Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə98/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   94   95   96   97   98   99   100   101   ...   147

 

320 


III 

1.Ay dönüb peşman-peşman, 

Gün doğub ona düşman. 

Ürəyimdə yara var, 

Nə dost bilir, nə düşman. 

 

2.Başında ağ şalı var,  



 Ağ şalına oxşarı var. 

Mənim dərdlərimin, 

Sənin dərdlərinə yaman oxşarı var.  

 

3.Qoyun, qoyun gəlsin,  



 Dərisini soyun gəlsin. 

Hamısı sizin olsun, 

Atamı qoyun gəlsin.  

 

4.Bu yerin badamı var,  



Yiməli badamı var. 

Hərə bir ağız desin, 

Desinlər adamı var. 

 

5.Qarpız kəsdim yiyən yox, 



Dərdim çoxdur, bilən yox. 

Yaman günlərə qaldım, 

Dərdimdən xəbər bilən yox. 

 

6.Cahanlar cənnət olsa, 



İnsanlarsa mələk, 

Ağladar, güldürməz, 

Məni o qanlı fələk.  

 

7.Dağların başı yandı, 



Dilimin ucu yandı. 

“Bala”, “Bala”, deməkdən, 

Ürəyimin başı yandı.  



 

321 


8.Qızıl gül həşəm olar,  

Dərdikcə həşəm olar. 

Əgər yarım ölərsə, 

Ağlamaq peşəm olar. 

 

9.Gəmi gəlir, yan verir, 



Sinəm dolu qan verir. 

Get, anama xəbər ver, 

Oğlu ölür, can verir. 

 

10. Dağlar duman oldu, gəl, 



Halım yaman oldu, gəl    

Bir ayına dözmürdüm, 

İlin tamam oldu, gəl. 

  

11. Göyərçinim balalar, 



Bağda bitən alalar. 

Ağlamayıb dözərmi, 

Oğlu ölən analar. 

 

12. Qolumda yaram var, 



Başımda bəlam var. 

Qürbət adı çəkməyin, 

Qürbətdə balam var.  

 

13.  Mən aşiq qazan ağlar, 



Od yanar, qazan ağlar. 

Qəriblikdə ölənin, 

Qəbrini qazan ağlar. 

 

14. Ağlayan başdan ağlar, 



Kiprikdən, qadan ağlar. 

Qardaşı ölən bacı, 

Durar obaşdan ağlar. 



 

322 


15.  Ağacda xəzəl ağlar, 

Dibində gözəl ağlar. 

Atasız, yurdsuz cocuq, 

Sərkərdan gəzər ağlar.  

 

IV 

 

1.Əsgər yola saldım, a saldım, 

Camaatınan geyif qayıda bilmədi. 

Ay on səkkiz yaşı tamam olmiyən, 

Gedənlərnən gedif gələnlərnən gələ bilmiyən, 

Balam lay, lay, balam lay, lay.  

 

2.Bağımda tağım ağlar, 



Kəsmə yarpağım ağlar. 

Bu dərdnən gora getsəm, 

Yatan torpağım ağlar. 

 

3.Əzizinəm naçar ağlama, 



Günüm qara keçər ağlama. 

Fələk bağlayan qapını, 

Bir gün açar ağlama. 

 

4.Əzizinəm ay dədəm oğlu, qardaş, 



Ağzımda dilim dədəm oğlu, 

Başımda gülüm dədəm oğlu, 

Ay uzunca yolum, 

Şirincə dilim dədəm oğlu, 

Qardaşım ay laylay, laylay, lay lay lay. 

 

5.Yatmışam xəstəyəm, 



Gözləyirəm yolunu. 

Halımı xəbər al qardaş, 

Qarlıca dağım, qardaş, 

Güllücə bağım qardaş.   




 

323 


X

X

I

I

X

X

.

.

 

 

D

D

E

E

Y

Y

I

I

M

M

L

L

Ə

Ə

R

R

,

,

 

 

S

S

Ö

Ö

Y

Y

L

L

Ə

Ə

M

M

Ə

Ə

L

L

Ə

Ə

R

R

,

,

 

 

Q

Q

O

O

Ş

Ş

Q

Q

U

U

L

L

A

A

R

R

 

 

 

Əlhəmdurullah, 

Sən yetir. Allah, 

Halalınnan, hasandınnan. 

(Yeməkdən sonra verilən dua-deyim) 

 

*  *  *   



Xoşbəxtlik qapının ağzında durdu, 

Bədbəxtlik isə çağırılmamış qonaq kimi içəri cumdu. 

   

 

 



 

 

*  *  * 



Maqazinə çəkmə gəlib, ucundə düymə, 

Ondan mənə almasan xətrimə dəymə, 

Sənin adın Səkinə xanım, mənim nə vecimə. 

 

*  *  * 



Bətdəli (görkəmi) xoş,  

Cibi boş 

Bəyə bax, bəyə 

   


 

 

*  *  * 



Ay lələ, da özo niyə cırırsan, 

Hamı bilir ki, gözün üstündəki qaşdı da..a....  

   

 

 



*  *  * 

Arvad xoruz, kişi fərə 

Hünərin var çıx kövərə (meydana) 

 

*  *  * 



                   Nə oluf, iti itən çobana dönmüsən. 

 

*  *  * 



Motal papaq kəndlilər, 

Aləmi tərpətdilər, 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə