Microsoft Word ashabanov236. doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə23/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#36027
1   ...   20   21   22   23   24   25   26   27   28

 

 

63 



-tranzit və nəqliyyatla əlaqədar iş  təcrübəsinin  və vergilərin, rüsumların tətbiq 

edilməsini qonşu ölkələrlə qarşılıqlı uyğunlaşdırmaq; 

-inkişaf  edən  bazar  iqtisadiyyatı  tələblərinə  uyğun,  tranzit  prosesində  iştirak 

edənlər  arasında  istənilən  mübahisələri  həll  etmək  üçün  tənzimləmə  mexanizmini 

yaratmaq  və inkişaf etdirmək. 

Fikrimizcə, qeyd edilən təkliflər Azərbaycanın nəqliyyat-ticarət tranzit sektorunun 

rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə müsbət istiqamətdə təsir göstərəcəkdir. 

Orta müddətli dövürdə nəqliyyat şirkətlərinin tərkibində olan müxtəlif sahəli, 

o  cümlədən  əsas  və  yardımçı  fəaliyyətli  müəssisələrin  səhmdar  cəmiyyətlərinə 

çevrilməsi, dövlətsizləşdirilməsi və özəlləşdirilməsi həyata keçiriləcəkdir. 

Ölkə  prezidentinin  6  iyul  2010-cu  il  tarixli  sərəncamı  ilə  təsdiq  edilmiş 

«Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2024-cü illərdə 

inkişafına  dair  Dövlət  Proqramı»  təsdiq  edilmişdir.  Bu  proqramda  ölkənin  dəmir 

yollarının bərpası və yenidən qurulması, dəmir yolu hərəkət vasitələrinin təzələnməsi 

və modernləşdirilməsi, elektrovozların və teplovozların, yük və sərnişin vaqonlarının 

alınması və s. nəzərdə tutulmuşdur. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi 

ölkə  dəmir  yolu  şəbəkəsinin  Avropa  dəmir  yolu  şəbəkəsinə  qoyulmasına  imkan 

verəcəkdir.  Bundan  başqa,  Şimal-Cənub  dəhlizində  dəmir  yolu  xəttinin  inkişfa 

etdirilməsi də ortamüddətli perspektivdə planlaşdırılır.  

Ortamüddətli  dövürdə  nəqliyyat  sektorunun  inkişafının  prioritetləri  aşağı-

dakılardır: 

-milli iqtisadiyyatın infrastrukturu olan nəqliyyatın öncül inkişafı; 

-yol-kommunikasiya kompleksinin müxtəlif nəqliyyat növlərinin bərabərpaylı 

və ardıcıl inkişafı; 

-təsərrüfatlararası əmtəə mübadiləsini gerçəkləşdirən yükdaşıma nəqliyyatının 

və  əhalinin  əsas  sosial  tələbatlarından  birini  təmin  edən  sərnişin  nəqliyyatının 

bərabər inkişafı; 

-ölkə ərazisində beynəlxalq və tranzit dəhliz və yolların, eləcə də ölkənin region-

lararası, şəhər və rayondaxili yol-nəqliyyat infrastrukturunun bərabərpaylı inkişafı; 



 

 

64 



-Azərbaycan  ərazisindən  keçən  nəqliyyat-kommunikasiya  trafikinin  və  əsas 

nəqliyyat  vasitələrinin  dünya  standartlarına  uyğun  modernləşdirilməsi  və 

müasirləşdirilməsi  əsasında  milli  nəqliyyat-yol  sisteminin  dünya  kommunikasiya 

məkanına sürətli inteqrasiyası; 

-Xəzər  regionunda  istehsal  olunan  karbohidrogenlərin  dünya  bazarlarına    

çatdırılması  zamanı  enerjidaşıyıcıların  beynəlxalq  və  tranzit  nəql  edilməsində 

Azərbaycanın tutduğu aparıcı mövqeyinin saxlanması və gücləndirilməsi; 

-Azərbaycanın  beynəlxalq  nəqliyyat  sisteminin  gücləndirilməsi  zamanı 

TRASEKA, Şimal-Cənub,  NOGEYT Proqramlarının öncül həyata keçirilməsi; 

-Azərbaycanda  hasil  olunan  neft  və  qazın  ixrac  marşrutlarının  geniş  diver-

sifikasiyası  və  digər  Xəzəryanı  istehsalçı  ölkələrin  iştirakı  ilə  yeni  transregional 

enerji dəhlizlərinin yaradılması və birgə istifadəsi.   

XXI əsrdə Azərbaycanda informasiya cəmiyyətinə keçid və onun qurulması, 

elektron hökumətin formalaşdırılması və intellektual potensialın inkişafı sayəsində 

sosial-iqtisadi  inkişafın  yüksəldilməsi  proritet  məsələlərdən  birinə  çevrilmişdir. 

Müasir dövrdə və gələcək perspektivlər üçün  KT-nin əhəmiyyəti ön plana keçmiş, 

ölkənin  milli  fəaliyyət  və  elektron  strategiya  sahəsindəki  proqramların  əsas 

müddəalarını  təşkil    etmişdir.  Ölkə  rəhbərliyi  tərəfindən  KT  sektorunun  inkişafı 

neft və qaz sənayesindən sonra ikinci prioritet sahə kimi müəyyən edilmişdir. 

Fikrimizcə, informasyia-kommunikasiya texnologiyaların və rabitənin inkişfaı 

sahəsində həyata keçirilən tədbirlər elektron sənəd dövriyyəsi, elektron ticarət, elek-

tron  xidmətlərin  göstərilməsi  və  digər  bu  kimi  fəaliyyətlərin  yerinə  yetirilməsim 

üçün zəruri texniki və texnoloci dəyişiliklərin həyata keçirilməsi istiqamətində ol-

malıdır.  nformasiyanın  verilməsi  sürətinin  artırılması  və  dəyirinin  isə  azaldılması 

ölkənin rəqabət qabiliyyətinə müsbət təsir göstərəcəkdir.  

KT-nin inkişafı sahəsində aşağıdakı vəzifələr qarşıda durur:  

-vətəndaşların və sosial institutların məlumat almaq, onu yaymaq və istifadə 

etmək kimi hüquqlarının təmin edilməsi üçün müvafiq mühitin yaradılması; 

-effektiv,  şəffaf  və  nəzarət  oluna  bilən  dövlət  idarəetməsi  və  yerli  özünü 

idarəetmənin həyata keçməsi üçün Elektron Hökumətin yaradılması; 




 

 

65 



-inkişaf etmiş informasiya və kommunikasiya infrastrukturunun  yaradılması, 

vahid  milli  elektron  informasiya  məkanının  formalaşdırılması,  informasiya  və 

kommunikasiya xidmətlərinin genişləndirilməsi; 

-ölkənin  informasiya  təhlükəsizliyinin  təmin  edilməsi  və  Elektron  Hökumət 

infrastrukturunun baza komponentlərinin yaradılması; 

-ölkənin ümumdünya elektron informasiya məkanına inteqrasiyası; 

-milli  proqram  vasitələrinin  yaradılması,  informasiya-kommunikasiya  texno-

logiyaları məhsulları istehsalının ( KT sənayesinin) inkişaf etdirilməsi; 

-dövlət  qulluqçularının  informasiya  texnologiyaları  üzrə  hazırlıq  səviyyələ-

rinin artırılması. 

KT  sahəsinin  inkişafı  mərkəzində  “Elektron  Hökumət”  Dövlət  Proqramının 

həyata  keçirilməsi,  Azərbaycan  Respublikası  ərazisində  DVB-T  rəqəmsal  tele-

viziya  yayım  sisteminin  tətbiqi  və  inkişafı,  yüksək  texnologiyalar  üzrə  regional 

iqtisadi  zonaların  yaradılması,  “Azərpoçt”  DM-in  poçt  şöbələrində  bank-maliyyə 

xidmətlərinin göstərilməsinin genişləndirilməsi, yeni nəsil mobil, simsiz, data və s. 

telekommunikasiya  xidmətlərinin  tətbiqinin  sürətləndirilməsi  və  rəqabət 

prinsipləri  nəzərə  alınmaqla  lisenziyaların  verilməsi,  rabitə  və  informasiya 

texnologiyaları  fəaliyyəti  sahəsində  dövlətin  səlahiyyətində  olan  müstəqil 

tənzimləmə  qurumunun    yaradılması,  tarif  tənzimlənməsinin  sərbəstləşdirilməsi 

üzrə effektiv bazar rəqabətinin formalaşdırılması durur.   

Rabitə  və  informasiya  texnologiyaları  sahəsinin  inkişafı  çərçivəsində  sahədə 

fəaliyyət  göstərən  birgə  müəssisələrdə  dövlət  payının  özəlləşdirilməsi,  özəl-

ləşdirməyə  açıq  elan  edilmiş  müəssisələrin  özəlləşdirməqabağı  restrukturizasiya  və 

idarəetmə  strukturunun  təkmilləşdirilməsi,  beynəlxalq  standartların  tətbiqinin 

genişləndirilməsi,  telefon  şəbəkəsinin  modernləşdirilməsi  çərçivəsində  transmissiya 

şə

bəkəsinin  tam  rəqəmləşdirilməsi  və  kommutasiya  şəbəkəsinin  tam  elektron-



laşdırılması,  TAE  optik  xəttinin  dənizaltı  hissəsinin  tikintisinin  başa  çatdırılması, 

Naxçıvan  MR-nin  şəhər  və  rayon  mərkəzləri  arasında  fiber-optik  kabellə  rabitənin 

təşkili,  dövlət  idarəetmə  orqanlarının  informasiya  mübadiləsi  şəbəkəsinin  yaradıl-

ması,  radio-televiziya  yayımının  təkmilləşdirilməsi  çərçivəsində  ölkə  regionlarında 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə