448
Yağ yiyif yaxada gəzir - Yalnız özünü düşünən, ətrafdakılara
laqeyd adam.
Yar başaa bağla - Saxla özünə qalsın.
Yarımışdım (yarımışam) yaz danası kimi - Yaxın adamından
qayğı və həssaslıq əvəzinə laqeyidlik və ögey münasibət görənin
giley-güzarı.
Yassarın biridir - Düz danışanla da, yalan danışanla da
asanlıqla razılaşır, öz fikrini bildirmir.
Yeddi yetimlə bir dərədə qalıb - Yaşayışı yaxşı olan, lakin
yoxsulluq barədə şikayət edən, “ağlayan”, bu barədə şikayət
etməyə haqqı olmayan adama deyirlər.
Yeddi yaylığınan ağliyir - Yaxşı yaşayan, lakin gözdən pərdə
asıb, özünü imkansız, “kasıb” göstərənə deyilir.
Yel vurub yengələr oyniyir - Hamı dağılıb gedib, heç kimi
qalmayıb.
Yumurtası tərs gələn toyuğa dönütdü - Çaşıb qalıb, çıxış yolu
tapa bilmir.
Yuxa qırağı suliyir - Yaltaqlıq edir.
Yırtığına yamax tapılmadı - Köməksiz qaldı.
449
LÜĞƏT
A
Abajur - yerkökü
Adına - cümə axşamı;
Arşın - 1 arşın = 711,84 mm = 71,184 sm = 0,711 m
Ağzıgünə - iş yönü bilməyən, laqeyd və səhlənkar adam
Ağzını dağıtmaq - pis danışmaq
Alakey - keyləşmiş, yarıyuxulu
Alxıt - nehrə (Bil.)
Ara çanağı - iki daqqa (O.Z.), bir daqqa - pudun üçdə biri
Araçı - aradüzəldən
Arıtdamax - təmizləmək (ağacın qol-budağını qırmaq)
Andır - 1. sahibsiz (artıq, əl-ayağa dolaşan əşya);
- Ə, andıro götür burdan
- 2. yarıtmaz işə verilən pis qiymət;
- Andıra qalsın sən görən iş
B
Batman - 1 batman = 20 funt (1 funt = 0,409 kq) = 8,19 kq idi
Basna - istifadəyə yaramayan xırda baramalardan hazırlanan
aşağı keyfiyyətli ipək növü
Başli - bir daqqa, çanaq (O.Z.)
Bazar çanağı - on daqqa (bir daqqa - pudun üçdə biri A.G.)
Baxiyə - tikiş forması
Bədiyə - bədahətən deyilən söz, meyxana. Şəkidə meyxana
ustalarını - “bədiyə deyən” adlandırardılar
Bətdəli - görkəm, insanın zahiri görünüşü. Bətdəli xoş, civi
boş, bəyə bax, bəyə.
Bu samat - bu saat
Boy - ölçü vahidi (yəqin ki, bir adam boyunun uzunluğu
nəzərdə tutulur təxminən 160 - 190 sm)
Beycə - bu gecə
Biccədə - bir dəfəyə
450
Biçə - dayı və əmi arvadları (B.G.)
Belbi (belvi) - çəltik küləşi
Burum - xörək bişirilən zaman işlədilən ifadə, dəfə, müəyyən
qədər mənasında işlədilir;
- Xörəyi bir burum qaynatmışam, bir az da bişirib düşürücəm
C
Cavaxana - tüfəngin patron yerləşdirilən yeri (maqazin);
- “...Hacı Murad Dayi kəndində ölüfdü”, Eyri (çay adıdır
H.Ə.) qırağındadı. Üç gün diyi orda dava oldu. Sora Hacı Murad
tək qalmışdı. Cavaxanası qurtaldı, atan şeyi...”
Calğa - tut ağacı
Cığara - xüsusi keyfiyyətli zərif ağ kağız növü (papiros,
siqaret bükmək üçün də istifadə edilir). Çığara üstünə həkk
olunmuş nişana görə iki cür olur:
- Qəpək (qəpik) nişan; bu növ cığaranın üstünə qəpik şəkilləri
həkk olunmuşdur;
- Dəmir yol nişanlı cığara; bu növ çığaranın üstünə dəmir
yolu relsi həkk olunmuşdur.
Cilitqa - jilet
Cuna - tənzif
Cincar - gicitkan
Cumbul - qoma
Ç
Çalğı - 1. dəryaz
2. nar çubuğundan hazırlanmış həyət (eşik) süpürgəsi
Çaryek - (çərək) həm çəki, həm uzunluq vahididir. 1 çərək =
750 q
Çatı - kəndir (A.G.)
Çaydax - arıq, cansız, zəif
Çərçi - xırdavat alverçisi;
- Çərçinin xırda-xırda andı yığılıb eşşəyinə qənim olar (atalar
sözü)
451
Çəp - su daşımaq üçün mis səhəng (Aşağı Göynük kəndi)
Çəngi - keçmişdə varlı ailələrin toy məclislərində qadın
rəqqasə
Çərək - həm çəki, həm ölçü vahididir. 1 çərək = 750 q. 1
çərək = 1 əlçim. (dirsəkdən şəhadət barmağının ucunadək məsafə)
45 - 50 sm
Çıtızmaq - ünsiyyət zamanı xəbər ötürməyin, söhbətin
mahiyyətini “balabanda qandırmağın” işarə və dolayısı ifadələrlə
çatdırılan ən incə forması
Çırabban - cırağın üç ayaqlı altlığı (Bil.)
Çıqqıdı (çıqqılı, cibbili) - xırda, balaca
Çilləveçə - boz ay, qışın axırıncı 30 günü
Çörüh(y) - çayda, meşədə tutulan torpaq sahəsi
D
Daxdux - daşbaş
Danzına almamaq - vecinə almamaq
Daraqqıltıyla - tıqqıltıyla
Daranqı - bərk qurumuş ağac
Daqqa - 1. taxıl ölçmək üçün taxtadan (ağacdan) hazırlanmış
xüsusi qab (pudun üçdə biri)
- 2. qaragül quzularının dərisindən tikilmiş papaq, xurmayi
daqqa
(bu dərinin “sür” növü xüsusilə yüksək qiymətləndirilir)
Daqar (dağar) (B.G., Bil.) - 1. qoyun dərisindən hazırlanmış
xüsusi torba, motal
- 2. gödəkboy adam - lap əda dağarıdı
Davel - ipək açan sex
Dırtdamax - donub qalmaq
Doydax - sadəlövh
Dır-dır - çox danışan, deyingən
Dişərmax (dışarmax) - cücərmək
Dıqılı (çıqqılı) - balaca, kiçik
Dəf-düz elamax - meşəni təmiz qırmaq
Dostları ilə paylaş: |