Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə97/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   93   94   95   96   97   98   99   100   ...   147

 

316 


Süfrəmizin  böyüyü,  duz-çörəyimizin  yiyəsi  anam  laylay, 

anam laylay. 

Arxasını itirən adamın saçlarına bir gecənin içində qar yağır. 

Qara saçları yasa batan balalara qurban. 7 gündür süfrəsi yığılma-

yan, yatağı açılmayan, yer məkanı olan, qəbristanlıqda üç arşınlıq 

yeri göynüyən anam laylay, anam laylay. 

Əzab-əziyyətinən bağ salıb  bağbanı olmiyan, bir evin dirəyi, 

bir evin böyüyü olmayan atam laylay, atam laylay. 

   

 

Əzizinəm dana yeri, 

   

 

Zülfləri sana yeri. 

   

 

Yüz yerdən yanan ana 

   

 

Heç verməz ana yeri. 

Diplomu,qulluğu  əllərinin  zəhməti  olub,  yuxusuz  gecələrin, 

narahat gündüzlərin yorğunu olan anam laylay, anam laylay. 

Hər  gün  anasının  gülər  üzünü,  xoş  danışığını  eşitməyən 

övladın  ürəyində  yağ  olmaz.  Anasının  tikəsini  dadmıyan  balanın 

ağzı  ləzzətə  gəlməz.  Ana  nəfəsi  dəymiyən,  ana  nəvazişi  görmü-

yən,  mehriban  ana  əli  başında,  kürəyində,  sinəsində  görməyən 

oğul bir qarış boy atmaz. 

Dünyada ən dadlı  şey  anadır. Dünyaya sülh  verən də anadır. 

Ana bizim şərəfimizdir. 

Ay ürəyim-dirəyim ana, ay evimizin işığı, çırağı-yaraşığı ana. 

Atam-anam  yoxdur,  dərdim  çoxdur.  Atasız-anasız  yetiməm. 

Yetimlik də pis  şeydir heç kəsin başına gəlməsin. Ağzımızın  ləz-

zəti,  könlümüzün  şadı,  açılan  süfrəmiz,  odlu  samovarımız,  dəmli 

çaydanımız anam laylay-anam laylay. 

 

Bacı-qardaşa aid 

 

Qardaş dərdi yaman ağır olur bacı üçün. 



Bacıların  fəxri  qardaşdır.  Qardaş-bacı  yaman  gündə  adamın 

arxasıdır. 

Qardaşlarım məni tək qoydular. 



 

317 


Qardaşı qara daşa dönən bacılara qurban. Mərd qardaşım lay-

lay. Sözü  ilə söz tutulan, sözü  ilə  söz pozulan, dağ olub dalımda 

duran qardaşım laylay. Qardaş deyəndə dilim yandı deyən bacılar 

ağlasın. 



   

 

Qardaş apar bazara məni, 

   

 

Öldün saldın məni azara qardaş 

   

 

Aç belindən kəməndi, 

   

 

Salla bacını məzara qardaş. 

Eldə  bir  misal  var:  Əri  eldən  taparlar,  oğulu  beldən  alarlar, 

bəs  qardaşı  hardan  alarlar?  Dağlarda  dağım  qardaş,  bağlarda  ba-

ğım  qardaş,  sərin  yaylağım,  qaranlıq  yollarımın  işığı  qardaşım 

lay-lay. 

Acılar acısıyam,  

Şirin nar acısıyam 

Hər kəsin qardaşı ölüb 

Mən onun bacısıyam 

Ay  qardaşını  yazda  itirən  bacılar.  Sirdaş  qardaşının  üzünə, 

səsinə həsrət qalan bacılara qurban. 

 

Balaya aid 

 

Bala  dağına  dağ  çatmaz.  Burum-burul  burulub,  səhərə  kimi 



baladan ötrü qovrulan analara qurban.  

Oğul  ananın  yetiridir,  oğul  ananın  iki  gözünün  biridir.  Ana 

oğul böyüdür ki, qocalanda əlindən tutsun. Ana oğul istər ki, ocağı 

sönməsin. Qoca ata-anaya sahib durmuyan balam lay-lay. 



   

 

Əziziyəm bala dağı, 

Duman gəl bürü dağı, 

Bütün yaralar sağalsa da 

Sağalmaz bala dağı 

Bala dağı getməz, bala odlağı soyumaz, bala sızıltısı kəsməz. 

Bu dağ bala dağıdır, dünyadan da ağırdır. 

Əlimin  əsası,  sümüyümün  yiyəsi  balam  lay-lay,  balam  lay-

lay. 



 

318 


Bir  gülə  bülbül  olmuyan,  bülbül  olub  gülə  doyunca  sarışmı-

yan balam lay-lay, balam lay-lay. 

Ananın kəfənini əlindən alan, qazılı goruna girən. 

Balasının ətrini balasından alan analara qurban.  

Məni özündən qabağa apar, mən sənsiz dözə bilmərəm. 

Uzun yollu, qara karvanlı, meyiti qutuda gələn balam lay-lay. 

 

Sonsuza aid 

 

Bir övlad qoyub getmiyən bacım lay-lay. Dörd divar arasında 



başını  saxlıyan,  qardaş  uşaqları  ilə  təsəlli  tapan,  həyatda  izi-tozu 

qalmıyan,  balası  qəbrə  qoymuyan,  qəbrinin  üstünə  balası  getmi-

yən bədbəxt bacım lay-lay. 

Məndən  sonra  ocağımda  qalanım  yoxdur  deyib  ölən,  Allah-

dan  başqa  dərdləşməyə  adam  tapmıyan  bacıma  qurban.  Yorğun 

çağında karına gələn, dadına çatan balası olmuyan bacıma qurban. 

 

Həkimə aid 

 

Xəstələrin dadına çatan, amma özü imdad gözləyib ölən . 



Əyni ağ xalatlı, əli acı dərmanlı, əli şəfalı həkim lay-lay. 

Xəstələri dinləyib, yoxlayan, hərəyə bir xoş söz deyən. İynə-

si, şprisi əlindən düşən. Dərdini deyənə dərmanını deyən, özü dər-

mansız ölən. 

 

Şair üçün 

 

Xalqın  haq  sözünü  deyən  şair  ölübdür.  Söz  bağçası  yadigar 



qalan  şairim  lay-lay.  Könüllərdə  izi,  yaddaşlarda  sözü  qalan  şai-

rim lay-lay. Söz arxalı, söz dayaqlı. 



 

Qocaya aid 

 

Şəhərdə sayılıb seçilən ağsaqqallardan biri sayılan. Hamı sa-



vabkar ağsaqqal kimi tanıyan. Qocalıq qarı başına yağan, tükü xə-


 

319 


zan yarpağı kimi tökülən, yaşamıram, iynəylə gor qazıram, deyən 

nənəm lay-lay. Şəhərdə ağsaqqal nüfuzu qazanan, qocalıb gücdən 

düşən nənəm lay-lay. 

Qoca evin kötüyüdür, qoca evin sütunudur. 



 

Şəhidlər üçün 

 

Vətən  yolunda  badi-bənayə  gedən  şəhidlərim  lay-lay.  Toy 



otağı  qanlı  səngərlər  olan,  su  yerinə  al  qan  için.  Damarlarından 

Qarabağ  qanı  axan,  cavan  ömrünü,  qanını,  canını  vətən  üçün  ve-

rən  şəhidlərə qurban. Qanlarından dənizlər  yaran, nadanlar-cahil-

lər qanını axıdan şəhidlərim lay-lay. 

Müharibə balasını əlindən alan analara qurban. Başı əsgər pa-

pağlı, çiyni əsgər yaralı güllə qabağında can verən şəhidlərim lay-

lay. 

Azərbaycanın döyünən ürəyi, qan damarı, cəbhə yarıb qəhrə-



manlıqla ölən şəhidlərim lay-lay. 

Qanı şəhid qanına dönən Azərbaycanın oğlu. Bütün ölümlər-

dən betərdir əsgər ölümü. 

Müharibə  nə  qədər  insanın  sinəsinə  çalın-çarpaz  dağ  çəkib. 

Oğul dağı, qardaş dağı.  Müharibə  nə qədər cavanları ömürlük şi-

kəst qoyub. 

Taxta əlli, taxta ayaqlı, şüşə gözlü cavanlara qurban, düşmən 

qabağında qala kimi dayanan, vətən qoruyan. 

Nə  öldüsündən,  nə  qaldısından  xəbəri  olunmuyan  naməlum  

şəhidlərim lay-lay. İtgin balasının yolunu gözləyib, ümidin ətəyin-

dən yapışan analara qurban. 

Sağ qalmağına peşman olan əsirlərə qurban. 

 

II 

 

Ocağı yaxşı qala, 



Odun qoy, qayşı qala. 

Nə olar bu dünyada, 

Pis ölə, yaxşı qala.  



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə