Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə16/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   12   13   14   15   16   17   18   19   ...   69

 
 
63
 
 
 
göstərişin və s. müəllifidir. Onlardan 24-ü xarici ölkələrdə o 
cümlədən Almaniyada, Rusiyada, İranda, Macarıstanda, 
İtaliyada, Latviyada və s. nəşr edilmişdir.  
AMEA-nın müxbir üzvü, professor A.F.Musayevin 
elmi-tədqiqat işləri və əldə etdiyi elmi nəticələr “Avtomobil 
nəqliyyatı  işinin təşkili və planlaşdırılması sahəsində riyazi 
planlaşdırma məsələləri”, “Neft maşınqayırmasının inkişa-
fının idarə edilməsinin, neft-qaz sənayesi ilə qarşılıqlı 
əlaqələrinin iqtisadi problemlərinin elmi həlli” və 
“Azərbaycanda vergi siyasəti və vergilərin iqtisadi prob-
lemlərinin elmi tədqiqi istiqamətinin öyrənilməsi və təşkili” 
kimi üç sahənin iqtisadi problemlərinin həllini əhatə edir. 
2001-ci ildə respublikanın təhsil sistemində ilk dəfə 
olaraq Azərbaycan Dövlət İqtisad Universitetində “Vergi və 
vergiqoyma” kafedrasını yaratmış  və 2007-ci ilin sentyabr 
ayına qədər ona rəhbərlik etmişdir.  
A.F.Musayevin rəhbərliyi altında 27 elmlər namizədi, 5 
doktorluq dissertasiyaları müdafiə edilmişdir.      
Müəllifi olduğu aşağıda adları qeyd olunan kitab və 
monoqrafiyalar elmə verdiyi çox dəyərli töhfələrdir:  
Методы  оперативного  планирования  маятниковых 
грузовых  автомобильных  перевозок.  Монография,  Баку 
1996, А.Ф.Мусаев 
Нефтедобыча  и  нефтяное  машиностроение:  анализ 
взаимодействия, 
Монография, 
Изд.Университет 
Азербайджан, Баку 1997, А.Ф.Мусаев 
Тенденции  развития  экономики  машиностроения  в 
Азербайджане.  Монография,  Баку 1999,  А.Ф.Мусаев , 
Ахмедов А.Н. , Джанахмедов А.А.  


 
 
64
 
 
 
Qiymətli kağızlar bazarı. Monoqrafiya, Bakı 1999, 
A.F.Musayev, N.N.Vəliyev, A.S.Quliyev. 
Vergi mədəniyyəti. Monoqrafiya, Bakı 2010, 
A.F.Musayev, A.Qəhrəmanov. 
Vergi siyasətinin iqtisadi problemləri. Monoqrafiya, 
Bakı 2004, A.F.Musayev. 
A Revenue Estimating Manual for The Republic of 
Azerbaijan. Monoqrafiya, Offset paper № 1, 2004. 
A.F.Musayev, Laird Eraeser, M.M.Sadıqov, A.Amiraslanov. 
Bazar iqtisadiyyatının  əsasları (mikroiqtisadiyyat), Dərs 
vəsaiti, Bakı 1994, Musayev A. F., Abbasov H.M., Qasımov 
N.B., Məmmədov Ş.A.  
Riyazi iqtisadiyyat. Dərslik, Bakı, 1997, A.F. Musayev, 
Osmanov Y. 
Vergi sistemi. Dərs vəsaiti, Bakı 1998, Musayev A.F., 
Rzayev Z.H., Süleymanov Q.S. 
Vergilərin əhəmiyyəti və ya yeddi nağıl axşamı. Dərslik, 
Bakı 2000,  A.Musayev , A.Qəhrəmanov 
Azərbaycan Respublikasının vergi xidməti: islahatlar və 
nəticələr, Dərs vəsaiti, Bakı-Təfəkkür-2002, A.F.Musayev, 
A.A.Hüseynov 
İnsan və  cəmiyyət. IX siniflər üçün dərslik, Bakı-2006, 
A.Musayev, U.Ələkbərov və b. 
Yerli özünüidarəetmə (Bələdiyyə) orqanlarının vergi sis-
temi. Dərs vəsaiti, Bakı-2008, A.F.Musayev, H.İ.Məmmədov. 
İqtisadiyyatda riyazi modelləşdirmə və proqnozlaşdırma. 
Dərslik, Bakı 1999, A.F.Musayev, A.Q.Qəhrəmanov
Vergitutmanın nəzəri və metodoloji əsasları. Dərslik, 
Bakı 2001, A.F.Musayev, F.Məmmədov və b.  


 
 
65
 
 
 
Tax service of the Azerbaijan Republic: reforms and 
results. Baku 2002, A.F.Musayev, M.M.Sadıqov, 
A.A.Musayeva.   
Налоги и налогообложение в Азербайджане. Dərslik, 
Баку 2005, А.Ф.Мусаев, М.М.Садыгов, Р.Б.Магеррамов, 
Р.А.Салаев 
Vergilər (Orta məktəblərin IX-XI sinifləri üçün dərs 
vəsaiti), Bakı 2007, A.F.Musayev  
Yerli özünüidarəetmə (Bələdiyyə) orqanlarının vergi 
sistemi. Dərs vəsaiti, Bakı 2008, A.F.Musayev  
Vergilər və Vergitutma. Dərslik, Bakı 2010, 
F.Ə.Məmmədov, A.F.Musayev və b.  
Ekonometrikaya giriş. Dərslik, Bakı 2011, A. F.Musayev.  
Professor Akif Fərhad oğlu Musayev  Avrasiya 
Platformu, Türk Dünyası Riyaziyyatçıları birliyi və “Türk 
Bilim” elmi jurnalının redaksiya heyətinin üzvüdür. 
Professor Akif Musayev  «За  доблестную  службу» 
Георгиевская  медаль IV степени - ilə    təltif olunmuş  və 
1993-2005-ci illər XII International Academic Rating 
“Golden Fortune” jurnalına daxil edilmişdir (səh. 77).  
Britaniyanın Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi və 
Amerikanın  Şimali Karolina Bioqrafiya İnstitutunun idarə 
heyəti tərəfindən professor Akif Musayev Dünya elm və 
təhsilinə töhfələrinə görə Beynəlxalq  Şərəf Diplomuna və 
Görkəmli Lider Mükafatına layiq görülmüş  və onun adı 
Beynəlxalq Görkəmli  Şəxsiyyətlər kitabının 10-cu nəşrinə 
daxil edilmişdir (səh. 283). 
 
Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2007-ci 
il tarixli 1960 saylı sərəncamı ilə Musayev Akif Fərhad oğlu 


 
 
66
 
 
 
Azərbaycan Respublikasının vergi orqanlarında qulluq 
vəzifəsinin yerinə yetirilməsində  fərqləndiyinə, ölkəmizin 
iqtisadi mənafeyinin qorunmasında xidmətinə görə «Dövlət 
qulluğunda fərqlənməyə görə» medalı ilə təltif edilmişdir. 
1967-ci ildən Azərbaycan Elmlər Akademiyasının 
Kibernetika İnstitutunun “İqtisadi-riyazi modellər” laborato-
riyasında işləmişdir. 1971-1972-ci illərdə  hərbi xidmətdə 
olmuş, 1972-1975-ci illərdə Moskvada SSRİ Elmlər 
Akademiyasının Mərkəzi İqtisadiyyat İnstitutunun aspirantu-
rasında təhsilini davam etdirmişdir. 1976-1980-ci illərdə 
Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunda 
kiçik, sonra baş elmi işçi, 1980-1984-cü illərdə Azərbaycan 
Neft Kimya İnstitutunun Tətbiqi Riyaziyyat kafedrasının baş 
müəllimi, 1984-1991-ci illərdə Azərbaycan Neft və Kimya 
İnstitutunda Tətbiqi Riyaziyyat kafedrasının dosenti olmuş, 
1991-ci ildə Azərbaycan Dövlət Neft Aakademiyasının 
“Sənayenin iqtisadiyyatı” fakültəsinin nəzdində “Maşınqa-
yırma sənayesinin iqtisadiyyatı  və Menecment” kafedrasını 
yaratmış və 1991-1999-cu illərdə ona rəhbərlik etmiş, 1999-
2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyinin Analitik 
İnformasiya idarəsinin rəisi, 2000-2007-ci illərdə Vergilər 
Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş 
İdarəsinin rəisi, 2007-2011-ci illərdə Azərbaycan Universi-
tetinin rektoru olmuşdur. Hazırda 2011-ci ildən Vergilər 
Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş 
İdarəsinin rəisidir. Eyni zamanda Azərbaycan Milli Elmlər 
Akademiyasının Kibernetika İnstitutunun “Fiskаl strategi-
yasının modelləşdirilməsi” laboratoriyasına rəhbərlik edir. 
 
 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə