Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə5/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   2   3   4   5   6   7   8   9   ...   69

 
 
18
 
 
 
Mahmudov Əhməd Əkbər oğlu
 
 
Əhməd  Əkbər oğlu Mahmudov 
1923-cü ildə may ayının 25-də 
Naxçıvan Muxtar Respublikasının Şərur 
rayonunun  Şahtaxtlı  kəndində dünyaya 
gəlmişdir. 
O, 1941-ci ildə orta məktəbi bitir-
miş, 1942-1945-ci illərdə Sovet Ordusu 
sıralarında xidmət etmiş, ordu sıraların-
dan tərxis edildikdən sonra, 1946-cı ildə K.Marks adına 
Azərbaycan Dövlət Xalq Təsərrüfatı  İnstitutunun “Uçot-
statistika” fakültəsinə daxil olmuş  və 1950-ci ildə institutu 
fərqlənmə diplomu ilə bitirmişdir.  
Məktəb illərindən sonra cəbhə  həyatı  və  kənddə 
müəllimlik illəri Əhməd müəllimi daha da mətinləşdirmişdir. 
Heç də  təsadüfi deyildir ki, 1950- ci ildə    ali  məktəbi 
fərqlənmə diplomu ilə bitirən Ə.Mahmudov elmi fəaliyyətə 
doğulub boya-başa çatdığı indiki Şərur rayonunun 
təsərrüfatlarının iqtisadiyyatını çox çətin  şəraitdə  tədqiqinə 
başlayır. Aspirantura illərində o, usanmadan hər bir 
təsərrüfatda olmuş,  istehsal amillərini tədqiq etməklə ehtiyat 
mənbələrini aşkara çıxarmışdır.  Bu tədqiqatlar nəticəsində 
o, 1956-cı ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi 
almaq üçün namizədlik  dissertasiyası müdafiə etmişdir. O, 
öz tədqiqatlarında bir rayon timsalında inandırıcı  şəkildə 
göstərirdi ki, istehsal və  əmək potensialında  səmərəli 
istifadə    sayəsində  məhsul istehsalını  ən azı 2-3 dəfə  
artırmaq mümkündür. Lakin bunun üçün düzgün struktur 


 
 
19
 
 
 
islahatları aparılmalı, sərmayə qoyulmalı və  kadr potensialı 
gücləndirilməlidir. Bir sözlə istehsalın maliyyə  və elmi 
tutumluğu  artırılmalıdır.  
Əhməd müəllimin elmi fəaliyyəti bütünlüklə Azərbaycan 
və MEA-nın iqtisadiyyat bölməsi və bu bölmənin  əsasında 
yaranan Elmi-Tədqiqat  İqtisadiyyat  İnstitutu ilə bağlı 
olmuşdur. Onun gənc bir  alim kimi formalaşmasında və 
inkişafında Azərbaycan və Rus iqtisadi məktəblərinin böyük 
rolu olmuşdur. AMEA-nın  İqtisadiyyat  İnstitutunda fəaliy-
yətə başlayan iqtisad elmləri namizədi öz tədqiqat arealını 
daha da genişləndirərək, 1967- ci ildə  doktorluq  disserta-
siyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Həmin dövrdə  
hörmətli alimin elmi ictimai mühitdə formalaşan müsbət 
imici, çalışdığı elm  sahəsindəki öncül mövqeyi ona 1972-ci 
ildə AMEA-nın müxbir üzvü və 11 il sonra isə  həmin 
akademiyanın iqtisadiyyat üzrə ilk həqiqi üzvü seçilməsinə 
zəmin  yaratmışdır.  
50-ci illərin axırlarından başlayaraq iqtisadiyyat 
sahəsində elmi tədqiqatların bir elmi mərkəzdə - Elmlər 
Akademiyasının  İqtisadiyyat  İnstitutunda cəmləşməsi qısa 
müddətdə bu sahədə ciddi müsbət nəticələr verdi.  
Akademik Əhməd Mahmudov respublikada iqtisadiyyat 
elmin formalaşmasında əvəzsiz xidmətləri olan bir vətəndaş, 
şəxsiyyətdir. Məhz onun rəhbərlik etdiyi illərdə Azərbaycan 
SSR EA İqtisadiyyat İnstitutu nəinki respublikada, eləcə də 
keçmiş Sovetlər məkanında sayılan elmi-tədqiqat mərkəzinə 
çevrilmişdi.  Əhməd Mahmudovun rəhbərliyi altında 
respublikada iqtisad elminin real iqtisadi həyatla bağlılığı 


 
 
20
 
 
 
daha geniş vüsət almış, elmi tədqiqatların nəticələrinin 
əhəmiyyəti xeyli yüksəlmişdi. 
Əhməd Mahmudov böyük ziyalı, əsl vətəndaş kimi qeyd 
edirdi ki, respublikada iqtisadiyyat elmini ancaq sırf nəzəri, 
metodoloji problemlərə  cəlb etmək o qədər səmərə verə 
bilməz. Çünki buna nə əlverişli imkan, nə də o qədər ehtiyac 
var idi. Reallıq respublikanın iqtisadi həyatının canlanması, 
xalq təsərrüfatının inkişafına kömək edəcək aktual 
problemlərin sistemli tətbiqini tələb edirdi. Bu məsələdə 
Əhməd Mahmudov çox çətin  şəraitdə institutun və digər 
sahə institutlarının elmi istiqamətlərində real iqtisadiyyatla 
bağlı problemlərə üstünlük verirdi.  
AMEA-nın  İqtisadiyyat  İnstitutunda iqtisad elmi üzrə 
Əhməd Mahmudovun başçılıq etdiyi respublika miqyaslı 
əlaqələndirmə şurası fəaliyyət göstərir, məhsuldar qüvvələrin 
inkişafı  və  səmərəli yerləşdirilməsi,  əmək ehtiyatları,  əsaslı 
vəsait qoyuluşu, istehsal fondlarından istifadə, səmərəlilik 
problemləri  ətraflı  tədqiq olunur və  əldə olunan nəticələr 
mütəmadi olaraq direktiv orqanlara təqdim edirdi. 
Akademik Əhməd Mahmudov 70-ci illərdə Azərbaycan 
iqtisadiyyatının dinamik inkişafına istiqamətlənmiş tövsiyə-
lərin hazırlanması  işində bilavasitə  iştirak edirdi. Onun 
rəhbərliyi ilə respublikanın müxtəlif  şəhər və rayonlarında 
elmi konfranslar, seminarlar keçirilir, sosial-iqtisadi 
problemlərin elmi tədqiqi sahəsində əməli addımlar atılırdı. 
Bir sözlə, akademik Əhməd Mahmudovun Azərbaycan elmi 
qarşısında ən böyük xidmətlərindən biri də onun bütünlükdə 
respublikanın iqtisadçı alimlərini yaradıcı  işə  cəlb etməsi, 
iqtisad elmini real həyata, gələcək inkişafa yönəltməsi idi. 


 
 
21
 
 
 
Ə. Mahmudov bütün elmi fəaliyyətini  əsasən   aqrar 
sahənin iqtisadiyyatına – torpaq fondundan, su və  əmək 
ehtiyatlarından səmərəli istifadə, istehsalın intensivləş-
dirilməsi, ixtisaslaşdırılması,  əmək məhsuldarlığının və 
iqtisadi  səmərəliliyini yüksəldilməsi, gəlirlərin artırılması və 
istehlakın yaxşılaşdırılması  kimi problemlərin həllinə  həsr 
etmişdir. Bunu müəllifin  əsərlərinin xrolonogiyası daha 
aydın göstərir: Naxçıvan Muxtar Respublikasının iqtisadi 
inkişaf məsələləri; Azərbaycan kənd təsərrüfatında  əmək 
məhsuldarlığı  və onun yüksəldilməsi yolları; Dağ kolxoz-
larının iqtisadiyyatının yüksəldilməsi problemləri;  İqtisadi 
inkişafda intensiv amillər problemi; Kənd Təsərrüfatının 
intensivləşdirilməsinin iqtisadi səmərəliliyi; Torpaq kənd 
təsərrüfatında başlıca istehsal vasitəsidir;  Əhalinin 
istehlakının yaxşılaşdırılması məsələləri;  Elm və istehsalatın 
vəhdəti; İqtisad elminin inkişafının aktual məsələləri. 
Onun digər tədqiqatçılardan fərqli cəhətlərindən biri əldə 
olunan elmi nəticələrinin istehsalata tətbiq edilməsinə  
məsuliyyətli münasibəti idi. Məhs bu prinsipiallıq onun 
bütün elmi tövsiyələrinin  istehsalatda tətbiq tapmasında əks 
olunmuşdur.  
Təsadüfi deyildir ki, məhz  Əhməd Mahmudovun 
əsərlərində ilk dəfə olaraq kənd təsərrüfatının intensiv-
ləşdirilməsinin zəruriliyi  əsaslandırılmış, onun metodoloji 
aspektləri tədqiq edilmişdir. O çox zəngin statistik və 
konkret materiallara əsaslanaraq Azərbaycan kənd təsərrü-
fatında intensivləşdirmənin faktorlarını, səviyyəsini təhlil 
etmiş, aqrar sektorun dinamik inkişafındakı rolunu elmi 
cəhətdən əsaslandırmışdı. 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə