Microsoft Word ashabanov236. doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə24/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#36027
1   ...   20   21   22   23   24   25   26   27   28

 

 

66 



rəqəmli televiziya yayımının təşkili, yeni kabel televiziyasının inkişafı, proqramların 

yayımında  peyklərdən  səmərəli  istifadə  edilməsi,  Naxçıvan  MR-nin  radio  və 

televiziya proqramlarının peyk vasitəsilə təşkili kimi tədbirlər nəzərdə tutulmuşdur. 

Eyni  zamanda  informasiya  texnologiyaları  üzrə  azad  iqtisadi  zonanın  -  T 

Texnoparkın  yaradılması,  təhsil  sisteminin  təkmilləşdirilməsində  informasiya 

kommunikasiya texnologiyalarının tətbiq edilməsi nəzərdə tutulmuşdur.  

Eyni  zamanda  elektrik  enerjisinin  təchizatını  yaxşılaşdırmaq  üçün  ölkənin 

elektroenergetika sistemində yeni istilik və su elektrik stansiyalarının tikintisinin, 

mövcud enerji bloklarının modernizasiyasının, alternativ enerji mənbələri hesabına 

güclərin artırılması istiqamətində işlərin sürətləndirilməsi, bununla yanaşı elektrik 

enerjisinin  ötürülməsi  və  paylanmasını  təmin  etmək  üçün  yüksək  gərginlikli 

paylayıcı  xətlərin  istismara  verilməsi  və  respublikanın  bütün  inzibati  rayonları 

üzrə  paylayıcı  sistemlərlə  və  transformator  yarımstansiyalar  ilə  təchiz  olunması 

nəzərdə tutulur. 

Elektrik  enerjisinin  istehsalında,  ötürülməsində  və  paylanmasında  bazar 

iqtisadiyyatı  prinsiplərinə  uyğun  idarəetmə  sisteminin  qurulması  məqsədilə  bu 

sahədə restrukturizasiya tədbirlərinin həyata keçirilməsi davam etdiriləcəkdir. 

Qaz  təchizatı  sektorunda  maliyyə  intizamının  gücləndirilməsi,  təbii  qazın 

nəqli,  yığılması  və  paylanması  sahələrində  bazar  iqtisadiyyatına  uyğun  şəffaf 

idarəetmə  strukturunun  yaradılması  məqsədilə  müvafiq  istiqamətlər  üzrə 

islahatların həyata keçirilməsi nəzərdə tutulur. Belə ki: 

-təbii  qazdan  səmərəli  istifadə  edilməsi,  onun  paylanması  və  istehlakının 

uçota  alınma  səviyyəsinin  artırılması  və  qaz  istehlakçısı  olan  əhalinin  qaz 

sayğacları ilə təmin olunmasının başa çatdırılması; 

-itkilərin azaldılması; 

-təbii  qaz  təchizatı  sisteminin  inkişafı  istiqamətində  təsərrüfatların  maddi-

texniki bazasının yaxşılaşdırılması, magistral və paylayıcı boru xətlərinin bərpası, 

yeraltı qaz anbarlarının yenidənqurulması ilə bağlı işlərin görülməsi; 

-yeni  yataqlardan  hasil  edilən  təbii  qazın  nəqletmə  sisteminin  yenidən 

qurulması və qəbul etmə güclərinin artırılması.  




 

 

67 



stilik  təchizatı  sektorunun  mərhələlərlə  bazar  iqtisadiyyatı  prinsipləri 

ə

sasında  inkişaf  etdirilməsini  təmin  etmək  üçün    “Azəristiliktəchizat”ASC-i 



tərəfindən aşağıdakı məqsədlər qarşıya qoyulmuşdur: 

-mövcud istilik məntəqələrinin bərpası, modernləşdirilməsi və yenidənqurulması; 

-yeni qazanxanaların tikintisi; 

-binadaxili istilik şəbəkələrinin bərpa olunması; 

-mərkəzləşdirilmiş  istilik  mənbələrindən  avtonom  qazanxanalara  çevrilməsi 

üzrə tədbirlərin həyata keçirilməsi; 

-hazırlanmış  tədbirlər  planı  əsasında  yenidənqurma  və  tikinti  işlərini  həyata 

keçirərək qazanxanaların istehsal gücün artırılması. 

Qeyd  olunan  məqsədlərə  nail  olmaq  üçün  bu  sahədə  aşağıdakı  istiqamətlər 

üzrə  islahatların davam etdirilməsi nəzərdə tutulmuşdur. 

-istilik  təchizatı  üzrə  normaların,  qaydaların  və  standartların  dünya  öl-

kələrinin təcrübəsini nəzərə almaqla təkmilləşdirilməsi; 

-institusional tədbirləri həyata keçirməklə sahəyə investisiya qoyulması üçün 

ə

lverişli mühitin  yaradılması və özəl sektorun daha geniş cəlb edilməsi; 



-ekoloji cəhətdən təmiz, müasir effektli texnologiyaları cəlb etməklə sistemin 

yenidən qurulması; 

-istehlakçılara istilik  təchizatı ilə yanaşı isti su təminatı ilə təmin olunması; 

-alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, enerjiyə qənaət və 

ə

traf mühitin qorunması;  



Su  təsərrüfatında  olan  ciddi  problemlərdən  biri  kanalizasiya  sisteminin  bərbad 

vəziyyətdə  olmasıdır.  Belə ki,  Bakı şəhərinin kanalizasiya  sistemi  70  ildən  artıq  is-

tismar olunmasına baxmayaraq, bu müddət ərzində sahədə əsaslı yenidənqurma işləri 

aparılmamışdır.  Eyni  vəziyyət  su  təsərrüfatının  maddi-texniki  bazasına  da  şamil 

oluna  bilər.  Belə  ki,  əsas  fondların,  texniki  avadanlığın  çox  hissəsi  artıq  öz  amor-

tizasiya müddətini keçmişdir. Bütün bu amillər isə su-kanalizasiya sistemində tez-tez 

ciddi qəza hallarının yaranması, göstərilən xidmətlərin keyfiyyətinin aşağı səviyyədə 

olması  üçün  əsaslı  şəkildə  zəmin  yaradır.  Azərbaycanda  tullantı  suların  axıdılması 

sahəsində də analoji mürəkkəb vəziyyət hökm sürür ki, bu da bir başqa problemin baş 



 

 

68 



qaldırmasını  ciddi  şəkildə  stimullaşdırır,  belə  ki,  bir  çox  hallarda  ölkə  boyunca 

mövcud  su  ehtiyatları  ifrat  çirklənməyə  məruz  qalır.  Ölkənin  bir  çox  yaşayış 

məntəqələrinin məişət-çirkab sənaye tullantı suları hər hansı səviyyədə təmizlənməyə 

(mexaniki, bioloji, kimyəvi) məruz qalmadan ətrafdakı su hövzələrinə axıdılır. 

Suya  artan  tələbatın  ödənilməsi  və  əhalinin  beynəlxalq  standartlara  uyğun 

içməli  su  ilə  təmin  olunması  problemlərinin  həll  olunması,  və  bütövlükdə  su 

sektorunun  inkişafını  təmin  etmək  məqsədilə  “Azərsu”  SC  tərəfindən  qarşıya 

aşağıdakı məqsədlər qoyulmuşdur: 

-dövlət  zəmanətli  kreditlə  tikilən  obyektlərin  müəyyən  olunmuş  müddətdə 

istifadəyə verilməsi; 

-Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin başa çatdırılması; 

-Bakı  şəhərinin  üzrə  su  kəmərlərinin,  anbarların,  nasos  stansiyalarının,  pay-

layıcı  şəbəkələrin,  binadaxili  su  sistemlərinin  və  kanalizasiya  təmizləyici  qurğu-

larının  yenidənqurulması; 

-istifadə  olunan  suyun  uçotunun  aparılması  məqsədilə  sayğacların 

quraşdırılmasının başa çatdırılması; 

-göstərilən xidmətlərə görə yığım səviyyəsinin 100%-ə çatdırılması. 

 Bu  tədbirlərin  icrası  ilə  bağlı  sektorda  aşağıdakı  istiqamətlər  üzrə  müvafiq 

siyasətin həyata keçirilməsi  nəzərdə tutulur: 

-su  sektoruna  investisiyaların  cəlb  edilməsi  məqsədilə  restrukturizasiya 

tədbirlərinin davam etdirilməsi; 

-göstərilən  xidmət  haqlarının  ödənişlərinin  elektron  daşıyıcılarla  istənilən 

bank və poçt şöbəsi vasitəsilə təmin olunması; 

-dünya standartlarına uyğun davamlı su təchizatının təmin olunması; 

-respublikanın  bütün  şəhərlərində  və  rayon  mərkəzlərində,  xüsusilə  kənd 

yerlərində  su  və  kanalizasiya  sistemlərinin  bərpa  olunması  və  yeni  xətlərin, 

qurğuların tikilməsinə özəl sektorun və bələdiyyələrin cəlb olunması. 

Mühüm  məsələ istehsala xidmət sahələrində istehsal xərcləri ilə əlaqədardır. 

Hazırki  şəraitdə  belə  müəssisələr  istehsal  xərclərinin  aşağı  salınmasına  miqyasın 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə