Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə12/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   8   9   10   11   12   13   14   15   ...   69

 
 
47
 
 
 
iqtisadçısının məlumat kitabı"nın nəşr edilməsi mühüm 
əhəmiyyət kəsb etmişdir.  
İqtisadi biliyin və qabaqcıl təcrübənin yayılması üçün 
A.K.Ələsgərov Azərbaycanın görkəmli iqtisadçı alimləri ilə 
birlikdə bir sıra mühüm əhəmiyyətə malik əsərlər hazırlayıb 
nəşr etdirmişdir. Bunların arasında "İqtisadi bilik sosialist 
təsərrüfatçılığında mühüm vasitədir", "Qabaqcıl təcrübə bol və 
ucuz məhsulun mənbəyidir" və başqalarını göstərmək olar. 
"Azərbaycan SSR iqtisadiyyatının çiçəklənməsi" 
monoqrafiyasında kənd təsərrüfatı bölməsini işləyərək, 
müəllif  ən vacib sahədə baş vermiş müsbət kəmiyyət və 
keyfiyyət dəyişikliklərinin dinamikasını kompleks təhlil 
edərək göstərməklə yanaşı, həll edilməsinə çox böyük 
ehtiyac olan təxirəsalınmaz problemlərə də diqqəti cəlb edir. 
Həmin illərdə məsələlərin bu formada qoyulmasına rəhbərlik 
tərəfindən heç də müsbət münasibət bəslənilmədiyi bir 
şəraitdə A.K.Ələsgərov obyektivliyi ön plana çəkir.  
Onun elmi rəhbərliyi və bilavasitə iştirakı ilə çap edilmiş 
"Müasir dövrdə Azərbaycan sovet kəndində ictimai-iqtisadi 
irəliləmələr" monoqrafiyası respublikada bu problem üzrə ilk 
əsər idi. Əsərdə  şəhərlə  kənd arasındakı  əkslik və  fərqlərin 
mahiyyəti, onların aradan qaldırılması yolları  tədqiq 
edilmişdir.  
"Kənd təsərrüfatı istehsalının səmərəli ixtisaslaşdırılması 
məsələləri", "Azərbaycan SSR-nin Qərb zonasında kənd 
təsərrüfatının ixtisaslaşdırılması" və 1969-cu ildə  nəşr 
edilmiş "Kənd təsərrüfatının ixtisaslaşması və onun iqtisadi 
effektivliyi"  əsərlərində bu problemin metodoloji, metodik 
və konkret məsələlərini kompleks işləmişdir.  


 
 
48
 
 
 
Müəllif kənd təsərrüfatı istehsalının və eləcə  də 
üzümçülük aqrar-sənaye kompleksinin kəmiyyət və 
keyfiyyət baxımından inkişafını  təhlil edərək, onun iqtisadi 
səmərəliliyini və perspektivini işləmişdir. Bu baxımdan 
"Azərbaycan SSR-in üzümçülük xalq təsərrüfatı kompleksi" 
kitabının nəşr edilməsi maraqlıdır.  Əsərdə ilk dəfə olaraq 
respublikada üzümçülük xalq təsərrüfatı kompleksinin 
formalaşmasının zəruriliyi, onun müasir vəziyyəti tədqiq 
edilir, iqtisadi cəhətdən qiymətləndirilir və  gələcək 
istiqamətləri elmi baxımdan əsaslandırılır.  
"Ərzaq proqramı və onun həyata keçirilməsi yolları" adlı 
əsərində respublikada ərzaq məhsullarına tələbatı müəy-
yənləşdirərək, ərzaq proqramının həyata keçirilməsi yollarını 
və istiqamətlərini tədqiq etmiş, aqrar-sənaye kompleksinin 
maddi-texniki bazasının inkişaf yollarını  və  kəndin sosial-
məişət həyat  şəraitinin yaxşılaşdırılması istiqamətlərini 
müəyyənləşdirmişdir. 
Ağasəlim müəllimin birbaşa rəhbərliyi və bilavasitə 
iştirakı ilə hazırlanıb nəşr edilmiş "Azərbaycan SSR-in 
respublikalararası  nəqliyyat-iqtisadi  əlaqələrinin təkmilləş-
dirilməsinin bəzi məsələləri" adlı kollektiv monoqrafiyada 
ictimai istehsalın inkişaf sürətinin artırılması  və onun 
səmərəliliyinin yüksəldilməsinin nəqliyyat-iqtisadi əlaqələrin 
qarşısında duran kompleks vəzifələrin tam yerinə yetirilməsi 
ilə  əlaqədar olduğunu müəyyənləşdirərək, müəllif bu 
vəzifələrin həlli istiqamətləri aydınlaşdırılır.  
Respublikada regional iqtisadiyyatın aqrar bölmələri 
sahəsində müəllifin elmi-tədqiqat işlərinin nəticələri müvafiq 


 
 
49
 
 
 
direktiv orqanlar tərəfindən yüksək qiymətləndirilərək tətbiq 
üçün qəbul edilmişdir. 
Azərbaycan SSR-in elmi-texniki tərəqqisinin 1986-
2005-ci illər üçün kompleks proqramının mühüm hissəsi 
olan respublikanın xalq təsərrüfatının  əsas istiqamətlərinin 
işlənməsində aparıcı müəlliflərdən biri kimi, A.K.Ələsgərov 
perspektivdə Azərbaycanın sosial-iqtisadi inkişafının 
sürətləndirilməsi, mülahizə və konsepsiyanın işlənməsinə də 
ciddi diqqət vermiş  və böyük əmək sərf etmişdir. O, eyni 
zamanda respublikanın görkəmli iqtisadçı alimləri ilə 
birlikdə Azərbaycanın iqtisadi suverenliyi haqqında 
konstitusiya qanununun, eləcə  də Azərbaycan Respublika-
sının iqtisadi müstəqilliyi, özünümaliyyələşdirmə  və 
təsərrüfat hesabına keçirilməsi proqramlarının hazırlan-
masında iştirak edir. 
90-cı illərdə müstəqillik qazanmış Azərbaycan Respub-
likasının bazar iqtisadiyyatı münasibətlərinə keçməsi ilə 
əlaqədar olaraq müxtəlif məsələlərinə dair bir sıra elmi, 
nəzəri və praktiki əhəmiyyətli məqalələr yazıb çap 
etdirmişdir. Onlardan "Bazar iqtisadiyyatına keçidin aktual 
problemləri: nəzəri-metodoloji və sosial-iqtisadi aspektlər", 
"Bazar münasibətlərinə keçid və Azərbaycanın iqtisadi 
inkişafının bəzi problemləri", "Bazar münasibətlərinə keçid 
problemləri", "Keçid dövrünün iqtisadiyyatı: inkişaf yolu", 
"Müstəqil Azərbaycan Respublikası bazar iqtisadiyyatına 
keçid yollarında", "Azərbaycan Respublikasının köklü milli 
iqtisadi inkişaf problemlərinin həlli yolları" və digər əsərləri 
göstərmək olar. 


 
 
50
 
 
 
Hazırda o, Azərbaycan Respublikasının  İran  İslam 
Respublikası ilə iqtisadi əlaqələrinin təkmilləşdirilməsi üzrə 
intensiv elmi-tədqiqat işi aparır. Müəllif xarici iqtisadi 
əlaqələrin elmi əsaslarını, istiqamətlərini, amillərini, 
prinsiplərini, meyar və göstəricilər sistemini öyrənməklə, 
yaxşılaşdırılması yollarını da müəyyənləşdirir. Onun 
Azərbaycan Respublikasının İranla xarici iqtisadi əlaqələrinə 
həsr edilmiş monoqrafiyası çapa hazırdır.  
A.K.Ələsgərov Azərbaycan Respublikası, keçmiş İttifaq 
və habelə xarici ölkələrdə çap olunmuş bir neçə 
monoqrafiya, kitabça, 165 elmi məqalələnin, elmi tezislərin 
müəllifidir. Onların ümumi həcmi isə 300 çap vərəqindən 
çoxdur. 
Azərbaycan Milli EA-nın müxbir üzvü A.K.Ələsgərovun 
əsərləri elmi ictimaiyyətə yaxşı tanışdır, onlar ABŞ, 
İngiltərə, Almaniya, Çexiya, Slovakiya, İran və digər 
ölkələrin nəşriyyatlarında çap olunmuşdur. Keçmiş İttifaqın 
və respublikanın mətbuat səhifələrində onun elmi əsərləri 
haqqında bir sıra müsbət rəylər dərc edilmişdir.  
A.K.Ələsgərov iqtisadiyyat elminin daim inkişafını  və 
onun prioritet təşkil edən problemlərinin gələcək istiqamət-
lərini dərk etməyi bacaran, gənclərə qarşı daim qayğıkeş olan 
şəxsiyyət kimi onların hazırlanmasında və ixtisaslarının 
artırılmasında böyük qüvvə və vaxt sərf edir. On illərdir ki, emi 
fəaliyyətini Azərbaycan Dövlət  İqtisad Universiteti, Azər-
baycan Neft Akademiyası, Bakı Dövlət Universiteti və digər 
ali məktəblərdə müəllimlik fəaliyyəti ilə əlaqələndirmişdir.  
A.K.Ələsgərovun elmi rəhbərliyi ilə onlarla namizədlik 
və 2 doktorluq dissertasiyası müdafiə edilmişdir. Hazırda 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə