Microsoft Word ashabanov236. doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#36027
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

 

 

34 



Qeyd. Cədvəl Dövlət Statistika Komitəsinin məlumatları əsasında tərtib edilmişdir. 

Ölkədə qaz nəqli xidmətlərinin təşkili, qaz paylayıcı şəbəkələrinin tikintisi və 

yeraltı  qaz  anbarlarının  yaradılması,  onların  istismarı,  yenidən  qurulması  və  qazın 

paylanması Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilir. Cədvəl məlumatlarından 

göründüyü kimi, 2007-2014-cü illər ərzində qaz istehsalı əhəmiyyətli artsa da, qaz 

istehlakında  əhəmiyyətli  dərəcədə  dəyişiklik  baş  verməmişdir.  Ölkədə  qazdan 

ə

sasən  iki  istiqamətdə  istifadə  edilir.  Bunlardan  birincisi,  elektrik  enerjisinin 



istehsalıdır.  Hazırda  ölkədə  istilik  elektrik  stansiyalarında  yalnız  qazdan  istifadə 

edilir.  Əvvəllər  istilik  elektrik  stansiyalarında  mazutdan  istifadə  edilirdi  ki,  bu  da 

neft emalı müəssislərində neftin emal dərinliyini artırmağa imkan vermirdi. Belə ki, 

tələb  olunan  həcmdə  mazut  istehsalı  halında  emal  dərinliyiniu  artılrmaqla  istehsal 

edilən  benzini  satmaq  imkanları  məhdud  idi.  Nəticədə,  bu  amil  neft  emalı 

müəssislərinin  fəaliyyətinin  səmərəliliyinə  mənfi  təsir  göstərirdi.    kinci  istiqamət 

isə əhalinin qazla təhcizatıdır.  

Ölkədə su təchizatını və kanalizasiya xidmətinin təşkilini dövlət təşkilatı olan 

“Azərsu”  ASC  tərəfindən  həyata  keçirilir.  Təkcə, 

2014-cü  ildə  “Azərsu”  ASC 

tərəfindən mənbələrdən istehlakçılara 285  milyon kubmetr içməli su verilmiş, 184 

milyon  kubmetr  tullantı  sularının  axıdılması  ximətləri  göstərilmişdir.  Bu  şirkət 

tərəfindən  istehlakçıların  içməli  su  və  kanalizasiya  xidmətlərindən  istifadəsini 

yaxşılaşdırmaq məqsədilə il ərzində 1185 km içməli  su, 325 km kanalizasiya xətləri 

çəkilmiş,   39   ədəd  su  anbarı   tikilmiş,  10  ədəd  artezian  və  subartezian  quyuları 

qazılmış,  142  mini  smart  olmaqla  146  min  sayğac  quraşdırılmış,  bu  il  ərzində 

abunəçilərin sayı 113 min artaraq 1 milyon 322 minə çatmışdır. 

Son  illərdə  ölkədə  su  təchizatı  və  kanalizasiya  sisteminin  uzun  müddətli 

istismar  nəticəsində  köhnəlmiş,  istismara  yararsız  hala  düşmüş  hissəsinin  yenidən 

qurulması  istiqamətində  irimiqyaslı  işlər  yerinə  yetirilmiş,  əhaliyə  verilən  suyun 

keyfiyyətinin  yaxşılaşdırılması,  su  təchizatı  və  kanalizasiya  sisteminin  normal 

istismarının  təmin  edilməsi  üçün  digər  zəruri  tədbirlər  həyata  keçirilmişdir.  2004-

2013-cü illər ərzində regionlarda 3,4 min kilometrdən çox su, 1,2 min kilometrdən 

çox kanalizasiya xətti çəkilmiş, 96 su anbarı tikilmişdir. 




 

 

35 



stehsal  infrastrukturunun  tərkib  hissəsi  olan  nəqliyyat  maddi  istehsal  sahə-

lərində yüklərin daşınması işinə xidmət edir. Bu zaman istehsal prosesində məhsul 

istehsalının  kəmiyyət  və  keyfiyyətcə  tərkibi  dəyişmir,  lakin  o,  istehsal  prosesinin 

fasiləsizliyinə xidmət etməklə maddi istehsalın davamı kimi qiymətləndirilir. 

Müasir  bazar  iqtisadiyyatı  şəraitində  dövlətlərarası  iqtisadi  əlaqələrin  inki-

ş

afında nəqliyyat  amili xüsusi  rol  oynayır.  Belə  ki,  malların  hər  hansı  bir  istehlak 



nöqtəsinə çatdırılması ancaq müvafiq nəqliyyat növləri vasitəsilə həyata keçirilə bi-

lər.  Bu  baxımdan,  nəqliyyat  istehsal  və  sosial  infrastrukturun  tərkib  hissəsi  kimi 

xarakterizə olunmaqla yanaşı, o, milli iqtisadiyyatın və əhalinin nəqliyyat xidmətlə-

rinə  olan  ehtiyacının  ödənilməsində,  yüklərin  təhlükəsiz  və  tez  çatdırılmasında, 

ölkənin ərazi bütövlüyünün və iqtisadi təhlükəsizliyinin təmin olunmasında ən mü-

hüm amillərdən biri kimi çıxış edir.  

 Azərbaycan  Respublikasında  SSR -nin  vahid  nəqliyyat  sisteminin  tərkib 

hissəsi  kimi  nəqliyyat  kompleksi  müəyyən  inkişaf  mərhələsi  keçmişdir.  Ölkədə 

nəqliyyat  sisteminin  bütün  müasir  növləri  formalaşmış  və  inkişaf  etmişdir.  Bu 

sistemdə  dəmiryolu,  dəniz,  avtomobil,  boru-kəmər  nəqliyyatı  aparıcı  rol  oynayır. 

Elektrik enerjisi istehsalının ölkədə sürətli inkişafı nəticəsində respublikanın bütün 

ə

razisini əhatə edən vahid elektron nəqliyyat sistemi inkişaf etmişdir.  



Ölkənin  əlverişli  siyasi-coğrafi  mövqeyi  Azərbaycanın  ərazisində  nəqliyyatın 

bütün növlərinin mövcud olması ilə xarakterizə edilir. Respublikada güclü infrast-

ruktura malik dəmiryolu, avtomobil, şəhər sərnişin nəqliyyatı, eləcə də dəniz, neft 

və  qaz  boru  kəməri,  hava  nəqliyyatı  fəaliyyət  göstərir.  Dəmir  yollarını  istismar 

uzunluğu 2122 km, onlardan 815 km ikixətlidir, 1270 km yol elektrikləşdirilmişdir. 

Ümumi isitfadədə olan nəqliyyat yollarının uzunluğu 18823 km, onlardan 11 km-i 

sement-beton, 6926 km-i asfalt-beton, 8467 km-i çınqıl, 3224 km-i isə qara örtüklü 

yollar  təşkil  edir.  Azərbaycan  Dövlət  Xəzər  Gəmiçiliyinə  məxsus  ticarət 

donanmasında  ümümi  dedveyti  (gücü)  436  min  ton  olan  75  gəmi  istimar  edilir, 

onlardan bir hissəsi Xəzər dənizindən kənara qitənin müxtəlif limanlarında işləyir.  

Ölkənin  dəniz  ticarət  donanmasının  yeniləşməsi  üçün  yeni  neft  və  quru  yük 

daşıyan gəmilər alınmış, liman qurğuları və terminallar istismara verilmişdir.  




 

 

36 



Mülki aviasiya donanmasının modernləşməsi nəticəsində Azərbaycana məxsus 

ə

n  müasir  “Aerobus”,  “Boinq”,  ATR  tipli  təyyarələri  ilə  MDB,  Avropa,  Asiya, 



Yaxın  Şərq ölkələrinə uçuşların təhlükəsiz və sistemli şəkildə  yerinə  yetirilməsinə 

nail  olunmuşdur.  Keçən  dövrdə  Heydər  Əliyev  Beynəlxalq  Hava  Limanının, 

Naxçıvan və Gəncə hava limanlarının yenidənqurulması layihələri həyata keçirilmiş 

və orada  beynəlxalq uçuşları yerinə yetirən təyyarələrin qəbul edilməsi üçün imkan 

yaranmışdır.  Bundan  başqa,  bir  sıra  transmilli  nəqliyyat  proqramları  və  layihələri 

çərçivəsində,  o  cümlədən  TRASEKA  və  Şimal-Cənub  beynəlxalq  dəhlizlərinin 

Azərbaycan  seqmentində  avtomobil  magistrallarının  tikintisi  və  yenidənqurulması, 

regionlarda,  xüsusən  kənd  və  dağ  rayonlarında  yol  şəbəkəsinin  bərpası  və  təkmil-

ləşdirilməsi işləri həyata keçirilmişdir. Dövlət büdcəsinin vəsaiti və xarici kreditlər 

hesabına  həyata  keçirilmiş  investisiya  layihələri  nəticəsində  yeni  avtomagistrallar 

və  respublika  əhəmiyyətli  avtomobil  yolları  istifadəyə  verilmişdir.  Bakı  şəhərinin 

nəqliyyat  sisteminin  təkmilləşdirilməsi  proqramı  çərçivəsində  bir  neçə  müxtəlif 

səviyyəli nəqliyyat qovşaqları və ötürücüləri, piyada keçidləri inşa edilmiş, bir sıra 

şə

hər avtomagistralları yenidən qurulmuşdur. 



Azərbaycan,  Gürcüstan  və  Türkiyə  arasında  imzalanmış  “Bakı-Tbilisi-Qars 

yeni  dəmiryol  xətti  haqqında”  Sazişə  müvafiq  olaraq  Türkiyə  və  Gürcüstanın 

ə

razilərində dəmir yolu xətlərinin inşası və yenidənqurulması işləri aparılır və yaxın 



gələcəkdə  Türkiyə  ilə  Azərbaycan  arasında  birbaşa  dəmir  yolu  əlaqəsinin 

yaradılması  ilə  Qara  dəniz  və  Xəzəryanı  ölkələrinin  Avropanın  dəmir  yolu 

şə

bəkəsinə qoşulması mümkün olacaqdır.  



2004-2013-cü  illər  ərzində  ölkədə  8,3  min  kilometr  respublika  və  yerli 

ə

həmiyyətli  avtomobil  yolları  tikilmiş  və  ya  təmir  olunmuş,  regionlarda  307  yeni 



körpü  və  yol  ötürücüsü  tikilmiş  və  ya  təmir  edilmiş,  Naxçıvan,  Gəncə,  Lənkəran, 

Zaqatala, Qəbələ və Yevlax şəhərlərində hava limanları istifadəyə verilmişdir.  

1990-cı  ildə  Azərbaycan  SSR   nəqliyyat  sisteminin  ümümi  yük  dövriyyəsi 

277,7 mln ton-km təşkil edirdi. Nəqliyyat sektorunda ümümi yük dövriyyəsinin 29 

faizi dəmiryol, 7 faizi dəniz, 55 faizi avtomobil və 10 faizi neft və neft məhsulları 

daşınan  boru-kəmər  nəqliyyatının  payına  düşürdü.  SSR   dağıldıqdan  sonra 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə