Microsoft Word ashabanov236. doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#36027
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

 

 

27 



karlığın  və  rəqabət  mühitinin  inkişafına  yönəldilmiş  kompleks  tədbirlərin  həyata 

keçirilməsi hesabına mümkündür.  

Siyasi-hüquqi  amillər  iqtisadi  sistemin  mövcudluğunun  xarici  mühitini 

müəyyən  edir.  Belə  ki,  son  illərdə  dövlət  sifarişinin  azalması  istehsalın  da 

azalmasına səbəb olmuşdur.  

Ə

sas  və  köməkçi  istehsalların  sıx  qarşılıqlı  əlaqədə  inkişafını  nəzərə  alaraq 



istehsala  xidmət  sahələri  ilə  maddi  istehsal  sahələrinin  sinxron  inkişafının  təmin 

olunması  məqsədə  uyğundur.  Bu  baxımdan  ölkədə  inkişafın  istehsal  və  in-

stitutsional  infrastrukturunun  yaradılması  vacibdir.  Bu  baxımdan  bu  sahələrə 

investisiya qoyuluşlarının istiqamətləndirilməsi vacibdir. Dünya təcrübəsi göstərir 

ki,  yalnız  maddi  istehsalın  inkişafına  yönəldilmiş  birtərəfli  tədbirlər  arzu  olunan 

nəticənin  əldə  olunmasına  gətirib  çıxarmır.  nkişaf  etmiş  ölkələr  sənayedə,  kənd 

təsərrüfatında və tikintidə inkişafa nail olaraq, hər şeydən əvvəl istehsala xidmətlər 

bazarınının  genişlənməsinə  və  burada  rəqabətin  inkişafına  nail  olmuşlar.  Çünki 

çox  vaxt  maddi  istehsal  sahəsində  böhran  vəziyyətinin  yaranması  səbəblərindən 

biri istehsala xidmət sahələrinin inkiaf səviyyəsinin maddi istehsalın təlabatlarına 

cavab verməməsi olmuşdur. Məsələn, kənd təsərrüfatı məhsullarının rəqabət qabi-

liyyətlərinin  aşağı  olmasının  səbəblərindən  biri  istehsalçı  ilə  istehlakçını  əlaqə-

ləndirən informasiya sisteminin olmaması, soyuducu qurğuların istifadə olunması 

ə

sasında  onların  saxlanması  sisteminin  inkişaf  etməməsi,  emal  sənayesində 



rəqabətin aşağı səviyyəsi, alıcılar üçün servis xidmətlərinin aşağı olması və s. ilə 

ə

laqədardır. Buna görə də bu sahədə istehsala xidmət sahələrinin yaradılması, bu 



sahələrin inkişafının hüquqi bazasının və stimullaşdırma mexanizminin qurulması 

vacibdir. 

 



 

 

28 



II FƏS L 

AZƏRBAYCANDA  STEHSAL  NFRASTRUKTURUNUN  NK ŞAFININ 

MÖVCUD VƏZ YYƏT NiN TƏHL L  

2.1.  stehsal infrastrukturunun inkişaf dinamikası 

nfrastruktur  sahələr  ölkədə  mövcud  müəssisə  və  təşkilatların  fəaliyyətinə  və 

son nəticədə əhalinin həyat səviyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Təcrübə 

göstərir  ki,  istehsala  xidmət  sahələrinin  zəruri  inkişaf  səviyəsinə  malik  olmayan 

olkələrdə  təkrar  istehsal  prosesinin  subyektləri  arasında  qarşılıqlı  əlaqələr, 

müəssisələrin  fəaliyyətinin  ahəngdarlığı  və  birqərarlığı  pozulur  və  bağlanmış 

müqavilələrin yerinə yetirilməsi çətinləşir.  nfrastruktur sahələrin inkişaf səviyyəsi 

ölkə  iqtisadiyyatında  maddi,  maliyyə  və  informasiya  axınlarının  sürət  və  dəyərini 

müəyyən  etməklə  milli  iqtisadiyyatın  rəqabət  qabilliyyətini  formalaşdıran  əsas 

amillərdəndir. 

Ölkədə ümumi iqtisadi inkişafa nail olmaq üçün istehsalın bütün infrastruktur 

sahələri,  o  cümlədən,  sosial  və  bazar  infrastrukturları  ahəngdar  inkişaf 

etdirilməlidir.  stehsala xidmət sahələrinin inkişafı ölkədə maddi istehsal sahələrinin 

inkişafında əhəmiyyətli dərəcədə asılıdır. Son illərdə ölkədə ümumi daxili məhsulun 

ə

həmiyyətli  dərəcdə  artması  infrastruktur  sahələrin  inkişafına  da  müsbət  təsir 



göstərmişdir.  Belə  ki,  2014-cü  ildə  ümumi  daxili  məhsulun  həcmi  2000-ci  ilə 

nisbətən təqribən 4,5 dəfə artmışdır. 2010-cu ilə qədər ümumi daxilin artımı əsasən 

istehsal  sahələri  hesabına  təmin  edilmişdir.  Bu  artım  əsasən  neft  strategiyasının 

reallaşması hesabına baş vermişdir. Nəticədə, neft hasilatı sahəsinin ölkənin ümumi 

daxili  məhsulunun  formalaşmasında  payı  əhəmiyyətli  dərəcədə  artmışdır.  2010-cu 

ildən sonra ölkədə neft hasilatının nisəbətən azalması aş vermişdir. Belə ki, ölkədə 

neft hasilatı 2000-ci ildə 14,0 mln. tondan 2010-cu ildə 50,8 mln. tona qədər artmış, 

2014-cü ildə  isə  təqribən 42,0  mln.  ton təşkil  etmişdir.  Neft strategiyasının uğurla 

reallaşdırılması  nəticəsində  dövlət  büdcəsinin  gəlirlərinin  artması  infrastruktur 

sahələrə investisiya qoyuluşlarının artmasına səbəb olmuşdur. Belə ki, 2014-cü ildə 

dövlət büdcəsinin  gəlirləri 2000-ci ilə nisbətən 25,4  dəfə, büdcəsinin əsaslı xərcləri 



 

 

29 



isə təqribən 115 dəfə artmışdır. Bütün bunlar, infrastruktur sahələrin inkişafı üçün 

ə

lverişli şərait yaratmışdır.   



Cədvəl 2.1 

Iqtisadi fəaliyyət növləri üzrə əlavə dəyərin artım dinamikası 

(2004=100) 

2005  2006  2007  2008  2009  2010  2011  2012  2013  2014 

Kənd təsərrüfatı, meşə təsərrüfatı 

və balıqçılıq 

107,5  108,5  112,8  119,7  123,9  121,4  128,4  136,9  143,6  139,9 

Mədənçıxarma sənayesi  

170,4  282,9  391,8  418,0  481,6  488,3  438,5  416,1  418,9  407,4 

Emal sənayesi 

116,3  126,8  139,7  149,6  130,8  139,7  149,2  156,2  159,4  166,0 

Elektrik enerjisi, qaz və buxar 

istehsalı, bölüşdürülməsi və 

təchizatı 

105,3  116,0  108,0  113,4  99,4  105,5  117,2  130,8  135,0  143,1 

Su təchizatı, tullantıların 

təmizlənməsi və emalı 

88,4  87,3  72,8  73,1  72,3  71,8  80,4  81,5  90,9  97,3 

Tikinti 

102,5  112,4  131,3  178,6  164,0  200,7  240,8  284,2  344,7  376,1 

Ticarət; nəqliyyat vasitələrinin 

təmiri 


112,8  133,1  153,5  177,3  193,0  212,9  234,6  257,2  282,6  310,9 

Nəqliyyat və anbar təsərrüfatı 

110,4  146,9  166,9  189,3  206,7  215,8  214,1  224,8  239,0  250,3 

Turistlərin yerləşdirilməsi və 

ictimai iaşə 

126,1  161,8  219,5  296,2  346,8  405,8  497,5  591,0  685,6  810,3 

nformasiya və rabitə 

136,0  168,6  222,6  285,4  323,0  423,5  473,5  548,8  607,5  699,2 

Maliyyə və sığorta fəaliyyəti 

101,6  110,7  114,5  119,7  125,3  127,8  129,6  131,4  147,4  163,4 

Daşınmaz əmlakla əlaqədar 

ə

məliyyatlar 



102,5  116,9  122,5  137,2  145,4  148,3  166,8  181,7  203,3  210,4 

Peşə, elmi və texniki fəaliyyət 

101,1  106,7  110,5  117,7  123,6  126,0  134,2  139,6  149,2  151,8 

nzibati və yardımçı xidmətlərin 

göstərilməsi 

101,3  105,3  108,9  115,5  122,4  128,3  138,3  148,1  161,9  169,2 

Dövlət idarəetməsi və müdafiə;  

sosial təminat 

102,0  107,9  112,2  117,1  122,3  122,8  128,3  137,8  149,5  154,3 

Təhsil 


101,5  106,5  110,4  115,7  121,3  124,9  129,7  134,2  135,7  143,8 

Ə

haliyə səhiyyə və sosial 



xidmətlərin göstərilməsi 

101,9  106,6  110,2  118,4  124,8  125,4  133,3  141,0  142,4  149,3 

stirahət, əyləncə və incəsənət 

sahəsində fəaliyyət 

101,1  105,0  108,2  116,0  126,2  130,0  144,1  157,8  163,3  172,5 

Digər sahələrdə xidmətlərin 

göstərilməsi 

101,3  111,4  115,9  123,9  130,9  133,2  136,1  139,1  165,7  166,6 



Fəaliyyət növləri üzrə cəmi 

127,9  174,5  219,6  242,5  266,2  279,0  277,6  282,9  298,8  306,7 

Qeyd. Cədvəl Dövlət Statistika Komitəsinin məlumatları əsasında tərtib edilmişdir. 

 

Cədvəl  məlumatlarından  göründüyü  kimi,  2004-2010-cu  illlərdə  milli 



iqtisadiyyatda  əlavə  dəyər  göstəricisinə  görə  ən  yüksək    artmı  mədənçıxarma 

sənayesində baş vermişdir. Belə ki, qeyd edilən dövrdə bu sahədə artım ölkə üzrə 

orta  göstəricidən  təqribən  1,7  dəfə  çox  olmuşdur.    Nəqliyyat  və  anbar  sahəsində 

yaradılan  əlavə  dəyərin  həcmi  qeyd  edilən  dövrdə  əsasən  neft  hasilatı  sahəsi  ilə 

ə

laqədar  olmuşdur.  Belə  ki,  2006-cı  ildən  Azərbaycanda  hasil  edilmiş 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə