Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə88/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   84   85   86   87   88   89   90   91   ...   147

 

281 


Bu iki nəfər peyğəmbər haqda həcv danışdıxca, Məsim yerin-

də qurdalanır, on il qürbətdə yatdığını yadına salıb özünü saxlayır. 

Nağılçılar ortaya nə isə qoyub partdatmax vaxtı Məsim özünü 

saxlaya  bilmir,  “ölmək  ölməkdi,  xırıldamax  nə  deməkdi”  diyir. 

Atılır ortaya, xəncərini çıxardıb bunların ikisini də öldürür.  

Məsimi yenə tuturlar. Qardaşdar Məsimin bu işinə pərt olur-

larsa da, həm də bu işi qiymətdəndirirdilər.  

Məsimə vəkil tutmax lazımıydı. Şəkidə məşhur olan Kimirov 

addı vəkili tutmax istəyirlər. Dəfələrnən iş yerinə və evə gedirlər-

sə də, vəkili tapa bilmillər.  

Bir  səhər  Kimirovu  evdən  çıxıb  işə  gedəndə  görən  qardaş 

onun  iş  yerinə  doğru  gedir.  Vəkil  civinnən  bir  siqaret  çıxardır, 

alışqanı boş çıxır. Məsimin qardaşı cəld vəkilin siqaretini odlayır. 

Vəkil  razılıx  eliyir,  yoluna  davam  edir.  İş  yerində  dilmancin  kö-

məyiynən Məsimin qardaşı vəkilinən danışır. Vəkil deyir: 

– Mən işnən tanış olum, sonra danışax. 

Bir müddətdən sora qardaşdar vəkilnən danışırlar. 

Vəkil:  -  Mən  öncə  yerli  məhkəmədə  verilən  işi  senatda  tam 

qutarasıyam.  Senatda  işə  baxana  qədər  nə  qədər  yatarsa,  dustax-

lıxda yatdığı vaxtı onun cəza müddəti kimi hesab olunar və oradan 

da tam azadlığa buraxılar. 

Qardaşdar çox razı qalırlar. 

Qardaşlar: - Bəs bizim borcumuz nə olacaq - deyə soruşanda, 

Vəkil: - senatdan da qurtarannan sonra haqq deyəcəm. 

Qardaşdar varlı adamlar olur. Məsimi qızılnan dəyişməyə ra-

zı olallarmış. 

Bir vaxt senatda işə baxılır və qardaş tam buraxılıb öyə gəlir.  

Dustağın qardaşdarı borclarını soruşanda vəkil deyir: 

– Bu işin haqqı mənə çoxdan çatıb. 

Qardaşdar:  -  Hörmətdi  vəkil,  saa  haqqı  kim  verdi,  nə  qədər 

verdi, bəs biz niyə bilmədik? - diyə soruşurlar. Vəkil: - yadınızda-

dırmı,  filan  vaxt sən siqaretimi oddadın? Mən o hörməti  hər  şey-

dən  artıx  hesab  eliyirəm.  Sən  təvazökarrıq  gösdərdin,  mənə  hör-

mət elədin. Hörmətin azı, çoxu olmamalıdı. 




 

282 


Az da, çox da, hər ikisi hörmətdir. Əyər hörmətin azını-çoxu-

nu  axtaran  varsa,  o  hörməti  başa  düşmüyən  adamdı.  Mənə  görə, 

bir kibrit dənəsi boyda  olan hörmət, kilolarnan qızılla olunan hör-

mətə bərabərdir.           



 

Qaraqoyunlu əhvalatları 

 

“Başın sağ olsun, gözün aydın olsun” 

 

Dünyanın çox qəribə işləri var: hamı yaxşı bilir ki, ölü sahib-

lərinə başsağlığı verərlər, gözaydınlığı yox.  

Sən demə belə də olurmuş... 

Aşağı  Göynüklü  Mədəd  kişinin  böyük  oğlu  qanlı  Qanıxdan 

maşınla  keçərkən  sel-sularına  qərq  olur  və  nə  qədər  axtarış  filan 

aparılırsa da  heç  bir  faydası olmur.  Əlacsız qalan ailə oğullarının 

yasını  götürməli  olurlar.  Yaxından,  uzaqdan  gələn  qohumlar,  ta-

nışlar ailəyə başsağlığı verib dağılışırlar. Ancaq dərd ailəni qar ki-

mi əridir. Onlar əllərini göylərə açıb xudaya yalvarırlar ki, barı ev-

ladlarının meyitinin tapılmasında onlara kömək əlini uzatsın. Heç 

olmazsa Nadiri başqa ölülər kimi öz əlləri ilə torpağa tapşırsınlar, 

ürəkləri dolanda qəbiristanlığa gedib qəbir üstündə doyunca ağla-

yıb bir az yüngülləşərlər. Bu, ailənin böyük yaradandan ən böyük 

istəkləri, diləkləri idi.  

Nadirin sulara qərq olmasının artıq 39-cu günü tamam olmuş-

du. Qırxı günü  səhər-tezdən bir  xəbər  ildırım  surəti  ilə kəndə  ya-

yıldı  və  bütün  qapıları  döydü:  “Qanığın  dənizə  töküldüyü  yerdə 

balıq  tutanlar  çiləkəndən  Nadirin  meyitini  tapıb  kəndə  gətirmiş-

lər”. Hamı az müddətdə sel kimi axıb Mədədin həyətinə doluşdu-

lar.  Bu  xəbərin  doğru olduğunu  görənlər  mərhumun  atası  Mədəd 

kişiyə,  anası  Məsmə  xalaya,  onların  yaxınlarına  gözaydınlığı  ve-

rirdilər.  

Bəli, bu da dünyanın qəribə işlərindən biridir... 



 

 


 

283 


Xortlamış ölü 

 

Dərəcənnətli Xaxol Alışan (o, 30 ildən çox kolxozda sürücü-



lük etmiş, heç vaxt, heç nədən çəkinmədiyinə, qorxu-hürkü bilmə-

diyinə görə “xaxol” ləqəbini qazanmışdır) yay axşamlarının birin-

də Şəkidən  kəndə qayıdır. Piyada olduğu üçün  yorulur və  yolun 

kənarındakı  qəbirsanlığa  burulub,  başını  bir  qəbr  daşının  üstünə 

qoyub  yatır.  Bir  vaxt  qarışıq  səs-küyə  yuxudan  ayılır  və  əvvəlcə 

ona elə gəlir ki, bu, ölülərin işidir. Bir az diqqət yetirdikdə məlum 

olur ki,  burada ölülərlik  bir  iş  yoxdur. Bir az dinləyib səsin kənd 

yolundan  gəldiyini  müəyyən  eləyir.  Ora  diqqətlə  baxıb  görür  ki, 

yolda ağ bir maşın dayanıb, bir az kənarda 2-3 nəfər bərk savaşır. 

Onlardan  iki  nəfəri  birini  yerə  yıxıb  təpikləyir,söyüş  söyə-söyə 

onu qəbirsandığa doğru sürüyür  və ucadan deyirlər: “Alçaq oğlu, 

alçaq!  Bu  saat  sənin  nəfəsini  kəsib  bu  qəbirlərin  birinin  daşını 

qaldırıb ora tullayacağıq. Ondan  sonra  ha  axtarsınlar ki, tapacaq-

lar!”  Yerdə  sürüdükləri  isə  heç  nə  deyə  bilmir,  hey  zarıyırdı. 

“Xaxol”  tez  qaçıb  bir  baş  daşının  dalında  gizlənir  və  tələsik  üst 

paltarını  çıxarıb  ağ  alt  paltarında  onların  nə  edəcəyini  gözləyir. 

Döydüklərini  bir  kənara  qoyub  bir  qəbrin  üst  daşını  qaldırmaq 

üçün əlləşirlər. Bunu görən xaxol baş daşının arxasından çıxıb on-

lara tərəf gəlir və sakit, eybəcər bir səslə deyir: 

– “Ay bala, havayı yerə çavalamayın, sizin gücüyünüz (gücü-

nüz) çatmaz. Mən hindicə (indicə) xortdamışam, öyə  (evə) qayı-

dıcam, qavırım boşalıb, gəlin köməkləşib aparax ora tulluyax, boş 

qalmasın, günahdır.”  

Başlarını qaldırıb gecənin zülmətində qarşılarında dayanan və 

ağ paltarlı uzun qaraltını görən iki nəfər bir anlıq yerlərində donur 

və birdən özlərinə gəlib hasardan aşıb yol aşağı bağıra-bağra qaçıb 

yox olurlar. Xaxol tez huşsuz halda yerə uzanmış adamı yolda da-

yanmış maşına qoyub evlərinə aparır və ona köməklik edib ayağa 

qaldırır, 2-3 gündən sonra evlərinə yola salır.  

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə