Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə10/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   6   7   8   9   10   11   12   13   ...   69

 
 
38
 
 
 
böyük elmi təşkilatçılıq qabiliyyətinə malik olduğunu sübut 
etmişdir.  
Bütün bunlarla yanaşı, A.A.Nadirov uzun illər bir sıra 
məsul vəzifələri ictimai əsaslarla icra etmiş və indi də edir. 
O, EA İqtisadiyyat  İnstitutu nəzdində yaradılmış, iqtisad 
elmləri doktoru elmi dərəcəsi verən vaxtilə respublikada 
yeganə ixtisaslaşmış müdafiə şurasının 1980-1989-cu illərdə 
sədr müavini, 1990-1998-ci illərdə isə sədri olmuşdur. Bütün 
bu vəzifələrdə  işləyərkən A.A.Nadirov geniş ictimai-siyasi 
və  təşkilati iş aparmış, elmin inkişafında, elmi kadrların 
seçilməsi və hazırlanmasında, dissertasiyaların obyektiv 
müzakirəsi və müdafiəsinin keçirilməsində müstəsna rol 
oynamışdır. Akademik A. A. Nadirovun bilavasitə rəhbərliyi 
ilə 50 elmlər namizədi və 5 elmlər doktoru hazırlanmışdır. 
Hazırda o, 5 aspiranta müvəffəqiyyətlə rəhbərlik edir. 
A.A.Nadirov keçmiş  İttifaq məkanında, xüsusilə 
Azərbaycanda iqtisad elminin aktual nəzəri-metodoloji və 
təcrübi problemlərinin tədqiqinə həsr olunmuş 800-dən çox 
elmi  əsərin, o cümlədən monoqrafiya, kitab və kitabçanın 
müəllifidir. Bu əsərlərin bir hissəsi sabiq ittifaqda və başqa 
xarici ölkələrdə  nəşr olunmuşdur. Respublikanın iqtisadi 
ədəbiyyatında onun ilk dəfə 1965-ci ildə çap olunmuş 
"Sosialist istehsalının yerləşdirilməsi" (rus dilində) və 1966-
cı ildə nəşr edilmiş "Azərbaycan şəhərlərinin iqtisadi inkişaf 
məsələləri" (rus dilində) adlı fundamental əsərlərində ərazi-
istehsal kompleksinin istehsalın  ərazi təşkilinin səmərəli 
forması olması ilə bağlı bir sıra prinsipial nəzəri-metodoloji 
məsələlər tədqiq olunmuş, respublikada formalaşan  ərazi-


 
 
39
 
 
 
istehsal kompleksləri və onların formalaşması  səviyyəsi 
müəyyən edilmişdir. 
A.A.Nadirov 1966-1981-ci illərdə "Azərbaycan SSR 
Elmlər Akademiyası Xəbərləri "İqtisadiyyat" seriyasının baş 
redaktor müavini, 1981-ci ildən hazırkı dövrədək həmin 
jurnalın baş redaktoru vəzifəsində işləyir. Bütün bu müddət 
ərzində o, elmi məqalələrin dövrün aktual problemlərinə 
uyğun olaraq seçilməsinə, vaxtında və keyfiyyətlə çap 
olunmasına, gənc alimlərin, aspirantların məqalələrinin 
qəbul olunmasına və çap edilməsinə ciddi diqqət yetirir. O, 
bir çox qəzet və jurnalların, o cümlədən beynəlxalq 
"Общество  и  экономика"
 
jurnalının redaksiya heyətinin 
üzvüdür. 
A. Nadirov yuxarıda qeyd edildiyi kimi görkəmli 
tədqiqatçı alim olmaqla bərabər, həm də elmi işləri tədrislə 
sıx  əlaqələndirməyi bacaran gözəl müəllimdir. O, 40 ilə 
yaxındır ki, Azərbaycan Dövlət Universitetində (hazırda 
Bakı Dövlət Universiteti), son illərdə habelə başqa ali 
məktəblərdə müxtəlif iqtisadi fənlərdən mühazirələr oxuyur. 
Ali məktəblər üçün bir sıra dərsliklərin yazılmasında 
müvafiq bölmələrin müəllifi kimi iştirak etmiş  və elmi 
redaktoru olmuşdur. 
Asəf Nadirov uzun illər həm keçmiş  İttifaq respub-
likalarında, həm də bir çox xarici ölkələrdə (Fransa, 
Hindistan, Türkiyə, İran, Almaniya, Yunanıstan, Macarıstan, 
Belçika və s.) keçirilən beynəlxalq simpozium və elmi 
konfranslarda Azərbaycan iqtisad elmini layiqincə  təmsil 
etmişdir. Bundan başqa o, Azərbaycanda keçirilən çoxsaylı 
beynəlxalq, regional və respublika elmi forum, simpozium 


 
 
40
 
 
 
və konfranslarının  əsas təşkilatçılarından biri kimi əsas 
məruzələrlə çıxış etmişdir. 
A.Nadirovun  əməyi dövlətimiz tərəfindən yüksək 
qiymətləndirilmişdir. O, bir çox orden və medallara, fəxri 
fərmanlara layiq görülmüşdür. 
 
 


 
 
41
 
 
 
Ələsgərov Ağasəlim Kərim oğlu 
 
A.K.Ələsgərov 1928-ci ildə  fəhlə 
ailəsində anadan olmuşdur. 1946-cı ildə 
K.Marks adına Azərbaycan Dövlət Xalq 
Təsərrüfatı  İnstitutuna daxil olmuş  və 
1950-ci ildə oranı müvəffəqiyyətlə 
bitirərək, kənd təsərrüfatının iqtisadiy-
yatı üzrə ixtisasa yiyələnmişdir. 
Həmin il o, dövlət bölgüsünə əsasən 
Bakı şəhəri Xalq Deputatları Sovetinin plan komissiyasında 
işə göndərilmiş  və 1953-cü ilədək burada iqtisadçı, baş 
iqtisadçı, mənzil-kommunal, əsaslı tikinti şöbələrinin müdiri 
və Bakı  şəhəri uçot-inventarizasiya idarəsinin rəhbəri 
vəzifələrində çalışmışdır. Respublika direktiv orqanlarının 
təklifi ilə o, SSRİ Nazirlər Sovetinin qərarı ilə 
M.V.Lomonosov adına Moskva Dövlət Universitetində 
yaradılmış siyasi iqtisad, fəlsəfə, marksizm-leninizm 
müəllimləri hazırlayan xüsusi məktəbi bitirmiş  və SSRİ ali 
məktəblərində  həmin fəndən dərs demək hüququ 
qazanmışdır. 
A.K.Ələsgərov sonra M.Ə.Əzizbəyov adına Azərbaycan 
Sənaye İnstitutunun "Siyasi iqtisad" kafedrasında müəllimlik 
etməklə yanaşı, Bakı Şəhər Soveti İcraiyyə Komitəsində də 
çalışır. Elmə olan böyük arzusunu nəzərə alaraq, Azərbaycan 
EA Rəyasət heyəti onu yenidən Moskva şəhərinə SSRİ EA-
nın İqtisadiyyat İnstitutunun aspiranturasına göndərir. 1958-
ci ildə A.K.Ələsgərov ilk dəfə SSRİ-də "Pambığın maya 
dəyəri və onun aşağı salınması yolları" (kolxozların 


 
 
42
 
 
 
timsalında) mövzusunda namizədlik dissertasiyasını 
müvəffəqiyyətlə müdafiə edir və ona iqtisad elmləri 
namizədi, elmi dərəcəsi verilir. Bu zaman A.K.Ələsgərov 
SSRİ-də iqtisad elminin flaqmanı olan bu institutun aparıcı 
aqrar alimlərinin diqqətini cəlb edir. SSRİ dağılana kimi o, 
həmin institutun kollektivi ilə  fəal  əməkdaşlıq etmiş. SSRİ 
EA-nın aqrar münasibətlər, dünya sosialist sistemi elmi 
şuralarına üzv seçilmişdir. 
Azərbaycan EA-nın iqtisadiyyat bölməsində kiçik elmi 
işçi vəzifəsinə təyin edilən Ağasəlim müəllim 1958-1967-ci 
illərdə Elmi-Tədqiqat  İqtisadiyyat  İnstitutunda elmi katib 
işləyir. 1967-74-cü illərdə isə A.K.Ələsgərov həmin 
institutun “Siyasi iqtisadın ümumi problemləri”  şöbəsinə 
rəhbərlik etmişdir. 1961-ci ildə ona SSRİ Ali Attestasiya 
Komissiyası  tərəfindən böyük elmi işçi adı verilir. 1968-ci 
ildə "Kənd təsərrüfatının ixtisaslaşması  və onun iqtisadi 
effektliyi" mövzusunda dissertasiya müdafiə edərək iqtisad 
elmləri doktoru elmi adına yiyələnir 1989-cu ildən isə 
professor A.K.Ələsgərov Azərbaycan EA-nın müxbir 
üzvüdür.  
Onun elmi marağı və elmi-tədqiqat miqyası çox geniş və 
rəngarəngdir. Belə ki, son 25 il ərzində A.K.Ələsgərov 
"Nəqliyyat iqtisadi əlaqələrinin səmərəliliyi", "Xalq 
təsərrüfatı komplekslərinin optimallaşdırılması", "Şəhər və 
kənd arasında sosial-iqtisadi fərqlərin aradan götürülməsi", 
"Aqrar problemlər"  şöbələrinə  rəhbərlik etmişdir. 1981-ci 
ildə institutun direktor müavini vəzifəsinə irəli çəkilir. 1989-
cu ildən 1998-ci ilədək həmin institutun direktoru, "Xarici 
ölkələrlə iqtisadi əlaqələr" şöbəsinə rəhbərlik edərək intensiv 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə