Microsoft Word ashabanov236. doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#36027
1   2   3   4   5   6   7   8   9   ...   28

 

 



lərin inkişafı üçün əlverişli şərait yaratmışdır. Bununla belə, bu sahələrin inkişafına 

maliyyə  və  tələb  amillərinin  təsiri  ilə  yanaşı,  onların  fəaliyyətinin  dövlət  tənzim-

lənməsi,  onların  restrukturizasiyası,  onların  fəaliyyətinin  bazar  prinsipləri  əsasında 

qurulması və s. amillər amillər təsir göstərir.  

Beləliklə, qeyd olunanalar, bazar iqtisadiyyatı şəraitində istehsal infrastrukturu-

nun  inkişaf  məsələlərinin  tədqiqinə  həsr  olunmuş  magistr  dissertasiyasının 

mövzusunun aktuallığını göstərir.  

Tədqiqatın  məqsədi

  bazar  münasibətləri  şəraitində  ölkədə  istehsal  infrast-

rukturun  inkişafının  mövcud  vəziyyətinin  kompleks  təhlili  əsasında  bu  sahənin 

inkişaf  istiqamətlərini  müəyyənləşdirmək  və  bu  istiqamətdə  elmi  cəhətdən 

ə

saslandırılmış təklif və tövsiyələr işləyib hazırlamaqdan ibarətdir.  



Tədqiqatın məqsədinə uyğun olaraq aşağıdakı vəzifələrin həll edilməsi qarşı-

ya qoyulmuşdur: 

- infrastruktur sahələrin mahiyyətinin açıqlanması və onların xarakterik xüsu-

siyyətlərinin öyrənilməsi;     

- infrastruktur sahələrinin inkişafına təsir göstərən amillərin müyyən edilməsi;  

- ölkədə infrastruktur sahələrin inkişafının mövcud vəziyyətinin öyrənilməsi;   

-  ölkədə  istehsal  infrastrukturunun  inkişafına  təsir  edən  amillərin 

araşdırılması; 

- ölkədə infrastruktur sahələrinin inkişaf istiqamətlərinin müəyyən olunması; 

Tədqiqatın obyekti

 kimi Azərbaycan Respublikasında istehsal infrastrukturu 

sahələri seçilmişdir. 

Tədqiqatın  predmetini 

bazar  münasibətləri  şəraitində  istehsal  infrastruktu-

runun inkişaf məsələlərinin tədqiqi təşkil edir. 

Tədqiqatın nəzəri və metodoloji əsasını

 iqtisad elminin klassiklərinin və apa-

rıcı  iqtisadçı  alimlərin  əsərləri,  Azərbaycan  Respublikasının  müvafiq  qanunları, 

Respublika  Prezidentinin  fərmanları,  Nazirlər  Kabinetinin  qərar  və  sərəncamları, 

digər hüquqi-normativ sənədlər təşkil edir. 

Tədqiqatın  informasiya  bazasını 

Azərbaycan  Respublikası  Dövlət Statistika 

Komitəsinin  və  Nəqliyyat  Nazirliyinin  məlumatları,  qtisadiyyat  Nazirliyinin  və 



 

 



digər dövlət qurumlarının ilkin hesabatları, elmi-praktik konfransların materialları 

təşkil edir. 

Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir: 

- infrastruktur sahələrin mahiyyətinin açıqlanmış və onların iqtisadi inkişafda 

rolu müəyyən edilmişdir;     

-infrastruktur sahələrinin inkişafına təsir göstərən amillər aşkar edilmişdir;  

- ölkədə infrastruktur sahələrin mövcud vəziyyətinin öyrənilmişdir; 

- ölkədə infrastruktur sahələrinin perspektiv inkişaf  istiqamətləri göstərilmişdir; 



Dissertasiyanın  quruluşu  və  həcmi

Dissertasiya işi giriş, üç fəsil, nəticə və 

istifadə olunmuş ədəbiyyat siyahısından və 84 səhifədən ibarətdir.  

Dissertasiya işinin birinci fəsli “ nfrastruktur sahələrinin inkişafının nəzəri əsas-

ları” adlanır. Bu fəsildə infrastruktur sahələrin mahiyyəti açıqlanmış, onların xarak-

terik  xüsusiyyətləri  müəyyənləşdirilmiq,  infrastruktur  sahələrinin  inkişafına  təsir 

göstərən amillər öyrənilmişdir.  

Dissertasiya  işinin  ikinci  fəsli  “Azərbaycanda  istehsal  infrastrukturunun 

inkişafının mövcud vəziyyətinin təhlili” adlanır. Bu fəsildə ölkədə infrastruktur sa-

hələrin  mövcud  vəziyyətinin  təhlil  edilmiş,  istehsal  infrastrukturunun  mövcud 

vəziyyətinin iqtisadi inkişafa təsirinin qiymətləndirilmişdir. 

Dissertasiya  işinin  üçüncü  fəsli  “Bazar  iqtisadiyyatı  şəraitində  ölkədə istehsal 

infrastrukturunun inkişaf istiqamətləri” adlanır. Bu fəsildə infrastruktur sahələrinin 

inkişaf perspektivləri müəyyən edilmiş, onların bazar münasibətlərinin tələblərinə 

uyğunlaşdırılması istiqamətləri göstərilmişdir. 

 



 

 



I FƏS L 

NFRASTRUKTUR SAHƏLƏR N N  NK ŞAFININ                                              

NƏZƏR  ƏSASLARI 

1.1.  stehsal infrastrukturunun mahiyyəti və istehsalın inkişafında rolu 

 

stehsal  infrastrukturu  dedikdə,  ayrı-ayrı  istehsal  sahələrinin  səmərəli 



fəaliyyətinə xidmət edən, bu sahələrin xarici  mühitini təşkil edən  enerji-yanacaq, 

nəqliyyat,  rabitə-informasiya,  su  təchizatı,  kanalizasiya,  anbar  təsərrüatı, 

topdansatış  ticarət  və  digər  sahələrin  məcmusundan  ibarət  vahid  bir  sistem  başa 

düşülür.  “ nfrastruktura”  anlayışı  latınca  infro  (alt,  aşağı),  struktura  (quruluş, 

bünövrə) sözlərindən ibarət olmaqla alt quruluş mənasını daşıyır.  

nfrastrukturlar,  o  cümlədən  istehsal  infrastrukturlarının  mahiyyəti  haqqında 

iqtisadçıların fikirləri heç də birmənalı deyildir.  Məhz buna görə  də,  müasir bazar 

iqtisadiyyatı  sistemində,  mülkiyyət  münasibətlərinin  dəyişdiyi,  istehsal  münasibət-

lərinin inkişaf etdiyi  müasir şəraitdə yerinə yetirdiyi funksiyalar nəzərə alınmaqla, 

bir iqtisadi kateqoriya kimi, istehsal infrastrukturunun və xarakterik xüsusiyyətləri 

dəqiqləşdirilməlidir.  stehsal infrastrukturunun tədqiqində əsasən iki mühüm cəhətə 

diqqət yetirilməlidir. Bunlardan birincisi, onun təkrar istehsal prosesində istehsalın 

inkişafına təsiri, ikincisi isə istehsal infrastrukturunun özünün inkişafı və təkmilləş-

dirilməsində  dövlətin  tənzimləyici  rolunun  yüksəldilməsi  nəzərə  alınmalıdır. 

Məsələn, amerika iqtisadçısı Pol Samuelson qeyd edirdi ki, dövlət tərəfindən həyata 

keçirilən investisiyaların əsas hissəsi xüsusi bölmənin müvəffəqiyyətli inkişafı üçün 

ə

lverişli şərait yaradır.



1

  D.Sözələnd və digərləri də bu mövqedən çıxış edərək qeyd 

edirlər ki, infrastruktura əmək bölgüsünün asanlaşması, texnologiyanın yayılması və 

yeni təşkilati metodların tətbiqi, və ya daha iri bazarlara daxil olmaq, yeni resurslar 

və  aralıq  məhsullar  əldə  etmək  imkanı  vermək  kimi  yollarla  buraxılışın  artımına 

təsir göstərir.

2

 

                                                 



1

 Самуэльсон П., Нордхаус В., Экономика. М., БИНОМ, 1997, 860 с.,  

2

 Douglas Sutherland, Sonia Araujo, Balázs Égert, Tomasz Kozluk. Infrastructure investment: links 



to growth and the role of public policies. Economics Department Working Paper No. 686 

ECO/WKP(2009)27. 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə