Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə95/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   91   92   93   94   95   96   97   98   ...   147

 

306 


11. Gəmi gəlir aralı, 

İçi dolu yaralı. 

İçindən bir qız sevdim, 

Sağ qolundan yaralı.  

 

12. Gəl qonşu mahnı deyək, 



Limonu soyub yeyək. 

Bizə hamısı birdir, 

Sizə hansından deyək. 

 

13. Bu yer ellər yeridi, 



Şana tellər yeridi. 

Qaysaxlanmış yarama, 

Təzə millər yeridi. 

 

14. Oğlan qala, qız qala, 



Qaya üstə qız qala 

Heç Allaha rəvadı, 

Oğlan ölə, qız qala? 

 

15. Dərd məni almadımı, 



Dəryaya salmadımı 

Çox gözləməm variydi, 

Sözümdə qalmadımı. 

 

16. Geymişəm alacanı, 



Mənsurun ala canı. 

Aşiq o gündən qorxar, 

Əzrayıl ala canı. 

 

17. Əzizim səndən iraq, 



Düşmüsən səndən iraq. 

Qoy dərdin mənə gəlsin 

Tək olsun səndən iraq. 



 

307 


Az qəmə bata gözlər, 

Dincələ, yata gözlər 

Silahlar açılmasın, 

Balalar ata gözlər. 

 

18. Can dərmanı alan gəl, 



Öz qeydinə qalan gəl. 

Ürəkdə inam olsa, 

Çoxda olmaz heç əncəl.  

 



 

1. 


Ay daş atan bəxtəvər, 

Daşın da bir vaxtı var. 

Qapını döyür elçilər, 

Anam deyir: “Gəl verək”. 

Atam deyir: “Qoy görək”. 

 

2. 



Ağacın adamı var, 

Yedikcə badamı var. 

Hərə bir ağız desin,  

Desinlər adamı var.  



 

VI 

 

1.  Göydə ulduz ağladı  

Dərddən canım yaradı  

Yatdım yuxumda gördüm,  

Mənim bəxtim qaradı.  

 

2.  Dağdan endim düzə mən,  



Tikan oldum gözə mən. 

Ayırdınız əzizimdən,  

Neynəmişdim sizə mən. 



 

308 


  

3.  Bu dağlar dəmirdəndi, 

Keçən gün ömürdəndi.  

Hər nə desən götürrəm, 

Ürəyim dəmirdəndi.    

  

4.  Göydə göyərçin ağlar, 



Yuvada lacın ağlar. 

Sən yadıma düşəndə, 

Başımda saçım ağlar.  

  

5.  Yanaram öz günümə,  



Kababam köz günümə.  

Bir gözüm sənə ağlar,  

Bir gözüm öz günümə.   

 

6.  Əzizim hara gedim, 



Haram var, hara gedim. 

Düşdüm dərmansız dərdə, 

Dərmana hara gedim.  

  

7.  Əzizim gülə-gülə,   



Gül əkdim gülə-gülə. 

Düşmən özümü yıxdı, 

Üzümə gülə-gülə. 

 

8.  Əzizim səndən ötrü, 



Quş gələr dəndən ötrü. 

Mən bura gəlməz idim, 

Gəlmişəm səndən ötrü.  

 

9.  Dağlar marala qaldı,  



Otu sarala qaldı. 

Göy çəmən, sərin bulaq, 

Yenə marala qaldı.  



 

309 


  

Qaşların girdə, girdə, 

Kim olar mən fikirdə. 

Öləndə cüt öləydik, 

Qoysunlar bir qəbirdə.  

 

10.  Qara at nalı neylər,  



Qara qoç xalı neylər. 

Vəfalı yarı olan, 

Dövləti, malı neylər                 

 

11.  Qara atın nalıyam,  



Üstə əlvan xalıyam. 

Dəyib, dolaşma, oğlan, 

Mən özgənin malıyam.   

 

VII 

 

1.Əziziyəm bəxt ola, 

Bəxti qızıl təxt ola. 

Gəlinimizlə bəyimiz, 

Yarəbbi xoşbəxt ola.  

 

2.Əzizim qızaranda, 



Dan yeri qızaranda. 

Analar cavanlaşar, 

Oğluna qız alanda. 

 

3.Deyib-gülən qız olsun, 



Şirin nəvəniz olsun. 

Hamıya beş olanda, 

Qoy Sizə on beş olsun. 

 

4.Daşı atdım almaya, 



Alma yerdə qalmaya. 


 

310 


Allah qızı yaradıb, 

Oğlan subay qalmaya. 

 

5.Əldə həna olasan, 



Boyun mina olasan. 

Qalıb ər evində ana olasan,  

Bax belə nənə olasan.  

 

6.Bulaqda quzum, ay qız, 



Göydə ulduzum, ay qız. 

Alım səni qardaşa, 

Olum baldızın, ay qız.  

 

7.Ay doğdu laxtalandı, 



Doğduqca laxtalandı. 

Qərib yerdə cinazəm, 

Nə yaman taxtalandı.  

 

8.Suya gedəsən, gəlin 



Quma batasan, gəlin. 

Gəlin, düşdüyün evdə 

Ana olasan gəlin! 

9.Əldə xına olasan 

Boyu mina olasan. 

Gəlin, düşdüyün evdə 

Qalıb nənə olasan! 

 

  



 

 


 

311 


X

X

V

V

I

I

I

I

.

.

 

 

X

X

O

O

Y

Y

R

R

A

A

T

T

L

L

A

A

R

R

 

 

(

(

K

K

Ə

Ə

S

S

I

I

K

K

 

 

B

B

A

A

Y

Y

A

A

T

T

I

I

L

L

A

A

R

R

)

)

 

 

 

 



Ay Mədəd,  

Ülkər Mədəd, ay Mədəd. 

Baş verib dan ulduzu, 

Ayrılıqdı, ay Mədəd. 

 

* * * 


Aydın olsun, 

Gün doğsun, aydın olsun.  

Bu gün oğul toyundur, 

Gözünüz aydın olsun.  

 

* * *   


Araz axmazmış, 

Araz Kürə baxmazmış. 

O gidən zalımın balası, 

Heç dala baxmazmış. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 * * *  

 

 

 

 

 

 



Oyunu görək, 

Oyna, boyunu görək. 

Allahdan arzum budur, 

Oğlunun toyunu görək. 

 

          * * * 



İnci məndən, 

Dürr məndən, inci məndən. 

Dedim, gəl aşna olaq, 

Demədim inci məndən. 

 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə