcə ölümün əlindən almışdı. 

 

Bir kibrit dənəsinin dəyəri 

 

Məsim adam öldürdüyünə görə 10 il cəzasını çəkənnən sonra 

Şəkiyə qayıdırmış.  

Mindikləri  fayton  Xanabad  kəndindəki  karvansarada  gecələ-

məli oldu. Miniklər də karvansara çayçısında rahatlanmalı və bur-

da gecələməli olurlar.  

Məsim  dustaxlıxdan  buraxılanda  o  vaxtın  qanununa  görə, 

onun adam öldürdüyü silahını (xəncərini) özünə verəllər.  

Çayçıda oturanlar vaxt keçirməkdən ötrü hərə bildiyinnən da-

nışar, müxtəlif növ oyunnar, tapmacalar söylüyürmüşlər. 

Bir vaxt müsafirlərdən iki nəfəri ortaya düşüb müxtəlif danışıx-

dan  sora  islam  dini  əleyhinə  həcvlər  söyləməyə  başladılar.  İslam 

dinini, adət-ənənələrini pisdiyillər, hətta islam dinini həcv edirlər. 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə