Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə90/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   86   87   88   89   90   91   92   93   ...   147

 

287 


Amma şatmaq məsələsi müşkül imiş. Bu yollara bələd olma-

yan  qaraqoyunlular  lap  əldən-ayaqdan  düşürlər.  Hasan  kişi    də 

tez-tez yarı zarafat, yarı gerçək Qoçuya deyir: 

- Əyə Qoçu, xaloğlu xalayı filannıyım, sən bizim başımıza nə 

oyun açmısan? Nə bilim “bağ belə, bostan belə” Bu nə müsüvətti 

belə. Əyə bir ay da yeylax yolu olar belə. 

Qoçu da hər dəfə gülə-gülə deyərmiş: 

- Hayla, Hasan, hayla, daa bircə dömgə qalıfdı çatmağa. 

Nəhayət,  bir  gücə-pisliklə  onlar  yaylağa  çatırlar.  Bundan  bir 

neçə  gün  sonra  ferma  müdiri  Tanrıqululu  Qara  Musa  oğlu  Əvəz 

yaylağa gəlir. Arada Qocu Əvəzi  yanlayıb deyir ki, Hasannan bi-

zim  yaylağın    yolunu  soruş.  Əvəz  kişi  də  Hasanın  çox  baməzə 

adam  olduğunu  yaxşı  bilirdi.  Odur  ki,  bir  dəfə  dəyənin  yanında 

qalanmış ocağın  işığında  yeyib-içib keyfləri durulanda Əvəz Qo-

cuya göz vurub deyir:  

-  Hasan kişi, eşitmişəm Kəlvəcər yeylaxlarına yaman vurul-

musan.  Gəlsənə  bir  də  Qaraqoyunluya  heç  qayıtmıyasan.  Bizim 

kənddə qalıf çovannıx eliyəsən.  

Hasan kişi başa düşür ki, arğac Qoçudan keşib. Bir bığaltı gü-

lümsəyir və demisini ağzından çıxarıb aramla deyir: 

- Bir kənddə camaat gimgə yerində oturuf söhbət eliyirrərmiş. 

Bir  də  görürəm  ki,  iki  navələd  adam  yol  axarı  gəlir.  Olar  gəlif 

adamlara salam  vərif ötəndə gimgədəkilərdən  biri nəvələd adam-

lardan hara getdiklərini soruşur. Olardan biri də uzaxda görünükən 

dağları görkəzif deyir: 

- Qardaşlar, uzaxda görükən o dağların axrasında bir dərə var. 

Ora  “Ölüm  dərəsi”  deyillər.  Orada  çoxlu  ləli-cavahirət  var.  Biz 

ora gedirik. 

  Ləli-cavahirət  sözünü  eşidən  kimi  oradakılardan  bir  neçəsi 

də qalxır ki, onlarla getsinlər. Lakin onları başa salırlar ki, havayı 

yerə  o  dərəyə  “Ölüm  dərəsi”  deməyiblər.  Oraya  gedən  10  adam-

nan biri ya ikisi ya qayıdıb, ya qayıtmayıb. Hindi özüyüz bilin kim 

ölümünü gözünün altına alıfsa gəlsin gedək. Amma biz cavabdeh 

deyilik ha. Budu bu qədər adamın  şahidliyi  var. Bu sözdən sonra 




 

288 


getmək  istəyənlərin  hamısı  qayıdıf  yerində  oturdu.  Bir  nəfər  isə 

olardan əl çəkmədi: 

-  Cəhənnəm  ki,  öləjəm.  Belə  yaşamaxdansa  ölmək  yaxşıdı. 

Gedib qayıda bilsəm heç olmasa ölənə kimi bir insan kimi əməlli-

başlı yaşayaram. 

Bəli,  həmin  adam  da  onlarla  getməli  olur.  3-4  gün  olar  zu-

lum-zillətnən gəlif yolun ən qorxulu yerinə çatıllar. Nabələd adam 

görür  ki,  qarşılarında  bir  sərt,  sıldırım  qaya  var.  Yoldaşları  ona 

bildirir ki,  “Ölüm dərəsi” deyilən  yer elə  buranın özüdü. Ləli-ca-

vahirət bu qayanın o üzündədi. Nabələd diqqətlə baxanda görür ki, 

bu qorxunc qayanın ortasından lap dar bir cığır keçir. Bu mənzərə-

ni görəndə onun canını titrətmə tutur. Bir isdiyir ki, elə buradanja 

qayıtsın.  Amba  daha  kej  idi.  Yoldaşları  cığıra  girmişdilər.  O  da 

canını  dişinə  tutuf  əssə-əsə  cığıra  girdi.  Bir  təhər  10-15  addım 

getmişdi  ki,  boğazı  qurudu,  gözləri  qaralmağa  başdadı.  Yolun 

qırağındakı  iri  bir  kavı  qucaxlayıb  qorxa-qorxa  aşağa  uçuruma 

baxdı. Diqqət yetirdikdə gördü ki, uçurumun  altındakı dərə  insan 

sümühləri,  insan  kəllələri  ilə  doludu.  Orda  qarğa-quzgünnar  uçu-

şur. Kişi  vahimədən  bir də gözdərini  bərk-bərk  yumur. Bir azdan 

yavaş-yavaş gözdərini açıf ora-bura göz gəzdirir. Dəyandığı yerin 

altında  15-20  addımlıxda  bir  insan  kəlləsi  bir  daşa  ilişif  qalıf. 

Başqa  bir  sümük  onun  yanında  görühmür.  Kəllənin  ətini  çoxdan 

qurd-quş  yeyif, dişlər ağappax ağarır. Bunu görən kişi  bir  xeylax 

ağaran dişlərə tamaşa edif fikrə gedir və sora dodaxaltı deyir: 

-  A  bu  kəllənin  yiyəsi  köpəkoğlu,  sən  əyər  bu  yolu  birinci 

dəfə gəlif burda ölmüsənsə, atan rəhmətdə. Yox, əyər bu yolu sən 

bir  dəfə  görüf  ikinci    kərə  bir  də  gəlif  burda  ölmüsənsə,  sənin  o 

ağaran dişləriyi filan-filan eliyim. 

Sözün  axırı  Hasan  kişinin  ağzınnan  qutarar-qutarmaz  orada-

kılar  uğunuf  özlərindən  gedirlər.  Hasan  sözünə  bir  az  ara  verif 

deyir: 

-  Vallah,  a  müdür,  bu  Kəlvəjərin  tayı-baravarı  yoxdu,  suyu, 



havası,  irahat  qoyun  örüşdəri...  Ox  yolunnan,  bircə  bu  yolları  ol-

muyeydi. Piyadaçının lap anasını filannıyır...       




 

289 


Hacıbaba kişinin “qızılları” 

 

30-cu illərdə kolxoz qurmaq adı altında caamatın var-dövləti-



ni əllərindən alıb “ümuma” qatırdılar. Var-dövləti qoyun-quzudan, 

mal-qaradan ibarət olan qaraqoyunluların bəziləri uzun illərin zəh-

məti  bahasına  artırdıqları  sürüləri  satıb  qızıla  çevirirdilər.  1500-ə 

yaxın  doğar  qoyunu,  500  balvaz  erkəyi  olan  Hacıbaba  və  Hasan 

qardaşlarını da  başa  salaraq  belə etməyi  məsləhət görürlər. Hacı-

baba kişi də onlara qulaq asaraq kiçik qardaşı Hasan və çobanları 

ilə birlikdə gecəliklə sürünü qabaqlarına qataraq Yevlax tərəfə tər-

pənirlər. Səhər hava işıqlaşanda Xaldan yaxınlığına çatarlar. Sürü-

nün  arxası  ilə  gedən  Hacıbaba  kişi  fikirli-fikirli  qoyun-quzuya, 

quyruğu  yerlə  sürünən erkəklərə  baxır  və  birdən  çobanlara qışqı-

rır: 

- Çöyürün qoyunun ağzını dala, öyə (evə) qayıdacayux! 



Çobanlar  heç  nə  başa  düşməyərək  döyükürdülər.  Hacıbaba 

bir də qışdırır: 

- Əyə, demirəm dala qaytarın, nə dəyanmısınız?  

Çobanlar qoyunu haylıya-haylıya qaytarmağa başlayırlar. Sü-

rünün qabağı ilə gedən Hasan qaça-qaça özünü Hacıbabaya çatdı-

rıb soruşur:  

- Ay lələ (qaraqoyunlularda özündən böyüyə “lələ” deyə mü-

raciət olunur) nooluf (nə olub) habı boyda yol gəlif niyə dala qayı-

dırıx? 

- Hacıbaba yenidən üzünü sürüyə tutub deyir:  



- Ayə, ay Hasan, habı erkəklərin quyruğuna bax!  

Mən həbələ quyruxlu  erkəkləri aparıf sarı dəmirə nətəər də-

yişim?! Sürün gəlsin görüm! 

Beləcə,  sürünü  qaytarılıb  gəlirlər  kəndə.  Bundan  10-15  gün 

keçməmiş  Hacıbaba  kişinin  bütün  mal-qarasını,  qoyun-quzunun 

əlindən alıb qatdılar kolxoz fermasına.   



 

 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə