Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə13/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   9   10   11   12   13   14   15   16   ...   69

 
 
51
 
 
 
namizədlik işi üzərində çalışan 3 aspirantın elmi rəhbəridir. 
Keçən dövr ərzində 16 doktorluq və 43 namizədlik 
dissertasiyasının müdafiəsi ilə  əlaqədar respublika və digər 
MDB ölkələrində rəsmi opponent olmuşdur. A.K.Ələsgərov 
Moskva, Sankt Peterburq, Aşqabad, Tbilisi, Daşkənd, 
Bişkek, Minsk, Bakı  şəhərlərində keçirilən Ümumittifaq 
konfrans və sessiyaların fəal iştirakçısı olmuşdur. Bundan 
başqa, o, Almaniya, Bolqarıstan, Çexoslovakiya, Macarıstan, 
Türkiyə,  İran və digər ölkələrdə keçirilən beynəlxalq elmi 
forumlarda məruzələr və çıxışlar etmişdir.  
A.K.Ələsgərov 1995-ci ildə Azərbaycan Respublikası 
Prezidentinin "Dövlət aqrar islahatı komissiyasının yara-
dılması haqqında" fərmanına  əsasən həmin komissiyanın 
üzvü kimi, bir sıra  əsaslı  tədbirlərin hazırlanıb tətbiqində 
bilavasitə fəal iştirak etməkdədir. Bundan başqa Respublika 
Nazirlər Kabinetinin yaratmış olduğu "Statistikanın yeni 
sistemə keçirilməsi" hökumət komissiyasının üzvü kimi də 
daim fəaliyyət göstərməkdədir. 
Azərbaycan Respublikası Milli Məclisində baxılmaq 
üçün onlarla qanun layihəsinin hazırlanması, Milli Məclisin 
iqtisadi siyasət daimi komissiyası  və  həmçinin büdcə 
məsələləri daimi komissiyalarının müzakirələrində mün-
təzəm olaraq yaxından iştirak edir. 
A.K.Ələsgərov iqtisadiyyat elminin fəal təbliğatçısıdır. 
O, ölkəmizin müxtəlif bölgələrində onlarla elmi-nəzəri, elmi-
praktik konfransın təşkilatçısı olmuşdur. O, keçmiş 
Ümumittifaq "Bilik" cəmiyyətinin, eləcə  də Zaqafqaziya 
respublikalarının "Bilik" cəmiyyətlərinin Fəxri Fərmanları 
ilə təltif edilmişdir. 


 
 
52
 
 
 
Muradov Şahbaz Musa oğlu 
 
Şahbaz Musa oğlu Muradov 10 
avqust 1940-cı ildə Azərbaycan 
Respublikasının Laçın rayonunun 
Xumarta kəndində anadan olmuşdur. 
1953-cü ildə Köhnəkənd 7 illik 
məktəbini bitirdikdən sonra, təhsilini 
Bakı Kooperativ texnikumunda davam etdirmiş  və 1956-cı 
ildə  həmin texnikumunu fərqlənmə diplomu ilə bitirərək 
Azərittifaq idarə heyətinin qərarı ilə K.Marks adına 
Azərbaycan Dövlət Xalq Təsərrüfatı  İnstitutuna göndəril-
mişdir. O, bu təhsil ocağına da imtahansız qəbul edilən 
Şahbaz Muradov 1959-cu ildə  həmin institut ləğv 
edildiyindən Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat 
fakültəsində təhsilini davam etdirmişdir. 
O, Bakı Kooperativ Texnikumunda təhsil aldığı vaxtdan 
«siyasi iqtisad» elminə böyük maraq göstərən  Şahbaz 
Muradov hələ Azərbaycan Dövlət Xalq Təsərrüfatı 
İnstitutunun 1-ci kursunda oxuyarkən İnstitutun tələbə elmi 
cəmiyyətinin üzvü olmuş, Azərbaycan Dövlət Universite-
tinin 3-cü kursunda oxuduğu vaxtda isə Universitetin «siyasi 
iqtisad» kafedrasının müdiri, məşhur iqtisadçı alim, 
professor Həsən Dadaşovla yaxından tanış olmuş  və onun 
bilavasitə  rəhbərliyi və köməkliyi ilə K.Marksın «Kapital» 
əsərini dərindən öyrənməyə  və onu mənimsəməyə nail 
olmuşdur. Şahbaz Muradovun «siyasi iqtisad» elminə böyük 
maraq göstərməsini müsbət qiymətləndirən prof. Həsən 
Dadaşov onun bu elmin sirlərinə  dərindən yiyələnməsinə 


 
 
53
 
 
 
köməklik göstərmək məqsədilə o zaman «siyasi iqtisad» 
kafedrasının  ən yaxşı siyasi-iqtisad müəllimlərindən hesab 
edilən Fəsli  Əmikişiyevə  və  Həbib  Şirinova  Şahbaz 
Muradovla məşğul olmaq və hər ayın sonunda bu barədə ona 
məlumat vermələrini xahiş etmiş  və eyni zamanda Şahbaz 
Muradovu həmin vaxt «siyasi iqtisad» kafedrasının nəzdində 
yaradılmış «siyasi iqtisad» dərnəyinə  rəhbər təyin etmişdir. 
Şahbaz Muradov 1959-1961-ci illərdə  həmin dərnəyə 
rəhbərlik etmiş və Universitetin iqtisadiyyat, tarix və hüquq 
fakültələrində oxuyan ən yaxşı  tələbələri bu dərnəyin işinə 
fəal iştirak etməyə  cəlb etmişdir. Heç, şübhəsiz ki, bütün 
bunlar  Şahbazın gələcəkdə yaxşı bir iqtisadçı alim kimi 
yetişməsində az rol  oynamamışdır. Təsadüfi deyildir ki, 
Şahbaz Muradov 1961-ci ildə Azərbaycan Dövlət Universi-
tetinin  İqtisadiyyat fakültəsini  əla qiymətlər və  Fərqlənmə 
diplomu ilə bitirdikdən sonra prof. Həsən Dadaşovun 
təşəbbüsü və bilavasitə köməkliyi ilə elmi işə olan sonsuz 
həvəsi və marağı  nəzərə alınaraq Azərbaycan Elmlər 
Akademiyasının  İqtisadiyyat  İnstitutunda elmi işə göndə-
rilmiş  və indiyədək burada çalışır.  Şahbaz Muradov öz 
taleyini həmişəlik olaraq Azərbaycanın elm məbədgahı 
sayılan Elmlər Akademiyası ilə  və onun aparıcı elmi 
mərkəzlərindən biri olan İqtisadiyyat İnstitutu ilə bağlamış-
dır. Nəzərə alsaq ki, İqtisadiyyat  İnstitutu 1945-ci ildən 
Azərbaycan Elmlər Akademiyasında fəaliyyət göstərmiş 
İqtisadiyyat sektorunun bazası  əsasında 1958-ci il aprel 
ayının 14-də yaradılmış və Şahbaz Muradov cəmi iki il üç ay 
sonra, 1961-ci il  iyul ayının 16-dan burada işləyir.  


 
 
54
 
 
 
Öz taleyini Azərbaycanın elm məbədgahı olan 
Azərbaycan Elmlər Akademiyası  və onun İqtisadiyyat 
İnstitutu ilə bağlayan Şahbaz Muradov bütün şüurlu həyatını 
bu  İnstitutun divarları arasında böyük elmi yaradıcılıqla, 
yüksək ixtisaslı elmi kadrlar hazırlamaqla məşğul olmağa, öz 
xalqına, vətəninə  ləyaqətlə xidmət etməyə  həsr etmiş, 
yüzlərlə elmi əsərlər yazmağa, onlarca elmlər doktorları  və 
elmlər namizədləri hazırlamağa nail olmuşdur. 
Prof.  Ş.M.Muradov  İqtisadiyyat  İnstitutunun ilk əmək-
daşlarından biri olaraq onun qabaqcıl elm mərkəzi kimi 
formalaşması  və inkişafında, habelə keçmiş SSRİ-də  və 
dünyanın bir çox ölkələrində tanınmasında böyük əməyi və 
əvəzolunmaz xidmətləri vardır. 
Prof. Ş.M.Muradov keçmiş SSRİ məkanında iqtisad elmi 
sahəsində ən gənc yaşında doktorluq dissertasiyası müdafiə 
etmiş 3-4 nəfərdən və Azərbaycanda iqtisad elmləri doktoru 
alimlik dərəcəsi almış ilk 10-12 nəfərdən biri olaraq, çox 
gənc ikən öz elmi məktəbini yaratmış istedadlı alimlər 
nəslinə  mənsub olan görkəmli iqtisadçı alimdir. Onun 
rəhbərliyi və bilavasitə köməkliyi ilə 70 nəfərdən çox 
namizədlik, 15 nəfərdən çox isə doktorluq dissertasiyası işi 
yazılıb müdafiə edilmişdir.  
O, Azərbaycanda, MDB ölkələrində  və başqa xarici 
dövlətlərdə yaşayan 35 nəfərdən çox adamın namizədlik və 
doktorluq dissertasiya işlərinə  rəsmi opponentlik  etmiş, 
onlarla fundamental tədqiqat  əsərlərinin, monoqrafiya və 
kitabların, dərsliklərin iqtisadiyyat üzrə terminlər lüğətlərinin 
elmi redaktoru və  rəyçisi olmuşdur. Onun apardığı başlıca 
tədqiqat işlərinin nəticələri 700 çap vərəqi həcmindən çox 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə