Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə11/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   7   8   9   10   11   12   13   14   ...   69

 
 
43
 
 
 
elmi-tədqiqat işlərini davam etdirir. Eyni zamanda ölkəmiz 
müstəqillik qazanan ilk günlərdən o, bazar iqtisadiyyatı 
münasibətlərinə keçid və iqtisadi islahatların aparılması ilə 
də məşğul olur. 
A.K.Ələsgərov yuxarıda göstərilən  şöbələrdə çalışarkən 
bir sıra prioritet əhəmiyyətli problemləri kompleks tədqiq 
etmişdir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, o, direktiv 
orqanların təklifi ilə 1974-1978-ci illərdə D.Bünyadzadə 
adına Xalq Təsərrüfatı İnstitutunda elmi işlər üzrə prorektor 
və "Siyasi iqtisad" kafedrasının müdiri vəzifələrində 
işləyərək, institutda elmi-tədqiqat işlərinin təşkili və yüksək 
ixtisaslı kadrların - ali təhsilli iqtisadçıların, elmlər 
namizədlərin və elmlər doktorlarının hazırlanması ilə məşğul 
olur. Bu işdə özünü yalnız müsbət cəhətdən göstərdiyi üçün 
direktiv təşkilatlar onun bilavasitə elmi-tədqiqat işləri ilə 
məşğul olmaq arzusunu nəzərə alaraq, müsabiqə yolu ilə 
Azərbaycan SSR EA-nın İqtisadiyyat İnstitutuna keçməsinə 
icazə vermiş  və o, ötən dövr ərzində bu sahədə müvəf-
fəqiyyətlə çalışmaqdadır. 
Ağasəlim Ələsgərovun iqtisad elminin tədqiqi və respub-
likanın sosial-iqtisadi inkişafı sahəsində maraq dairəsi 
rəngarəng olmaqla çox genişdir.  O,  elmi  fəaliyyətinin baş-
lanğıcından SSRİ-də aqrar sahənin  ən kəskin və aktual 
problemlərindən biri olan kolxozlarda maya dəyərinin 
hesablanması metodikasının ilk dəfə ölkədə  işlənilməsi, 
istehsal edilən kənd təsərrüfatı  məhsullarının xərclərinin 
aşağı salınması yolları, istehsal vahidlərinin daxili təsərrüfat 
hesabına keçirilməsinə dair nümunəvi  əsasnamənin işlən-
məsi, maddi maraq prinsipinin tətbiqi,  əmək məhsul-


 
 
44
 
 
 
darlığının yüksəldilməsi, kənd təsərrüfatı işlərinin normaları, 
onların qiymətləri,  əsas və  əlavə  əmək haqları verilməsi 
qaydaları  və digər vacib məsələlərin tədqiqi ilə intensiv 
məşğul olmuşdur. 
1955-1956-cı illərdə A.K.Ələsgərov SSRİ EA-nın 
İqtisadiyyat  İnstitutunda ölkənin  ən məşhur nəzəriyyəçi və 
aqrarçı alimləri ilə birlikdə ilk dəfə iqtisadiyyat elmində 
kolxozlarda maya dəyəri kateqoriyasının obyektiv olaraq, 
zəruriliyini və hesablanması üsulunun işlənməsinin müm-
künlüyünü isbat etmişdir. O, 1957-ci ildə  nəşr etdirdiyi 
"Kolxozlarda pambığın və taxılın maya dəyərinin hesab-
lanması  məsələləri"  əsərində maya dəyərinin hesablan-
masının elmi baxımdan iqtisadi əsasını  və prinsiplərini 
göstərmişdir. Sonra problemin ən ağır və mürəkkəb məsələsi 
olan əmək haqqı xərclərinin müəyyənləşdirilməsi üçün əmək 
günlərinin sistemlə  dəqiq hesablanması  və onların 
qiymətləndirilməsini işləmişdir. Müəllif problemin həllinə 
nail olmaq üçün istehlak edilmiş istehsal vasitələrinə çəkilən 
xərcləri müəyyənləşdirmək məqsədilə  təsərrüfatın özünün 
istehsal etdiyi məhsullardan sərf edilən hissənin qiymət-
ləndirilməsi üsulunu tədqiq edərək, maşın-traktor stansiya-
larının gördüyü işlər üçün sərf edilən xərcləri aydınlaşdırmış, 
toxum, iş heyvanlarına yem xərcləri, pul məsrəfləri, 
amortizasiya fondunun hesablanması  və yaradılması 
yollarını göstərməklə yanaşı, təsərrüfatlarda başa çatdırılmış 
istehsalı müəyyənləşdirdikdən sonra kolxozlarda maya 
dəyərinin hesablanması metodikasının respublikada ilk dəfə 
işlənməsini başa çatdıraraq, bu vacib iqtisadi kateqoriyanın 
(göstəricinin) tərkibi və kalkulyasiyasını vermişdir. 


 
 
45
 
 
 
1960-cı ildə onun "Kolxozlarda pambığın maya dəyə-
rinin aşağı salınması yolları", 1963-cü ildə "Kənd təsərrüfatı 
məhsullarının maya dəyəri və onun aşağı salınması yolları" 
və başqa kitabları nəşr edilmişdir.  
A.K.Ələsgərov respublikada ilk dəfə kolxozlarda istehsal 
vahidlərinə (briqadalarda, fermalarda, yardımçı müəssisələr-
də  və digər təsərrüfat bölmələrində) daxili təsərrüfat 
hesabının tətbiqi üçün göstərilən sahədə tədqiqat işləri aparır 
və bir sıra elmi əsərlər çap etdirir. Onlardan "Kolxozlarda 
təsərrüfat hesabının tətbiq edilməsi və maddi maraq 
prinsipinin bəzi məsələləri", "Azərbaycan SSR kolxozlarında 
daxili təsərrüfat hesabına dair nümunəvi əsasnamə və onun 
tətbiq edilməsi üzrə metodiki göstərişlər" və başqalarını 
göstərmək olar. 
Müəllif müəssisədaxili təsərrüfat hesabının konkret 
vəzifələrini müəyyənləşdirmiş, təsərrüfat hesablı bölmələrin 
tərkibini vermiş, təsərrüfat hesablı istehsal vahidlərinin 
qarşılıqlı münasibət qaydaları  və kolxozun idarə heyəti ilə 
onların  əlaqəsi, məhsul çıxımının artırılması üzrə  əsas 
təşkilat-texniki tədbirlər planının tərtibi qaydalarını  və 
istehsalat vahidlərinə  məsariflərin limitinə dair təsərrüfat 
hesabı tapşırıqlarının verilməsi metodikasını işləmişdir. 
İstehsal vahidlərində daxili təsərrüfat hesabının konkret 
olaraq tədqiq edilməsinin tam təmin edilməsi məqsədilə 
A.K.Ələsgərov respublikanın bir sıra aqrar sahədə çalışan 
alimləri ilə birlikdə "Azərbaycan SSR kolxozlarında  əsas 
kənd təsərrüfatı  işlərinin təxmini normaları, onların 
qiymətləri, əsas və əlavə əmək haqqı verilməsi qaydaları"nı 
işləyib təsərrüfatlarda tətbiq etmişlər. (Bu əsər Azərbaycan 


 
 
46
 
 
 
KP MK-nın kənd təsərrüfatı istehsalına rəhbərlik üzrə 
bürosunun 1963-cü il fevralın 25-də keçirilmiş iclasında 
bəyənilmiş  və 1963-cü ildən tətbiq olunması kolxozlara 
tövsiyə edilmişdir).  
Müəllifin bu problemə  həsr etmiş olduğu "Kolxozlarda 
təsərrüfat hesabının tətbiq edilməsi və maddi maraq 
prinsipinin bəzi məsələləri" adlı digər kitabında isə prob-
lemin elmi tərəfləri ətraflı açıqlanmışdır.  A.K.Ələsgərovun 
60-70-ci illərdə diqqətini cəlb edən məsələlərdən biri də 
respublikamızda pambıqçılığın iqtisadi səmərəliliyinin 
yüksəldilməsi idi. Belə ki, "Azərbaycan SSR-də pambığın 
tədarük qiymətinin yaxşılaşdırılması  məsələləri" adlı elmi 
əsaslandırılmış tövsiyə 1962-ci ildə Azərbaycan KP MK və 
Nazirlər Sovetinə  təqdim edilmişdir. Həmin il Daşkənd 
şəhərində pambığın dövlət tədarükü qiymətlərinə  həsr 
edilmiş Ümumittifaq müşavirəsində bu məsələ müəllif 
tərəfindən yenidən  əsaslandırılmış  və SSRİ hökuməti 
tərəfindən nəzərə alınmışdır. 1963-cü ildə ilk dəfə respub-
likada nəşr edilmiş "Azərbaycan SSR-in pambıqçılıq 
təsərrüfatlarında əmək məhsuldarlığı və onun yüksəldilməsi 
yolları"na həsr edilmiş kollektiv monoqrafiyada "Canlı  və 
əşyalaşmış  əməyə  qənaət və  əmək məhsuldarlığı" adlı 
mürəkkəb fəsildə istehsal xərclərinin formalaşmasının 
anatomiyasını  tədqiq edərək, ayrı-ayrı maddələr üzrə  zəruri 
proporsiyaları göstərməklə onların səmərəli aşağı salınması 
yolları  və bu prosesin əmək məhsuldarlığının yüksəldil-
məsinə təsiri səviyyəsinin mexanizmi verilmişdir. 
1965-ci ildə Azərbaycanda A.Ə.Ələsgərovun iştirakı ilə 
ilk dəfə müəlliflər kollektivi tərəfindən "Kolxoz və sovxoz 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə