Microsoft Word Antol-18-Seki


Məryəm oğlu Hasanın təsəllisi



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə89/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   85   86   87   88   89   90   91   92   ...   147

 

284 


Məryəm oğlu Hasanın təsəllisi 

 

 

Ferma  müdiri  işləyən  illərdə  yeznəsi Bibiy Əhməd axşamlar 

tez-tez  həm  yaxın  qohumu,  həm  də  qaynatası  Məryəm  oğlu  Ha-

sangilə  gələr  və  kolxoz  qoyununun  acından  və  şiddətli  soyuqdan 

qırılmasından gileylənər, kövrələ-kövrələ deyərdi: 

– Vallah,  axırda  10-15  il  verib   məni  dama  basacaxlar. Ya-

taxda qoyun qalmiyıf, çoxu qırılıf. Hasan kişi də halını pozmadan 

sakitcə deyərdi: 

– A  Bala, sən cavanı dama  basmasınlar,  mən qocanı  basma-

sınnar  –  bəs  hökümət o  xaravanı  nədən  ötürü tihtirifdi?  Olar  boş 

qalası döyül ki?   Səni gec-tez tutacaxlar, amba sözümə qulax as: 

O  qoyunnar    qırılıf  tamam  qurtarmamış  qalanlarını    da  barı  sən 

sat, barı uşaxlara xərclik qoy get, bərkə gec  qayıdası oldun. 

 

Havaya sovuşan güllə 

 

Məşhur  qaçaq  Cılğı  Məhəmmədi  öldürəndən  sonra  Məryəm 

oğlu Hacıbaba sürünü  yaylaqda qardaşı Hasana  və  yaxın qohum-

ları  Mülayim  və  İbrahimxəlilə  tapşırıb  arana  gəlir.  Çılğının  öl-

dürülməsindən qəzəblənən Şəki qaçaqları Hacıbabanı axtarır, har-

da  olsa  da  onu  öldürəcəklərinə    and  içirlər.  Bir  gün  onlar  xəbər  

tutur ki, Hacıbabanın sürüləri Kiş kəndinin yaxınlığandakı Süd də-

rəsindədir. Gecədən xeyli keçmiş 15-20 nəfər qaçaq Süd dərəsinə 

gəlib çobanları  mühasirəyə alırlar. Onlar çobanların üstünə qışqı-

rırlar ki, Hacıbabanın yerini desinlər, yoxsa onları qanlarına qəltan 

edəcəklər.  

Çobanlar and  içirlər ki, Hacıbaba  yaylaqda  yoxdur. 2-3 gün-

dür ki, arana gedib. Bu  sözlərə əhəmiyyət  verməyən qaçaqlardan 

birisi tüfənginin qundağı  ilə  vurub  İbrahimxəlil kişini (Hacıbaba-

nın əmisi oğlu) bərənin üstünə aşırır və ucadan deyir: 

– O Hacıbaba arvadını filanladığımız olsun, biz də biz.Yerin 

deşiyində  də  olsa  tapıb  başını  it  başı  kimi  kəsəcəyik.  Qoy  hamı 

görsün ki, qaçağa əl qaldırmax nə deməkdir!  




 

285 


Söz onun ağzından qurtarmamışdı ki, Hasanın  çoban dəyənə-

yi  havaya  qalxdı  və  bir  göz  qırpımında  şaqqıldadı.  Bu  qudurmuş 

harın da  aşıb İbrahimxəlil kişinin ayaq tərəfinə sərildi. Qaçaqlar-

dan  biri  tez  əlini  Hasana  tuşladığı  tüfəngin  tətiyinə  çəkmək  istə-

yəndə  bir əl  altdan onun qolunu  yuxarı  vurdu.Güllə  havaya uçtu. 

Bu  saqqalı  çallanmış,  arıq,  ucaboy,  qartalbaxışlı  bir  adam  idi.Bir 

anda onun alçaq, amma amiranə səsi eşidildi: 

–  Salın  tüfəngləri  aşağa!  Hər  yer  dolu  “otryad”  dəstəsidi. 

Hindicə quzgun kimi üstümüzü alacaxlar. Tez iki heyvan götürün 

qalxaq Qocumırığa.  

Onların  başı  heyvan  tutmağa  qarışanda  həmin  adam  Hasana 

yaxınlaşıb deyir: 

– Çomağı o alçax qurumsağa nə ilişdirdin! 

O, çox  azğınlaşıb, adamlara qan uduzdurur, unsuzda cəzasını 

alacax!  Kişi  qırığı,  mən  də  qaraqoyunluyam.  Hətəm  ovalı  qaçaq 

Əşrəf mənəm. Hacıbavaya görə qıracaxlar.Hindi mənnən çəkindi-

lər. Ayrıları gələ bilər buraya. Bir azdan sürünü tərpədin, keçiririn 

Kişdən aşağa, səhər açılanda Şəkinin yanında olun. Ordan da Qa-

raqoyununun  Güllü  dağına  gedin.  Orda  sizə  yaxın  düşən  olmaz. 

Bunu  deyib  Əşrəf  kişi  gedənlərin  dalınca  tərpənir.  Hasangil  də, 

sürünü yığıb gecəliklə yaylağı tərk etdilər.  

 

Yeddi qardaş bir gündə qanına qəltan edildi 



 

Təpəcənnətdə  “İrəviyə  uşağı”  adlanan  7  qardaş  çox  böyük 

hörmət və ad-san sahibi qardaşlar idilər. Dədələri Tanrıverdi kişi-

nin  bacarığı,  işdüzarlığı  və  uzaqgörənliyi  nəticəsində  yaxşı  var-

dövlət əldə etmişdilər: böyük torpaq sahələri, mal-qara  və qoyun 

sürüləri,  at  ilxıları,  ayrıca  yaylaqları  (Qızılbirə,  Çuxaturmaz, 

Bitdicə),  qıslaq  yerləri  (Zalxaölən,  Çərəyantap.  Güllücə)  var  idi. 

Onlar  çox  adamlara  əl  tutur,  kimsəsizlərə  arxa-dayaq  olurdular. 

Şəki rayonunda xalqın var-dövlətini əlindən alıb kolxozlar yaradı-

lan zaman (30-cu illərdə) yeddi qardaş kənd igidlərini də başlarına 

yığıb  qırmızılara  qarşı  qızğın  döyüşlərə  girmişlər.  O,  vaxtlar  hö-



 

286 


küməti  möhkəmləndirmək  üçün  elin-obanın  mərd  oğullarını 

müxtəlif  yollarla  ələ  keşirib  məhkəməsiz-filansız  güllələyirdilər. 

Qaraqoyunluların   bir cox  igidləri  həmin dövrün qurbanları olub-

lar: Kəhriz obalı Sarı Laçın, Mustafa, Hətəmli Qartal Əşrəf,  Dərə-

li Pezi Məhəmməd, Təpəli (Təpəcənnət) Sadıq oğlu Harun, Çaylı 

(Çayqaraqoyunlu) İsmayıl Xalıqoğlu və başqaları. 

Ən  böyük  faciə  isə  Tanrıverdi  kişinin  7  oğlunun  bir  günün 

içərisində güllələnməsi olmuşdur.Onlardan birini-Əbdürəhimi Də-

rəcənnət  kəndinin  yaxınlığında  (ora  indi  də  “Əbdürəhimölən” 

adlandırılır), ikisini Cəfərabad poçtunun qabağında, birini Cəyirli-

dən Təpəcənnətə gələn zaman (Sixosmanlı qəbirsandığının yanın-

da), o biri 3 qardaş işə elə həmin gün günorta vaxtı Şəki NKVD-

nin həyətində güllələnmiş və onları bir çox başqa “vətən xainləri” 

ilə  birlikdə  idarənin  həyətində  əvvəlcədən  hazırlanmış  quyulara 

atıb, ustlərini torpaqlamışlar.  

 

Məryəm oğlu Hasanın Kəlbəcər səfəri 



 

Kəlbəcərlilər  və  Kəlbəcərə  yolu  düşənlər  yaxşı  bilirlər  ki, 

Tərtər  boyu  uzanan  yol  nə  qədər  mənzərəli,  axar-baxarlı  olsa  da 

çox uzaq və yorucudur. Dolanbac dalınca dolanbac, aşırım  dalın-

ca-aşırım.  İş  elə  gətirir  ki,  qaraqoyunlu  Məryəm  oğlu  Hasan  bir 

neçə yoldaşı ilə Tanrıqulular kəndinin (Yevlax rayonu) kolxoz qo-

yununu həmin yolla Kəlbəcər yaylağına aparmalı olurlar. Qaraqo-

yunluların  ağlı  Şəki  yaylaqlarına  (Çaxıl,  Qaraquzey,  Qızılbərə, 

Qorumırıx, Çələngəz və s.) gedibmiş. Belə ki, orada qışlaxdan tər-

pənən sürülər uzaq başı 3-4 günə yaylaqda binə salardılar. Burada 

isə sürülər həftələrlə yollarda olur. Buna dözməyən Hasan kişi bu 

yerlərə bələd olan xalası oğlu Qocuya (o, Tanrıqulularda yaşayır-

dı,  çox  gözəl  çölcü  idi)  deyərmiş:  “Əyə,  xaloğlu,  çatmadıx  sənin 

yeylaxlarıya?”  Qoçu  da  hər  dəfə  Hasana  təskinlik  vermək  üçün 

deyərmiş: 

– Hayla, xaloğlu, hayla. Daha çatırdıx. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə