Microsoft Word ashabanov236. doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#36027
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

 

 

30 



karbohidrogenlərin dünya bazarına nəql edilməsi üçün layihə gücü ildə 50,0 milyon 

ton  olan  Heydər  Əliyev  adına  Bakı-Tbilisi-Ceyhan  əsas  neft  ixrac  kəməri,  eləcə  də 

Bakı-Tbilisi-Ərzurum  Cənubi  Qafqaz  boru  kəməri  istismara  verilmiş  və  beləliklə 

Azərbaycan neft və qaz ixracatçıları sırasına daxil olmuşdur. Dövlətin apardığı çevik 

və  ardıcıl  siyasət  Azərbaycanı  Xəzər  regionunda  əsas  multimodal  nəqliyyat 

qovşağına  çevirmiş  və  beynəlxalq  neft  və  qaz  tranzit  ixrac  marşrutlarının  məhz 

ölkənin  ərazisindən  keçməsi  üçün  zəmin  yaratmışdır.  Bütün  bu  amillər  nəqliyyatda 

yaradılan  əlavə  dəyərin  həcminin  artımına  səbəb  olmuşdur.  2010-2014-cü  illər 

ə

rzində  mədənçıxarma    sənaysində  yaradılan  əlavə  dəyərin  həcminin  azaldığı  bir 



şə

raitdə  yaradılan  cəmi  əlavə  dəyərin  həcminin  artımı  davam  etmişdir.  Belə  şal 

ə

sasən  istehsal,  sosial  və  institusional  infrastrukturun  inkişaf  etdirilməsi  hesabına 



yaranmışdır.  nfrastruktur  sahələrin  inkişafına  iri  həcmli  dövlət  investisiya 

qoyuluşların bu sahələrdə yaradılan dəyərin də hcminin artmasına səbəb olmuşdur.  

Yanacaq-enerji  sahəsi  istehsal  infarstrukturunun  tərkib  hissələrindən  biri-

dir.  qtisadiyyatın  elə  bir  sahəsi  yoxdur  ki,  enerji  sərf  etmədən  orada  iqtisadi 

inkişafa  nail  olmaq  mümkün  olsun.  Bir  sözlə,  enerjisiz  təsərrüfat  fəaliyyətində 

iqtisadi artıma nail olmaq mümkün deyildir. Bu baxımdan Azərbaycanın poten-

sial imkanları böyükdür. Belə ki, ərazinin əlverişli coğrafi mövqedə yerləşməsi, 

günəşli günlərin sayının digər ölkələrə nisbətən çox olması, zəngin yeraltı neft 

və  qaz  yataqlarının  mövcudluğu,  dağlıq  relyef  boyu  axan  suların  bolluğu, 

ə

razidə  əsən  küləklərin  mütəmadiliyi  Azərbaycanın  enerji  mənbələri  sahəsini 



təşkil edir. Az rbaycanda elektroenergetika sah sinin inki af  m qs dil  

2005-2015-ci  ill r 

rzind   “Az rbaycan  Respublikas n n  yanacaq-enerji 

kompleksinin  inkişafı  üzrə  Dövlət  Proqramı”  və  "Azərbaycan  Respublikası 

regionlarının  2009-2013-cü  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı"nı 

çərçivəsində  əhəmiyyətli  işlər  həyata  keçirilmişdir.  Regional  inkişaf  proqramları 

çərçivəsində 2004-2013-cü illərdə regionlarda ümumi gücü 2000 meqavatta yaxın 17 

elektrik  stansiyası  tikilmiş,10  min  km-dən  çox  elektrik  verilişi  xətləri  və  1500-dən 

çox  yarımstansiya  tikilmiş  və  ya  yenidən  qurulmuşdur.  Son  illərdə 

elektrik 

 

stansiyaları  modernləşdirilmiş,  dünya  standartlarına  cavab  verən  müasir 




 

 

31 



qurğu  və  avadanlıqlarla  təchiz  edilmişdir.  Nəticədə  stansiyaların  faydalı  iş  əmsalı 

artmış,  1  kVts  elektrik  enerjisinin  istehsalına  sərf  edilən  şərti  yanacağın  miqdarı 

ə

həmiyyətli dərəcədə  azalmışdır.  Hazırda ölkəmiz  elektrik  enerjisinə olan  tələbatını 



tam həcmdə ödəməklə yanaşı, qonşu dövlətlərin elektrik enerjisi təhlükəsizliyində də 

mühüm rol oynayır. 

Hazırda  Azərbaycan  Respublikasının  ərazisində  elektrik  enerjisi  ilə  təmin 

olunmayan  yaşayış  sahəsi  yoxdur,  əhali  və  sənaye  sahələri  tərəfindən  ən  çox 

istifadə  olunan  enerji  növü  elektrik  enerjisidir. 

Hazırda  ölkənin  elek-

trik  enerjisi  sisteminin tərkibində 13 istilik və 15 su elektrik stansiyası fəaliyyət gös-

tərir ki, bunun da cəmi illik 6231,6 MVt-abərabərdir. Cəmi gücün 5132 MVt-ı istilik 

elektrik  stansiyalarının,  1099,6  MVt-ı  isə  su  elektrik  stansiyalarının  payına  düşür. 

 

Enerji sistemin  yüksək gərginlikli  elektrik  şəbəkəsi  (35, 110 – 500 kV) 277  yarım-



stansiyadan  ibarətdir,  elektrik  xətlərinin  uzunluğu  8400  km-dən  artıqdır.  Elektrik 

enerjisinin istehlakçılara paylanmasını həyata keçirən aşağı gərginlikli  şəbəkə təsər-

rüfatı (0,4-6-10 kV) 36750-dən çox yarımstansiyadan, uzunluğu 140000 km-dən artıq 

olan müxtəlif elektrik xətlərindən, çoxlu miqdarda digər avadanlıqlardan ibarətdir. 

Cədvəl 2.2 

Elektrik enerjisinin istehsalı  

(mln. kVt. saat) 

llər 


1990  1995  2000  2002  2003  2004  2010 

2011 


2012 

2013 


2014 

Elektrik enerjisinin 

cəmi istehsalı 

23152  17044  18699  18701  21286  21744  18709,5 20293,8 22988,1 23354,4 24727,7 

ES-lərin istehsalı 

21399  15401  17069  16558  18681  18589  15263,2 17618,0 21167,1 21729,6 23249,3 

SES-lərin istehsalı 

1658  1556  1534  2020  2470  2755  3446,3  2675,8  1821,0  1489,1  1299,7 

Digərləri 

95,6 


86,6 

96,1  122,6  135,3  369,2 

0,5 

,,, 


,,, 

135,7  178,7 

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi 

Cədvəldən göründüyü kimi, 2014-cü ildə elektrik enerjisinin istehsalı 1990-cı 

il səviyyəsini üstələmişdir. Son illərdə elektrik enerjisinin buraxılışında da müsbət 

irəliləyişlər  əldə  olunmuşdur.  Belə  ki,  2014-cü  ildə  elektrik  enerjisinin  istehsalı 

2000-ci ilə nisbətən 32,2 faiz artmışdır. 2014-ci il ərzində istehsal edilmiş elektrik 

enenrjisinin təqribən 94 faizi istilik elektrik stansiyalarınının payına düşmüşdür.  

Azərbaycan  ərazisində  kifayət  qədər  alternativ  enerji  potensialının  olması  bu 

sahənin davamlı inkişafı  üçün daxili  və xarici investisiyaların cəlb olunmasına, iri 




 

 

32 



miqyaslı layihələrin həyata keçirilməsinə şərait yaradır.  Ölkədə alternativ və bərpa 

olunan  enerji  sahəsində  idarəetmə  sistemini  təkmilləşdirmək  məqsədi  ilə 

Azərbaycan  Respublikası  Prezidentinin  2013-cü  il  1  fevral  tarixli    Fərmanı  ilə 

Azərbaycan  Respublikasının  Alternativ  və  Bərpa  Olunan  Enerji  Mənbələri  üzrə 

Dövlət  Agentliyi  yenidən  təşkil  edilmişdir.    Bu  qurum  tərəfindən  Qobustan 

rayonunda  yerləşən  5,5  MVt  gücündə  olan  Eksperimental  Poliqon  və  Tədris 

Mərkəzinin  hibrid  stansiyasında  1,4  milyon  kVt.saat  elektrik  enerjisi  istehsal 

edilərək, respublikanın ümumi elektrik enerjisi sisteminə ötürülmüşdür.  

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli Sərəncamı ilə 

təsdiq  edilmiş  “2011-2013-cü  illərdə  Bakı  şəhərinin  və  onun  qəsəbələrinin  sosial-

iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı Bakı şəhəri 

Xəzər,  Pirallahı,  Qaradağ,  Sabunçu  rayonlarında  yerləşən  5  məktəb,  Suraxanı 

rayonunun  Hövsan  qəsəbəsində  isə  2  tibb  müəssisəsində  ümumi  gücü  410  kVt 

olmaqla 130 kVt günəş panelləri və 280 kVt istilik nasosları quraşdırılmışdır.      

Azərbaycan  Respublikası  Prezidentinin  2006-cı  il  28  sentyabr  tarixli 

Sərəncamı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasında  ekoloji  vəziyyətin 

yaxşılaşdırılmasına  dair  2006-2010-cu  illər  üçün  Kompleks  Tədbirlər  Planı” 

çərçivəsində  Balaxanı  qəsəbəsində  20  hektar  ərazidə  tullantıların  yandırılması 

zavodu tikilmiş, zavodun tərkibində alternativ enerji mənbəyi olan bioqaz əsasında 

37 meqavat elektrik gücünə və il ərzində 231,5 mln. kVts elektrik enerjisi istehsal 

etməyə malik olan turbin quraşdırılmışdır.    

Azərbaycan  Respublikası  Prezidentinin  2011-ci  il  29  dekabr  tarixli  1958 

nömrəli  Sərəncamının  icrası  ilə  əlaqədar  “2013-2020-ci  illər  üçün  Azərbaycan 

Respublikasında  alternativ  və  bərpa  olunan  enerji  mənbələrindən  istifadəyə  dair  

Dövlət Strategiyası” hazırlanmışdir. 

Hazırda ölkənin qaz sənayesinin işində ən ciddi irəliləyişlər müşahidə olunur. 

Artıq bu sahədə uzun illər davam edən böhranın qarşısı tamamilə alınmışdır. Ölkə 

ə

halisinin  və  iqtisadiyyatının  “mavi  yanacağ”a  olan  tələbatının  yaxşılaşdırılması 



işinə mühüm töhfələr verməyə çalışan neftçilərimiz son illər qaz hasilatı sahəsində 

ciddi  dönüşə  nail  ola  bilmişlər.  Belə  ki,  ümumi  qaz  hasilatı  1995-2014-cü  illər 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə