Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə96/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   92   93   94   95   96   97   98   99   ...   147

 

312 


          * * * 

Nə bağışlar, 

Dost dosta nə bağışlar. 

Başım cəllad əlində, 

Nə kəsər, nə bağışlar. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 * * *

 

 

Ay şəkərsən, 

Həm qəndsən, həm şəkərsən. 

Bir quru canım qalıf, 

Alarsan, əl çəkərsən. 

  

          * * * 



Əzizinəm gül üstə, 

Səhər-səhər gül istə. 

Mən ki səni sevirəm, 

Səhər məndən gül istə. 

   

           * * * 



Oda yandı,  

Od düşdü, o da yandı. 

Şimşək çaxdı göylərdə, 

Mən qaçdım, o dayandı. 

  

         * * * 



Əzizim incə-mincə, 

Səni kim istər məncən, 

Səni kimə tapşırım, 

Bizim öyə gəlimcən. 

 

         * * * 



Tasa bax, 

Bülbül oxur, səsə bax. 

Bir tərəf toy-büsatda, 

Bir tərəfdə yaşa bax.   




 

313 


           * * *

 

 

Əsməsilə, 

Tellərin kəsməsilə. 

Şivəndən çox razıydım, 

Bir az da küsməsilə. 

 

           * * * 



O yanasən, 

Yatıbsan, oyanasan. 

Dostdan mənə bir xəbər, 

Sən məndən o yanasən. 

  

          * * * 



Çaldı zalım 

Sazımı çaldı zalım 

Götürüb qəm xəngərin, 

Sinəmə çaldı zalım. 

 

          * * * 



Ata məni, 

Gör ana, ata məni. 

Dəyməyə namərd əli, 

Mərd oda ata məni. 

 

          * * * 



Çalmasın, 

Çək başına qalmasın. 

Sazı ver usta çalsın, 

Barı, naşı çalmasın. 

 

           * * * 



Səngəri 

Niyə döndün sən geri. 

Fikir qəm-qoşununun, 

Sinən oldu səngəri. 




 

314 


   

* * * 


Neynər məni, 

Üzdü bu neynər məni. 

Gedin yardan soruşun 

Çağırıb neynər məni.  

 

   


* * * 

Yar ayağı, 

Yar əli, yar ayağı. 

Astanan qurbanıyam, 

Dəyibdi yar ayağı. 

 

             * * * 



Dərd öyünü, 

Xəstəylə dərd öyünü. 

Sənin o gözəlliyin, 

Yıxmazmı dərd öyünü. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

* * *


 

 

Bir də, bir də, 

Çox iş var bu səbirdə 

İkimiz birdən ölək, 

Qoyulaq bir qəbirdə. 

 

              * * * 



Düşdü gözüm, 

Kababa düşdü gözüm. 

Baxdı səki görmədi, 

Gözümdən düşdü gözüm.  

 

 

 



 


 

315 


X

X

V

V

I

I

I

I

I

I

.

.

 

 

D

D

I

I

L

L

D

D

E

E

M

M

Ə

Ə

L

L

Ə

Ə

R

R

 

 

(

(

A

A

Ğ

Ğ

I

I

L

L

A

A

R

R

)

)

 

 

 



 

Ata-ana balanın kiçik Allahıdır. Cənnət deyilən şey Anaların 

qədəmləri altındadır. Ataya ibadət Allaha ibadətdir. Atanın ananın 

bir haqqını min borc ödəyə bilməz. 

Ata-ana  borc  deməkdir.  Övladlıq  borcunu  ödəmək  çətindir. 

Övladın  çiynində  nə  ağır  yükdür  atalıq  zəhməti,  analıq  yükü. 

Əzablı yollarınan balalar böyüdüb zəhmətinin barını yemiyən ana-

lara qurban 

Ana bir tacdır, 

Balanın dərdinə əlacdır. 

Ana nə qədər qocalsa da 

Balalar yenə ona möhtacdır. 

Ata-ananın  qədrini  vaxtında  bilməyəndə  öləndən  sonra  dərd 

çəkməyin xeyri yoxdur. 

Bu dünya yoxdan yaranıb yox olacaq, bu dünya heçdən yara-

nıb heç olacaq. Necə ki, heç olub getdilər. 

Ölürəm ömrümü çatdırdım başa. 

Qəm  öldürdü  məni  oğlum,  mən  ölürəm  bir  kömək  göstər. 

Oğlum,  gəl  atanın  pis  gününə  çat,  gəl  canım  çıxmamış  mənə  əl 

uzat, oğlu ola-ola kimsəsiz ölən. Səfər beşiyində  dinc  yata bilmi-

yən anam laylay, atam laylay. 

Ay bizi işıqlı dünyaya gətirən ana. Gecələr başımızın üstündə 

əsgər kimi keşiyimizi çəkən ana. 

Laylalar laylası, nəğmələr-nəğməsi, beşiyimizin laylalı, tərbi-

yəmizin bünövrəsi anam laylay, anam laylay. 

Ata  balaların  adıdı,  ata  balaların  dağıdır,  qorxmagəldimidir. 

Ata arxasından əli üzülənlərə qurban 

Ana  balaların  döyünən  ürəyidir,  ata  evin  dirəyidir.  Evinin 

dirəyi yıxılan gününə qurban. 

Çörəyi duzlu, sözü-söhbəti şirin olan anam laylay, anam lay-

lay. 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə