Microsoft Word ashabanov236. doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#36027
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

 

 

60 



“Şimal-Cənub” dəhlizinin ölkənin ərazisindəki Rusiya Federasiyasının dövlət 

sərhədi-Qusar-Bakı-Astara- ran  slam  Respublikasının  dövlət  sərhədi  avtomobil 

magistralı  tərkibində  Bakı-Rusiya  Federasiyası  dövlət  sərhədi  avtomobil  yolunun 

6-42  km  və  89  km  –  Rusiya  sərhədi  hissələrinin  yenidənqurulması,  Bakı-Samur 

avtomobil  yolunun  28-89  km  sahəsinin  yenidənqurulması  layihələrinin,  Ələt-

Masallı  avtomobil  yolunun  və  Masallı-Astara- ran  sərhədi  avtomobil  yollarının 

inşası  və  yenidənqurulması,  habelə  “Şimal-Cənub”  və  TRASEKA  beynəlxalq 

dəhlizlərini  Bakı  şəhərinin  mərkəzinə  daxil  olmadan  birləşdirən  Bakı  Dairəvi 

avtomobil yolunun tikintisi investisiya layihələrinin gerçəkləşməsi nəzərdə tutulur. 

Bir sıra regionlarda, eləcə də Bakı şəhərində yüklərin ahəngdar daşınması və 

vaxtlı-vaxtında  təyinatı  üzrə  çatdırılması  məqsədilə  nəqliyyat  logistika 

məntəqələrinin yaradılması, avtovağzalların tikintisi nəzərdə tutulur.        

Dünya  Bankının  maliyyələşdirdiyi  “Ticarətin  və  Nəqliyyatın  Asanlaş-

dırılması”  layihəsi  çərçivəsində  Dəmir  yolu  nəqliyyatının  dəstəklənməsi  layihəsi 

tərkibində  ölkənin  dəmir  yollarının  bərpası  və  yenidənqurulması,  dəmir  yolu 

hərəkət  vasitələrinin  təzələnməsi  və  modernləşdirilməsi,  elektrovozların  və 

teplovozların,  yük  vaqonlarının,  xüsusilə  neft  yükləri  daşıyan  çənlərin,  sərnişin 

vaqonlarının alınması proqnozlaşdırılır. 

Ölkənin  nəqliyyat  kompleksinin  gələcək  inkişaf  istiqamətləri  Dünya  Bankının, 

Asiya  nkişaf  Bankının  dəstəyi  ilə  keçiriləcək  institusional  və  texniki  yardım 

layihələrində öz əksini tapmışdır. Layihə sərhəd və gömrük xidmətlərində islahatlara 

dəstək,  nəqliyyat  sektoruna  dəstək  və  dövlət  mülkiyyətində  olan  nəqliyyat 

müəssisələrinin  restrukturizasiyası,  inteqrasiya  olunmuş  tranzit  idarəedilməsi,  əsas 

Ş

imal-Cənub  və  Şərq-Qərb  dəhlizlərin,  habelə  bir  sıra  seçilmiş  milli  avtomobil  və 



dəmir  yolu  infrastrukturunun  təkmilləşdirilməsi  kimi  komponentlərdən  ibarətdir. 

Layihə çərçivəsində nəqliyyat kompleksinin mərhələli idarəetmə islahatı aparılmaqla 

nəqliyyat sektorunun kommersiya və tənzimləmə funksiyalarının ayrılması, müvafiq 

dövlət aktivlərinin kiçildilməsi vasitəsilə restrukturizasiyası nəzərdə tutulmuşdur.  

Azərbaycan Respublikası üçün TRASEKA, Şimal-Cənub və Qars-Axalkalaki-

Tbilisi-Bakı  nəqliyyat  dəhlizlərinin  hər  birinin  özünəməxsus  əhəmiyyəti  vardır. 




 

 

61 



Ümumilikdə yanaşdıqda isə, TRASEKA dəhlizi əksər nəqliyyat növlərini və daha 

çox  ölkəni  əhatə etdiyi üçün nisbi  mənada  bu dəhlizi daha səmərəli  hesab etmək 

olar.  stənilən  halda,  ölkənin  tranzit  imkanlarının  artırılması  və  mövcud  poten-

sialdan  səmərəli  istifadə  edilməsi  üçün  müvafiq  infrastrukturların  yenidən 

qurulması və beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi zəruridir.  

Azərbaycan Respublikasının tranzit imkanlarının genişləndirilməsi, müasir bey-

nəlxalq  standartlara  cavab  verən  rəqabət  qabiliyyətli  nəqliyyat-tranzit  sisteminin  ya-

radılması və eyni zamanda, mövcud potensialdan maksimum səmərəli istifadə edilməsi 

üçün bir sıra tədbirlərin kompleks həyata keçirilməsi zəruridir. Təbii ki, təklif edilən 

tədbirlər, müxtəlif nəqliyyat növlərinə aid olmaqla, bir neçə istiqaməti əhatə edəcəkdir.    

 Tədqiqatlar  göstərdi  ki,  istənilən  halda,    “TRASEKA”  layihəsi  çərçivəsində 

Azərbaycan  Respublikasının  öz  nəqliyyat  tranzit  potensialından,  milli  və  iqtisadi 

maraqları baxımından optimal səviyyədə istifadəsini təmin etmək üçün tranzit daşın-

malar ilə bağlı ümumi bazarın yaradılması, gömrük-keçid proseslərinin sadələşdiril-

məsi,  tranzit  nəqliyyat  əlaqələrinin  genişləndirilməsi    üçün  qeyri-leqal  yük  daşıma-

larının  aradan  qaldırılması,  inzibati  prosedurların  asanlaşdırılması,  tranzit  yük  və 

sərnişin daşınmalarında vergilərin, rüsumların, digər müxtəlif yığımların strukturunun 

təkmilləşdirilməsi, tranzit daşıma tariflərinin bazar şərtlərinə uyğun elastikliyinin tə-

min edilməsi, pulsuz icazə (daxil olma) sisteminin tətbiqi imkanlarının araşdırılması, 

ölkəmizin  tranzit  imkanlarının  artırılması  istiqamətində  uzunmüddətli  kompleks 

Dövlət  proqramlarının  qəbul  edilməsi,  həmçinin  dünya  təcrübəsindən  yararlanaraq 

milli nəqliyyat kompleksində struktur dəyişikliklərin aparılması və eləcə də milli nəq-

liyyat  təşkilatlarının  rəqabətqabiliyyətliliyinin  artırılması  üçün  aşağıdakı  tədbirlərin 

həyata keçirilməsi zəruridir:

 

-tranzit daşımalar üzrə ümumi hüquqi bazanın yaradılması; 



-tranzit daşımaların tezləşdirilməsi üçün sərhəd-gömrük texnologiyalarının sadə-

ləşdirilməsi; 

-sərhədlərdə  inteqrasiya  olunmuş  idarəetmənin  tətbiqi  və  təkmilləşdirilməsi,  

sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi; 

-tranzitlə əlaqədar vergi və tarifləri qonşu ölkələrlə qarşılıqlı olaraq razılaşdırmaq; 



 

 

62 



-qonşu  dövlətlərin  sərhəd-gömrük  keçid  məntəqələri  ilə  iş  rejimini  qarşılıqlı   

razılaşdırmaq və uyğunlaşdırmaq;  

-tranzitlə  əlaqədar  vergi  və  tarifləri  nəqliyyat  dəhlizləri  üzrə  yerləşən  qonşu 

ölkələrlə qarşılıqlı razılaşdırmaq və uyğunlaşdırmaq; 

-ölkənin nəqliyyat-tranzit infrastrukturunu ardıcıl inkişaf etdirmək və təkmilləş-

dirmək; 


-tranzitə  zəmanət və  tranzitin sığortalanması  sistemini tətbiq etmək;  

-tranzit daşımaların operativ qaydada qeydə alınması, sənədləşdirilməsi və mə-

lumatların ilkin emalının sürətləndirməsi məqsədi  ilə sərhəd-gömrük keçid məntəqə-

lərində fəaliyyət göstərən müvafiq iş yerlərinin kompüterləşdirilməsi; 

-tranzit  yüklərin  daşınmasına  dair  şəffaflığın  artırılması,    nəqliyyat  dəhlizləri 

üzrə qonşu ölkələrlə  əməkdaşlıqda idxal, ixrac və tranzit yüklərə tətbiq edilən pro-

sedur və qaydaları təsvir edən birgə kitabçaları nəşr etmək, internet səhifəsini  açmaq; 

-tranzit daşımaların beynəlxalq nəqliyyat  dəhlizlərində inkişafının təmin etmək 

məqsədilə nəqliyyat infrastrukturunun müasirləşdirilməsi; 

-Azərbaycanın  hava  məkanından  istifadə  edilən  tranzit  dəhlizlərdə  nəzarət 

rejiminin  texniki cəhətdən müasirləşdirilməsi  və  təkmilləşdirilməsi; 

-tranzit strategiyasının əsas komponentlərindən biri olan sərhəd-keçid prosedur-

larının sadələşdirilməsi prosesi, onların beynəlxalq səviyyədə  olan prosedurlara uy-

ğ

unlaşdırılması və tətbiqi zamanı şəffaflığın artırılması; 



-sərhəd-buraxılış məntəqələrində sənədlərin, o cümlədən fito-sanitar və baytarlıq  

nəzarəti sənədlərinin birdəfəlik  emal edilməsini tətbiq etmək; 

-sərhəddə  tranzit  vizaları  vermək,  yeyinti  və  heyvandarlıq  məhsulları  üçün 

beynəlxalq sertifikatları tanımaq; 

-sərnişin və yük daşımalarında dəmir yolu tariflərinə yenidən baxmaq və onları 

TRASEKA üzv ölkələrinin vahid tarif sistemi ilə uyğunlaşdırmaq; 

-tranzit  və  ticarət    xidmətlərinin  əhatə  dairəsini  genişləndirmək  və  inkişaf 

etdirmək üçun azad iqtisadi zonalar yaratmaq; 

-tranzit  xidmətlərinin  səmərəliliyini  artırmaq  və  daşımaların  maya  dəyərinin 

azaldılması məqsədi ilə nəqliyyat-logistika mərkəzlərini təşkil  etmək; 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə