Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə99/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   95   96   97   98   99   100   101   102   ...   147

 

324 


Yeddi dağı aşdılar, 

Bunlar nə oğraşdılar.  

 

*  *  * 


       Elə ki, oldun mırıx, işin fırıx, qarnın cırıx. 

 

*  *  * 



“Öydə xoruz, çöldə fərə” 

Belə düşmüsən dəftərə 

 

*  *  * 


Əli uzun, dili qısa, 

di çıx üzə ölmüş Kosa 

 

*  *  * 


Azan səsi, 

qazan səsi- 

bizə gəl səsi 

 

*  *  * 



Ayranındı, şorundu,  

indi növbə korundu 

 

*  *  * 


Balvanı yemişəm,  

ürəyimdə yağdı-yağ. 

Pəhlivan gəlif,  

çiynimdə dağdı-dağ. 

 

*  *  * 


Bildirçin döylü, birini verim. 

Sığırçın döylü, sərini verim 

Bir dəvənin nəyini verim? 

 



 

325 


*  *  * 

Baş kəsənin,  

daş kəsənin,  

yaş kəsənin çörəyi olmaz. 

 

*  *  * 


Cavan ikən qocalığa can saxla, 

Pullusansa pulsuzluğa pul saxla, 

Danışanda sora dimağa söz saxla, 

Dalaşanda barışmağa üz saxla. 

 

*  *  * 


Əyağo isti saxla, başo sərin, 

Yimağaa fikir ver, düşünmə dərin. 

 

*  *  * 


Ənkəşdi-mənkəşdi,  

Bir əyin-başdı, 

Bir qazan aşdı. 

 

*  *  * 



Əllərin dərd görməsin, gözlərin nur, 

Canın cəhənnəmdə, özün qapıda dur. 

 

*  *  * 


İsası dəli, 

Musası dəli-  

qırılmışın hamısı dəli. 

 

*  *  * 



Səp başaa torpağı,  

getməz bu sinə dağı 

 

 

 




 

326 


*  *  * 

Maa qəzəl oxiyir, 

Maa “Koroğlu”oxiyir.  

 

               *  *  * 



Mərtəbəli, cah-cəlallı, 

Öylərdə yaşamayıb, 

Bir quru daxmada, 

Yaşasan da keçər-gedər. 

 

*  *  * 


Çox dadlı, ləzzətli, 

Yeməklər yeməyif 

Bir loxma quru çörək də 

yesən, keçər-gedər. 

 

*  *  * 


Döylətli olub muzdurlar işlətsən, 

Yaxut da özün muzdur kimi yaşasan, 

bu da keçər, gedər. 

 

*  *  * 



Cürbəcür arzular ola,  

Arzulara çatarsan da,  

Tərs gətirər işin tamam,  

o da keçər, gedər 

*  *  * 

Zulumnan yetişdiyin, 

Şan-şöhrəti istəməyib, 

Adicə bir nəfər kimi yaşasan, o da keçər gedər. 

 

*  *  * 


İstərsə adam ol, 

İstərsə də insan, 

Fərqi yoxdur, 

o da keçər, gedər. 




 

327 


 

Gəlin 

 

Gəlin gəlir, xan gəlir, 



Öyləri yıxan gəlir 

Əlində ülgüc, pıçaq, 

Başları qırxan gəlip. 

 

*  *  * 



Gəlin salatın gəlir, 

Geyib xalatın gəlir, 

Çıxıb oğlan ovuna, 

Tapıb muradın gəlir. 

 

*  *  * 


Öyümü qazan gəlitdi, 

Yazını pozan gəlitdi, 

Gündüz olan işləri, 

Gecə yozan gəlitdi.  

 

Şəki bazarı 

 

Bazar, bazar, nə bazar, 

Hər nə desən burda var. 

Təzə, köhnə, yaxşı, pis, 

Qızıl, gümüş, dəmir, mis. 

Qatıq, ayran, qaymaq, şor, 

Satan cəlddir, alan kor. 

Vallah, Şəki bazarı, 

Tamaşadır, tamaşa. 

Gəl bəri ay müştəri! 

Müştəri, ay müştəri! 

Bazar, bazar, nə bazar, 

Hər nə desən burda var. 



 

328 


Kaman Cəlil kamanlı, 

Falçı dili yamanlı. 

Ovsunçular ilanlı, 

Papaq tikən də burda, 

Palan sökən də burda 

Gəl bəri ay müştəri! 

Müştəri, ay müştəri! 

 

Həzrət babanın rəvayəti 



 

Aman yollar, gözüm yollar, 

Həzrət babanı gördünmü? 

Ana aydın, Gəncə Məryəm, 

Bu yollardan keçdi, gitdi. 

 

Aman bulaq, gözüm bulaq, 



Həzrət babanı gördünmü? 

Ana aydın, Gəncə Məryəm, 

Günorta namazı qıldı, gitdi. 

 

Aman meşə, gözüm meşə, 

Həzrət babanı gördünmü? 

Ana aydın, Gəncə Məryəm  

Xıç çubuğu kəsdi, gitdi.  

 

Aman ilən, gözüm ilxı, 



Həzrət babanı gördünmü? 

Ana aydın, Gəncə Məryəm, 

Kəhər ata mindi, gitdi. 

 

Aman dağlar, gözüm dağlar, 



Həzrət babanı gördünmü? 

Ana aydın, Gəncə Məryəm,  

Bu dağlardan aşdı, gitdi. 



 

329 


X

X

X

X

.

.

 

 

V

V

Ə

Ə

S

S

F

F

 

 

 

 

Alma qaxı,  

Ölürəm axı, 

Kimnən ötəri 

Sənnən ötəri. 

 

 

 

 

 

 

 

 

 

 

X

X

X

X

I

I

.

.

 

 

S

S

A

A

N

N

A

A

M

M

A

A

 

 

 

Cin, cin, cinaltı, 

Cinaltıdı, cinaltı. 

Otuz iki, böl iki, 

On altıdı, on altı. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə