Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə9/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   5   6   7   8   9   10   11   12   ...   69

 
 
34
 
 
 
da doktorluq dissertasiyası müdafiə etmişdir. Dissertasiyada 
irəli sürülmüş və əsaslandırılmış elmi müddəalar, təklif, fikir 
və ideyaların bir çoxu sonrakı illər  ərzində öz tətbiqini 
tapmış  və bir çox elmi fikirlər bu gün də öz aktuallığını 
saxlayır.  
Azərbaycan dövlətinin məhsuldar qüvvələrin daha 
səmərəli yerləşdirilməsi, sənayenin sahə quruluşunun 
mütərəqqi istiqamətdə  təkmilləşdirilməsi üçün gördüyü 
tədbirləri  əldə  rəhbər tutaraq A.A.Nadirov 70-ci illərdə öz 
tədqiqatlarını daha da dərinləşdirmiş  və 1976-cı ildə  nəşr 
etdirdiyi "Azərbaycanda sənayenin səmərəli yerləşdiril-
məsinin iqtisadi problemləri" adlı böyük həcmli 
monoqrafiyasında (Bakı, Elm, 1976, 15,9 ç.v.) ümumiləş-
dirmişdir. Bu kitab o zaman elmi ictimaiyyət tərəfindən 
yüksək qiymətləndirilmiş və SSRİ EA-nın hesabatına daxil 
edilmişdir. Kitabda respublikadaxili iqtisadi rayonlarda 
sənayenin inkişaf etdirilməsinin obyektiv əsaslarına aid 
zəngin materiallar təhlil edilib ümumiləşdirilməklə  həmin 
dövr üçün çox aktual olan belə bir düzgün nəticə  çıxa-
rılmışdır ki, respublikamızın iqtisadi rayonlarında sənayenin 
sonrakı kompleks və  səmərəli inkişafı üçün əlverişli zəmin 
artıq yaranmışdır. Müəllif həmçinin respublikadaxili iqtisadi 
rayonlarda sənayenin inkişaf səviyyəsinin müəyyən edilməsi 
metodikasını, sənaye sahələrinin iqtisadi təyinatına görə 
qruplaşdırılması  və inkişaf səviyyəsinin müəyyən edilməsi 
üsulunu nəzəri-metodoloji  əsaslarını  tədqiq etmiş, iqtisadi 
rayonlarda sənayenin gələcək səmərəli inkişafına dair 
praktiki  əhəmiyyət kəsb edən bir sıra mühüm müddəa və 
fikirlər irəli sürmüşdür. 


 
 
35
 
 
 
A.A.Nadirovun sənayeyə  həsr olunmuş bu və ya digər 
əsərlərində respublikada sənayenin tarixi inkişaf mərhələləri 
müəyyən edilmiş  və müxtəlif xarakterli zəngin materialları 
sistem halında təhlil etmək  əsasında hər mərhələdə onun 
ərazi üzrə yerləşməsi və inkişafı  vəziyyəti qiymətlən-
dirilmişdir. Müəllif haqlı olaraq belə bir həqiqəti sübut 
etmişdir ki, Azərbaycan sənayesinin iqtisadi rayonlarda 
inkişafında  əsas irəliləyiş Böyük Vətən müharibəsindən 
sonrakı dövrdə  və xüsusilə  də Ulu öndər H.Əliyevin 
Azərbaycan KPMK-nin birinci katibi olduğu 70-80-ci illərdə 
baş vermişdir. 
A.A.Nadirovun  əsərlərində Azərbaycan sənayesinin 
inkişafı  və  ərazi üzrə yerləşdirilməsinin vəziyyəti  ətraflı 
təhlil edilmiş, onun mövcud inkişaf səviyyəsi, ümumi 
iqtisadi səmərəlilik, mütərəqqi sahə quruluşu və yerli 
xammaldan kompleks istifadə edilməsi baxımından 
qiymətləndirilməsi ilə diqqəti çəkmişdir. 
A.A.Nadirovun əsərlərində respublika sənayesinin yaxın 
və uzaq gələcəkdə iqtisadi rayonlar üzrə  dərin ixtisas-
laşması, kompleks və  səmərəli inkişafı, istehsalın daha 
optimal yerləşdirilməsi istiqamətləri müəyyən edilmişdir. Bu 
baxımdan o, 70-80-ci illərdə  dərc olunmuş  əsərlərində 
respublika sənayesinin yerli xammalın hasilatı ilə bağlı-
lığının imkan daxilində məhdudlaşdırılmasının, əməktutum-
lu sahələrin üstün inkişafının, eyni zamanda respublikada 
istifadə olunan bir çox yerli xammal ehtiyatlarının kompleks 
halda emalının həyata keçirilməsinin, ümumiyyətlə 
sənayenin həm iqtisadi rayonlarda, həm də respublikada 
bütövlükdə kompleks inkişaf səviyyəsini yüksəltməyin və 


 
 
36
 
 
 
ixtisaslaşdırılmasının dərinləşməsinin zəruriliyini və 
yollarını inandırıcı  şəkildə  əsaslandırmışdır.  İndi Azər-
baycanda bazar münasibətləri yenicə inkişafa başladığı bir 
vaxtda A.A.Nadirovun həllini zəruri hesab etdiyi məsələlər 
daha böyük aktuallıq kəsb edir.  
1981-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir 
üzvü seçilmişdir. 
A.A.Nadirov öz tədqiqatlarında həmçinin sənayedə elmi-
texniki və texnoloji tərəqqi problemlərinə  həmişə böyük 
diqqət yetirmişdir. O, 80-ci illərdə "Azərbaycan SSR-in 
elmi-texniki tərəqqisinin kompleks proqramı"nın işlənib 
hazırlanmasının  əsas rəhbərlərindən və icraçılarından biri 
olmuşdur. Bu sahədə görülmüş işlər keçmiş SSRİ EA, SSRİ 
Dövlət Plan Komitəsi və Dövlət Tikinti Komitəsi tərəfindən 
müsbət qiymətləndirilmiş və respublikanın bir çox alimlərilə 
birlikdə ona təşəkkür elan edilmişdir. A.A.Nadirovun sənaye 
sahəsində apardığı  tədqiqatların bu və ya digər nəticələri 
Azərbaycan Respublikasında ayrı-ayrı dövrlərdə  məhsuldar 
qüvvələrin inkişafı  və  sənayenin  ərazi təşkili, plan və 
proqnozlarının işlənib hazırlanmasının əsasını qoymuşdur. 
1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi 
üzvü seçilmişdir. 90-cı illərdə A.A.Nadirovun elmi-tədqiqat 
fəaliyyəti daha da genişlənmiş  və çoxcəhətli olmuşdur. Bu 
illərdə onun yaradıcılığının  əsas istiqamətini müstəqillik 
qazanmış Azərbaycan Respublikasının bazar münasibət-
lərinə keçməsi xüsusiyyətləri və  mərhələləri, iqtisadi 
müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi 
ilə əlaqədar vacib məsələlər təşkil etmişdir. O, Azərbaycan 
iqtisadiyyatının düşdüyü dərin böhranın təhlilinə, onun 


 
 
37
 
 
 
səbəbləri və xarakterinin açılmasına özünün bir sıra 
əsərlərində xüsusi diqqət yetirmişdir. 
Son üç-dörd ildə onun apardığı elmi-tədqiqat işlərində və 
dövri mətbuatda çap olunmuş elmi əsərlərində Azərbaycanın 
gələcək iqtisadi inkişafına bir baxış, iqtisadi islahatların Çin 
yolu, mülkiyyət münasibətlərinin formalaşması, Azərbayca-
nın bazar iqtisadiyyatına keçməsi və dünya iqtisadiyyatına 
inteqrasiyası, bu istiqamətdə neft kontraktlarının mahiy-
yətinin və  əhəmiyyətinin açılması, iqtisadiyyatın gələcək 
inkişaf yollarının müəyyənləşdirilməsi, iqtisadi islahatlar 
sahəsində qabaqcıl ölkələrin təcrübəsinin təhlili və yayılması 
kimi aktual məsələlər mühüm yer tutur. 
Akademik A.A.Nadirov həmişə respublikamızda gedən 
iqtisadi hadisə və prosesləri dərindən duymuş, iqtisadiyyatın 
səmərəli inkişafı  mənafeyinin iqtisad elmi qarşısında 
qoyduğu problemləri vaxtında dərk etmiş  və onların həlli 
yollarını öz əsərlərində aydın göstərə bilmişdir.    
Asəf müəllim uzun illərdir ki, həm respublikamızda, həm 
də onun hüdudlarından xeyli kənarlarda, Yaxın və Uzaq 
xarici ölkələrdə Azərbaycan elminin, xüsusilə iqtisad 
elminin nailiyyətlərini nümayiş etdirir və bu işin  əsas 
təşkilatçılarından və  təbliğatçılarından biri kimi səmərəli 
fəaliyyət göstərir.  
O, 1958-1992-ci illərdə (34 il) Azərbaycan EA 
İqtisadiyyat  İnstitutunda  şöbə müdiri, eyni zamanda 1964-
1981-ci illərdə  həmin institutda elmi hissə üzrə direktor 
müavini, 1981-ci ildən 1990-cı ilədək Azərbaycan EA 
Rəyasət Heyətində baş elmi katib, 1990-1998-ci illərdə 
Akademiyanın akademik-katibi vəzifələrində  işləməklə 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə