Microsoft Word ashabanov236. doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə21/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#36027
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

 

 

57 



III FƏS L 

BAZAR  QT SAD YYATI ŞƏRA T NDƏ ÖLKƏDƏ  STEHSAL 

NFRASTRUKTURUNUN  NK ŞAF  ST QAMƏTLƏR   

3.1.  stehsal infarstrukturunun perspektiv inkişaf istiqamətləri 

Ölkədə  ümumi  daxili  məhsulun  həcminin  artırılması  və  dayanıqlı  iqtisadi 

inkişafın  əldə  olunması  məqsədi  ilə  istehsal  infrastrukturunun  bütün  sahələrinin 

inkişafı  və  təkmilləşdirilməsi  istiqamətində  kompleks  tədbirlərin  həyata  keçiril-

məsi tələb olunur. Bu baxımdan mühüm istehsal infarstrukturlarının, xüsusilə də, 

yanacaq-enerji, nəqliyyat, rabitə kimi istehsal infrastrukturlarının inkişafının təmin 

olunması zəruridir.  

"Azərbaycan  Respublikası  regionlarının  2014-2018-ci  illərdə  sosial-iqtisadi 

inkişafı Dövlət Proqramı"nda infrastruktur sahələrin aşağıdakı istiqamətlərdə inkişaf 

etdirilməsi nəzərdə tutulmuşdur: 

•  regionlarda  inkişaf  etmiş  informasiya  və  kommunikasiya  infrastrukturunun 

yaradılması, informasiya və kommunikasiya xidmətlərinin daha da genişləndirilməsi; 

•  regionlarda  əhalinin  KT  sahəsində  bilik  və  kadr  hazırlığı  səviyyəsinin 

yüksəldilməsi; 

• regionlarda televiziya yayımı keyfiyyətinin daha da yüksəldilməsi; 

• ölkənin enerji sistemində yeni güclərin yaradılması işlərinin davam etdirilməsi, 

yeni stansiyaların və ötürücü şəbəkələrin tikintisi və yenidən qurulması; 

• alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi; 

•  regionlarda  yeni  istilik  və  su  elektrik  stansiyalarının  tikintisi,  mövcud  enerji 

bloklarının modernizasiyası işlərinin davam etdirilməsi; 

•  regionlarda  qaz  təchizatının  daha  da  yaxşılaşdırılması  tədbirlərinin  davam 

etdirilməsi; 

•  regionlarda  müasir  istilik  sistemlərinin  qurulması,  mövcud  istilik  sistemlərinin 

bərpası, modernləşdirilməsi və yenidənqurulması işlərinin davam etdirilməsi; 

•  regionlarda  su  təchizatı  və  kanalizasiya  sisteminin  yenidən  qurulması  və 

yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi; 




 

 

58 



•  regionlarda  nəqliyyat  sisteminin  davamlı  inkişaf  etdirilməsi,  nəqliyyat 

sektorunun,  o  cümlədən  nəqliyyat  xidmətləri  bazarında  rəqabət  mühitinin  daha  da 

təkmilləşdirilməsi; 

•  ölkənin  regionlararası,  şəhər  və  rayondaxili  yol-nəqliyyat  infrastrukturunun 

daha da inkişafı; 

•  regionlarda  magistral  yolların  tikintisi  və  yenidənqurulması,  xüsusi  ilə  kənd 

yollarının tikintisi, əsaslı təmiri ilə bağlı tədbirlərin davam etdirilməsi. 

Energetika  sahəsinin  inkişaf  etdirilməsi  dövlətin  iqtisadi  və  sosial  siyasətinin 

ə

n  prioritet  istiqamətlərindən  biridir.  Ölkə  iqtisadiyyatı  üçün  energetika  sahəsi 



həmişə strateji əhəmiyyət daşımış və gələcəkdə də daşıyacaqdır. Təhlili göstərir ki, 

respublikanın bazar münasibətlərinə keçməsi və yeni-yeni müəssisələrin yaranması 

ilə əlaqədar olaraq elektrik enerjisinə tələbat hər il 5 faiz artacaqdır. Buna görə də, 

mövcud  elektrik  stansiyalarının  gücünün  bərpa  edilməsi  və  yenilərinin  tikilməsi 

üzrə tədbirlər  həyata  keçirilir.  Əhalinin  və  iqtisadiyyatın  fasiləli  iş  rejimində 

fəaliyyət  göstərən  sahələrinin  elektrik  enerjisinə  tələbatının  artması  ilə  əlaqədar 

sutkalıq yük qrafikində qeyri-müntəzəmlik davamlı olaraq artır. SES-lərin hidravlik 

gücünün  yetərincə  olmaması  üzündən  yükün  tənzimlənməsinə  istilik  stansiyaları 

cəlb edilir ki, bu da səmərəliliyin aşağı düşməsinə və enerji sistemin etibarlılığının 

azalmasına  gətirib  çıxarır.  Buna  görə  də,  energetikanın  inkişafının  əsas  is-

tiqamətlərindən biri su elektrik stansiyaları olmalıdır. Azərbaycanda yetərincə isti-

fadə edilməyən iqtisadi baxımdan səmərəli hidroenergetik potensialın mövcudluğu 

daha  effektli  obyektlərin  inşası  genişmiqyaslı  proqramı  formalaşdırmağa  imkan 

verir. 


Güclərin  ötürülməsi  imkanlarının  artırılması  üçün  yüksəkgərginlikli  hava 

elektrik verilişi xətlərinin yenidənqurulması və yeni yarımstansiyaların tikintisi üzrə 

planlar da gündəlikdədir. Türkiyə, Gürcüstan, Rusiya, Azərbaycan və  ran enerji sis-

temlərinin paralel işləməsinin təmin edilməsi layihəsi də cəlbedici görünür. 

Yuxarıda  sadalanan  layihələrin  həyata  keçirilməsindən  sonra  Azərbaycan 

Respublikasının qonşu ölkələrə elektrik enerjisi ixrac etmək imkanı yaranacaqdır. 




 

 

59 



Ölkədə nəqliyyatın inkişaf etdirilməsinin iqtisadi inkişaf baxımından əhəmiy-

yəti böyükdür. Nəqliyyat xidmətləri yüksək olduqda, məhsulların maya dəyəri aşa-

ğ

ı düşür. Bu baxımdan, bazar iqtisadiyyatı şərtlərinə uyğun olaraq, nəqliyyat sis-



temini iqtisadiyyatın digər sahələri ilə paralel və səmərəli inkişaf etdirmək zərurəti 

dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə, nəqliyyat sektorunda olan 

subyektlərinin  dövlətdən  asılılıq  səviyyəsini  azaltmaq  və    onların  mənfəətlə 

işləməsi üçün effektiv şəraitin yaradılmasına diqqətin artırılması zəruridir. 

Ş

imal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin respublika ərazisindən keçməsi 



ilə ölkənin tranzit imkanlarının artması, daşımaların əhəmiyyətli hissəsinin, yəni 61,6 

faizinin avtomobil nəqliyyatı vasitisilə yerinə yetirilməsi avtomobil yolları səbəkəsi-

nin beynəlxalq standartlara uyğun inkişafını və bu sahədə müvafiq tədbirlərin həyata 

keçirilməsini zəruri edir. Bazar iqtisadiyyatı münasibətləri şəraitində nəqliyyat siste-

minin inkişafı Sahəsində həyata keçirilmiş tədəbirlər ölkənin iqtisadi tərəqqisi üçün 

real əsaslar yaratmışdır. Ötən illər ərzində Azərbaycanda nəqliyyat xidmətləri bazarı 

formalaşmış,  dövlət  mülkiyyətində  olan  avtomobil  nəqliyyatı  müəssisələri  özəlləş-

dirilmiş və nəqliyyat sahəsində dövlət idarəetməsi bazar iqtisadiyyatı münasibətlərinə 

uyğun olaraq qurulmuşdur. Bununla yanaşı, ölkənin nəqliyyat infrastrukturunun mü-

hüm tərkib hissəsi olan avtomobil yolları şəbəkəsində bir çox problemlər mövcuddur. 

Belə ki, avtomobil yolları şəbəkəsinin beynəlxalq standartlara, ölkənin avtonəqliyyat 

vasitələrinin artım  tempinə və hrəkət axınının axınının intensivliyinə uyğun gəlməsi, 

yol qurğularının istismar vəziyyətinin lazımi səviyyədə olmaması ölkə iqtisadiyyatı-

nın  və    əhalinin  yüksək  səviyyəli  nəqliyyat  xidmətlərinə  olan  tələbatının  ödənilmə-

sinə, ölkənin tranzit potensialından lazımi səviyyədə istifadə edilməsinə və avtomobil 

yolları  şəbəkəsinin  beynəlxalq  avtomobil  yolları  şəbəkəsinə  qoşulmasına  maneələr 

yaradır və onların yaxın dövürdə aradan qaldırılmasını tələb edir. 

 

Azərbaycanın  nəqliyyat  sisteminin  gələcək  inkişafının  mərkəzində  Avropa-



Qafqaz-Asiya  TRASEKA  beynəlxalq  dəhlizinin,  Şimali  Avropa  -  Rusiya  -Xəzər 

dənizi  -  Azərbaycan  -  ran  -  ran  körfəzi  -  Hindistan  marşrutunu  əhatə  edən 

“Şimal-Cənub”  beynəlxalq  dəhlizinin,  eləcə  də  transkontinental  ixrac  enerji 

dəhlizlərinin öncül inkişafı durur. 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə