Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə93/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   89   90   91   92   93   94   95   96   ...   147

 

296 


güc-bəla ilə onu uçurumdan xilas eləyib kəndə gətirirlər. Beləlik-

lə, Fərəcullahın “peyğəmbərliyi” başa çatır.  

Amma bu gülməli əhvalatdan sonra qaraqoyunlu elatında bir 

deyim  yarandı:  Belə  ki,  indi  hər  kim  lovğalanarsa,  icrası  qeyri- 

mümkün  olan  bir  işi  boynuna  götürmək  istəyirsə,  yaxud  “filan 

qayadan,  filan  uçurumdan  mən  gözüyumulu  keçərəm,”  -  deyə 

öyünürsə, ona deyirlər:  “A  bala,  yaxşı  fikirləş, hər  yerdə  sarağan 

kötüyü olmur ha, çaşarsan.”   

 

Məsləhətli oğurluq 

 

Qaraqoyunlular qonşu muğal kəndlərinin birinə oğurluğa ge-



dirlər.  Girdikləri  həyətdə  ailənin  olduğu  evin  qapısını  cəftələyib 

tövləyə  girirlər.Kibrit  yandırıb  görürlər  ki  tövlədə  yalnız  iki  baş 

inək  var, ikisi də  yelinlidir. Onların  ikisinin də aparılmasının   in-

safdan olmadığını qərara alan oğrular onun birini aparmaq məslə-

hətinə gəlirlər. Bəs hansını aparmalı, görəsən bunlardan hansı bo-

ğaz,  hansı  qısırdır?  Bunu  qaranlıqda  dəqiq  müəyyənləşdirmək 

mümkün  olmadığından  mal  sahibindən  soruşmağı  qərara  alırlar. 

Onlardan biri bağlı qapıya yaxınlaşıb astadan deyir: 

- Ay ev yiyələri, biz oğrularıq. İnəklərdən birini aparmax istə-

yirik. Özüyüz deyin görək, hansını aparaq, bizə qısırı lazımdı. 

Tez arvad içəridə deyir: 

- Can qardaş, sarı inəyi aparın, tövlənin ağzına bağlanıf. Qara 

inəyə dəyməyin, onu atam evi verif mənə. 

Kişi onun üstünə qışqırır:  

- İmansız köpəyin qızı, həmməşə ortalığa ayrı-seçkilik salırsan.  

Sonra  üzünü bayıra tutuf deyir: 

-  Sizə  and  verirəm,  qara  inəyi  aparın.  Qısırdı,  yaxşı  ətdidi.  Bu 

arvad kimi əmrikdi (heç vaxt doğmayan, qısır mənasında) hörə almır. 

Ər-arvad içəridə bir mərəkə qoparırlar ki, oğrular əlacsız qa-

lıb deyirlər:  

- Yaxşı, biri-biriyizin boğazını üzmüyün, inəklərin ikisini də apa-

rırıx. Biz getdik, salamat qalın, səhər qonşular gəlif qapıyızı açallar. 




 

297 


X

X

V

V

.

.

 

 

Q

Q

A

A

R

R

A

A

V

V

Ə

Ə

L

L

L

L

I

I

 

 

 

Ağ yalan 

 

Hədi idi, Hüdü idi, Salman oğlu Sadıx idi, mən idim. 



Dədəm altda, mən yayax, əlimdə dəmir dayax. 

Palçıq dizdən, su qurşaxdan, ha yüyürdox toz qopdu. 

Getdox, getdox, doğmamış doşan balasın atdox, bitməmiş yo-

şan düzünə çatdox. 

Gördox bir doşan qaçır. 

Hədiyə dedim: 

- Tüfəngin var? 

Dedi: 


- Yox. 

Hüdüyə dedim: 

- Tüfəngin var? 

Dedi: 


- Yox. 

Salman oğlu Sadığa dedim: 

- Tüfəngin var? 

Dedi: 


- Yox. 

Dədəmə dedim: 

- Tüfəngin var? 

Dedi: 


- Yox. 

Əlimi civimə saldım, gördüm ki, iki piçağım var. Birinin sapı 

var, sulğuncu yox, o birinin sulğuncu var, sapı yox. 

Dovşanı sapnan soydum. 

Əti bişirmək üçün Hədiyə dedim: 

- Qazana get. 

Dedi: 

- Getmirəm. 



Hüdüyə dedim: 


 

298 


- Qazana get. 

Dedi: 


- Getmirəm. 

Salman oğlu Sadığa dedim: 

- Qazana get. 

Dedi: 


- Getmirəm. 

Dədəmə dedim: 

- Qazana get. 

Dedi: 


- Getmirəm. 

Axırda  özüm  gedəsi  oldum.  Getdim,  getdim,  gördüm  bir 

məhlədə qoca qarı oturub. Qarıdan qazan istədim. Qarı dedi: 

- Oğul, iki qazanım var, birinin qırağı var, altı yoxdu, o biri-

nin altı var, qırağı yoxdu. 

Qırağı  olan  qazanı  götürüb  gəldim.  Əti  qovurdox,  bişirdox, 

doyunca yidox. Qalan bişmiş, çiy əti də qarıya verib yolumuza da-

vam etdox. Az getdox, üz getdox, bir ot tayasına rast gəldox. Hava 

çox soyuq idi. Tayanı oddadox. Taya yandı, içindən bir palan çıx-

dı. Palan da yandı, yandı, içindən bir yekə ağ yalan çıxdı. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

299 


X

X

V

V

I

I

.

.

 

 

B

B

A

A

Y

Y

A

A

T

T

I

I

L

L

A

A

R

R

 

 

 



 

1.Gülpəri evdə gəzər*, 

Kəmərə düymə düzər 

Toya kəsən qoç başı, 

Paya başında gəzər. 

 

2. Gülpəri ev tökürdü, 



Barısını sökürdü 

Fatma qızı qaçanda  

Kəndaşağı qəkirdi. 

 

3.Çay başında oturur,  



Hər nə desən götürür, 

Muştuluq İrəfiyə, 

Oğlu gəlin gətirir. 

 

4.Fatma qaçaq olubdu,  



Tükü saçaq olubdu. 

Hamıdan hündür Fatma, 

İndi alçaq olubdu. 

 

5.Qanıx daşanda bilər,  



Kür qovuşanda bilər. 

Dost dostun qədrini, 

Ayrı düşəndə bilər. 

 

6. Elə düşdüm dara mən, 



Geyindim zil qara mən. 

________________________ 

*  Qız  qaçırmağa  aid  deyilən  bayatıdır.  Gülpərinin  qızı  Fatmanı  İrəfinin 

oğlu qaçırır.   

 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə