Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə1/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
  1   2   3   4   5   6   7   8   9   ...   69


 
 
1
 
 
 
AZƏRBAYCAN  RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI 
NAZİRLİYİ AQRAR ELM MƏRKƏZİ
 
 
AZƏRBAYCAN ELMİ-TƏDQİQAT KƏND 
TƏSƏRRÜFATININ İQTİSADİYYATI VƏ TƏŞKİLİ 
İNSTİTUTU 
 
AQRAR İQTİSADÇI 
ALİMLƏR 
 
Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının 
İqtisadiyyatı və Təşkili İnstitutunun 50 illik yubileyinə 
həsr olunur 
 
Bakı-2012  
 


 
 
2
 
 
 
 
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ETKTİ 
və Tİ-nin Elmi Şurasının 17 fevral 2012-ci il tarixli _02_ saylı  
qərarına əsasən çap edilmişdir. 
 
 
 
 
Tərtib edənlər: 
 
  Salahov 
S.V. 
Balayev R.Ə. 
Əlibəyov N.V. 
 
Redaktor: 
   Salahov 
S.V. 
Texniki redaktor:    
 
Əliyeva S.Ə. 
Kompyuter tərtibatçısı:  
 
Hətəmova S.Ş. 
Kompyuter yığıcısı: 
 
  Kərimova E.H. 
Korrektorlar:   Babayeva 
A.F. 
 
 
 
 
 
Əmirov F.Ş. 
 
 
Aqrar iqtisadçı alimlər. Bakı, 320 səh. 
 
ISBN 978-9952-34-927-6
 
 
 
 
 


 
 
3
 
 
 
 
Bütün dövrlərdə 1970-ci illərdə, ondan 
sonra, 1990-cı illərdə Heydər Əliyevin elmə 
diqqət və qayğısı çox  yüksək səviyyədə idi. 
O, çox gözəl bilirdi ki, hər bir ölkənin, hər 
bir xalqın tərəqqisində elmin inkişafı  
müstəsna rol oynayır. Müxtəlif ölkələrin 
tarixinə, keçmişinə, təcrübəsinə  nəzər 
salaraq görürük ki, ölkənin inkişafını, 
potensialını elmin inkişafı müəyyən edir. 
 
İlham Əliyev 
 
 
 
 


 
 
4
 
 
 
 
 
GİRİŞ 
 
Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisa-
diyyatı  və  Təşkili  İnstitutu SSRİ Nazirlər Sovetinin 
kənddə yeni iqtisadi münasibətlərin inkişafı ilə, həmçinin 
təsərrüfatçılığın forma və metodlarının dəyişməsi, ərazilər 
üzrə ixtisaslaşma, kəndli kooperativlərinin yaradılması, 
ictimai istehsalatın təşkili və digər problemlərin tədqiqi 
məqsədilə 8 may 1962-ci il tarixli 399 №-li Qərarı ilə 
Kənd Təsərrüfatı Akademiyasının iqtisadiyyat şöbəsinin 
bazasında yaradılmışdır.  İnstitutun ilk direktoru olmuş 
i.e.d. professor Əliyev  İsmayıl Həsən oğlu bu kollektivə 
1962-1963-cü illərdə rəhbərlik etmişdir. 
İnstitutun formalaşmasının birinci mərhələsində onun 
strukturu, maddi-texniki bazası yaradılmış, eyni zamanda  
əsas fəaliyyət istiqamətləri müəyyən edilmişdir. Qısa vaxt 
ərzində yüksək ixtisaslı kadrlar işə  cəlb edilmiş, aqrar 
elmin qarşısında qoyulmuş məsələlərə uyğun olaraq elmi-
tədqiqat işlərinin mövzusu hazırlanmış, həmçinin kənd 
təsərrüfatının aktual problemlərinə  həsr edilmiş konfrans-
lar və seminarlar keçirilməsi ilə bağlı  işə başlanmışdı. 
Keçən  əsrin 60-cı illərində institutun elmi-tədqiqat işləri 
kənd təsərrüfatı  təşkilatlarında infrastrukturun inkişafı, 
kooperasiya və inteqrasiya, istehsal-iqtisadi münasibətlərin 
inkişafı, təsərrüfat hesabının tətbiqi, sahələr üzrə ixtisas-
laşma, əmək məhsuldarlığı və onun təyin edilməsi metod-
ları, kəndin inkişafının sosial problemlərinin  həlli, kənd 


 
 
5
 
 
 
təsərrüfatı müəssisələrində  əməyin elmi təşkili və onun 
zəmanətli ödənişi məsələlərinə istiqamətlənmişdi. 
Həmin dövrdə  kənd təsərrüfatı dövlətin dəstəyinə 
baxmayaraq, iqtisadi baxımdan geridə qalmış sahə idi. Bu 
gerilik bir sıra kənd təsərrüfatı  məhsullarının istehsalı, 
rentabellik və mənfəət üzrə planların yerinə yetirilməsində 
daha çox nəzərə çarpırdı. Respublikanın kənd təsərrü-
fatının  əsasını suvarılan  əkinçilik təşkil etdiyinə baxma-
yaraq, meliorasiya işləri zəif aparılır, yeni yararlı torpaq-
ların dövriyyəyə daxil edilməsi üzrə tədbirlər görülmürdü. 
Kütləvi peşələr üzrə mütəxəssislərin, ixtisas peşələri üzrə 
mütəxəssislərin, fəhlələrin və texniki vasitələrin çatışma-
ması  səbəbindən, aqrar sahənin sənaye  əsaslarına keçiril-
məsi ləngiyir ümumiliklə  kəndin maddi-texniki bazasının 
möhkəmlədilməsi məsələlərinə lazımınca diqqət yetiril-
mirdi. Aqrar iqtisadiyyatın problemlərinin həllində elmi 
nailiyyətlərdən zəif istifadə olunurdu. 
1969-cu ilin iyulunda Heydər  Əlirza oğlu  Əliyev 
Azərbaycan Kommunist Partiyası  Mərkəzi Komitəsinin 
birinci katibi seçiləndən sonra respublikanın kənd təsər-
rüfatı siyasəti kökündən dəyişdi. Azərbaycanın KP MK-
nın həmin ilin avqust ayında keçirilən Plenumunda Heydər 
Əliyev proqram nitqi ilə  çıxış etdi. Heydər  Əliyev bu 
nitqində respublikanın ictimai-iqtisadi inkişafının  əsas 
istiqamətlərini  əsaslandırdı  və  kənd təsərrüfatına mühüm 
yer ayırdı. Heydər  Əliyev pambıqçılıq, üzümçülük, 
tərəvəzçilik, tütünçülük və çayçılıq sahələrində  işlərin 
vəziyyətini hərtərəfli təhlil edib, kənd təsərrüfatının bu 
sahələrində mövcud nöqsanları  və  səhvləri göstərmiş, 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə