Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə3/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   2   3   4   5   6   7   8   9   ...   69

 
 
10
 
 
 
liyini təmin etməli olan aqrar sahənin ağır vəziyyətdən 
çıxardılması üçün  Heydər  Əliyev  ilk növbədə, kənd 
təsərrüfatını düşdüyü böhranlı  vəziyyətdən çıxarmağın 
yeni strategiyasını müəyyən etdi.  
1999-cu il noyabrın 9-da Prezident Heydər  Əliyev 
tərəfindən imzalanmış "1999-2000-ci illərdə Azərbaycan 
Respublikasında aqrar islahatların dərinləşməsi və  kənd 
təsərrüfatında sahibkarlığın inkişafına yardım üzrə Dövlət 
Proqramı” haqqında Fərman respublikanın aqrar sektoru-
nun sonrakı inkişafı üçün çox böyük əhəmiyyət kəsb 
edirdi. Bu Proqram, aqrar sektorda iqtisadi islahatların 
sürətlənməsi ilə yanaşı, sahibkarlığın inkişafı və sahibkar-
ların iqtisadi maraqlarının müdafiəsi mexanizmlərinin 
formalaşması yollarını müəyyən etdi.  
Ölkədə  təsərrüfatçılığın müxtəlif növlərinin yaradıl-
ması prosesi qanunvericiliyin tələblərinə uyğun olaraq 
könüllü həyata keçirilirdi. Belə ki, torpaq və əmlak payları 
almış  vətəndaşlar təsərrüfatçılığın hansı növü ilə  məşğul 
olmağın onun üçün daha əlverişli olmasını özləri müəyyən 
edirdilər. Respublikada kəndli (fermer) təsərrüfatları, 
istehsal kooperativləri, kiçik müəssisələr, səhmdar cəmiy-
yətləri və digər yeni qurumlar yaradılmağa başlandı. 
Torpaq üzərində xüsusi mülkiyyət  əsasında yaradılmış 
yeni münasibətlər kənd təsərrüfatının yenilənən struktu-
runun həlledici amilinə çevrildi. Bütün bunlar ölkənin 
sonrakı iqtisadi inkişafı  və xalqın rifahının yaxşılaşması 
üçün möhkəm əsas oldu. 
İllər keçdikcə, aqrar sahədə bazar sisteminə adekvat 
yeni müəssisələr yaranırdı. Buna görə institutun elmi- 


 
 
11
 
 
 
tədqiqat işlərinin planlarına kənd təsərrüfatında yeni 
təsərrüfatçılıq ukladlarına uyğun, torpaq və mülkiyyət 
münasibətləri, kooperasiyanın və inteqrasiyanın yeni 
formaları ilə bağlı problemlər daxil edilirdi.  
Prezident  İlham  Əliyev hakimiyyətə  gəldiyi ilk 
günlərdən başlayaraq Azərbaycan iqtisadiyyatının həyat 
qabiliyyətinin daha da gücləndirilməsi, müasir, keyfiy-
yətcə yeni səviyyəsi üçün zəruri olan geniş miqyaslı 
infrastruktur layihələri ilə bağlı  təşəbbüslər irəli sürdü. 
Təcə 2011-ci ildə qeyri-neft sektorunda artım 2010-cu ilin 
müvafiq göstəricisi ilə müqayisədə 10%, o cümlədən kənd 
təsərrüfatında - 5,8% təşkil etmişdir. 2011-ci ildə əhalinin 
gəlirləri 2010-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 
demək olar ki, 20% artaraq, 36,6 milyard manata 
çatmışdır, adambaşına gəlirlərin məbləği ildə 3400 manat 
təşkil etmiş, yoxsulluq səviyyəsi dəfələrlə azalaraq 7,2%-ə 
düşmüşdür. 
Hazırda iqtisadi inkişafın yüksək templəri və ölkənin 
maliyyə imkanlarının artması aqrar sahəyə güzəştli 
kreditlər verilməsi, texnika və gübrələrlə  təchiz edilməsi, 
subsidiyalar verilməsi yolu ilə onun dəstəklənməsi üçün 
əlavə stimullar yaradır. Belə ki, 2011-ci ildə aqrar sahəyə 
dövlət dəstəyi tədbirləri davam etdirilmiş, kənd təsərrüfatı 
məhsullarının istehsalı  və emalı intensiv metodlar və 
müasir texnologiyalar əsasında genişləndirilmiş, aqrar 
sektorun infrastruktur təminatı  əhəmiyyətli dərəcədə 
yaxşılaşmış, əsas ərzaq məhsulları ilə özünütəminetmənin 
səviyyəsi yüksəlmişdir.  
Bununla belə, görüləsi işlər də çoxdur. Azərbaycan 


 
 
12
 
 
 
Respublikasının  Prezidenti İlham  Əliyev qarşıda duran 
problemləri müəyyən edərək demişdir: "İndi vəzifə yüksək 
məhsuldarlıq və effektivlik, qabaqcıl texnologiyaların 
tətbiqi, emal müəssisələri  şəbəkəsinin genişləndirilməsi, 
ən  əsası – yerli məhsulun rəqabətə davamlılığının 
artırılması hesabına bu sahədə istehsalın həcmini artır-
maqdan ibarətdir".  Odur ki, institutun  elmi- tematik 
planına ölkənin aqrar-sənaye kompleksində bazar 
münasibətlərinin inkişafı ilə  əlaqədar bir sıra  əlavələr: 
iqtisadiyyatın aqrar sektorunda dövlət siyasəti; aqrar 
islahatın və onun nəticələrinin qiymətləndirilməsi; aqrar-
sənaye məhsulları istehsalına dövlət dəstəyinin formaları 
və metodları; aqrar məhsulların və  kənd təsərrüfatı üçün 
resursların qiymət dispariteti üzrə tədbirlər; təsərrüfatçılıq 
subyektlərinin maliyyə durumu və s. daxil edilmişdir. 
Bunlara əlavə olaraq, aqrar-sənaye məhsulları istehsalının 
mütənasib və tarazlaşdırılmış inkişaf sxemlərinin işlənib 
hazırlamasına, onun iqtisadi mexanizminin təkmilləşdiril-
məsinə, istehsal potensialından daha yaxşı istifadə 
edilməsinə  və başqa hədəflərə yönəldilmiş kompleks 
tədqiqatlar aparılmışdır. Həmin məsələlər üzrə  tədqiqat 
işlərinin təşkilinə  hərtərəfli yanaşma yuxarı  təşkilatların 
marağına səbəb olmuşdur. Məsələn, dövlət proqramları və 
regional proqramlar işlənib hazırlanarkən ərzaq təhlükəsiz-
liyinin təminatına və quşçuluğun sənaye  əsasında inkişa-
fına dair təkliflər reallaşdırılmışdı. Eyni zamanda, institut 
respublikanın regionlarının sosial-iqtisadi inkişafının  əsas 
prinsiplərinin işlənib hazırlanmasına, aqrar islahatların 
təşkilatı-iqtisadi mexanizminin təkmilləşdirilməsinə, əmək 


 
 
13
 
 
 
resurslarından istifadənin iqtisadi səmərəliyinin artırılması 
prioritetlərinin  əsaslandırılmasına, kənd yerlərində sosial 
infrastrukturun inkişafına, torpaqdan istifadənin iqtisadi 
səmərəliyinin  artırılmasına dair təkliflər  hazırlamış  və 
Kənd Təsərrüfatı Nazirliyinə  təqdim etmişdir.  İnstitutun 
əməkdaşları  əsas tədqiqat mövzularının araşdırılması, 
aqrar-sənaye sahəsində  təsərrüfatçılığın forma və metod-
larının təkmilləşdirilməsinə dair təkliflər və tövsiyələr 
hazırlamaqla yanaşı, aqrar məsələlər üzrə bir sıra 
qanunların və normativ-hüquqi aktların hazırlanmasında 
fəal iştirak edirlər. 
Ölkənin  ərzaq təhlükəsizliyinin təmin edilməsi strate-
giyasının reallaşdırması  və  kənd təsərrüfatının davamlı 
inkişafına dair optimal qərarlar qəbul edilməsi məqsədi ilə, 
həmçinin etibarlı, obyektiv və vaxtaşırı yenilənən infor-
masiya bazasının təmin edilməsi üçün institut tərəfindən 
FAO (BMT-nin Kənd Təsərrüfatı  və  Ərzaq Təşkilatı) ilə 
əməkdaşlıq  əsasında Quba-Xaçmaz, Aran və  Lənkəran 
iqtisadi rayonlarında informasiya-monitorinq sisteminin 
ilkin pilot variantı yaradılmışdır. Bu sistemin təkmil-
ləşdirilməsi və genişləndirilərək ölkənin bütün regionlarını 
əhatə etməsi üçün iş davam etdirilir. 
Bu gün institutun kollektivi aqrar sahənin dövlət 
tənzimləməsinin prioritet istiqamətlərinin əsaslandırılması, 
torpaq münasibətlərinin və  kənddə sahibkarlığın inkişafı, 
ərzaq təhlükəsizliyi, kənd təsərrüfatında idarəetmənin 
təşkilati strukturunun təkmilləşdirilməsinin optimal 
parametrlərinin  əsaslandırılması, aqrar bazar infrastruktu-
runun formalaşması, aqrar sektorda kooperasiya və 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə