Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə9/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   5   6   7   8   9   10   11   12   ...   147

 

26

Həsrət  motivləri  həmişə  çoxrənglidir,  çoxçalarlıdır.  Həsrəti 



sözlə  ifadə  etməyin  üsulları  isə  saysız-hesabsızdır  və  onların  ha-

mısı ürək yanğısı ilə poetik istedadın nə cür və nə dərəcədə qovuş-

masından asılıdır. Bu qovuşmaların  sonunda  isə artıq Füzuli şeiri 

də var, hər misrası qəlb titrədən bayatı da. 

Biz  dəfələrlə  eşitdiyimiz  bayatıları  sevsək  də,  əzbərləsək  də 

çox vaxt onların içini əməlli-başlı görə bilmirik. Ancaq elə ki, gün-

lərin  bir  günü  zərbə  birbaşa  ürəyimizə  dəyir, onda  bayatılar  özləri 

gəlib yada düşür, həm də tam mənası, tam açıqlığı ilə. İztirab eyni-

liyi bizi bayatı qəhrəmanı ilə mehribanlaşdırır, qohumlaşdırır.  

Yuxarıdakı  misalları  çəkməkdə  məqsədim  klassik  folklorda 

insanın mənəviyyatı ilə, onun taleyi və düşüncəsi ilə əlaqələnmə-

yən  bir  nümunənin  belə  olmadığını  təkrarən  xatırlamaq  və  xatır-

latmaqdır (Yeri gəlmişkən qeyd edim ki, əldəqayırma sovet folk-

lorunda  məhz  bu  cəhət,  yəni  insan  ürəyinin  səsi  çatışmırdı).  Bax 

həmin səbəbdən də folklorşünaslıq elminin əsas tələbi el sözünün 

zədələnmədən yazıya alınmasıdır.  

Bu  nəzər  nöqtəsindən  yanaşdıqda  Azərbaycan  Milli  Elmlər 

Akademiyasının Folklor İnstitutunun son illərdə buraxdığı antolo-

giyalar böyük əhəmiyyət kəsb edir. XX əsrin ikinci yarısında çap 

olunmuş və ən müxtəlif səviyyələrdə tərtibçi müdaxiləsinə məruz 

qalmış (ədəbi dilə uyğunlaşdırma, eyni əsərin müxtəlif variantları-

nın bir mətndə birləşdirilməsi – qarışdırılması, uydurulma sözlərin 

və epizodların əlavə edilməsi  və  s.)  folklor  məcmuələrinə  bənzə-

məyən və xalq poetik yaradıclığının saflığını mümkün qədər qoru-

yan  bu  antologiyalar  şübhəsiz  ki,  Azərbaycan  folklorşünaslığını 

yeni bir mərhələyə qaldırmış oldu. Başqa sözlə desək, Azərbaycan 

XXI əsrə yeni praktiki folklorşünaslıqla qədəm qoydu və bu da öz 

növbəsində  nəzəri  folklorşünaslığın  yeni  cığırlarını  müəyyənləş-

dirməyə  başladı.  El  hikmətinin  xiridarı  Hikmət  Əbdülhəlimovun 

meydana  çıxardığı  yeni  “Azərbaycan  folkloru  antologiyası”nda 

(Şəki  folkloru)  da  elmi-nəzəri  fikrin  gedişinə  təkan  verəcək  çox 

qiymətli  materiallar  vardır.  Mən  yalnız  bunlardan  bəzilərini  göz 

önünə çəkmək niyyətindəyəm.  



 

27

Antologiyanın “Atalar sözü və məsəllər” bölməsində elmi ba-



xımdan maraq doğuran nümunələr çoxdur. 

1. Burada məşhur atalar sözü və məsəllərin diqqətçəkən vari-

antları və ekvivalentləri vardır. Onlardan bəzilərini nişan verək.  

Məşhur  məsəl:  “Mən  bəylərlə  aş  yemirəm  ki,  bığlarım  yağa 

batar”. 


Antologiyadakı  nisbətən  cavan  ekvivalent:  “Mən  faytonda 

oturmuram ki, faytonçunun dalı ma olar”.     

Məşhur məsəl: “Harda aşdı, orda başdı”. 

Antologiyadakı yumoristik səciyyəli variant: 



“Harda aşdı, 

Orda başdı. 

Harda işdi, 

Ordan kişdi”. 

Toyuğu  qovanda  ona  “kiş”  deyirlər.  Tənbəl  adam  da  beləcə 

öz-özünə işdən kişlənir, qaçır.   

Məşhur atalar sözü: “Yaxşı at qamçı götürməz”. 

Antologiyadakı  variant:  “Yaxşı  at  qamçı  götürməz,  yaxşı 

adam söz”. 



2. Antologiyaya daxil olan bəzi atalar sözü və məsəllər şifahi 

söz sənətinin digər janrları ilə əlaqə nümayiş etdirməkdədir. 

“Dev qurbağaya aşiq olan kimi aşiq olub” məsəli sehirli nağıl-

larla bağlıdır.   

“Şakirə baxmış Şükürə min şükür” məsəli “ş” səsinin aparıcı 

mövqeyinə görə yanıltmac janrına çox yaxınlaşır. 

Alliterasiya  hadisəsi  yanıltmac  janrının  canında,  qanındadır, 

bu  janrın  həyatverici  qüvvəsidir.  Yanıltmaclarda  əksər  hallarda 

vahid  nümunə  daxilində  iki  “qonşu”  səsin  alliterasiyası  baş  verir 

və  həmin  səslərin  toqquşması,  bir  birinə  keçməsi  yanıltmacın 

məğzini təşkil edir. Məşhur yanıltmacı xatırlayaq: 

Aşbaz aş asmışdı, 

Asmışdısa da aşı az asmışdı. 

Burada həm “ş”, həm də “s” səslərinin alliterasiyası müşahidə 

edilməkdədir. Lakin bir səsin alliterasiyasına əsaslanan yanıltmac-



 

28

lar da çoxdur (“Dadaş dayı” silsiləsinə daxil olan yanıltmacları və 



həmin qəbildən olan digər nümunələri yada salaq) və belə allitera-

siya atalar sözü və məsəllərə də xas olan əsas xüsusiyyətlərdən bi-

ridir. Odur ki, “Şakirə baxmış Şükürə min şükür” tipli alliterasiya 

ilə zəngin olan  məsəllərin  bifunksional  folklor nümunəsi kimi  iki 

müxtəlif  janr çərçivəsində yaşaması təbii, həm də maraqlı folklor 

hadisəsidir.  

Antologiyada elə atalar sözləri və məsəllər vardır ki, onlar ilk 

baxışda  digər  janrlarla  əlaqəli  görünsələr  də  əslində  əlaqədən 

məhrumdurlar. Məsələn, antologiyadakı “Dəyməli göz daşı parça-

lar” deyimini aşağıdakı lətifə ilə müqayisə edək. 

Kiş çayına yenə sel gəlir. Sel çox böyük bir daş gətirir. Baxır-

lar  ki,  onu  yerindən  tərpətmək  qeyri-mümkün  məsələdir.  Nə  elə-

sinlər, necə eləsinlər?  

Bir nəfər deyir: 

– Doduda (Şəki  şəhərinin  yuxarı  hissəsi -  F.Ç.) bir  Koramal 

Əhməd  var.  Gözü  nəyə  dəysə  tələf  eləyir.  Çağırın,  bəlkə  köməyi 

dəydi. 

Koramal  Əhmədi  çağırırlar.  Gəlib  daşın  böyüklüyünü  görən 



kimi deyir:  

– Allah, allah, daşa bax ey!.. 

Daş o saat olur parça-parça. Amma daşın parçaları da böyük 

olur. Görürlər ki, daşıya bilməyəcəklər. Kimsə deyir: 

– Qışlaqda (Şəki şəhərinin aşağı  hissəsi - F.Ç.) Gürzə Məm-

məd  var,  onun  gözü  lap  bərk  dəyir.  Onu  çağırın.  Gedib  Gürzə 

Məmmədi gətirirlər. O gəlib parçalanmış daşı görən kimi deyir: 

- Allah, allah, gözə bax ey!.. 



(Gürzə  Məmməd  Koramal  Əhmədin  gözünü  necə  çıxartdı. 

Söyləyən  Fazil  Çələbiyev.  “Azeri”  qəz.,  (SPb),  dekabr  2002,  № 

11, səh. 12)  

Bir çox məsəllərin, hətta bəzən atalar sözlərinin də hər hansı 

bir tarixi hadisə, rəvayət, yaxud lətifə ilə birbaşa bağlı olduğu mə-

lum  məsələdir.  Misal  gətirdiyimiz  lətifə  ilə  “Dəyməli  göz  daşı 

parçalar”  deyimi  arasındakı  mövzu  və  məna  yaxınlığı  (bəlkə  də 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə