Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə22/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   18   19   20   21   22   23   24   25   ...   69

 
 
90
 
 
 
aparıcı istiqaməti olmuşdur. Xüsusən aqrar islahatın 
dərinləşdirilməsi fonunda istehsalın iqtisadi səmərəliliyinin 
yüksəldilməsi üçün informasiya monitorinq sisteminin 
yaradılması üzrə institutda 2006-cı ildən başlayaraq FAO ilə 
qarşılıqlı  əməkdaşlıq  əsasında ölkənin  ərzaq təhlükəsiz-
liyinin qiymətləndirilməsi məqsədilə aparılan tədqiqatlar bu 
gün öz real nəticələrini verməkdədir. Aqrar sahənin gələcək 
inkişaf konsepsiyasının hazırlanmasında, aqrar siyasətin 
təkmilləşdirilməsində  və beynəlxalq qurumlara dərin 
inteqrasiya mərhələlərində bu tədqiqat nəticələrinə böyük 
ehtiyac vardır. Hazırda respublikanın 3 pilot regionunda 
qurulmuş bu sistem 2015-ci ilədək bütün kənd regionlarını 
əhatə etməklə  mərkəzi tətbiq xarakterli elmi tədqiqat 
müəssisəsi kimi Az.ETKTİ və Tİ olacaq bu sistem stasionar 
vəziyyətdə  işləyəcək və dövlət strukturlarına müvafiq elmi 
praktiki təkliflər hazırlayacaqdır. 
İnstitutda elmi kadrların hazırlanması istiqamətində  də 
ciddi dönüşə nail olunmuşdur. Belə ki, 2003-2011-ci illərdə 
kənd təsərrüfatının iqtisadiyyatı üzrə 80-dən artıq yüksək 
ixtisaslı elmi kadr (elmlər doktoru, elmlər namizədi) 
yetişdirilmişdir. Hazırda institutda 40-dan çox gənc elmi 
tədqiqatçı araşdırmalar aparır.  İnstitutun elmi kadr 
potensialının 40% gənclərdən ibarətdir. 
S.V.Salahov 1990-cı ildən iqtisad elmləri namizədi, 
2006-cı ildən isə iqtisad elmləri doktorudur. 7 kitab və 
monoqrafiyanın, çoxsaylı elmi və elmi-publisistik məqalə-
lərin müəllifidir. O öz tədqiqatlarını aqrar sahənin müasir 
makro və mikro səviyyəsi problemlərinə, o cümlədən 
istehsalın stimullaşdırılmasına, sahənin regional inkişafına, 


 
 
91
 
 
 
ərzaq təhlükəsizliyinə, dövlət dəstəyinə, aqrar sahənin idarə 
edilməsinə istiqamətləndirmiş, respublikada aqrar sahənin 
dövlət tənzimlənməsi elmi istiqamətin ilk tədqiqatçısıdır. 
Onun 2005-ci ildə  dərc etdirdiyi “Aqrar sahənin dövlət 
tənzimlənməsi problemləri” monoqrafiyası dövlət struktur-
ları, elmi ictimaiyyət və  tədris müəssisələri tərəfindən 
maraqla qarşılanmışdır. Aqrar iqtisadiyyatın nəzəri-
metodoloji və praktiki aspektlərinin müasir tələblər 
baxımından təhlili, aqrar siyasətin formalaşdırılması  və bu 
siyasətin reallaşdırılma strategiyasının təkmilləşdirilməsinə 
dair məsələlər onun son elmi araşdırmalarının  əsas 
mövzusudur. Aqrar sahənin dövlət tənzimlənməsi problem-
lərinin tətqiqatçıları  həmin mənbələrdən geniş istifadə 
edirlər. Demək olar ki, artıq bu istiqamətdə  məktəb 
formalaşır. 
S.V.Salahovun rəhbərliyi dövründə institutun elmi 
fəaliyyəti genişləndirilmiş, beynəxalq elmi əlaqələrin inkişaf 
etdirilməsində ciddi nailiyyətlər  əldə olunmuşdur. Belə ki, 
bu gün institut Rusiya Federasiyasının aqrar təmayüllü 5 
elmi tədqiqat və  tədris institutları, Qazaxıstan Aqrar 
Tədqiqatlar Elmlər Akademiyası, Özbəkistan Kənd 
Təsərrüfatı Elmi İslahat Mərkəzi, Belorus, Moldova, 
Dağıstan respublikalarındakı aqrar tədqiqat və  tədris 
mərkəzləri, BMT-nin FAO təşkilatı, digər beynəlxalq 
qurumlarla elmi əməkdaşlıq  əlaqələrini yüksək səviyyədə 
qurmuş  və müştərək elmi tədqiqat işlərinin yerinə yetiril-
məsinə başlanmışdır. 
O, aqrar sahə üzrə Beynəlxalq Konfrans, Simpozium və 
sərgilərdə  (İngiltərə, Çin Xalq Respublikası, Almaniya, 


 
 
92
 
 
 
Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti, 
Ukrayna Respublikası) iştirakı ilə Respublikamızı layiqincə 
təmsil etmişdir. 
S.V.Salahovun rəhbərliyi altında aqrar sahə iqtisadiyyatı 
üzrə 12 nəfər dissertasiya müdafiə edərək iqtisad elmləri 
namizədi və iqtisad üzrə  fəlsəfə doktoru alimlik dərəcəsi 
almışdır. O, 11 elmlər namizədinin müdafiəsində apponent
5 elmi məcmuənin baş redaktoru və elmi məsləhətçisi 
olmuşdur. 
İqtisad elmləri doktoru, professor S.V.Salahov respub-
lika ictimai-siyasi mühitində    də  fəallığı ilə seçilirməklə 
kütləvi informasiya vasitələrində aparılan elmi diskusiya-
ların fəal iştirakçısıdır. 
Ailəlidir, iki övladı var. 


 
 
93
 
 
 
Allahverdiyev Həsən Bəkir oğlu 
 
Allahverdiyev Həsən Bəkir oğlu 
1935-ci il aprel ayının 15-də  Qərbi 
Azərbaycanda Krasnoselo rayonunun 
Gölkənd kəndində kolxozçu ailəsində 
anadan olmuşdur. O dövr üçün müstəsna 
hal olaraq o, 6 yaşından öz doğma 
kəndində orta məktəbin birinci sinfinə 
daxil olmuş, iki sinfi bir il ərzində 
bitirərək 1949-cu ildə (14 yaşında) Gəncə  şəhərində 
Azərbaycan Kənd Təsərrüfatı  İnstitutuna (indiki Aqrar 
Universitetə) daxil olmuş  və oranı 1954-cü ildə 
müvəffəqiyyətlə bitirmişdir. 
1954-1957-ci illərdə  İrəvanda Azərbaycan kənd 
Təsərrüfatı Texnikumunda müəllimlik etməklə, 1956-cı ildə 
M.V.Lomonosov adına Moskva Dövlət Universitetində 
birillik pedaqoji məktəbi bitirmişdir. Elmi işə marağı olan 
Həsən müəllim 1957-ci ildə Xarkov şəhərində 
V.V.Dokuçayev adına Kənd Təsərrüfatı  İnstitutunda isteh-
saldan ayrılmaq şərti ilə aspiranturaya daxil olmuş və 1960-
cı ildə  həmin ali məktəbin ixtisaslaşdırılmış elmi şurasında 
namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək 
iqtisad elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 
Həmin ildən etibarən Bakı  şəhərində Azərbaycan Kənd 
Təsərrüfatı Elmlər Akademiyasının nəzdində  «İqtisadiyyat» 
bölməsində baş elmi işçi vəzifəsində çalışmaqla bərabər, 
Akademiyanın həmkarlar Təşkilatına rəhbərlik etmişdir. 
1962-ci ildə  Kənd Təsərrüfatı Elmlər Akademiyası 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə