Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə14/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   10   11   12   13   14   15   16   17   ...   69

 
 
55
 
 
 
olan 300-dən artıq nəşr edilmiş monoqrafiya, kitab, dərslik 
və jurnal məqalələrində öz əksini tapmışdır. Bu əsərlərin 30-
u iri həcmli monoqrafiya, kitab və  dərs vəsaitlərindən 
ibarətdir. Bu monoqrafiyalar arasında “Azərbaycan Kənd 
təsərrüfatında qadın  əməyi və ondan səmərəli istifadə 
edilməsi məsələləri” Azərbaycan SSR Elmlər Akademiya-
sının nəşriyyatı. Bakı, 1969, (227 səh.); “Azərbaycan SSR-
də  əmək ehtiyatlarından istifadənin ictimai-iqtisadi 
problemləri”; Bakı, “Elm”, 1978. (309 səh.); Azərbaycan 
SSR-də qadın  əmək ehtiyatlarından istifadənin ictimai-
iqtisadi problemləri” Bakı, “Elm” 1974-cü il (190 səh.); 
“Azərbaycan SSR də kəndin ictimai-iqtisadi və demoqrafik 
inkişaf məsələləri” Bakı, “Elm”, 1978, (F.Abbasovla şərikli), 
195 səh.; “Müasir mərhələdə demoqrafiya siyasəti”. Bakı, 
“Elm” 1986. (F.Abbasovla birlikdə). 180 səh.; «Развития 
экономики  советского  Азербайджана  на  современном 
этапе» (Kollektiv). Bakı, “Elm” 1980 kollektiv, (299 səh.); 
“Azərbaycan SSR-nin əmək ehtiyatları (nəzəri-metodoloji və 
sosial-iqtisadi aspektlər). Bakı, “Elm” 1987-ci il (258 səh.); 
“Azərbaycan iqtisadiyyatı (xarici yaşayan Azərbaycanlılar 
üçün)” kollektiv, Bakı, “Elm” 2003-cü il, (341 səh.); “İnsan 
potensialı: əsas meyllər, reallıqlar, problemlər”. Bakı, “Elm” 
2004, (656 səh.); «Глобализация  демографическое 
развитие  в  Азербайджане». Bakı, “Elm” 2007. 259 səh. 
(A.Gözəlova və R.Efendiyevlə birlikdə); “Azərbaycan 
Respublikası  əhalisinin dinamikası  və quruluşu:  əsas 
demoqrafik və etno-demoqrafik dəyişikliklər (1897-2007-ci 
illər); (azərbaycan, ingilis və rus dillərində) Bakı, “Elm” 
2008. (235 səh.) və sair göstərmək olar. Prof. 


 
 
56
 
 
 
Ş.M.Muradovun 50-ə yaxın  əsəri xarici ölkələrdə, o 
cümlədən ABŞ-da, Rusiyada, Ukraynada, Belorusiyada, 
Gürcüstanda, Baltikyanı ölkələrdə  və Orta Asiya 
respublikalarında çap edilmişdir. Onların bəziləri ingilis 
dilində çap edilib dünyanın bir çox ölkələrinə yayılmışdır. 
Prof.  Ş.M.Muradov xarici ölkələrin görkəmli iqtisadçı, 
demoqraf və sosioloq alimləri ilə birlikdə yazılıb 1971-2001-
ci illərdə Moskva şəhərində  nəşr edilmiş 15-dən artıq 
fundamental tədqiqat  əsərlərinin müəlliflərindən biridir. 
Bunların arasında «Воспроизводство  рабочей  силы  и 
повышение  эффективности  использования  трудовых 
ресурсов». M. MQU, 1971, 279 səh.; «Население союзных 
республик» M. «Статистика», 1977, 326 səh.; 
«Особенности  миграции  население  в  союзных 
республиках». M., 1978, 215 səh; «Проблемы 
народонаселения  и  демографической  политики», M., 
1981, 216 səh; «демографическая 
политики 
социалистического  общества», M., «Наука», 1986, 192 
səh; «Региональные  особенности  воспроизводства  и 
миграции  населения  в  СССР». M., «Наука», 1981, 267 
səh; «Социально-демографическое  развитие  трудо-
обеспеченных  районов  СССР». M., «Наука», 1989, 205 
səh; «Социальная  политика  в  постсоциалистическом 
обществе:  задачи,  противоречия,  механизм». M., 
«Наука», 2001, 647 səh. Onun «Рациональная  занятость 
населения  в  Регионе» adlı  məqalə Moskvada «Вопросы 
экономики» jurnalının 1988-ci il 6-cı nömrəsində (səh. 104-
113); «Демографическое  развития  Азербайджана  на 
пороге XXI века:  основные  тенденции  и  проблемы» 


 
 
57
 
 
 
məqaləsi Moskvada «Обшество  и  экономика» jurnalının, 
2000-ci il 5-ci nömrəsində (səh. 88-89)-da və ABŞ-ı Nyu-
York şəhərinin “Sosioloji tədqiqatlar məcmuəsinin 2001-ci il 
may-iyun №3-də çap edilib (ingilis dilində). (səh. 34-43) və 
sair. Bunlardan əlavə prof. Ş.M.Muradov Moskva şəhərində 
SSRİ EA-sı  tərəfindən hazırlanmış ETT-nin Kompleks 
Proqramının yekun sənədinin və həmin proqramın nəticələri 
üzrə 1979, 1983 və 1987-ci illərdə çap olunmuş 50,0 ç.v. 
həcmində üç cildliyin müəllifindən biridir. Prof. 
Ş.M.Muradovun apardığı  tədqiqatların səciyyəvi cəhəti 
ondan ibarətdir ki, onların hamısı real həqiqətləri özündə əks 
etdirən konkret faktlara, geniş statistik bazaya söykənir, 
nəzəri dərinliyi və kifayət qədər elmi cəhətdən  əsaslan-
dırılmış olması ilə  fərqlənir. Onun tədqiqat obyektini 
Azərbaycanın yaxın və uzaq gələcəyə sosial-iqtisadi inkişaf 
strategiyası  və taktikasının müəyyənləşdirilməsi və 
proqnozlaşdırılması ilə bilavasitə bağlı olan demoqrafiya və 
əhalisakinliyinin inkişafı, iş qüvvəsinin təkrar istehsalı  və 
əmək ehtiyatlarından istifadə edilməsi, insan potensialı, 
məşğulluq, işsizlik və  məşğulluq sahəsində gender 
problemləri təşkil edir. Prof. Ş.M.Muradovun həmin 
problemlərin nəzəri-metodoloji, sosial-demoqrafik və 
regional aspektləri ilə bağlı yazıb nəşr etdirdiyi ümumiləş-
dirici xarakter daşıyan  əsərləri ilə  nəinki respublikanın 
iqtisad elminin, bir çox hallarda isə müəyyən mənada, həm 
də bütünlükdə MDB məkanında iqtisad elminin zəngin-
ləşməsinə sanballı töhfələr vermişdir.  
Professor Ş.M.Muradovun rəhbərliyi və şəxsi iştirakı ilə 
keçmiş ittifaq və respublika hökumətinin, SSRİ, Ukrayna 


 
 
58
 
 
 
SSR və Azərbaycan SSR Elmlər Akademiyalarının Rəyasət 
Heyətlərinin tapşırığı ilə SSRİ EA-nın  İqtisadiyyat və 
Sosioloji tədqiqatlar, Mərkəzi  İqtisadi-Riyaziyyat və ETT-
nin Proqnozlaşdırılması  İnstitutları, Ukrayna SSR EA-nın 
İqtisadiyyat, SSRİ  və Azərbaycan SSR Dövlət Plan 
Komitələri nəzdindəki Elmi-Tədqiqat  İqtisadiyyat  İnstitut-
ları, habelə Azərbaycan Respublikası  Əmək və  Əhalinin 
Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Elmi-Tədqiqat 
Əmək  İnstitutu ilə birlikdə bir sıra tədqiqatlar aparılmış  və 
onların nəticələri Azərbaycan SSR EA-na, Azərbaycan KP 
MK, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Plan 
Komitəsi və  Əmək Komitələri, SSRİ EA-na, SSRİ Dövlət 
Plan Komitəsinə, Sov. İKP MK-ya və SSRİ Nazirlər 
Sovetinə  təqdim edilmiş  və müsbət qiymətləndirməklə 
«1981-1985-ci illərdə  və 1990-cı ilədək olan dövrdə SSRİ-
nin və Azərbaycan SSR-nin iqtisadi və sosial inkişafının əsas 
istiqamətlərində» istifadə olunmuşdur. Bu tədqiqatlara: 
«Uzaq gələcəyə  əmək ehtiyatlarının proqnozlaşdırılması  və 
onlardan səmərəli istifadə edilməsi», «Şəhər və  kənd 
yerlərində  əhalinin səmərəli məşğulluğunun təmin edilməsi 
tədbirlərinin işlənməsi», «1990-cı ilədək olan dövrdə 
Azərbaycanda demoqrafik inkişaf və  əmək ehtiyatlarından 
səmərəli istifadə edilməsi», «Mütləq Respublikalarda 
miqrasiya prosesləri və onların nizamlanması», «Azərbay-
canda demoqrafik vəziyyətin qiymətləndirilməsi və 2000-ci 
ilədək olan dövrdə onun inkişaf istiqamətləri», «Azərbay-
canda  əhalinin təkrar istehsal xüsusiyyətləri və onun 
optimallaşdırılması 
məsələləri», «Qadınların ictimai 
istehsaldakı  məşğulluğu ilə analıq funksiyasının səmərəli 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə