Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə15/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   11   12   13   14   15   16   17   18   ...   69

 
 
59
 
 
 
əlaqələndirilməsi» (Azərbaycan materialları üzrə); «2000-ci 
ilədək olan dövrdə SSRİ-də  və Azərbaycan SSR-də 
demoqrafik inkişaf,  əmək ehtiyatlarından səmərəli istifadə 
edilməsi»; «1986-2000-ci illərdə SSRİ-də  və Azərbaycan 
SSR-də  əhalinin təkrar istehsalının  əsas inkişaf meylləri»; 
Ukrayna SSR EA-sı ilə koordinasiya da yerinə yetirilmiş 
«Azərbaycan SSR-də və Ukrayna SSR-də əhali sakinliyinin 
sosial-iqtisadi problemləri» və sair bu kimi dövlət 
əhəmiyyətli elmi araşdırmalar aiddir. 
Ş.M. Muradova 1965-ci ildə iqtisad elmləri namizədi, 
1972-ci ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi, 1977-ci 
ildə isə professor elmi adları verilmişdir. O, 1961-1966-cı 
illərdə kiçik elmi işçi, 1966-1968-ci illərdə baş elmi işçi 
vəzifələrində işləmiş, 1968-ci ildən isə İnstitutun "Demoqra-
fiya və iş qüvvəsinin təkrar istehsalı" şöbəsinin müdiri 1991-
ci ildən isə institutun elmi işlər üzrə direktor müavini 
vəzifələrində  çalışmış və 1999-cu ilin əvvəlindən İnstitutun 
direktoru seçilmişdir. 
Onun rəhbərliyi və bilavasitə köməkliyilə 45 nəfərdən 
çox namizədlik və 4 nəfər doktorluq dissertasiyası müdafiə 
etmişdir ki, onların böyük əksəriyyəti başqa MDB ölkələ-
rində yaşayan müxtəlif millətlərin nümayəndələri  olmuşdur. 
Professor  Ş.M.Muradov eyni zamanda bacarıqlı, təşəb-
büskar və prinsipial elmi təşkilatçıdır. 32 ildən artıq 
Azərbaycan EA İqtisadiyyat  İnstitutunda müxtəlif vəzifə-
lərdə çalışdığı dövrlərdə iqtisad elminin inkişafı  və yüksək 
ixtisaslı elmi kadrların hazırlanması sahəsində məqsədyönlü 
işlər aparmaqla, respublika iqtisadçıları  və elmi ictimaiyyət 
arasında böyük nüfuz qazanmışdır.  O,  40  ildən artıqdır ki, 


 
 
60
 
 
 
elmi yaradıcılıqla yanaşı, həm də respublikanın bir sıra ali 
təhsil müəssisələrində  gənc kadrların  hazırlanmasında fəal 
iştirak etmişdir. 
Professor  Ş.M.Muradov 1995-ci ildən 1998-ci ilədək 
Azərbaycan Respublikası Milli Məclisinə Seçkilər üzrə 
Mərkəzi Seçki Komissiyasının üzvü kimi ümumxalq 
referendumu yolu ilə Müstəqil Dövlətimizin ilk Konstitu-
siyasının qəbul edilməsi və ilk demokratik parlament 
seçkilərinin keçirilməsində fəal iştirak etmişdir. 
Prof.  Ş.M.Muradovun rəhbərliyi ilə  İnstitutun alimləri 
2001-2007-ci illərdə «Azərbaycanın milli iqtisadiyyatının 
formalaşdırılmasının sosial-iqtisadi və demoqrafik problem-
ləri» istiqamətində ölkəmizdə və xarici dövlətlərdə 3,0 min 
çap vərəqi həcmindən çox 2500 monoqrafiya, kitab, dərslik, 
proqram, məqalə  və tezislər çap etdirmiş, 70-ə yaxın 
Beynəlxalq və Regional xarakterli elmi simpozium, konqres, 
konfrans və seminarlarda məruzə və çıxışlar etmiş; dövlət və 
hökumət orqanlarına 70-dən artıq təhriri-məruzə, təklif və 
tövsiyələr təqdim etmişlər. Bu dövrdə prof. Ş.M.Muradovun 
rəhbərliyi ilə  İnstitutun elmi-tədqiqat plan işlərindən  əlavə 
60-dan çox dövlət və hökumət tapşırıqları yerinə yetiril-
mişdir. Bunların arasında «1998-2007-ci illərdə Azərbay-
canda rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət 
Proqramı», «Azərbaycanın demoqrafik inkişaf konsep-
siyası», «Azərbaycan Respublikasında demoqrafiya və 
əhalisakinliyinin inkişafı sahəsində Dövlət Proqramı» və s. 
vardır.  
Azərbaycan EA İqtisadiyyat  İnstitutunun tarixində ilk 
dəfə olaraq prof. Ş.M.Muradovun rəhbərliyi və  iştirakı ilə 


 
 
61
 
 
 
yazılmış «Azərbaycan iqtisadiyyatının dünəni və bu günü» 
adlı iri həcmli tədqiqat əsərinin əlyazması Beynəlxalq İslam 
Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsinin 2000-ci 
ildə keçirdiyi müsabiqədə I dərəcəli mükafata layiq 
görülmüşdür. 
Hal-hazırda O, AMEA İqtisadiyyat  İnstitutunun nəz-
dində  fəaliyyət göstərən Doktorluq və Namizədlik Disser-
tasiya  Şurasının üzvü; Respublika Elmi-Tədqiqatlar Təşkili 
və  Əlaqələndirilməsi  Şurasının  İqtisadiyyat üzrə problem 
Şurasının sədri; YUNESKO-nun Azərbaycan Respub-
likasında «Bioetika, elmi biliklərin və texnologiyaların 
etikası» üzrə Milli Komitənin üzvü, AMEA Humanitar və 
İctimai Elmlər seriyası «Xəbərlər» jurnalının Redaksiya 
Heyətinin üzvü və «İqtisad» seriyasının baş redaktoru və s. 
kimi də səmərəli ictimai fəaliyyət göstərir.  
Prof.  Ş.M.Muradovun 2001-ci ilin iyun ayında Azər-
baycan Milli Elmlər Akademiyasının müxbir üzvü 
seçilmişdir.  
Onun xidmətləri dövlət və hökumət tərəfindən yüksək 
qiymətləndirilmişdir. O, Keçmiş Sov. İKP MK, SSRİ Nazirlər 
Soveti, ÜİHİŞ və ÜLKİ MK-nın, Azərbaycan LKKİ-nin fəxri 
fərmanları, V.İ.Leninin anadan olmasının 100 illiyinə  həsr 
edilmiş «Fədakar  əməyə görə» Yubiley medalı  «Əmək 
veteranı» medalı, AMEA-nın Fəxri Fərmanları  və  «Şöhrət» 
ordeni ilə  təltif edilmişdir. Ailəlidir, iki oğlu, bir qızı  və 6 
nəvəsi vardır. Nəvələrinin 3-ü oğlan, 3-ü qızdır.  
 
 


 
 
62
 
 
 
Musayev Akif Fərhad oğlu  
 
Akif Fərhad oğlu Musayev  18 iyul 
1947-ci ildə Füzuli rayonunun Qorqan 
kəndində anadan olmuşdur. 1965-ci ildə 
həmin rayonun Yuxarı Seyidəhmədli 
kənd orta məktəbini qızıl medalla 
bitirərək Azərbaycan Dövlət Universi-
tetinin “Mexanika riyaziyyat” fakültəsinə daxil olmuş  və 
həmin fakültəni 1971-ci ildə riyaziyyat ixtisası üzrə 
bitirmişdir.  
1977-ci ildə Moskva şəhərində SSRİ Elmlər 
Akademiyasının Mərkəzi  İqtisadiyyat-Riyaziyyat  İnstitutu-
nun ixtisaslaşmış elmi şurasında 05.00.13 – “İqtisadi-riyazi 
üsullar” ixtisası üzrə “Avtomobil nəqliyyatında növbəli 
gündəlik tapşırıqların effektivliyinin operativ planlaşdırma 
üsulları ilə yaxşılaşdırılması” mövzusunda namizədlik 
dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi 
alimlik dərəcəsinə layiq görülmüşdür.         
1992-ci ildə 05.00.08 - “Xalq təsərrüfatı  və onun 
sahələrinin (sənaye) iqtisadiyyatı, planlaşdırılması  və idarə 
edilməsinin təşkili” ixtisası üzrə “Yeni təsərrüfatçılıq şəraitində 
neft maşınqayırma sənayesinin inkişafının idarə edilməsinin 
iqtisadi problemləri” mövzusunda doktorluq dissertasiyası 
müdafiə etmiş  və iqtisad elmləri doktoru alimlik dərəcəsi 
almışdır. 1993-cü ildən professor, 30 iyun 2001-ci il tarixdən 
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür.  
A.Musayev 7 monoqrafiya, 17 dərslik və dərs vəsaiti, 12 
fənn proqramı, 330-dan artıq elmi məqalə, metodik 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə