Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə17/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   13   14   15   16   17   18   19   20   ...   69

 
 
67
 
 
 
Məmmədov Aydın İsrafil oğlu 
 
Məmmədov Aydın İsrafil oğlu 1941-
ci ildə Goranboy rayonunun Dəlməm-
mədli kəndində anadan olmuşdur. 
Orta məktəbi bitirdikdən sonra o, iki 
il istehsalatda - Dəlməmmədli Pambıq-
təmizləmə zavodunda fəhlə  işləmiş  və 
1960-cı ildə Azərbaycan Kənd 
Təsərrüfatı  İnstitutunun (AKTİ) “Kənd 
təsərrüfatının iqtisadiyyatı” fakültəsinə daxil olmuşdur. 
A.Məmmədov 1965-ci ildə AKTİ-ni fərqlənmə diplomu ilə 
bitirib, kafedrada assistent işləmiş  və 1967-ci ildə 
istehsalatdan ayrılmaqla K.A.Timiryazev adına Moskva 
Kənd Təsərrüfatı Akademiyasının aspiranturasına qəbul 
olunmuşdur. Nəzərdə tutulan müddətdə (1970-ci il) 
aspiranturanı bitirən A.Məmmədov "Azərbaycan SSR-də 
pambığın məhsuldarlığının iqtisadi - statistik təhlili və 
uzunmüddətli proqnozlaşdırılması" mövzusunda dissertasiya 
müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi 
almışdır. 
O, 1985-ci ildə AKTİ-nin kənd təsərrüfatının iqtisadiy-
yatı kafedrasının müdiri kimi 15 ilə yaxın apardığı tədqiqat 
işini ümumiləşdirərək "Regional aqrar-sənaye komplekslə-
rində qarşılıqlı iqtisadi əlaqələrin təkmilləşdirilməsi" 
(Azərbaycan SSR-in materialları  əsasında) mövzusunda 
doktorluq dissertasiyasını müdafiə etmiş, iqtisad elmləri 
doktoru alimlik dərəcəsi almış, 1986-cı ildə professor elmi 
adına layiq görülmüşdür. 


 
 
68
 
 
 
Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyasının müxbir 
üzvü (1991-ci il), AKTİ-nin Kənd Təsərrüfatının  İqtisadiy-
yatı kafedrasının müdiri, fakültə dekanı, Azərbaycan 
Respublikasının Milli Məclisinin eksperti Aydın İsrafil oğlu 
Məmmədov aqrar-sənaye kompleksinin iqtisadiyyatı  və 
idarə edilməsinin nəzəri və metodoloji istiqamətində yerinə 
yetirdiyi geniş əhatəli və dəyərli tədqiqat işləri ilə ölkəmizdə 
və onun hüdudlarından kənarda da aparıcı iqtisadçı alim 
kimi tanınmışdır. O, aqrar-sənaye kompleksində sahələrarası 
qarşılıqlı iqtisadi əlaqələrin təkmilləşdirilməsi, müxtəlif 
məhsullar istehsalı və satışı üzrə inteqrasiya olunan iqtisadi 
sistemlərin funksional və sahə strukturlarının formalaşması, 
iqtisadi islahatlar şəraitində  kənddə mülkiyyət münasibət-
lərinin mexanizminin yaradılması  və onun idarə edilməsi 
istiqamətində sanballı tədqiqatlar aparmışdır. 
A.İ.Məmmədovun kənd təsərrüfatının iqtisadiyyatı 
fənnindən dərslik hazırlanması, kənd təsərrüfatı bitkilərinin 
məhsuldarlığının idarə edilməsinin iqtisadi-riyazi modelini 
tərtib etməsi, aqrar islahatın əsas istiqamətləri konsepsiyasını 
yüksək elmi-praktik səviyyədə hazırlaması  və sair işləri 
mühüm elmi nailiyyətlərdir. 
A.İ.Məmmədov 150 çap vərəqi həcmində 100-dək elmi 
və elmi-metodik əsərlərin müəllif olmuşdur. Onun 
ölkəmizdə  və xaricdə nüfuzlu elmi nəşrlərdə  dərc edilmiş 
əsərlərindən "Pambığın məhsuldarlığına təsir edən amillərin 
iqtisadi cəhətdən qiymətləndirilməsi" (Bakı, "Azərnəşr", 
1976, 80 səh.), "Regional aqrar-sənaye komplekslərində 
qarşılıqlı iqtisadi münasibətlər" (Monoqrafiya, Moskva, 
"Aqropromizdat", 1985, 207 səh.), "Tərəvəz bitkiləri 


 
 
69
 
 
 
toxumunun iqtisadiyyatı  və  təşkili" (Moskva, "Aqropro-
mizdat", 1986, 307 səh., digər müəlliflərlə birlikdə), "Kənd 
təsərrüfatının iqtisadiyyatı" (Ali məktəblər üçün dərslik
Bakı, "Maarif', 1992, 373 səh.), "Torpaq bazarının 
formalaşması  və mülkiyyət münasibətləri" və s. özünün 
sanballılığı və orijinallığı ilə fərqlənir. 
A.İ.Məmmədovun elmi işlərinin  əksəriyyətinin istehsa-
latda tətbiq edilməsi onların əhəmiyyətini daha da artırır. O, 
on ildən artıq müddətdə keçmiş  İttifaq Tərəvəz Toxum-
çuluğu Birliyinin sifarişilə aparılan elmi işlərə  rəhbərlik 
etmiş, elmi-tədqiqat laboratoriyası yaratmış  və  tədqiqatdan 
alınan nəticələri istehsalata tətbiq etmişdir. 
A.İ.Məmmədov Milli Məclisin Aqrar məsələlər üzrə 
daimi komissiyasında ekspert-işçi qrupunun rəhbər olmuş-
dur. A.İ.Məmmədovun rəhbərlik etdiyi ekspert-işçi qrupu 
"Aqrar islahatın əsasları haqqında", "Sovxoz və kolxozların 
islahatı haqqında" və digər qanun layihələrinin ilkin variant-
larının hazırlanmasında iştirak etmişdir. Bu işlərin müvəf-
fəqiyyətlə aparılmasına görə A.İ.Məmmədov dəfələrlə 
mükafatlandırılmışdır. Milli Məclisin eksperti kimi "Torpaq 
islahatı haqqında", "Kooperasiya haqqında" və digər qanun 
layihələrinin hazırlanması  işində yaxından iştirak etməklə 
aqrar bölmənin qanunvericilik bazasının elmi təminatının 
yaradılmasında bilavasitə iştirak etmişdir. 
Onun bilavasitə  rəhbərliyi altında 10 nəfər elmi işçi 
namizədlik dissertasiyası müdafiə etmişdir, hazırda isə 6 
nəfər aspirant və dissertant müvəffəqiyyətlə tədqiqat işlərini 
davam etdirir. 


 
 
70
 
 
 
Ölkə  səviyyəsində aqrar sahənin problemlərinə  həsr 
olunan müşavirələrin  əksəriyyətinin iştirakçısı olan A. İ. 
Məmmədov bir çox xarici dövlətlərdə də aqrar iqtisad elmini 
layiqincə  təmsil etmişdir. (AFR, Böyük Britaniya, İran, 
Rumıniya və s.) 
2001-ci ilin iyun ayında Azərbaycan Milli Elmlər 
Akademiyasının müxbir üzvü seçilmişdir. 
 
 


 
 
71
 
 
 
Mirzəyev Soltan Abbas oğlu 
 
Soltan Abbas oğlu Mirzəyev 
1912-ci ildə Bakının Nardaran kəndin-
də anadan olmuşdur. Orta məktəbi 
bitirdikdən sonra mühasibat uçotu 
kursunda oxumuşdur. Bir müddət 
Kürdəmir rayonunda mühasib işləyən 
S.Mirzəyev Politexnik İnstitutunun 
“Kənd təsərrüfatı”  şöbəsinə daxil 
olmuş, Kənd təsərrüfatı institutunun yaranması ilə  əlaqədar 
təhsilini Kirovobad şəhərində  fərqlənmə diplomu ilə başa 
vurmuşdur.  İnstitutu qurtardığı ildə S.A.Mirzəyev Kənd 
təsərrüfatı institutuna direktor təyin edilmişdir. Həmin 
institutda müvəffəqiyyətlə  işləyən S.Mirzəyev bacarığı, 
təşkilatçılıq qabiliyyəti, prinsipiallığı  nəzərə alınaraq 
respublikanın mühüm idarə orqanlarında pillə-pillə 
yüksəlmiş, Torpaq Nazirliyində idarə  rəisi, nazir müavini, 
nazir, sovxozlar naziri və s. vəzifələrdə böyük 
müvəffəqiyyətlə işləmişdir. 
Soltan Mirzəyev Böyük Vətən müharibəsində  iştirak 
etmiş, həmin dövrdə göstərdiyi şücaətə görə bir sıra orden və 
medallarla təltif olunmuşdur. 
Soltan Mirzəyev Moskvada Timiryazev adına Kənd 
Təsərrüfatı Akademiyasının aspirantı olmuş  və orada 
dissertasiya müdafiə edərək respublikamızda ilk iqtisad 
elmləri namizədi alimlik dərəcəsi alanlardan biri olmuşdur. 
Soltan Mirzəyev 1950-1962-ci illərdə sovxozlar naziri, 
Azərbaycan KP MK şöbə müdiri və Azərbaycan KP MK 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə